Xəyalin diGƏr adi: maddə



Yüklə 1,03 Mb.
səhifə15/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   ...   7   8   9   10   11   12   13   14   15

87

BEYNİNİZDƏKİ DƏRİN SƏSSİZLİKDƏ KONFRANSI DİNLƏYƏN RUHUNUZDUR


Böyük salonda diqqətlə nitqi dinləyən insanların hamısı natiqin ağzından çıxan hər səsi eşitdiklərini zənn edirlər. Natiq də eyni əminliklə düşüncələrini anladır və dinləyicilərin onu eşitdiklərini zənn edir. Əslində isə həqiqət çox fərqlidir və o anda salondakı heç kimin fərqinə varmadığı qeyri-adi möcüzə baş verir.

Nitq söyləyən şəxs beynindəki dinləyicilərə bir şey danışır, eyni şəkildə dinləyicilər də danışılanları beyinlərində dinləyirlər. O anda salonun içində olduqlarından olduqca əmin olan o qədər insan bütün bunları əslində beyinlərində yaşayırlar və salondakı dinləyicilərin hər birinin beynində elektrik axınlarını natiqin səsi kimi qulağa ehtiyac olmadan eşidən varlıq var.

Bu varlıq hər şeyi o qədər həqiqi yaşayır ki, heç kim eşitdiyi səsin əsli ilə təmasda olmadığını anlamır. Bu varlıq Allahın bənzərsiz elmlə yaratdığı RUHdur. Beynin içindəki dərin səssizliyə baxmayaraq, ruh hər şeyi qüsursuz dərəcədə aydın və əslinin eynisi kimi eşidir.
90

BİR ƏT PARÇASI ÜZƏRİNDƏ BU QƏDƏR KEYFİYYƏTLİ GÖRÜNTÜ MEYDANA GƏLƏ BİLƏRMİ?


92

Sinir hüceyrələrinin bir insana şüur, ağıl, düşünmə və danışma bacarığı, sevmə, şəfqət hiss etmə, yazığı gəlmə, darıxma kimi hissləri qazandırmayacağı çox açıq həqiqətdir.


102

Uşağını qucağında tutan, həyat yoldaşını qucaqlayan, anası ilə söhbət edən insan bu insanların özünə ən yaxın insanlar olduğunu zənn edir. Əslində isə insana dostundan, həyat yoldaşından, uşaqlarından, hətta özündən də daha yaxın olan Allahdır. Bir Quran ayəsində bildirildiyi kimi, Allah insana “şah damarından daha yaxın”dır. (Qaf surəsi, 16)


104

İnsanların etdikləri bütün hərəkətlər Allaha aiddir. Məsələn, uşağın oxuya bilməsi, memarın hazırladığı layihə, elm adamının kəşfi, mətbəxdə bişən yemək, sənətkarın əsəri... Bütün bunları yaradan və etdirən Allahdır.


106

Hər insanın etdiyi bütün işlər, qazandığı bütün uğurlar, malik olduğu bacarıqların hamısı Allaha aiddir. Bu şəxs böyük dövlətin rəhbəri, dünyanın ən varlı insanı, hər kəsin sevdiyi sənətkar və ya mühüm kəşflər edən elm adamı olsa da, bu həqiqət dəyişmir. Hər insan Allaha boyun əymiş olaraq Onun istədiyi şeyləri edir.


109

İnsan malik olduğunu hesab etdiyi hər şeyin-evinin, avtomobilinin, ailəsinin, işinin və bütün dostlarının beyninin içində meydana gələn hiss və görüntülərilə təmasda olur və insan heç vaxt bunların xarici aləmdə olan əsl hallarını bilməz. Bu həqiqəti qavrayan insan hər şeyin tək sahibinin bu görüntüləri beynində yaradan Allah olduğunu anlayar. Dünya həyatına həvəslə bağlı olan insanlar bu səbəbdən bu həqiqətdən çox qorxurlar.


110

MAL HƏVƏSİNƏ DÜŞƏN İNSANLARIN ƏN BÖYÜK QORXUSU


Ətrafınızdakı mal həvəsinə düşmüş insanların ən çox nələrə dəyər verdiklərini düşünün: yaxşı ev, lüks əşyalar, parıltılı zinət əşyaları, son marka avtomobil, banklarda böyük miqdarda pul, yaxta... Elə bu səbəbdən də bu insanlar malik olduqları bütün bu maddələri beyinlərindəki bir ekranda seyr etdikləri və əslləri ilə əsla təmasda ola bilmədikləri həqiqətindən çox qorxurlar.

Əslində isə qəbul etmək istəməsələr də, beyinlərində əmələ gələn xəyali dünyada yaşayırlar. Xarici aləm ilə təmasda olmaları mümkün deyil. Çünki səsi, işığı və qoxunu heç cür keçirməyən kəllənin içinə girən sadəcə bu maddələrdən gələn elektrik məlumatlardır. Şəkildəki kimi pul verib arxada görünən möhtəşəm villanı satın alan insanın içində olduğu vəziyyət də belədir. Özünü villa satın alan və pul sayan zənn edir, əslində beynində əmələ gələn görüntünü satın alır, qarşısındakı şəxsə də pulun özünü deyil, görüntüsünü verir. Pulu alan şəxs də əslində görüntü alır. Yəni ortada “görüntü alveri” var.


114

Böyük şirkətin sahibi-evləri, son markalı avtomobilləri, qarşısında əyilən, ona hörmət edən işçiləri olan insan əslində sahib olduğu hər şeyi beyninin içində bir görüntü kimi görür. Sahib olduğu etibarı da beynində meydana gəlir. Çox ciddi və vacib olduğunu düşündüyü, zamanının böyük hissəsini ayırdığı işi, iş yoldaşları ilə keçirdiyi iclaslar, aldığı qərarlar da beynində meydana gələn görüntülərdir.


115

Eyni insan pulunu böyük həvəslə saydıqda əslində beynindəki pulları sayır. Qürurla və özünü göstərərək yaxta ilə gəzərkən özünü göstərdiyi insanların, yaxtasının və gördüyü mənzərənin beynində əmələ gələn görüntülər olduğunu anlaya bilməz. Ona bu həqiqət izah edildikdə isə sahib olduğu bütün var-dövlətini və etibarını itirməmək üçün bu həqiqətə möhkəm etiraz edər. Əslində isə eyni şəxs yuxusunda da bunların həqiqi olduğundan əsla şübhələnməz. Yuxusunda da ona bunların həqiqi sahibi olmadığı deyilsə, buna etiraz edər. Ancaq oyandıqda hamısının xəyal olduğunu anlayar.


117

XƏYALLARLA BAŞQALARINA LOVĞALANDIĞINI ANLAMAYAN İNSANIN VƏZİYYƏTİ


Bahalı avtomobili ilə ətrafındakı insanlara lovğalanan varlı insan əslində beynində əmələ gələn avtomobil görüntüsü ilə lovğalanır. O anda varlı adam çox lovğalandığı avtomobilinin əsli ilə təmasda ola bilmədiyini heç ağlına da gətirməz. Əslində isə öz beynində əmələ gələn avtomobil görüntüsü o anda lovğalandığı ətrafındakı digər insanların beyinlərində də ayrı-ayrı əmələ gəlir.

Elə isə əgər orada beş nəfər varsa və hər birinin beynində də avtomobilin görüntüsü ayrı-ayrı əmələ gəlirsə:

- Əsl avtomobil haradadır?

-Varlı adamın avtomobili bu beş avtomobil görüntüsündən hansıdır?

-Varlı adam hansı avtomobil görüntüsünə sahib çıxacaq və hansı ilə ətrafındakılara lovğalanacaq?

- Lovğalandığı digər şəxslər də əslində varlı adamın beynində əmələ gələn xəyal deyil?

Malik olduqları mal və mülkləri ilə, evlərilə, avtomobilləri ilə digər insanlara lovğalananlar əslində “beyinlərində əmələ gələn xəyallarla beyinlərində əmələ gələn xəyallara” lovğalanırlar. Bəzi insanlar bu çox mühüm həqiqəti heç anlamırlar. Əlbəttə, bu son dərəcə alçaldıcı vəziyyətdir. Çünki sahib olduqları ilə öyünən şəxs nə lovğalanacaq avtomobilin, nə də insanların əslləri ilə heç vaxt təmasda ola bilməz.
119

Sahib olduğu ad-sanı ilə lovğalanan, insanların ona göstərdiyi maraqdan azğınlaşan insan arxasından qaçanların, onunla maraqlananların əslində beynində əmələ gələn görüntülər olduğunu öyrəndikdə bütün kefi pozular. Təkəbbürünün heç bir mənasının olmadığını görər.


121

Uğuruna görə mükafat alan insan beyninin içindəki mükafatı alır və beyninin içində əmələ gələn insan görüntüləri tərəfindən alqışlanır.


122

Bir insan nə qədər çətinliklə qarşılaşsa da, hər hadisə beynində meydana gəlir. Bir insan keçmişini, məsələn, əksəriyyət kasıblığını necə düşünüb zehnində canlandırırsa, yaşadığı an da beyninin içində meydana gəlir.


123

İnsanların həyatları boyu yaşadıqları bütün çətinlik və sıxıntıya səbəb olan hadisələr də əslində beyinlərinin içində meydana gəlir. Bu həqiqəti bilən insan qarşılaşdığı hər hadisəyə səbir edər. Allahın hər şeyi xeyirlə yaratdığını bilər və təvəkküllü davranar.


126

Həyatı boyu tərəfdarlarına maddənin mütləq gerçək varlıq olması xətasını izah edən Lenin ən atəşli nitqlərini əslində beynində əmələ gələn insan görüntülərinə söyləyirdi. Güc topladığı tərəfdarları da beynində əmələ gələn görüntülər idi.


127

Lenin, Mao və Stalin kimi kommunist liderlərin arxasınca gedənlər, onları güclü liderlər kimi görənlər, nitqlərini böyük diqqət və coşğunluqla dinləyənlər bu insanları özlərinə aid gücləri olan varlıqlar zənn edirlər. Əslində isə hər biri beyinlərində əmələ gələn varlıqlardır.


130

MATERİALİSTLƏRİN ƏN BÖYÜK QORXUSU

Hal-hazırda kitabı tutan, kitabın kağızının kənarını və qalınlığını hiss edən əliniz deyil. Kitabı tutma hissi sinir oyanmaları vasitəsilə beyindəki toxunma mərkəzində əmələ gətirilən hissdir.

Bu toxunma hissini dərk edən şüur beyindəki yağlar və sinirlər ola bilməz. Elə isə insanın beynində əli və barmaqları olmadan kitabı tutduğunu hiss edən varlıq kimdir?

Maddənin fövqündə olan bu varlıq insanın ruhudur. Allah çox böyük möcüzə olaraq insan ruhuna heç bir üzvü olmadığı halda, bütün hissləri dərk etdirir. Məsələn, ruh barmaqları olmadığı halda kitaba, pambığa, daşa və ya heyvanın tüklərinə toxunduğunu hiss edə bilər. Elə materialistlərə böyük qorxu verən həqiqət də budur. Bütün həyatlarının maddəyə bağlı olaraq keçdiyini zənn edən materialistlər həyatları boyu maddənin əslinə bircə dəfə də toxuna bilmədiklərini, onu görə bilmədiklərini, beyinlərindən kənara əsla çıxa bilmədiklərini düşündükcə çıxılmaz vəziyyətə düşdüklərini anlayırlar. Buna görə, bu qeyri-adi mühüm möcüzəni insanların gözündən uzaq tutmaq üçün var gücləri ilə səy göstərirlər.

Ancaq Allah XIX əsrdə insanların hər an yaşadıqları bu mühüm həqiqəti qavramaları üçün lazımi mühiti yaratmış və elmi irəliləyişləri də bunun başa düşülməsi üçün dəstək etmişdir.


134

Telefon zəng çaldığı an ilə telefonda dostun səsinin eşidildiyi an arasında bir müddət olduğunu düşünür və buna “zaman” deyirik. Zaman “o an” yaşananlar ilə keçmiş arasında aparılan müqayisə ilə ortaya çıxan hissdir.


135

Zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə əsaslanan anlayışdır. Məsələn, bir nəfər otağa daxil olur. Sonra yerdəki qələmi görür və əyilib onu götürür. Bundan sonra stola yaxınlaşır və qələmi onun üstünə qoyur. Həmin insan bu hərəkətlər arasında müqayisə aparır. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləliklə, zaman hissini əldə edir.


136

İnsanın keçmişi hafizəsinə verilən məlumatlardan ibarətdir. Hafizə silindikdə insanın keçmişi də silinir. Gələcəyi isə düşüncələrindən ibarətdir. Bu düşüncələr olmadıqda isə insanın sadəcə yaşadığı “an” qalır.


138

ZAMANIN TƏRSİNƏ İŞLƏDİYİ DÜNYADA KEÇMİŞ GƏLƏCƏK OLARDI


Bütün hadisələr bizə müəyyən ardıcıllıqla göstərildiyi üçün zamanın daima irəliyə doğru axdığını düşünürük. Məsələn, xizəkçi daima dağdan aşağıya doğru sürüşür, yuxarı doğru sürüşmür və ya bir su damlası su hövzəsindən yuxarı doğru çıxmaz, daima aşağıya doğru düşər. Belə olduqda xizəkçinin təpədəki halı keçmiş ikən aşağıya çatdığı halı gələcəkdir. Elə isə hafizəmizdəki məlumatlar filmin əvvələ sarılması kimi tərsinə doğru göstərilməyə başlasa, bizim üçün gələcək, yəni aşağı enmiş halı keçmiş olar, keçmiş isə, yəni təpədəki halı isə gələcək olar.
142

30 İL ƏVVƏL


BU GÜN
İşıq sürətinə yaxın sürətlə kosmik səyahətə çıxan əkiz qardaşlardan biri 30 il sonra geri qayıtdıqda Yerdə qalan qardaş digərinə nisbətən daha yaşlı olacaq.
146

KEÇMİŞ
GƏLƏCƏK


İNDİ
148

KEÇMİŞ
GƏLƏCƏK


AN
hafizə=keçmiş
hafizə=keçmiş
düşüncə=gələcək

İnsanın keçmişi əslində o insanın hafizəsində yer alan məlumatlardan ibarətdir. Əgər bu insanın hafizəsi silinsə, keçmişi qalmayacaq. Gələcək isə insanların düşüncələrindən ibarətdir. İnsan gələcəyi üçün plan qurar, gələcəyini düşünər. Ancaq insanın düşüncələri də aradan qaldırılsa, bu dəfə gələcək deyə bir anlayış da qalmayacaq. Hafizəsi və düşüncələri əlindən alınan insan üçün sadəcə içində yaşadığı “an”, yəni “bu an” qalacaq.


düşüncə=gələcək
151

İnsan necə keçmişini dəyişdirə bilməzsə, gələcəyini də dəyişdirə bilməz. Buna görə, hadisələr qarşısında gərginlik keçirənlər, əsəbiləşənlər, qədərə təslim ola bilməməyin nəticə gətirməyən sıxıntı və çətinliyini yaşayırlar.


152

ALLAH BİZİM KEÇMİŞİMİZİ VƏ GƏLƏCƏYİMİZİ TƏK BİR AN KİMİ BİLİR VƏ GÖRÜR


Bu şəkildəki insanlar avtomobili görmədikləri kimi, avtomobildəkilər də yoldakı bu insanları görmürlər. Hər ikisi də bir-birlərindən “hal-hazırda” xəbərsizdirlər. Ancaq bu şəklə uzaqdan, fərqli yerdən baxan insan hər iki tərəfi də asanlıqla və bütün təfərrüatı ilə eyni anda görə bilir. İnsanın həyatına da eyni vəziyyət aiddir.
153

Bizim üçün keçmiş və gələcək var və biz zamandan asılı olduğumuz üçün gələcəyimizi ancaq zaman keçdikdən sonra görə bilərik. Ancaq Allah zamandan və məkandan uzaq olduğu üçün bizim keçmişimizi, gələcəyimizi və içində olduğumuz anı tək bir anda, bütün canlılığı və aydınlığı ilə görür. Məsələn, bir an sonra yoldakı insanları görən sürücünün ani bir tormozla dayanması da Allah qatında əvvəlcədən məlumdur və görülür.


155

Hər varlıq bir qədər ilə yaradılır. Hər hansı bir vaza hələ istehsal edilməzdən əvvəl kim tərəfindən, hansı modeldə istehsal ediləcəyi, kim tərəfindən, haradan satın alınıb hansı evin hansı küncünə yerləşdiriləcəyi və hansı gün hansı anda necə düşüb sınacağı Allah qatında məlumdur.


156

Bir avtomobil hələ istehsal edilməzdən əvvəl hansı rəngdə olacağı, kim tərəfindən satın alınacağı, hətta hansı metal tullantıları xarabalığında necə vəziyyətdə olacağı qədərində bəllidir.


162

İnsanın yaşadığı heç bir an itməz, Allahın hafizəsində bütün canlılığı ilə sonsuzluğa qədər saxlanılır.


163

YAŞADIĞIMIZ HƏR AN ALLAH QATINDA SAXLANILIR, İTMİR, CANLI ŞƏKİLDƏ QALIR


164

Şəkildə gördüyünüz kəpənəyin hələ yumurta olduğu anından barama halına, baramadan çıxıb uçmağa başladığı andan ölüb zibillərə qarışdığı halına qədər hər halı hal-hazırda Allah qatında canlı şəkildə mövcuddur. Kəpənək Allahın hafizəsində hal-hazırda baramadan çıxır, hal-hazırda uçmağa başlayır və hal-hazırda ölərək yerə düşür.


166

Keçmişdə qalmış hadisələr “hal-hazırda” Allahın hafizəsində çox canlı və aydın şəkildə yaşanır. Məsələn, piramidaları inşa edən işçilər materialları hal-hazırda daşıyırlar, hal-hazırda yorulurlar, hal-hazırda susayaraq su içirlər.


167

Hz. Musa və yanındakılar hal-hazırda yarılan dənizdən keçərək qurtulurlar. Fironun ordusu hal-hazırda birləşən dənizin içində boğulur. Hz. Nuhun gəmisi və hz. Süleymanın sarayı hal-hazırda inşa edilir və bütün bu hadisələr bizim bildiyimizdən daha aydın və canlı şəkildə hal-hazırda Allahın hafizəsində mövcuddurlar.


168

Bir banan ağacının toxumunun torpağa düşməsindən bananların ağacdan dərilməsinə, o bananların marketə gətirilməsinə, marketdə satılıb nəhayət meyvə səbətinə qoyulmasına qədər hər anı tək bir an şəklində Allahın hafizəsində saxlanılır. Hər anı Allahın qatında canlı şəkildə yaşanır. Bananın heç bir halı Allah qatında yox olmaz, sonsuzluğa qədər saxlanılır.


170

Bu uçan binanın hər anı Allahın hafizəsində hər an hazır durur. Binanın bünövrəsinin ilk dəfə qoyulduğu andan uçub yerlə bir olduğu ana qədər hər anı sonsuzluğa qədər itmədən hazır duracaq.


171

YAŞANAN HEÇ BİR AN ALLAH QATINDA YOX OLMAZ


172

İNSAN YAŞADIĞI HƏR ANI FİLMİN KADRLARI KİMİ NÖVBƏSİ ÇATDIQDA İZLƏYƏR


174

ZAMANSIZLIĞI VƏ SONSUZLUĞU İZAH EDƏN FİZİK


The end of the time” (Zamanın sonu) kitabının müəllifi məşhur fizik Julian Barbour “Discover” jurnalı tərəfindən aparılan müsahibəsində bu bölmədə toxunduğumuz mövzuların elmi həqiqətlər olduğuna diqqət çəkir. Julian Barbourun “Buradan sonsuzluğa” başlığı altında dərc edilən müsahibəsində bildirdiyi mövzular və yazını hazırlayan “Discover” jurnalının jurnalisti Tim Folgerin şərhlərindən bəziləri belədir:

Barbourun fikrincə bu an və bu an içində olanlar – Barbourun özü, amerikalı qonaq və uzaq qalaktikalara qədər olan hər şey – heç dəyişməyəcək. Nə keçmiş var, nə də gələcək. Əslində zaman və hərəkət illüziyadan başqa bir şey deyil. Barbourun kainatında hər fərdin həyatındakı hər an – doğulma, ölüm və bunların arasındakı hər şey- sonsuzluğa qədər mövcuddur. Barbour belə deyir: “Yaşadığımız hər an əslində sonsuzdur”.

Kainatın mümkün olan hər konfiqurasiyası, keçmiş zaman və gələcək ayrı-ayrı və sonsuzluğa qədər mövcuddur. Zamanda səyahət edən hər hansı kainatda yaşamırıq. Əksinə, bizlər və ya özümüzün fərqli versiyaları hər hansı bir zamanda, içində hər şeyi ehtiva edən kainatda, bir çox sabit və sonsuzluğa qədər davam edən rəsmdə eyni zamanda mövcuduq. Barbour bunların hər birinə mümkün sabit həyat konfiqurasiyaları, yəni “indi” deyir. Hər “indi” əksiksiz, öz-özünü ehtiva edən zamansız, dəyişməyən kainat. Əslində hər biri sonsuzluğadək davam edərkən bizlər səhvən “indi”ləri tez keçib gedən kimi hiss edirik, çünki kainat kəlməsi bütün mümkün “indi”ləri əhatə etmək üçün çox kiçikdir. Barbour bunun üçün yeni bir söz törətdi: platoniya. Hisslərimizlə qavradığımız fiziki dünya sabit şəkildə davam edən kimi görünsə də, bu adı gerçəkliyin sonsuz və dəyişməyən formalardan meydana gəldiyini iddia edən qədim yunan filosofunun şərəfinə qoymuşdu.

(Barbour) gerçəklik anlayışını kinofilmin kadrlarına bənzədir.

Hər kadr incə uzun otları, mavi göy üzündəki buludları, Julian Barbouru, təəccüb içində olan “Discover” jurnalistini, uzaqdakı qalaktikaları ehtiva edən mümkün “indi”ni ehtiva edir və hər hansı bir kadrdakı heç bir şey hərəkət etmir və dəyişmir.

“Bu həyatınızın mühüm anlarını xatırlamağa bənzəyir”, -deyir. “Bəzi səhnələri ani çəkilən fotoşəkil kimi çox aydın xatırlayırsınız. Bir dəfə özünü vuran insanı yıxılmaq məcburiyyətində qaldığımı xatırlayıram. Hələ qapını açdıqda onun pilləkənin aşağısında əlində silah qan içində yerdə yatarkən gördüyüm səhnəni xatırlamaqda çətinlik çəkmirəm. Bir fotoşəkil kimi yadımdadır. Bu cür xatırladığım hələ bir çox xatirəm var. İnsanların güclü görmə yaddaşları var. Əgər bu bir ani fotoşəkil deyilsə, onda xatırladığınız filmdən bir neçə səhnə də ola bilər. Bəlkə də ən mühüm xatirələrinizi düşünürsünüz. Bunları bir saniyədə düşünüb bitirə bilməzsiniz. Hamısını fikrinizdən ani fotoşəkillər kimi keçirirsiniz, elə deyil? Yavaş-yavaş yox olmazlar. Hər hansı bir davamlılığı varmış kimi görünmürlər. Sadəcə oradadırlar, eynilə kitabın səhifələri kimi. Bir səhifənin neçə saniyə davam etdiyini soruşa bilməzsiniz. Salisə və ya saniyə davam etməz, sadəcə orda durur”.

Barbour sakitcə qaçılmaz etirazları gözləyirdi. Elə isə bir növ bir kadrdan digərinə keçmirik? Xeyr. Kainatın sabit nizamından digərinə keçid yoxdur. Kainatın bəzi konfiqurasiyaları sadəcə “indi”ni əmələ gətirən keçmiş kimi təsvir edilən xatirələrlə şüur hissələrini ehtiva edir. Hərəkət illüziyası meydana gəlir, çünki bizlərin çox az fərqlənən bir çox versiyamız ki, bunların heç biri hərəkət etmir, eyni anda maddənin çox az fərqlənən nizamlamaları ilə birlikdə bu kainatlarda mövcuddurlar.

Hər versiyamız bənzərsiz, hərəkətsiz, sonsuz “indi”dən ibarət olan fərqli kadr görür. “Mənim fikrimcə, hər hansı iki anda heç vaxt eyni deyilik”, -Barbour deyir. “Barbourun evinin yanındakı kilsədə İngiltərədə çox nadir tapılan divar rəsmlərindən bəziləri var. 1340-cı ildə tamamlanan rəsmdə XII əsrdə yaşamış və inancları Karl II Henri ilə ziddiyyət təşkil edən Tomas Beketin öldürülməsi canlandırılıb. Divar rəsmi kralın qılıncının Beketin başını bədənindən ayırdığı anı təsvir edir. Kəsilən yerdən qan fışqırır”.

Əgər Barbourun nəzəriyyəsi doğrudursa, onda Beketin şəhid edildiyi an eynilə öz ölümümüz kimi, hələ sonsuz “indi” kimi kainatın hər hansı bir konfiqurasiyasında mövcuddur; dərk edilməyəcək qədər böyük, donmuş əsərin saysız hissəsindən bir dənəsi. Yaşadığımız bütün hadisələr sonsuzluğa qədər sabit qalacaqlar, eynilə ölümsüz zinət əşyasındakı kristallar kimi. Dostlarımız, ailəmiz, uşaqlarımız hər zaman oradadırlar.

“Hər zaman tək bir ana bağlıyıq”, -Barbour deyir. Zamanın içindən keçmirik. Əksinə hər yeni an tamamilə fərqli kainatdır. Bütün bu kainatlarda heç bir şey hərəkət etmir və ya qocalmır, çünki heç birində zaman yoxdur. Kainatlardan biri sizin körpə ikən ananızın üzünə baxarkən olan halınızı saxlayır. Bu kainatdakı sabit görüntüdə heç bir yerə hərəkət etmirsiniz. Digər bir kainatda isə sonsuzluğa qədər ölümdən bir nəfəs uzaqda olacaqsınız. Bütün bu kainatlar və hələ bir çoxu yan-yana xəyal edilməyəcək ölçü və növdəki kosmosda daima mövcuddur. Beləliklə, ölümsüz sizdən sadəcə bir dənə yox, əksinə çoxdur: iməkləməyə başlayarkən, lovğa yelbeyin, yaşlandıqda. Faciəvi olan- bəlkə də xeyirli olan- bu versiyaların heç birinin öz ölümsüzlüyünü anlamamasıdır. Sonsuzluğa qədər 14 yaşında olub vətəndaşlıq dərsinin bitməsini gözləmək istərdiniz?” (Tim Folger, “Buradan sonsuzluğa, Discover, dekabr, 2000-ci il, səh. 54”)

Julian Barbourun yuxarıdakı açıqlamaları bu bölmədə izah edilənlərin elmi tərəfini çox yaxşı vurğulayır. Bu cəhətdən kitabın mövzusu ilə böyük uyğunluq təşkil edir. Ancaq bildirilməli əsas cəhət budur: Barbour keçmişdə yaşanan heç bir anın itmədiyini, ancaq bu hadisələrin kadr-kadr fotoşəkillər kimi hal-hazırkı anda mövcud olduqlarını bildirir.

Həqiqətən də keçmiş və gələcək Allahın hafizəsində hər an hazır şəkildə durur. Ancaq bunlar kadr-kadr fotoşəkillər kimi deyil hal-hazırda hərəkətli şəkildə yaşanırlar. Məsələn, hal-hazırda hz. Yusifin qardaşları hz. Yusifi quyuya salırlar. Misir piramidaları hal-hazırda inşa edilir, işçilər daşları yerləşdirirlər. Necə ki, biz hal-hazırda canlı şəkildə yaşayırıq, bu an içərisində Allah qatında bütün keçmiş və gələcək canlı şəkildə yaşanır.

Müasir dövrümüzdə fizika sahəsindəki irəliləyişlərlə elmi cəhətdən də sübut edilən bu həqiqətlər Quranda zamansızlıq və sonsuzluq haqqında bildirilən ayələrlə böyük uyğunluq təşkil edir. Allahın yaratmasındakı bu böyük möcüzə Allahın sonsuz qüdrətini və ucalığını göstərən qeyri-adi məlumat, üzərində diqqətlə düşünülməli və qavranılmalı böyük həqiqətdir.


175

Julian Barbour insanın hər anının heç bir zaman itmədiyini və sonsuzluğa qədər digərləri ilə birlikdə yaşamağa davam etdiyini söyləyir. İnsanın həyatının sonsuzluğa qədər yaşanmaqda davam etdiyi yer isə Allahın hafizəsidir.


183

Bəzi insanlar avtobusa toxunduqda soyuq metal hissinin beyinlərində əmələ gəldiyini qəbul edirlər. Ancaq avtobus vurduqda meydana gələn ağrı hissinin də beyində əmələ gəldiyini qəbul etmirlər. Əslində isə insan yuxuda onu avtobus vurduğunu görsə, eyni ağrını hiss edəcəkdir.


184

İnsan hər hansı bir itin hücumuna məruz qalsa, bütün bunları beynində gördüyü həqiqəti dəyişməz. Çünki insan eyni hadisəni yuxuda da bütün gerçəkliyi ilə görə bilər, eyni həyəcan və qorxunu yuxuda da yaşaya bilər.


186

Beynə gedən sinirlər kəsilsə, beyində heç bir görüntü əmələ gəlməyəcəkdir.


188

Bir insan əlini kəsdikdə hiss etdiyi ağrı, nəm, sızıldama hissi də beyində əmələ gəlir. Eyni insan yuxuda da əlini kəsdiyini görə bilər və eyni hissləri yuxusunda da yaşaya bilər. Əslində isə yuxuda sadəcə xəyal görür, ortada nə bıçaq, nə də qanayan yara var. Elə isə ağrı hissi bütün həyatımızı beynimizin içində görüntü kimi gördüyümüz həqiqətini dəyişdirmir.


194

BÜTÜN GÖZƏLLİKLƏR ALLAHIN YARATMASININ ƏSƏRİDİR


Sahib olduğumuz və ya ətrafımızda gördüyümüz bütün gözəlliklər və nemətlər Allahın Vəhhab (çox bəxş edən, qarşılıqsız hədiyyə edən) sifətinin təzahürüdür.
199

“Bütün varlıqların beynimizdəki görüntüləri ilə təmasda oluruq”, -demək “bu varlıqlar yoxdur”, -demək deyil. Allahın yaratdığı hər şey - insanlar, binalar, göllər, göy üz və digər bütün varlıqların hamısı var. Ancaq biz bunların hamısının sadəcə zehnimizdə qavradığımız halını bilirik və biz onları sadəcə beynimizdə görə bilirik.


201

Allahın yaratdığı varlıqlara sevgi, şəfqət, məhəbbət duyan müsəlman əslində sevgisini və məhəbbətini Allahın yaratmasına, Onun yaratmasındakı üstün sənətə və gücə duyur. Bir canlının üzündə təzahür edən gözəlliyinin əslinin Allaha aid olduğunu bilir.


202

Müsəlman bir insanı sevdikdə əslində Allaha olan sevgisini göstərir. Allahın yaratdığı görüntüyə olan sevgi və məhəbbətin əsl mənbəyi o görüntünü sevəcəyimiz şəkildə yaradan Allaha olan sevgi və məhəbbətimizdir.


205

İnsan beyninə kənardan verilən süni oyanmalar ilə toxluq hissini əmələ gətirmək mümkündür. Bir insan yemək yeməsə də, süni oyanmalarla özünü tox hiss edə bilər.


206

Günəşin doğması da, batması da insanın beynində meydana gələn görüntülərdir. İnsan beyninin içindəki Günəşin batmasını seyr edir və bu görüntüdən həzz alan isə ruhudur.


207

Allah yaratdığı görüntüləri müəyyən səbəblərə bağlı şəkildə göstərir. Məsələn, alma budağından qopduqda həmişə yerə düşür, heç vaxt göyə qalxmaz və ya havada asılı qalmaz. Allahın yaratdığı bu səbəblərin və qanunların araşdırılması isə elmin mövzularını əmələ gətirir. Beləliklə, bütün kainatın xəyallar cəmi olması nə elmi, nə də elm üçün aparılan araşdırılmaları əsassız etmir, aradan qaldırmır.


208

Allah səbəb olmadan da nəticəni yaratmağa gücü çatandır. Məsələn, yuxuda Günəş olmadığı halda Günəşin işıqları ilə isindiyini hiss edən insan bunun dəlilidir.


210

Bir suitinə baxan insan bu canlını beynində görür. Beynində gördüyü bu canlının xüsusiyyətlərini də beyninin içində araşdırır və nəzərdən keçirir. Öyrəndikləri isə ona Allahın yaratmasındakı qüsursuzluğu, Onun elminin üstünlüyünü göstərir.


212

Bizim yaşıl dediyimiz rəngi yanımızdakı digər şəxs eyni şəkildə görür? Bunu heç vaxt bilmərik. Məsələn, bu şəkil iki insanın beynində fərqli rənglərdə görünə bilər. Birinin yaşıl dediyini digəri eyni cür adlandırmasına baxmayaraq, mavi görə bilər. Bu, heç vaxt müəyyən edilə bilməz.


213

Qırmızı lalələrə baxan iki insan bir-biri ilə tamamilə eyni tonda qırmızı görür? Bunu əsla müəyyən edə bilmərik.


215

Dostları ilə çəmənlikdə gəzən insan əslində beyninin içindəki çəmənlikdə, beyninin içində gördüyü dostları ilə gəzir, beyninin içindəki təmiz havanı qoxulayır. Çəmənlikdə gəzərkən çiçəkləri nəzərdən keçirən üç nəfərin zehnində üç ayrı çiçək görüntüsü əmələ gəlir. Bu, sözügedən çiçəklərin xarici aləmdəki əsillərini gördüklərinə dəlil kimi göstərilə bilməz.


216

BİR STADİON DOLU İNSANIN HƏR BİRİ BEYNİNDƏKİ AYRI FUTBOL OYUNUNU SEYR EDİR


Bir futbol oyununu seyr etmək üçün stadiona daxil olan şəxs içəridəki minlərlə insan ilə eyni oyunu seyr edəcəyini zənn edir, əslində isə çox böyük səhv edir.

Çünki stadiondakı hər insan beynində ayrı futbol meydanı, ayrı futbolçular, ayrı tamaşaçılar, qısaca desək, ayrı görüntü zənn edir. Hətta evlərindəki televizorlarda bu oyunu seyr edən hər insanın da ekrandakı eyni oyunu seyr etdiyini zənn edirlər.

Əslində isə hər insanın beynində əslində ayırd edilməyəcək qədər eyni olan, tamaşaçı sayı qədər surət yaradılır. Nə stadionda oturanlar xarici aləmdəki görüntünü, nə də evlərindəki televizorun qarşısında oturanlar ekrandakı həqiqi görüntünü görə bilməzlər. Çünki heç bir insanın beyninin içindəki ekrandan çıxıb xarici aləmdəki görüntünün əsli ilə təmasda olması mümkün deyil. Bu insanların tək görə bildikləri şey beyinlərinə çatan məlumatların beyinlərindəki ekranda şərh edilməsidir. Görən ruhdur. Həm ruhu, həm əslinə eynilə bənzəyən görüntüləri üstəlik hər insan üçün ayrı-ayrı yaradan isə göylərin və yerin Rəbbi olan Allahdır.
222

ALLAH CƏNNƏTİ SONSUZ ZÖVQ MƏNBƏYİ KİMİ YARADACAQ.


227

HƏQİQƏTLƏRİ İNADKARLIQLA İNKAR EDƏNLƏR CƏHƏNNƏM ƏZABI İÇİNDƏ MÜBAHİSƏ ETMƏKDƏ DAVAM EDƏCƏKLƏR







Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə