Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası Laboratoriya müdiri: b.ü. f d Əzizova Namilə Hacı qızı



Yüklə 56,57 Kb.
Pdf görüntüsü
tarix05.06.2018
ölçüsü56,57 Kb.
#47544


Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası 

 

 

Laboratoriya müdiri: b.ü.f.d  Əzizova Namilə Hacı qızı 

 

Əzizova Namilə Hacı qızı 14 may 1962-ci ildə Bakı şəhərində anadan olub. 1980-



ci  ildə  5  №-li  Kimya-Biologiya  təmayüllü  internat  məktəbini  bitirdikdən  sonra, 

1981-ci  ildə  Xarkov  (Ukrayna  Respublikası)  Kənd  Təsərrüfatı  İnstitutunun  Bitki 

Mühafizəsi  fakültəsinin  əyani  şöbəsinə  daxil  olmuş,  1986-cı  ildə  oranı  bitirərək, 

Azərbaycan ET Əkinçilik İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə 

əyani aspiranturaya daxil alaraq, Ümumittifaq Bitki Mühafizəsi institutunun (Sankt 

Peterburq)  alimləri  Şapiro  İ.D.  və  Vilkova  N.A.-nın  rəhbərliyi  altında  "Şəki-

Zaqatala  bölgəsində  Qırmızıdöş  zəlicə  böcəyinin  (  Oulema  melanopus)  bioloji 

xüsusiyyətləri  və  say  dinamikasının  tənzimlənməsində  davamlı  taxıl  sortlarının 

əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək, Biologiya elmləri namizədi 

adını  almışdır.  Azərbaycan  ETƏİ-da  elmi  işçi,  böyük  elmi  işçi,  aparıcı  elmi  işçi 

kimi  çalışmış  və  2011-ci  ildən  "Xəstəlik  və  zərərvericilərə  nəzarət" 

laboratoriyasının  müdiri  vəzifəsinə  təyin  olunmuşdur.  İşlədiyi    müddətdə  əsasən, 

dənli  taxıl  bitkilərinin  xəstəlik  və  zərərvericilərinin  öyrənilməsi,  xəstəlik  və 

zərərvericilərə  davamlı  yerli  və  intraduksiya  olunmuş  buğda,  arpa,  genotiplərinin 

seçilməsi,  yeni  pestisidlərin  sınaqdan  keçirilməsi  ilə  məşğul  olmuş,  Seleksiya  və 

digər  şöbələrlə  yeni  taxıl  sortlarının  yaradılması  məqsədilə  kompleks  şəkildə 

aparılan  elmi  işlərin  icraçılarından  biri  olmuşdur.

   


“Azərbaycanın  suvarma  və 

dəmyə  şəraitində  dənli  taxıl  bitkilərinin  əsas  zərərvericilərinin  bioloji 

xüsusiyyətləri  və  onlara  qarşı  mübarizə  tədbirləri”  mövzusunda  doktorluq  elmi-

tədqiqat işi üzərində çalışır.  



 

Əlaqə tel: 551-61-30 

Email: 

namella@rambler.ru

 

 

 




 

Laboratoriyada çalışan elmi əməkdaşlar:

 

 



İbrahimov Ehtibar Rəhim oğlu - aparıcı elmi işçi, a.e.ü.f.d. 

İbrahimov  Ehtibar  Rəhim  oğlu  12.02.1966-cı  ildə  anadan  olmuşdur.  O,1988-

1993-cü  illərdə  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasının  "Meyvə-

tərəvəzçilik  və  üzümçülük"  fakultəsini  bitirmiş  və  "Alim  aqranom"  ixtisası 

almışdır.  Əkinçilik  ET  İnstitutunda  1999-cu  ildən  elmi  işçi  kimi  fəaliyyətə 

başlamışdır.  2000-ci  ildə  "Fitopatologiya  və  bitki  mühafizəsi"  üzrə  qiyabi 

aspiranturada  təhsil  almışdır.  Ehtibar  İbrahimov  2013-cü  ildə  "Azərbaycanda 

buğdanın  sarı  pasa  (Puccinia  striiformis  west)  effektiv  davamlı  genlərin 

müəyyənləşdirilməsi  və  seleksiyada  istifadəsi"  mövzusunda  dissertasiyasını 

müdafiə  edərək  “aqrar  elmləri  üzrə  fəlsəfə  doktoru”  elmi  dərəcəsi  adına  layiq 

görülmüşdür.  

      



Kərimova Şamama Ramiz qızı 5  iyul 1963-cü ildə Abcabədi rayonunun  Kəbirli 

kəndində  anadan  olmuşdur.  1980-ci  ildə  orta  məktəbi  bitirdikdən  sonra  1981-ci 

ildə  S.Ağamalıoğlu  adına  Azərbacan  Kənd  Təsərrüfatı  İnstitutunun  «Bitki 

mühafizəsi»  fakültəsinə  daxil  olmuşdur.  1986-cı  ildə  institutu  bitirib,  ipəkçilik 

ixtisasına  yiyələnmişdir.  İnstitutu  bitirdikdən  sonar  Ağcabədi  rayonunun  Kəbirli 

kəndində meyvə-tərəvəz üzrə, 1987-1997-ci illərdə isə həmin rayonun Qiyamadinli 

kəndində  ipəkçilik  üzrə  aqronom  işləmişdir.  2007-ci  ildən  Azərbaycan  ET 

Əkinçilik  İnstitutunun  “Xəstəlik  və  zərərvericilərə  nəzarət”  laboratoriyasında 

böyük  elmi  işçi  vəzifəsində  çalışır,  dissertantdır,  “Yerli  və  introduksiya  olunmuş 

buğda rüşeym plazmasından unlu şehə (Blumeria qraminis (dc)e.ospeer f sp.tritici) 

davamlı  genotiplərin  seçilməsi,  xəstəliyin  məhsuldarlığa  və  bəzi  fizioloji 

parametrlərə  təsirinin  öyrənilməsi”,  “Müxtəlif  stress  amillərinə  davamlı,  ekoloji 

adaptiv xüsusiyyətlərə  malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda 

sortlarının yaradılması, tətbiqi və yayımı”və “Buğda bitkisində təsərrüfat qiymətli 

əlamət və xüsusiyyətlərin genetik əsaslarının tədqiqi” mövzuları üzərində çalışır. 

 Hacıyeva  Esmira  Əlinağı  qızı  1962-ci  ildə  Gəncə  şəhərində  anadan  olmuşdur. 

1970-1980-ci  illərdə  Gəncə  şəhəri  23  saylı  orta  məktəbdə  təhsil  almışdır.  1982-ci 

ildə  C.Ağamalıoğlu  adına  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunun  aqrokimya 

torpaqşünaslıq fakültəsinə daxilolub, 1987-ci ildə institutu bitirmişdir. Hal-hazırda 

böyük  elmi  işçi  vəzifəsində  çalışır,  dissertantdır,  “Respublika  ərazisində  üzüm 

bağlarında alaq otlarına qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması” 

mövzusu üzərində çalışır. 



Aslanova Könül Kamilpaşa qızı 1977-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 

1994-cü  ildə  S.Ağamalıoğluadına  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasına 

daxil  olmuş,    İxtisasım  aqronom  bitki  mühafizəsi  üzrə  1998-1999-cu  ilə  qədər 



Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  yanında  Dövlət  Bitkilərin  Karantini 

müfəttişliyi  müəssisəsində  1-ci  dərəcəli  müfəttiş  işləmişəm.  2001-  ci  ildən  

Əkinçilik  Elmi-Tədqiqat  İnstitutunda  elmi  işçi    vəzifəsində  çalışır,  doktorantdir, 

“Müxtəlif  stress  amillərinə  davamlı,  ekoloji  adaptiv  xüsusiyyətlərə    malik,  yeni 

yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və 

yayımı”    mövzusu  üzərində  çalışır.  Bir  sıra  xarici  ölkələrdə  təlim  kursları 

keçmişdir. Seminar və konfranslarda iştirak etmişdir. 

Sadıqov  Şəhriyar  Fateh  oğlu  1989-cu  ildə  Bakı  şəhərində  anadan  olmuşdur. 

1995-2006-cı  illərdə  49  nömrəli  orta  məktəbdə  təhsil  almışdır.  2006-cı  ildə 

Azərbaycan Beynəlxalq Universitetinin aqronomluq fakültəsinə daxilolmuş, 2010-

cu ildə bakalavr pilləsi ilə məzun olmuşdur. Hal-hazırda kicik elmi işçi vəzifəsində 

çalışır,  doktorantdır,  “Azərbaycanda  yerli  və  introduksiya  olunmuş  buğda 

genotiplərinin  yarpaqların  sarı  ləkə  xəstəliyinin  törədicisinə  (Pyrenophora  tritici  – 

perentis (Died.)Drechs.) davamlılığının tədqiqi” mövzusu üzərində çalışır. 

N.H.Əzizova  Mövzu  1.1.  “Müxtəlif  stress  amillərinə  davamlı,  ekoloji  adaptiv 

xüsusiyyətlərə    malik,  yeni  yüksək  məhsuldar  və  keyfiyyətli  payızlıq  buğda 

sortlarının yaradılması, tətbiqi və yayımı” 

Mövzu  2.1.  “Müasir  innovativ  əkinçiliyin  tələblərinə  cavab  verən,  müxtəlif 

təyinatlı  biotik  və  abiotik  amillərə  tolerantlı,  kompleks  təsərrüfat  qiymətli 

əlamətlərə  malik,  yüksək  məhsuldar  arpa  sortlarının  yaradılması,  ilkin 

toxumçuluğunun təşkili, tətbiqi və yayımı” 

Mövzu4.1. “Respublikanın müxtəlif bölgələri üçün stress amillərə davamlı, yüksək 

məhsuldarlığa və texnoloji göstəricilərə malik yeni noxud və mərcimək sortlarının 

yaradılması, ilkin toxumçuluğunun təşkili, tətbiqi və yayımı” 



E.R.İbrahimov  Mövzu  1.1.  “Müxtəlif  stress  amillərinə  davamlı,  ekoloji  adaptiv 

xüsusiyyətlərə    malik,  yeni  yüksək  məhsuldar  və  keyfiyyətli  payızlıq  buğda 

sortlarının yaradılması, tətbiqi və yayımı” 

Mövzu  2.1.  “Müasir  innovativ  əkinçiliyin  tələblərinə  cavab  verən,  müxtəlif 

təyinatlı  biotik  və  abiotik  amillərə  tolerantlı,  kompleks  təsərrüfat  qiymətli 

əlamətlərə  malik,  yüksək  məhsuldar  arpa  sortlarının  yaradılması,  ilkin 

toxumçuluğunun təşkili, tətbiqi və yayımı” 

Mövzu  1.3.“Müxtəlif    buğda  genotiplərinin    stress  şəraitində  morfofizioloji, 

biokimyəvi  və  aqronomik  göstəricilərinin  tədqiqi  və  yüksək  məhsuldarlığı 

şərtləndirən əlamətlərin müəyyən edilməsi və seleksiyada istifadəsi” 

Mövzu  3.1.  “Azərbaycanın  müxtəlif  aqroekoloji  bölgələrində  biotik  və  ekstremal 

amillərə  davamlı  yüksək  yaşıl  kütlə  və  dən  məhsulu  verən  qarğıdalı  sort  və 

hibridlərinin  yaradılması,  quruplaşdırılması,  fermer  təsərrüfatlarında  tətbiqi  və 

yayımı” 



 

Laboratoriyanın fəaliyyət istiqamətləri: 

 

“Xəstəlik və zərərvericilərə nəzarət”  laboratoriyası “Bitki mühafizəsi ” şöbəsi adı 

ilə 1950-ci ildə yaradılmış, elmı tədqiqat işlərinə isə 1952-ci ildən başlanmışdır. 

Laboratoriya 

yeni 

sturukturadakı 



fəaliyyətinə 

Əkinçilik 

İnstitutun 

Modernləşdirilməsi Proqramına  və Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-

cu il və Əkinçilik İnstitutunun 7/ş saylı 31 mart 2009-cu il tarixli əmrlərinə əsasən 

başlamışdır. Hazırda laboratoriyada 8 nəfər çalışır ki, onlardan 6 nəfər elmi işçı, 2 

nəfəri  isə laborantdır. 

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması üçün Kənd təsərrüfatı bitkilərinin 

zərərli  orqanizmlərdən  (xəstəlk,  ziyanvericilər,  alaq  otların  və  s.)  mühafizə 

olunması  vacib  məsələlərdəndir.Dünyanın  bir  çox  ölkələrində  olduğu  kimi 

Azərbaycanda  da  dənli    taxıl  bitkilərinin  bir  çox  xəstəlik  və  zərərvericilərinə  rast 

gəlinir ki, bu da vegetasiya  dövründə bitkilərin inkişafına və məhsuldarlığına ciddi 

təsir  göstərən  əsas  faktorlardan  biri  olaraq  qalmaqdadır.  Bir  çox  xəstəlik  və 

zərərvericilər  taxıldan  nəyinki  yüksək  məhsul  alınmasına  imkan  vermir,  hətta 

bəzən yüzlərlə hektar sahəni qismən və ya tamamilə məhv edir.Buğda əkinlərində 

xəstəliklərdən-  sarı  və  qonur  pas,  toz  və  bərk  sürmə,  unlu  şeh,  helmintosporioz, 

septorioz, fuzarioz yayılmışdır. Zərərverici həşəratlardan taxıllara əsasən ziyankar 

bağacıq, zəlicə böcəyi, taxıl mənənələri, taxıl milçəkləri, taxıl mişarçısı və s. ziyan 

vururlar.  

 

Laboratoriyada  Respublikanın  müxtəlif  zonalarında  becərilən  buğda,  arpa, 



qarğıdalı, ərzaq paxlalıları bitkilərində yayılmış zərərli orqanizmlərin  - zərərverici 

və  xəstəliklərin  növ  tərkibi,  yayılma    arealı,  bioekoloji  xüsusiyyətləri,    vurduğu 

ziyanın  və  s.  müəyyən  olunması  və  onlara  qarşı  lazımı  mübarizə  tədbirlərinin 

tətbiq  olunmasına  dair  tədqiqat  işləri  aparılmış  və  aparılır.  Yüksək  məhsuldar, 

xəstəlik  və  zərərverici  orqanizmlərə  kompleks  davamlı    taxıl  sortlarının 

yaradılması laboratoriyada prioritet istiqamətlərdən biridir. 

Laboratoriyada hər il yüzlərlə yerli  və introduksiya olunmuş buğda, arpa sortları, 

perspektiv  nümunələr,  kolleksiya  materialları  əsas  xəstəliklərə  davamlılıqlarına 

ğörə  qiymətləndirilir  və  xəstəliklərə  kompleks  davamlı  nümunələr  seçilir.  Təbii 

şəraitdə seçilmiş davamlı nümunələr təkrarən sünii fonda öyrənilir. 

Şəki- Zaqatala bölgəsində buğdanın kök çürüməsi, onun növ tərkibi və  ziyankar 

növləri  (Fuzarium,  Ofiobulus,  Helmintosporium  və  s.),  yayılma  arealı,  onların 

məhsul itkisinə, dənin texnoloji və biokimyəvi göstəricilərinə təsiri öyrənilmiş və 

onlara qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır. 

Son  10  ildə    sarı  pas  xəstəliyinin  geniş  yayılaraq  buğda  əkinlərinə  ciddi  ziyan 

vurması 


müşahidə 

olunmuşdur.Əkinçilik 

Elmi-Tədqiqat 

İnstitutunun 

məlumatlarına  görə  buğdanın  sarı  pas  xəstəliyinin  güclü  inkişafı  nəticəsində 

məhsul itkisi 30-40%, sürmə xəstəlikləri isə -  20-25% təşkil edir. Buğda bitkisinin 

əsas göbələk xəstəliyi olan Sarı pasa dair institutda geniş tədqiqat işləri aparılır və 

yüksək  nəticələr  alınmış  davamlı  genlərə  malik  hibrid  materialları  əldə 

olunmuşdur. Belə ki, respublikanın Abşeron, Zaqatala, Tərtər, Qobustan, Cəlilabad 



rayonları üzrə sarı pas xəstəliyinin 9 yeni rası  müəyyən olunmuş və bu xəstəliyə 

qarşı  davamlı  genlərə  malik  nümunələr  seçilmiş  və  başlanğıc  material  kimi 

seleksiyada  tətbiq olunmaqla davamlı nümunələr əldə olunmuşdur.  

Bir çox ölkələrdə artıq ciddi təhlükə yaratmış Buğda bitkisində Gövdə pas xəstəliyi  

artıq  respublikamızda  öz  ilkin  fəsadlarını    göstərmişdir.    Respublika  ərazisində 

becərilən  taxıl sortlarında  yüksək sirayətlənmə qeyd olunmuşdur. 

Müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində dənli-taxıl bitkiləri sahəsində 200-

dən  artıq  zərərverici  həşərat  növü  mövcuddur  ki,  bunlardan  25-i  daha  geniş 

yayılmış  və  müxtəlif  illərdə  əkin  sahəsinə  ziyan  vuraraq  ciddi  məhsul  itkisinə 

gətirib  çıxarır.  Periodik  olaraq  əkin  sahələri  gəmiricilərin,  zərərli  həşəratlardan 

Çəyirtkələr,  Ziyankar  bağacıq,  Karabid  taxıl  böcəyi  və  s.  təsirinə  məruz  qalır.   

Məlumdur  ki,  bir  çox  zərərvericilər  -  zəlicə  böcəyi  və  ziyankar  bağacıq  və  s. 

periodik  olaraq əkin sahələrinə ciddi ziyan  vurarlar.  Bu məqsədlə, buğda  və arpa 

əkinlərində  müşahidə  olunan  əsas  zərərvericilərin  növ  tərkibi  müəyyən  olunmuş, 

onların  yayılması,  sıxlığı,  qidalanma  əlaqələri,  inkişafı,  zərərvurma  həddi, 

zədələnmənin bitkinin məhsuldarlığına və dənin keyfiyyətinə təsiri  öyrənilmişdir.  

Müxtəlif  sortların  əsas  zərərvericilərlə  zədələnmə  səviyyəsi  öyrənilərək,  davamlı 

nümunələr seçilir və bu nümunələrdə davamlıq faktorlarının  öyrənilməsi ilə bağlı 

tədqiqatlar  davam  etdirilir.  Zəlicə  böcəyi  və  ziyankar  bağacığa  qarşı  davamlı 

sortların  seçilməsi  və  davamlılığı  təmin  edən  faktorların  öyrənilməsinə  dair 

tədqiqatlat aparılır. 

Laboratoriyada 10 ilə yaxındır ki, Taxılçılıq elm mərkəzləri(ICARDA, CAMMYT) 

ilə  birgə  tədqiqatlar  aparılır.  Birgə  əməkdaşlıq  sayəsində  xəstəliklərə  davamlı 

hibrid və donorlar yaradılmışdır. 

 

Əsas məqsəd: 

 

-İnstitutun  mandatına  daxil  olan  (buğda,  arpa,  qarğıdalı,  ərzaq  paxlalıları)  yerli, 

CİMMYT və İCARDA-dan introduksiya olunmuş bitkilərin rüşeym plazmalarının 

kompleks xəstəlik və zərərvericilərə davamlılıqlarının müəyyən edilməsi; 

-Respublikanın  suvarma  və  dəmyə  şəraitində  Böyük  taxılçılıq  və  Fermer 

təsərrüfatlarında fitosanitar fitosanitar vəziyyətin qiymətləndirilməsi; 

-Xəstəlik,  zərərverici  və  alaq  otlarının  yayılması,  onların  zərərvurma  həddlərinin 

müəyyən edilməsi və əsas zərərli növlərə qarşı mübarizə tədbirlərinin tətbiqi; 

-Xəstəlik  və  zərərvericilərə  qarşı  səmərəli  mübarizə  tədbirlərinin  aparılması  üçün 

elmi  müəssisələr,  regional  və  beynəlxalq  təşkilatlarla  əməkdaşlığın  daha  da 

genişləndirilməsi. 

 

Vəzifələr- Fitosanitar analizin aparılması: 



   

-Respublikada dənli və paxlalı bitkilərin əkin sahələrində müşahidə edilən göbələk 

xəstəlikləri  törədicilərinin  və  zərərvericilərin  növ  tərkibinin  müəyyən  edilməsi, 

onların bioekoloji xüsusiyyətlərinin  öyrənilməsi; 

-Taxıl    bitkilərinin    əsas    xəstəlik  törədicilərinin    müxtəlif    populyasilarının  

növdaxili   ras tərkibinin müəyyən edilməsi əsasında davamlı sortların yaradılması 




 

Xəstəliklər və zərərvericilərin öyrənilməsi: 

  

-Respublikanın    müxtəlif    torpaq-iqlim    zonalarında    becərilən  taxıl  və  paxlalı 



bitkilərin xəstəlik və zərəvericilərinin etiologiyası, yayılması və inkişaf dinamikası 

qanunauyğunluqlarının öyrənilməsi;   

-Əsas xəstəlik və zərərvericilərin diaqnostikası üzrə effektiv metodların seçilməsi,  

ayrı-ayrı bölgələrdə sortlar üzrə xəstəlik və zərərvericilərin monitorinqinin həyata 

keçirilməsi,    immunoloji,    aqrotexniki,    kimyəvi    və    digər    mübarizə    tədbirləri 

sisteminin işlənib hazırlanması;     

-Yeni kimyəvi bitki mühafizə preparatlarının sınağı, onların  ekoloji  təhlükəsiz və 

rasional qaydada tətbiqinin müəyyən edilməsi. 

 

   İnteqrir mübarizə tədbirləri: 

 

-Müxtəlif  torpaq-iqlim  şəraitinə  uyğun  olaraq    intensiv  texnologiya  ilə  becərilən 



taxıl bitkilərinin əsas zərərli orqanizmlərdən qorunması məqsədilə bütün mübarizə 

metodlarını  özündə  birləşdirən  İnteqrir  Mübarizə  Sisteminin  (İMS)  işlənib 

hazırlanması və tətbiqi 

 

 Davamlı nümunələrin yaradılması: 

 

-İnstitutun mandatına uyğun olaraq buğda, arpa, qarğıdalı və paxlalı bitkilərin yerli 



və  beynəlxalq  mərkəzlərdən  (CİMMYT,  İCARDA)  alınmış  sort  nümunələrinin  

təbii  və süni  sirayətləndirmə  fonunda kompleks xəstəlik  və zərərvericilərə qarşı  

davamlılığının  müəyyən edilməsi;    

-Davamlı  sortların seçilməsi  və  yaradılması prosesində istifadə etmək  məqsədi  ilə  

sahib  bitki  və  patogenin  qarşılıqlı  təsirinə  əsaslanan  fitopatoloji  və  genetik 

parametrlərin müəyyənləşdirilməsi;    

-Xəstəliklərə  qarşı  davamlı  donorların  müəyyən  edilməsi,  buğdanın  sarı  pas  və 

bərk sürmə xəstəliklərinə qarşı genetik davamlılıq bankının yaradılması.  

Laboratoriya  həmçinin  fiziki  və  hüquqi  şəxslərin  taxıl  və  digər  kənd  təsərrüfatı 

bitkiləri  əkinlərində  rast  gəlinən  xəstəlik  və  zərərvericilərin  növ  tərkibinin 

müəyyən edilməsi, eləcə də onlara qarşı mübarizə tədbirlərinin seçilməsi, kimyəvi 

və  bioloji  preparatların  normalarının  dəqiqləşdirilməsi  və  tətbiqi,  digər  bu  kimi 

xidmətlər də göstərir.  

 

 



 

Yüklə 56,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə