Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası Laboratoriya müdiri: b.ü. f d Əzizova Namilə Hacı qızı



Yüklə 41,8 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü41,8 Kb.
#34602


Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası 

 

 

Laboratoriya müdiri: b.ü.f.d  Əzizova Namilə Hacı qızı 

 

Əzizova Namilə Hacı qızı 14 may 1962-ci ildə Bakı şəhərində anadan olub. 1980-



ci  ildə  5  №-li  Kimya-Biologiya  təmayüllü  internat  məktəbini  bitirdikdən  sonra, 

1981-ci  ildə  Xarkov  (Ukrayna  Respublikası)  Kənd  Təsərrüfatı  İnstitutunun  Bitki 

Mühafizəsi  fakültəsinin  əyani  şöbəsinə  daxil  olmuş,  1986-cı  ildə  oranı  bitirərək, 

Azərbaycan ET Əkinçilik İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə 

əyani aspiranturaya daxil alaraq, Ümumittifaq Bitki Mühafizəsi institutunun (Sankt 

Peterburq)  alimləri  Şapiro  İ.D.  və  Vilkova  N.A.-nın  rəhbərliyi  altında  "Şəki-

Zaqatala  bölgəsində  Qırmızıdöş  zəlicə  böcəyinin  (  Oulema  melanopus)  bioloji 

xüsusiyyətləri  və  say  dinamikasının  tənzimlənməsində  davamlı  taxıl  sortlarının 

əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək, Biologiya elmləri namizədi 

adını  almışdır.  Azərbaycan  ETƏİ-da  elmi  işçi,  böyük  elmi  işçi,  aparıcı  elmi  işçi 

kimi  çalışmış  və  2011-ci  ildən  "Xəstəlik  və  zərərvericilərə  nəzarət" 

laboratoriyasının  müdiri  vəzifəsinə  təyin  olunmuşdur.  İşlədiyi    müddətdə  əsasən, 

dənli  taxıl  bitkilərinin  xəstəlik  və  zərərvericilərinin  öyrənilməsi,  xəstəlik  və 

zərərvericilərə  davamlı  yerli  və  intraduksiya  olunmuş  buğda,  arpa,  genotiplərinin 

seçilməsi,  yeni  pestisidlərin  sınaqdan  keçirilməsi  ilə  məşğul  olmuş,  Seleksiya  və 

digər  şöbələrlə  yeni  taxıl  sortlarının  yaradılması  məqsədilə  kompleks  şəkildə 

aparılan  elmi  işlərin  icraçılarından  biri  olmuşdur.

   


“Azərbaycanın  suvarma  və 

dəmyə  şəraitində  dənli  taxıl  bitkilərinin  əsas  zərərvericilərinin  bioloji 

xüsusiyyətləri  və  onlara  qarşı  mübarizə  tədbirləri”  mövzusunda  doktorluq  elmi-

tədqiqat işi üzərində çalışır.  

 

 

 

 



Laboratoriyada çalışan elmi əməkdaşlar:

 

 



İbrahimov Ehtibar Rəhim oğlu - aparıcı elmi işçi, a.e.ü.f.d. 

         

İbrahimov Ehtibar Rəhim oğlu 12.02.1966-cı ildə anadan olmuşdur. O,1988-

1993-cü  illərdə  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasının  "Meyvə-

tərəvəzçilik  və  üzümçülük"  fakultəsini  bitirmiş  və  "Alim  aqranom"  ixtisası 

almışdır.  Əkinçilik  ET  İnstitutunda  1999-cu  ildən  elmi  işçi  kimi  fəaliyyətə 

başlamışdır.  2000-ci  ildə  "Fitopatologiya  və  bitki  mühafizəsi"  üzrə  qiyabi 

aspiranturada  təhsil  almışdır.  Ehtibar  İbrahimov  2013-cü  ildə  "Azərbaycanda 

buğdanın  sarı  pasa  (Puccinia  striiformis  west)  effektiv  davamlı  genlərin 

müəyyənləşdirilməsi  və  seleksiyada  istifadəsi"  mövzusunda  dissertasiyasını 

müdafiə  edərək  “aqrar  elmləri  üzrə  fəlsəfə  doktoru”  elmi  dərəcəsi  adına  layiq 

görülmüşdür.  

     Hazırda  "Xəstəlik  və  zərərvericilərə  nəzarət"  laboratoriyasında  aparıcı  elmi 

işçi vəzifəsində çalışır. 



Kərimova Şamama Ramiz qızı - böyük elmi işçi 

Hacıyeva Esmira Əlinağı qızı - böyük elmi işçi 

Aslanova Könül Kamilpaşa qızı - elmi işçi  

Sadıqov Şəhriyar Fateh oğlu –kiçik elmi işçi 

 

Laboratoriyanın fəaliyyət istiqamətləri: 

 

  “Xəstəlik  və  zərərvericilərə  nəzarət”    laboratoriyası  “Bitki  mühafizəsi  ” 

şöbəsi  adı  ilə  1950-ci  ildə  yaradılmış,  elmı  tədqiqat  işlərinə  isə  1952-ci  ildən 

başlanmışdır. 

        Laboratoriya 

yeni  sturukturadakı  fəaliyyətinə  Əkinçilik  İnstitutun 

Modernləşdirilməsi Proqramına  və Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-

cu il və Əkinçilik İnstitutunun 7/ş saylı 31 mart 2009-cu il tarixli əmrlərinə əsasən 

başlamışdır. Hazırda laboratoriyada 8 nəfər çalışır ki, onlardan 6 nəfər elmi işçı, 2 

nəfəri  isə laborantdır. 

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması üçün Kənd təsərrüfatı bitkilərinin 

zərərli  orqanizmlərdən  (xəstəlk,  ziyanvericilər,  alaq  otların  və  s.)  mühafizə 

olunması  vacib  məsələlərdəndir.Dünyanın  bir  çox  ölkələrində  olduğu  kimi 

Azərbaycanda  da  dənli    taxıl  bitkilərinin  bir  çox  xəstəlik  və  zərərvericilərinə  rast 

gəlinir ki, bu da vegetasiya  dövründə bitkilərin inkişafına və məhsuldarlığına ciddi 

təsir  göstərən  əsas  faktorlardan  biri  olaraq  qalmaqdadır.  Bir  çox  xəstəlik  və 

zərərvericilər  taxıldan  nəyinki  yüksək  məhsul  alınmasına  imkan  vermir,  hətta 

bəzən yüzlərlə hektar sahəni qismən və ya tamamilə məhv edir.Buğda əkinlərində 

xəstəliklərdən-  sarı  və  qonur  pas,  toz  və  bərk  sürmə,  unlu  şeh,  helmintosporioz, 

septorioz, fuzarioz yayılmışdır. Zərərverici həşəratlardan taxıllara əsasən ziyankar 

bağacıq, zəlicə böcəyi, taxıl mənənələri, taxıl milçəkləri, taxıl mişarçısı və s. ziyan 

vururlar.  

 

   Laboratoriyada    Respublikanın  müxtəlif  zonalarında  becərilən  buğda,  arpa, 



qarğıdalı, ərzaq paxlalıları bitkilərində yayılmış zərərli orqanizmlərin  - zərərverici 


və  xəstəliklərin  növ  tərkibi,  yayılma    arealı,  bioekoloji  xüsusiyyətləri,    vurduğu 

ziyanın  və  s.  müəyyən  olunması  və  onlara  qarşı  lazımı  mübarizə  tədbirlərinin 

tətbiq  olunmasına  dair  tədqiqat  işləri  aparılmış  və  aparılır.  Yüksək  məhsuldar, 

xəstəlik  və  zərərverici  orqanizmlərə  kompleks  davamlı    taxıl  sortlarının 

yaradılması laboratoriyada prioritet istiqamətlərdən biridir. 

        Laboratoriyada  hər  il  yüzlərlə  yerli    və  introduksiya  olunmuş  buğda,  arpa 

sortları,  perspektiv  nümunələr,  kolleksiya  materialları  əsas  xəstəliklərə 

davamlılıqlarına ğörə qiymətləndirilir və xəstəliklərə kompleks davamlı nümunələr 

seçilir. Təbii şəraitdə seçilmiş davamlı nümunələr təkrarən sünii fonda öyrənilir. 

Şəki- Zaqatala bölgəsində buğdanın kök çürüməsi, onun növ tərkibi və  ziyankar 

növləri  (Fuzarium,  Ofiobulus,  Helmintosporium  və  s.),  yayılma  arealı,  onların 

məhsul itkisinə, dənin texnoloji və biokimyəvi göstəricilərinə təsiri öyrənilmiş və 

onlara qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır. 

Son  10  ildə    sarı  pas  xəstəliyinin  geniş  yayılaraq  buğda  əkinlərinə  ciddi  ziyan 

vurması 

müşahidə 

olunmuşdur.Əkinçilik 

Elmi-Tədqiqat 

İnstitutunun 

məlumatlarına  görə  buğdanın  sarı  pas  xəstəliyinin  güclü  inkişafı  nəticəsində 

məhsul itkisi 30-40%, sürmə xəstəlikləri isə -  20-25% təşkil edir. Buğda bitkisinin 

əsas göbələk xəstəliyi olan Sarı pasa dair institutda geniş tədqiqat işləri aparılır və 

yüksək  nəticələr  alınmış  davamlı  genlərə  malik  hibrid  materialları  əldə 

olunmuşdur. Belə ki, respublikanın Abşeron, Zaqatala, Tərtər, Qobustan, Cəlilabad 

rayonları üzrə sarı pas xəstəliyinin 9 yeni rası  müəyyən olunmuş və bu xəstəliyə 

qarşı  davamlı  genlərə  malik  nümunələr  seçilmiş  və  başlanğıc  material  kimi 

seleksiyada  tətbiq olunmaqla davamlı nümunələr əldə olunmuşdur.  

Bir çox ölkələrdə artıq ciddi təhlükə yaratmış Buğda bitkisində Gövdə pas xəstəliyi  

artıq  respublikamızda  öz  ilkin  fəsadlarını    göstərmişdir.    Respublika  ərazisində 

becərilən  taxıl sortlarında  yüksək sirayətlənmə qeyd olunmuşdur. 

Müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində dənli-taxıl bitkiləri sahəsində 200-

dən  artıq  zərərverici  həşərat  növü  mövcuddur  ki,  bunlardan  25-i  daha  geniş 

yayılmış  və  müxtəlif  illərdə  əkin  sahəsinə  ziyan  vuraraq  ciddi  məhsul  itkisinə 

gətirib  çıxarır.  Periodik  olaraq  əkin  sahələri  gəmiricilərin,  zərərli  həşəratlardan 

Çəyirtkələr,  Ziyankar  bağacıq,  Karabid  taxıl  böcəyi  və  s.  təsirinə  məruz  qalır.   

Məlumdur  ki,  bir  çox  zərərvericilər  -  zəlicə  böcəyi  və  ziyankar  bağacıq  və  s. 

periodik  olaraq əkin sahələrinə ciddi ziyan  vurarlar.  Bu məqsədlə, buğda  və arpa 

əkinlərində  müşahidə  olunan  əsas  zərərvericilərin  növ  tərkibi  müəyyən  olunmuş, 

onların  yayılması,  sıxlığı,  qidalanma  əlaqələri,  inkişafı,  zərərvurma  həddi, 

zədələnmənin bitkinin məhsuldarlığına və dənin keyfiyyətinə təsiri  öyrənilmişdir.  

Müxtəlif  sortların  əsas  zərərvericilərlə  zədələnmə  səviyyəsi  öyrənilərək,  davamlı 

nümunələr seçilir və bu nümunələrdə davamlıq faktorlarının  öyrənilməsi ilə bağlı 

tədqiqatlar  davam  etdirilir.  Zəlicə  böcəyi  və  ziyankar  bağacığa  qarşı  davamlı 

sortların  seçilməsi  və  davamlılığı  təmin  edən  faktorların  öyrənilməsinə  dair 

tədqiqatlat aparılır. 

        Laboratoriyada  10  ilə  yaxındır  ki,  Taxılçılıq  elm  mərkəzləri(ICARDA, 

CAMMYT) ilə birgə tədqiqatlar aparılır. Birgə əməkdaşlıq sayəsində  xəstəliklərə 

davamlı hibrid və donorlar yaradılmışdır. 

 



Əsas məqsəd: 

 

-İnstitutun  mandatına  daxil  olan  (buğda,  arpa,  qarğıdalı,  ərzaq  paxlalıları)  yerli, 

CİMMYT və İCARDA-dan introduksiya olunmuş bitkilərin rüşeym plazmalarının 

kompleks xəstəlik və zərərvericilərə davamlılıqlarının müəyyən edilməsi; 

-Respublikanın  suvarma  və  dəmyə  şəraitində  Böyük  taxılçılıq  və  Fermer 

təsərrüfatlarında fitosanitar fitosanitar vəziyyətin qiymətləndirilməsi; 

-Xəstəlik,  zərərverici  və  alaq  otlarının  yayılması,  onların  zərərvurma  həddlərinin 

müəyyən edilməsi və əsas zərərli növlərə qarşı mübarizə tədbirlərinin tətbiqi; 

-Xəstəlik  və  zərərvericilərə  qarşı  səmərəli  mübarizə  tədbirlərinin  aparılması  üçün 

elmi  müəssisələr,  regional  və  beynəlxalq  təşkilatlarla  əməkdaşlığın  daha  da 

genişləndirilməsi. 

 

Vəzifələr- Fitosanitar analizin aparılması: 



   

-Respublikada dənli və paxlalı bitkilərin əkin sahələrində müşahidə edilən göbələk 

xəstəlikləri  törədicilərinin  və  zərərvericilərin  növ  tərkibinin  müəyyən  edilməsi, 

onların bioekoloji xüsusiyyətlərinin  öyrənilməsi; 

-Taxıl    bitkilərinin    əsas    xəstəlik  törədicilərinin    müxtəlif    populyasilarının  

növdaxili   ras tərkibinin müəyyən edilməsi əsasında davamlı sortların yaradılması 

 

Xəstəliklər və zərərvericilərin öyrənilməsi: 

  

-Respublikanın    müxtəlif    torpaq-iqlim    zonalarında    becərilən  taxıl  və  paxlalı 



bitkilərin xəstəlik və zərəvericilərinin etiologiyası, yayılması və inkişaf dinamikası 

qanunauyğunluqlarının öyrənilməsi;   

-Əsas xəstəlik və zərərvericilərin diaqnostikası üzrə effektiv metodların seçilməsi,  

ayrı-ayrı bölgələrdə sortlar üzrə xəstəlik və zərərvericilərin monitorinqinin həyata 

keçirilməsi,    immunoloji,    aqrotexniki,    kimyəvi    və    digər    mübarizə    tədbirləri 

sisteminin işlənib hazırlanması;     

-Yeni kimyəvi bitki mühafizə preparatlarının sınağı, onların  ekoloji  təhlükəsiz və 

rasional qaydada tətbiqinin müəyyən edilməsi. 

 

   İnteqrir mübarizə tədbirləri: 

 

-Müxtəlif  torpaq-iqlim  şəraitinə  uyğun  olaraq    intensiv  texnologiya  ilə  becərilən 



taxıl bitkilərinin əsas zərərli orqanizmlərdən qorunması məqsədilə bütün mübarizə 

metodlarını  özündə  birləşdirən  İnteqrir  Mübarizə  Sisteminin  (İMS)  işlənib 

hazırlanması və tətbiqi 

 

 Davamlı nümunələrin yaradılması: 

 

-İnstitutun mandatına uyğun olaraq buğda, arpa, qarğıdalı və paxlalı bitkilərin yerli 



və  beynəlxalq  mərkəzlərdən  (CİMMYT,  İCARDA)  alınmış  sort  nümunələrinin  


təbii  və süni  sirayətləndirmə  fonunda kompleks xəstəlik  və zərərvericilərə qarşı  

davamlılığının  müəyyən edilməsi;    

-Davamlı  sortların seçilməsi  və  yaradılması prosesində istifadə etmək  məqsədi  ilə  

sahib  bitki  və  patogenin  qarşılıqlı  təsirinə  əsaslanan  fitopatoloji  və  genetik 

parametrlərin müəyyənləşdirilməsi;    

-Xəstəliklərə  qarşı  davamlı  donorların  müəyyən  edilməsi,  buğdanın  sarı  pas  və 

bərk sürmə xəstəliklərinə qarşı genetik davamlılıq bankının yaradılması.  

 

Laboratoriya  həmçinin  fiziki  və  hüquqi  şəxslərin  taxıl  və  digər  kənd 



təsərrüfatı  bitkiləri  əkinlərində  rast  gəlinən  xəstəlik  və  zərərvericilərin  növ 

tərkibinin  müəyyən  edilməsi,  eləcə  də  onlara  qarşı  mübarizə  tədbirlərinin 

seçilməsi,  kimyəvi  və  bioloji  preparatların  normalarının  dəqiqləşdirilməsi  və 

tətbiqi, digər bu kimi xidmətlər də göstərir.  



 

 

 



Yüklə 41,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə