Xətayi rayon məhkəməsinə



Yüklə 38,5 Kb.
tarix01.07.2018
ölçüsü38,5 Kb.
#53072
növüYazı
    Bu səhifədəki naviqasiya:
  • Qoşma

Bu ərizə nümunədir və bu ərizədəki bütün adlar şərti xarakter daşıyır.


_________ saylı uşaq bağçasının müdiri

Xanım Maral Cüyürzadəyə
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Q. Qarayev küç. ev 55 ünvanında yaşayan Aslanov Şirbala Aslan oğlu və Aslanova Ceyran Meşəbəy qızı tərəfindən

Ə R İ Z Ə

Yazıb Sizə bildiririk ki, bizim övladımız Aslanov Balaşir Şirbala oğlu Sizin rəhbərlik etdiyiniz ____________ saylı uşaq bağçasında məktəbəqədər təhsil alır. Cari ilin sentyabr ayının 25-də Aslanov Balaşir Şirbala oğlunun 6 yaşının tamam olması səbəbilə onun sənədlərinin vaxtından əvvəl ibtidai təhsil alması üçün məktəbə verilməli olduğu bildirilmişdir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19.11-ci və 19.12-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 16.06.2010-cu il tarixli, 796 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları”na əsasən ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.

Göründüyü kimi, “Təhsil haqqında” Qanunda və Təhsil Nazirliyinin müəyyən etdiyi Qaydalarda sentyabr ayının 15-dən sonra 6 yaşı tamam olan uşaqların vaxtından əvvəl I sinfə qəbul edilməsi istisna bir hal kimi nəzərdə tutulmuşdur və bunun üçün valideynlərin razılığı tələb olunur.

Qeyd etməyi zəruri hesab edirik ki, Aslanov Balaşir Şirbala oğlunun 25 sentyabr 2012-ci il tarixində 6 yaşının tamam olmasına baxmayaraq, onun fiziki, intellektual və sosial baxımdan məktəb təliminə hazır olmaması ibtidai təhsil almasında çətinliklər yaradacaq. Buna görə də, Aslanov Balaşir Şirbala oğlunun hazırki məktəbəqədər təhsil müəssisəsində saxlanılması, növbəti təhsil ili ərzində (2012-2013-cü illər) məktəb təliminə hazırlaşması zərurəti yaranmışdır və onun vaxtından əvvəl I sinfə qəbul edilməsi məqsədəmüvafiq deyil.



Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Aslanov Balaşir Şirbala oğlunu fiziki, intellektual və sosial baxımdan məktəb təliminə hazırlamaq məqsədilə onun hazırki məktəbəqədər təhsil müəssisəsində saxlanılması barədə müvafiq qərar qəbul etməyinizi Sizdən xahiş edirik.
Qoşma: Doğum haqqında şəhadətnamənin surəti.
Tarix: 20 iyul 2012-ci il
İmza: Aslanov Şirbala Aslan oğlu ____________________________

İmza: Aslanova Ceyran Meşəbəy qızı ______________________________





Yüklə 38,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə