Xəyalin diGƏr adi: maddə



Yüklə 1,03 Mb.
səhifə5/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   2   3   4   5   6   7   8   9   ...   15

Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə surəsi, 103-104)
Böyük İslam alimi Muhyiddin Ərəbi etdiyimiz hərəkətlərin də Allaha aid olduğunu belə açıqlayır:

Ruhlara gəlincə, onların etdiyi hərəkətlərin mənbəyi də özləri deyil. Ruh və cisimləri davamlı halda hərəkətə sövq edən qüvvə ancaq Cənabı-Haqdır... Ruh və maddələr mütəmayiz (ayrıca var olan) varlıqlardan və mütəayyin (bəlli, aşkar) həqiqətlərdən deyillər. İlahi hərəkətlərdən, uca varlığın müxtəlif surətlərindəndirlər. Bunun kimi, sonlu və sonsuz deyilən şeylər də əslində başqa-başqa şeylər deyil, iki ayrı cəhətdən elə görünən tək bir şeydən ibarətdirlər.35

Muhyiddin Ərəbinin sözündə də açıqladığı kimi, bütün hərəkətləri yaradan, ruhlara bu hərəkətləri edənin özləri olduğu hissini verən Allahdır. Allah bütün ruhlarda bu hissi o qədər həqiqi yaradır ki, məsələn, daşı atan insan, həqiqətən, o daşı atanın özü olduğunu zənn edir. Əslində kölgə varlıq olan insan atma hərəkətini edə bilməz. Ancaq Allah insana bu hərəkətləri özü edirmiş kimi hiss etdirir. Allahın yaratmasındakı möcüzənin və qüsursuzluğun nəticəsi olaraq insan bu hissi çox hiss edir və həqiqətən, daşı tutduğunu, qolunu geriyə uzadaraq sürət və güc topladığını və daşı atdığını zənn edir.

İnsan hər anında Allahdan asılı halda yaşayır, bilsə də, bilməsə də, qəbul etsə də, etməsə də, əslində Allaha boyun əymişdir. Allah bir ayəsində bunu belə bildirir:
Göylərdə və yerdə kim varsa, kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Rəd surəsi, 15)
Yer üzündə tanıdığınız, bildiyiniz, tarixdə yaşamış, dövrümüzdə yaşayan kim varsa, hansı mövqedə olursa olsun, nəyə sahib olursa olsun və ya nə qədər inadkar inkarçı olursa olsun bu həqiqət dəyişməz. Hər insan Allaha boyun əyən, Allahın yaratdığı, ruhundan üfürdüyü kölgə varlıqdır. Bunu bilən insanın var-dövləti, sahib olduğu elm, ünvan və ya şöhrət, mövqe və ya vəzifə ilə, bacarıqları və ya iş yerindəki uğurları ilə öyünərək qürrələnməsi mümkünsüz olur. Buna baxmayaraq, təkəbbür göstərənlər əslində böyük acizlik içindədirlər. Çünki Allah insanların özləri atdıqlarını hesab etdikləri daşı belə əslində atmadıqlarını, bunu edənin Özü olduğunu bildirmişdirsə, hələ də insanın uğurlarına görə özünə pay çıxarması çox böyük cəhalətdir.

Allah hər insanı bu yolla imtahan edir və eyni zamanda tərbiyələndirir. Bu gün bu həqiqəti dərk edə bilməyən, çox açıq olmasına baxmayaraq, həqiqəti qəbul etməyənlər ölümdən sonra yenidən dirildildikdə hər şeyi bütün açıqlığı ilə görəcək və heç bir şeyə gücləri çatmadığını anlayacaqlar. Allah Onu inkar edənlərin acizliyini bir ayəsində belə bildirmişdir:


Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur azıb uzaqlaşmaq! (İbrahim surəsi, 18)
Allah isə hər şeyə gücü çatan tək varlıqdır:
Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir! (Təğabün surəsi, 1)

Maddənin həqiqətinin dərk edilməsi insanları iman gətirməyə yönləndirəcəkdir

Həyatı boyu ruhuna göstərilən görüntüləri seyr etdiyinin fərqinə varan insanlar həm ruhlarını, həm də fasiləsiz davam edən bu görüntüləri yaradanın qəti surətdə Allah olduğuna inanacaqlar.

Bəzi insanların maddənin sirrini qəbul etməməkdə israr etməsinin bir səbəbi də Allahın böyüklüyünü və əzəmətini qavrayıb öz heçliklərini qəbul etmək istəməmələridir. Amma bu insanlar qəbul etmək istəməsələr də, ortada mübahisəsiz bir həqiqət var: göylərdə və yerdə olanların hamısı Allahındır və Onun təzahürləridir. Tək mütləq varlıq Allahdır və Allahın yaratdığı digər varlıqlar mütləq deyil, görüntüdür. Allahın yaratdığı görüntüləri seyr edən “mən”lər, yəni insanlar hər biri Allahdan olan ruhdur.

Bu elm və bu böyük sirr başa düşüldüyü təqdirdə insanların şüurları da qəti surətdə aydınlanacaq, üzərlərindəki mənəvi pərdə ortadan qalxacaqdır. Dərk edən hər kəs Allaha könüldən təslim olacaq, Allahı çox sevəcək və Ondan çox qorxacaqdır. Bununla bərabər, insanlardakı paxıllıq, lovğalıq hisslərinin yerini təvazökarlıq və utancaqlıq alacaqdır. Allahın insanlardan istədiyi də budur. Bu təəccüblə həqiqəti anlayanlar yeni dünyagörüşü qazanacaq, yeni həyata başlayacaqlar. Beləliklə, Allahın qüdrətini lazım olduğu kimi təqdir edəcəklər və “Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (Zumər surəsi, 67) ayəsində bəhs edilən şəxslərdən olmaqdan uzaqlaşacaqlar.


Maddənin həqiqətini bilmək dünya həvəsini yox edir

Bu bölməyə qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın əslində “kölgə varlıq” olduğunu sübut edən bu mövzu Allahın varlığının və yaratmasının dərk edilməsinin, Onun yeganə mütləq varlıq olmasının başa düşülməsinin açarıdır. Eyni zamanda həm insanın nə qədər aciz olduğunun elmi və inkaredilməz sübutu, həm də Allahın möhtəşəm sənətinin təzahürüdür. Buna görə də bu elm insanları qəti şəkildə imana gətirir, iman gətirməmək isə mümkün deyil. Bəzi insanların bu həqiqətdən qaçmasının əsas səbəbi də budur.

Burada izah edilənlər eynilə fizika qanunu və ya kimya formulu qədər qəti həqiqətlərdir. İnsanlar lazım gəldikdə ən çətin riyaziyyat problemlərini həll edə bilir, başa düşülməsi çətin görünən bir çox məsələni qavraya bilirlər. Amma eyni şəxslərə insanların həyatları boyu zehinlərində əmələ gələn görüntülərlə təmasda olduqları, maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəkləri izah edildikdə bunu heç cür anlamaq istəmirlər. Bu son dərəcə “şişirdilmiş” anlayışsızlıq tərzidir. Çünki burada izah edilən mövzunun başa düşülməsi eynilə bir insanın “iki vur iki neçə edər?”, “neçə yaşın var?” kimi suallara verəcəyi cavablar qədər asandır. Dünyanı harada gördüyünü hansı elm adamından, hansı nevrologiya professorundan soruşsanız, sizə: “Əlbəttə, beynimdə”, -deyə cavab verəcəkdir. Hətta bu həqiqəti orta məktəb biologiya kitablarında belə görə bilərsiniz. Ancaq bütün bunlara baxmayaraq, maddi dünyanı beynimizdə qavradığımıza dair bilik və bu biliyin insanı gətirdiyi nəticələr görməməzliyə vurulur. Elmin sübut etdiyi ən mühüm həqiqətlərdən birinin insanlardan bu qədər böyük səylə gizlədilməsi əslində böyük hadisədir. İnsanların bütün elmi həqiqətləri asanlıqla qəbul edib bu həqiqətdən bu qədər çox qorxub qaçmalarının əsas səbəbi isə budur ki, maddənin həqiqətinin öyrənilməsi bütün insanların həyata baxışlarının kökündən dəyişilməsinə səbəb olacaqdır. Maddəni və özlərini mütləq varlıq kimi qəbul edənlər və bütün həyatlarını buna bağlı quranlar bir anda özlərinin, həyat yoldaşlarının, uşaqlarının, malik olduqları bütün sərvətin sadəcə zehinlərindəki əksi ilə təmasda olduqlarını anlayacaqlar. Elə insanların bu həqiqətdən bu qədər qorxmalarının, anladıqları halda özlərini bilməməzliyə vurmalarının, ibtidai sinif şagirdinin belə asanlıqla qavraya biləcəyi həqiqəti son dərəcə anlaşılmaz etirazlarla yox etməyə çalışmalarının arxasında gizlənən səbəb bu dünya həvəslərini itirmək qorxusudur.

Mallara, övladlara, dünyanın keçici həvəslərinə çox bağlı olan biri üçün bu, həqiqətən də böyük qorxu səbəbidir. Çünki bu həqiqəti anladıqda hələ ölmədən ölmüş, malını və canını təslim etmiş olacaq. Allah “əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da kin-küdurətinizi zahirə çıxardar” (Muhəmməd surəsi, 37) ayəsi ilə insanlardan bütün mallarını istədikdə onların necə inadkarlıq göstərəcəklərini və paxıllıq edəcəklərini bildirir. Bir insan maddənin gerçəyini öyrəndikdə isə onsuz da malının, canının Allaha aid olduğunu, verəcək və ya verməməkdə israr edəcək bir şey olmadığını anlayacaq, ölməzdən əvvəl hər şeyi ilə Allaha təslim olacaqdır. Səmimi iman edənlər üçün bu bir gözəllik, şərəf və Allaha yaxın olmaq üçün vasitədir. İmansız və ya zəif imanlı insanlar isə bu gözəlliyi anlamadıqları üçün bu həqiqəti israrla inkar edərlər.


Beyində bir görüntü olan fabrik, yaxta və torpaq sahələrinin özlərini boş yerə üzən sahibləri

Bu bölmədə həyatı boyu varlı olmaq istəmiş, gənc yaşından etibarən gecə-gündüz çalışmış, “hər şeyi alnımın təri ilə qazandım” -deyən fabrik sahibinin içinə düşdüyü qafil vəziyyətdən nümunələr verərək çox vacib həqiqətdən bəhs edəcəyik.

Burada haqqında danışacağımız şəxs orta yaşlı, uşaqlarını yaxşı məktəblərdə oxutduran, bir neçə avtomobil, yaxta, bir çox ev və torpaq sahəsinin sahibidir. Bu insan dünya həyatında öz fikrincə, öyünə biləcəyi hər şeyə malikdir. Yenə öz fikrinə görə, dünya həyatında bir insanın arzuladığı hər şeyi əldə etmişdir. Maddi zənginliyi ilə birlikdə həm də böyük etibara malikdir. Səhərlər ona xidmət edən xidmətçilərindən tutmuş avtomobilinin qapısını açaraq qarşısında baş əyən sürücüsünə, şirkət binasına girərkən onu hörmətlə salamlayan təhlükəsizlik xidməti işçilərindən şirkətdən içəri girdiyi andan otağına qədər gedənə qədər “əmrinə hazır” şirkət işçilərinə qədər onu tanıyan hər kəsin gözündə böyük etibar, mövqe və məqam sahibidir. Çox yüksək vəzifələrdə və mühüm yerlərdə çox yaxın dostları və ətrafı var. Hər gün iclasdan-iclasa qaçır, bir çox dərnəyin və qurumun üzvü və hətta rəhbəridir. Bir gün ərzində yüzlərlə şəxsə əmr verir. Bankında və şəxsi hesabında saysız-hesabsız pulu, səhmləri, istiqrazları var. Bəzən bunları sayaraq daha da çox qürurlanır, öyünür. Xüsusilə hər şeyi tək başına, çalışaraq əldə etməsi, bütün həyatını həsr etdiyi qazancları əldə etməsi ona böyük bir rahatlıq və güvənlik hissi verir.

Bir gün dostları ilə yaxta gəzintisində bir şəxs onun yanına gəlir və ona bunları deyir: “Hal-hazırda burada gördüyün bütün insanlar, bu yaxta, dəniz, fabriklərin, evlərin, əmrin altındakı insanlar... bunların hamısının sadəcə beynində əmələ gələn görüntüləri ilə təmasda olursan. Bunların əsillərini heç vaxt görə bilməzsən. Beyninə gedən sinirlər kəsilsə, bu yaxta, yaxtadakı insanlar, onların səsləri, söhbətləri, dənizin qoxusu, içdiyin meyvə şirəsinin dadı, qısaca desək, hər şey bir anda yox olar. Bunların hamısı və sənin dünya həyatın boyu sahib olduğun hər şey zehnində meydana gəlir. Evlərinin, avtomobillərinin, yaxtanın, fabrikin, şirkətinin yuxunda sahib olduğun mallardan heç bir fərqi yoxdur. Eynilə gecə yuxunda xüsusi təyyarəndə Avropaya getdiyini görməyin ancaq səhər oyandıqda nə təyyarənin, nə də Avropada olduğunu, özünü yatağında görməyin kimidir. Bəs bu həyatım dediyin yuxundan da bir gün oyanaraq özünü tamamilə başqa bir yerdə, bu həyatına dair görüntüləri seyr edərkən görməyəcəyindən nə üçün bu qədər əminsən?”

Bu varlı insan ona danışılanlara qətiyyətlə qarşı çıxacaqdır. Ona bu həqiqətin elmi dəlilləri aydın şəkildə izah edilsə və özü bunu anlasa da, həqiqəti qəbul etmək istəməyəcəkdir. Çünki öz fikrinə görə, sahib olduğu hər şeyin yuxu kimi xəyal olduğunu qəbul etməsi bütün həyatı boyu bir xəyalın arxasınca getdiyini qəbul etmək olacaqdır. Onda bu insanın öyündüyü, lovğalandığı, təkəbbürləndiyi hər şey xəyaldır. Bu, bir insanın yuxusunda varlı olub, bu xəyali zənginliyi ilə insanlara lovğalanması kimi insanı alçaldılmış və ağılsız vəziyyətə salacaq haldır. Belə olduqda bu insan artıq şirkətinə girdikdə gördüyü hörmət və etibara görə təkəbbürlənməz. Çünki ona hörmət edənlərin, qarşısında baş əyənlərin hamısı zehnində meydana gələn xəyali varlıqlardır. Ona bunu izah edərkən oturduğu yaxtası ilə qonaqlarına qarşı öz sözü ilə desək, lovğalanmayacaqdır. Çünki yaxta da, yaxtadakı qonaqları da beynində əmələ gələn xəyallardır.

Ona maddənin xəyal olduğu, maddi varlığın əsli ilə heç vaxt təmasda ola bilməyəcəyi izah edilərkən ağlına bir gün əvvəl aldığı malikanəsi gələcək. Elə isə satıcıya bir-bir sayaraq verdiyi pul, satıcı, aldığı malikanə, o malikanədəki bütün malları, onu satın alaraq lovğalandığı ətrafı-hamısı zehnindədir. Necə ki, bir gecə əvvəl yuxuda hərracda qazandığı və buna görə böyük qazanc əldə etdiyini gördüsə və oyandıqda bunlardan əlində heç bir şey qalmadısa, bu həqiqi zənn etdikləri də bir yuxu kimidir.

Elə isə hal-hazırda o yaxtanın içində deyil. Yaxta onun içində, beynində əmələ gələn görüntüdür. Son dəbdəki mebellərlə döşənmiş evinə girdiyini hesab etdikdə əslində beyninin içindəki böyük bağın qapısını açır və beyninin içindəki evinə girir. Ev də, mebellər də, bağ da, bağın qapısı da zehnindədir.

Ona izah edilənlərin son dərəcə açıq həqiqətlər olduğunu anlayan bu insan bir andaca əlindəki hər şeyin əslində bir kölgə varlıq olduğunun fərqinə varır. Bütün bunlar onu yaradan Allahın ona göstərdiyi görüntülərdir. Allah onu sınamaq üçün ona bütün bunlara sahib olduğunu zənn edəcəyi bir görüntü, bir həyat yaratmışdır. O da ona bunları verənin, bu görüntülərlə nemətləndirib zəngin edənin Allah olduğunu unudaraq bunlarla azğınlaşmış, təkəbbür göstərmiş, insanlara “lovğalanaraq” onları aşağı, özünü isə üstün görmüşdür. Deməli, həyatı boyu bir xəyal üçün, yuxu kimi bir aləm üçün boş yerə həvəslənmişdir. Amma bir gün bu xəyalların içinə düşdüyü, onlarla vaxtını keçirdiyi gündə bunların heç birinin mütləq varlığı olmadığını, sadəcə Allahın var olduğunu anlamışdır.



Dünya həyatı boyu bu həqiqəti qəbul etməkdən qaçanlara, görməməzliyə vuranlara Allah bir ayəsində belə diqqət çəkir:
O, öz yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
Ayədən göründüyü kimi, Allah inkar edənlərin etdikləri işləri illüziyaya, xəyala bənzədir. O insanlar bu xəyallara bağlanaraq onlardan kömək gözlədikdə bunların gerçək olmadığını, tək gerçək və mütləq olanın Allah olduğunu anlayırlar. İnsanların bu həqiqətdən bu qədər qorxmalarının və qəbul etmək istəməmələrinin səbəblərindən biri budur ki, elə bu misalda bəhs edilən insan kimi əllərindəki bütün sərvətlərinin, etibarlarının, var-dövlətlərinin bir andaca gedəcəyini anlayırlar. Burada bir cəhətə diqqətinizi çəkmək istəyirik: burada bəhs edilənlərdə “insanın malik olduğu hər şey ölümü ilə birlikdə arxada qalacaq və ona heç bir mənfəət verməyəcək” -deyilir. Burada “insanın malik olduğu hər şey xəyaldır” -deyilir. Bütün həyatı boyu göstərdiyi həvəsin, özünü üzərək, çətinliklə, insanların xətrinə dəyib onları əzməyə çalışaraq əldə etdiklərinin xəyal olduğunu gördükdə boş yerə aldandığını anlayır. Qafil insanların bu cür aldanaraq yaşamaları Quranda bir çox ayədə insanlara bildirilir. Allah bir ayəsində insanların var-dövlət həvəsini və hər şeyə malik olmaq istəklərini belə bildirir:
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)
Başqa bir ayədə isə Allah dünya həyatının oyun-əyləncə və aldanma olduğunu belə xəbər verir:
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
İnsanlar dünya həyatında malik olduqlarını hesab etdikləri bu görüntülərin əslində xəyal olduğunu anladıqda boş yerə kədərlənib həvəsləndiklərini, boş yerə vaxt keçirib əyləndiklərini anlayırlar. Malik olduqları üçün hirslənənlər, onlar üçün insanlara acıqlanıb qışqıranlar, əsəbiləşənlər, stola yumruq vuranlar maddənin əsli ilə heç cür təmasda ola bilmədiklərini anladıqda yuxuda insanlara hücum edən, əsəbiləşən, qışqıran insan vəziyyətinə düşəcəkləri üçün bundan çox utanır və həddindən artıq peşman olurlar. Əslində onlara bu görüntüləri göstərən Allahın razı olacağı şəkildə davranmaq lazım gəldiyini dərhal anlayırlar. Bu həqiqəti qavrayanlar, yəni möminlər isə belə deyirlər:
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)
Bu vacib cəhəti unutmaq olmaz: bu həqiqəti həyatının hər hansı bir anında qavrayan insan heç vaxt gecikmiş hesab edilməz. Çünki dərhal həyata baxışını və bütün həyatını bu həqiqətə görə nizama salaraq artıq xəyallar üçün deyil, tək mütləq varlıq olan Rəbbimiz üçün yaşamağa başlaya bilər. Allah hər zaman qullarını bağışlayandır.

Bu həqiqəti görməməzliyə vuraraq, öz fikirlərinə görə hiyləgərlik edib tək mütləq varlığın Allah olduğunu qəbul etməyənlər isə öz-özlərini böyük tələyə salmış olurlar. Allah onların bu vəziyyətini belə xəbər verir:


Onların dünyada gördükləri işlər puç olmuş və bütün əməlləri boşa çıxmışdır! (Hud surəsi, 16)
İnsan bu həqiqəti bu an qəbul etmək istəməsə və bütün malik olduqlarını mütləq varlıqlar qəbul edərək özünü aldatsa da, nəticədə ölümündən sonra dirildildikdə, yəni axirətdə hər şey çox aşkar surətdə üzə çıxacaqdır. O gün, ayədə də bildirildiyi kimi, “görmə sərrastdır” (Qaf surəsi, 22) və hər şeyi daha açıq şəkildə anlayacaqdır. Amma əgər dünyadakı həyatını xəyali məqsədlərin arxasınca qaçaraq sərf etmişsə, arzu edəcək ki, kaş ki, orada heç yaşamayaydı. “Kaş o (ölüm) qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi!” (Haqqa surəsi, 27-29) -deyərək həlak olacaqdır.
Maddənin həqiqətini dərk edənlərin itən təkəbbürü

Bu açıq həqiqəti anlayan bəzi insanların -öz ifadələri ilə desək- “kefi pozulur”. Fabriklərinin, evlərinin, avtomobillərinin, mallarının, övladlarının, həyat yoldaşlarının, yaxınlarının, vəzifələrinin sadəcə beyinlərindəki surətləri ilə təmasda olduqlarını anladıqda Allah qarşısındakı acizlikləri və gücsüzlükləri də açıq şəkildə sübut edilmiş olur. Həm özləri, həm malik olduqları şeylər, hətta bütün kainat xəyaldır, özləri də bir “heç” olduqlarını anlayırlar. Yerdə qalan isə sadəcə “mən” dedikləri ruhlarıdır. Bu ruhu da onlara verən Allah olduğu üçün bu şəxs əvvəlcədən imansız da olsa, qəti şəkildə Allaha iman edir və Ona təslim olur.

İnsan bu həqiqətləri qavradıqda qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazökarlıq və acizliyini çox yaxşı anlama hissi alır. Belə bir insana dünyanın bütün zənginliyi, ən mühüm vəzifəsi də verilsə, bu insan azğınlaşmayacaq, lovğalanıb zalım olmayacaq. Heç bir vaxt Allahın ona göstərdiyi görüntüləri seyr etdiyini unutmayacaq və xəyalların içinə dalmayacaq.. Bu fövqəladə həqiqət həvəs, lovğalıq, əzəmətlə bərabər kin, nifrət, əsəb kimi mənfi hissləri də aradan qaldıracaqdır. Hər şeyin xəyal olduğunu bilən insanlar xəyallar üçün bir-birləri ilə rəqabətə girməyəcək, bir-birlərinə bu səbəbdən kin bəsləməyəcək və düşmənlik etməyəcəklər. Hər kəsin özünü sadəcə Allaha təslim etdiyi mühitdə təvazökarlıq, təslimiyyət, şəfqət, hörmət, sevgi və səmimiyyət əmələ gələcəkdir.

Bu səbəbdən, insanların bu həqiqəti anlamaq istəməməyi, bu həqiqətdən qorxub qaçması çox məntiqsizdir. İmansız insanı bu həqiqətlər qorxuda bilər. Çünki bu həqiqətləri qəbul etdikdə Allahın varlığını da qəbul edəcəkdir. Ancaq imanlı insanların maddənin zehində Allahın yaşatdığı xəyali görüntü olduğu, tək mütləq varlığın isə Allah olduğu həqiqətinə böyük sevinc və əminliklə inanmalıdırlar. İmanlı insanın Allahın bu möhtəşəm sənətindən qorxaraq bunu anlamaq istəməməsi ağılsız davranış olar. Çünki həqiqət açıq-aşkar ortada ikən ağıla gətirməyərək, düşünməyərək, kölgə görüntünün aydınlığına və üç ölçülü formasına aldanmağa davam etmək mənasızdır. Mömin həqiqətlərdən qorxmaz, həqiqətin gözəlliyini və dərinliyini, Allahın qüsursuz sənətinin bu sistem içərisində necə daha da möcüzəvi hala gəldiyini düşünər.


Bu həqiqət dünyaya həvəslə bağlananları qorxudur

Gördüyü işə görə mükafat alan insan beynindəki mükafatı alır. Mükafatını alarkən onu alqışlayaraq təbrik edən insanlar əslində beynində əmələ gələn insan görüntüləridir.

İnsan beynindəki kiçik ekranda əmələ gələn bu mükafatlandırma mərasimini seyr edərkən salondakı insanların, mükafatın və salonun əsli ilə beynindən kənarda təmasda ola bilməz. Çünki beynindən kənara çıxa bilməz. Bu, həmin insanın ona verilən mükafatı videokassetdən seyr etməsinə bənzəyir.

Elə insanların bu həqiqətdən böyük dəhşətlə qaçmalarının səbəbi budur. Dünya həyatına həvəslə bağlananlar mövqe və vəzifələrinin, qazandıqları mükafatların, bank hesablarının, yaxtalarının, istiqrazlarının, onları tərifləyən, bəyənən insanların hər birinin beyinlərindəki bir görüntü olduğunu anladıqda dəhşətli qorxuya düşürlər. Bu şəkildə əldə etdikləri etibar, şöhrət və malların həvəslə bağlanmağa dəyməyəcəyini anlayır, paxıllıq edərək bu həqiqətdən qaçırlar. Ancaq həqiqətdən nə qədər qaçsalar da, yenə də bütün həyatlarını başlarının içində keçirdikləri həqiqətini dəyişdirə bilməzlər.


Sıxıntı və çətinliklər də yuxuda görülən xəyallar kimidir

Bəzi insanlar sadəcə müəyyən şeylərin beyinlərində meydana gələn görüntülər olduğunu düşünərək bəzi hadisələrdə bu həqiqəti unudurlar. Əslində isə baş verən hadisənin nə olduğundan asılı olmayaraq, insan həyatının hər anında beynindəki xəyali görüntüləri yaşayır. Məsələn, iflasa uğrayan iş adamı əslində beynindəki iş yeri görüntüsündə, beynində əmələ gələn insan görüntüləri ilə təmasda olur. Ticarətini etdiyi əşyanın, bu əşyanın əvəzində aldığı pulun hamısı zehnində meydana gələn hisslərdir. Bu insan bütün pulunu itirdikdə əslində pulun görüntüsünü itirir. İş yeri və bütün əşyaları müsadirə edilən insan beynində əmələ gələn əşya və iş yeri görüntülərini itirmişdir. Avtomobili oğurlanan insan da yenə zehnində seyr etdiyi avtomobil xəyalını itirmişdir. Həyatı boyu bir an belə təmasda olmadığı, amma buna baxmayaraq, sahib olduğu görüntünü artıq görə bilmir.

Sadəcə bunlar da deyil, həyatı boyu yaşadığı bütün çətinliklər insanın beynində əmələ gəlir. Məsələn, daxili çaxnaşmanın hakim olduğu ölkədə hər an ölüm təhlükəsi altında yaşayan, düşmən əsgərlərinin hücumları ilə hər an qarşı-qarşıya gələn insan əslində beynində əmələ gələn düşmən əsgərlərinin görüntüsü ilə qarşı-qarşıyadır. Hücum zamanı yara alan, qolunu itirən insan da beynindəki qol görüntüsünü itirir, bütün ağrı hissi beynində hiss kimi əmələ gəlir. Düşmənlərinin hədə-qorxuları, kinli və təcavüzkar sözləri də beynində əmələ gələn səslərdən ibarətdir.

Beləliklə, çətinliklər, sıxıntılar, qorxu meydana gətirən hadisələr də insanın beynində meydana gələn xəyallardır. Gördüyü görüntülərin həqiqi tərəfini bilən insan içinə düşdüyü çətinliyə görə sıxıntı keçirməz, bunlara görə şikayətlənməz. Ən təcavüzkar və təhlükəli düşmənin qarşısında belə beynindəki xəyallarla qarşı-qarşıya olduğunu bilərək qorxu və ümidsizliyə qapılmaz. Hər birinin Allahın yaratdığı görüntülər olduğunu və Allahın bunları hikmətlə yaratdığını bilər. Nə ilə qarşılaşsa da, Rəbbimizə olan təslimiyyət və etibarın verdiyi rahatlıq içində olar. Belə ki, Allah bir çox ayəsində inananlar üçün qorxu və kədər olmayacağını bildirmişdir:


Şübhəsiz: “Rəbbimiz Allahdır!” - deyənlərin, sonra da möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! (Əhqaf surəsi, 13)
Həyatı boyu gördüyü bütün hadisələrin, eşitdiyi bütün səslərin Allahın beynində yaratdığı görüntülərilə təmasda olduğunu bilən insan qorxmaq, boş yerə sıxılıb kədərlənmək, təşvişə düşmək yerinə bu görüntülərin və özünün Yaradanı olan, sonsuz dərəcədə mərhəmətli və şəfqətli olan Allaha təvəkkül edər.
Maddənin həqiqəti gizlədilmədikdə əmələ gələcək mühit

Maddənin əsli ilə təmasda olmadıqlarını, yalnız Allahın onlara seyr etdirdiyi görüntülərlə sıx təmasda olduqlarını bilən insanların bütün həyatları, həyata baxışları və mühakimə meyarları da dəyişəcək. Bu, həm şəxsi, həm də ictimai mənada faydalı dəyişiklik olacaqdır. Çünki bu həqiqəti görən insan Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını asanlıqla yaşayacaqdır.

Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar mənəviyyata əhəmiyyət verəcəklər. Allahın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətə görə axirətdə hesab verəcəyini dərk edən şəxs, təbii ki, gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağalarına əməl edəcəkdir. Beləliklə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmətlə yanaşacaq, yaxşı və gözəl davranmaqda hər kəs bir-birilə yarışacaq. İnsanlar arasındakı mühakimə meyarları dəyişəcək, maddə dəyərini itirəcək və beləliklə, insanlar arasında üstünlük mövqe və vəzifəyə görə deyil, əxlaq və təqvaya görə olacaq. Heç kim xəyalın arxasınca qaçmayacaq, hər kəs həqiqətin arxasınca gedəcəkdir. İnsanlar “kim nə fikirləşər?” -təfəkkürü ilə deyil, “Allah nə etsəm məndən razı qalar?” -düşüncəsilə hərəkət edəcəklər. Mal, mülk, mövqe və vəzifədən qaynaqlanan qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazö və acizliyini çox yaxşı anlama hissi alacaqdır. Ona görə, insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayacaqlar. Sadalanan bu dəyişikliklər isə dövrümüzdəki cəmiyyətlərin bir çox problemini, təbii ki, aradan qaldıracaq.

Kiçik mənfəətlər üçün belə əsəbiləşən, hirslənən, təcavüzkar olan insanların yerini hər gördüyünün xəyalı ilə təmasda olduğunu bilən, buna görə əsəb, hirs, bağırmaq kimi münasibətlərin onu alçaldacağını bilən insanlar alacaq. Beləliklə, insanlar və cəmiyyətlərə rahatlıq və etibar hakim olacaq, hər kəs həyatından və sahib olduqlarından razı qalacaqdır. Elə insanlardan gizlədilən bu həqiqətin insanlara və cəmiyyətlərə qazandıracağı nemətlərin bir qismi bunlardır. Bu həqiqətin bilinməsi, düşünülməsi və yaşanılması ilə birlikdə insanlar daha bir çox gözəlliklərə qovuşacaqlar. Bu gözəlliklərə qovuşmaq istəyən şəxslər bu böyük həqiqəti yaxşı düşünməli və anlamağa çalışmalıdırlar. Allah bir ayəsində belə bildirir:



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə