Xəyalin diGƏr adi: maddə


Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir



Yüklə 1,03 Mb.
səhifə6/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   2   3   4   5   6   7   8   9   ...   15

Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir... (Ənam surəsi, 104)
Maddənin həqiqətinin bilinməsi materializmin sonudur

Həyatımız boyu maddənin əsli ilə təmasda olmadığımız həqiqətindən ən çox qorxu və təşvişə düşənlər, əlbəttə, materialist fəlsəfəyə bağlananlardır. Bunun səbəbini daha yaxşı görmək üçün materializmin ümumi tərifinə baxmaq kifayətdir. Materialistlərin öz mənbələrində materializmin azğın fəlsəfəsi belə tərif edilir:



Materializm dünyanın əzəli və əbədiliyini (əvvəli və sonu olmadığını), Tanrı tərəfindən yaradılmadığnı və zaman və məkanda sonsuzluğunu qəbul edir.36

Meydan Larousse Ensiklopediyasının 8-ci cildində isə materialist fəlsəfə belə tərif edilir:



Materializm “maddə”dən başqa hər hansı bir cövhərin varlığını qəbul etməyən təlimdir. Bütün həqiqətlərin cövhərini və əsasını ruhun meydana gətirdiyini söyləyən “ruhçuluğun” əksidir...

Bu qısa təriflərdən də göründüyü kimi, materialist fəlsəfə maddəni tək mütləq varlıq kimi qəbul edir və maddədən başqa heç bir varlığı və ya məfhumu qəbul etmir. Məsələn, materialist fəlsəfə ruhun varlığını qəbul etmir, insan şüurunu beynin fəaliyyətlərinin məhsulu kimi görür (materialistlərin bu iddialarının əsassızlığına “materializmin düşdükləri ən böyük çıxılmaz vəziyyətlərdən biri: insan şüuru” başlıqlı bölmədə yer verilmişdir). Bu kitab boyu izah edilənlərin ən vacib və tarixi cəhəti isə materialist fəlsəfəni tamamilə əsassız etməsidir. Çünki bu gün artıq açıq şəkildə bilinir ki, maddə dediyimiz şeylərin sadəcə zehnimizdəki hallarını bilirik və zehnimizdən kənarda maddənin necə olduğunu göstərməyimiz mümkün deyil. Çünki zehnimizdən kənara çıxıb maddə dediyimiz şeyin əsli ilə təmasda olmağımız mümkün deyil. İki cümlə ilə tərif edilən bu həqiqəti qəbul etdikdən sonra artıq ortada nə maddə, nə materializm qalır. Xarici aləmdəki maddi varlıqlarla heç vaxt təmasda ola bilməyəcəyimizə görə, heç vaxt görməyəcəyimiz maddələr haqqında fəlsəfə yürütməyin, onlar haqqında fikir söyləməyin məntiqsizliyi və lüzumsuzluğu da açıq şəkildə ortadadır.

Elə materialist fəlsəfə tərəfdarlarının maddənin ardındakı bu vacib sirrin açıqlanmasından son dərəcə narahat olmalarının, bu sirrin çox açıq olmasına baxmayaraq, onu anlamaq istəməmələrinin əsas səbəbi bu mövzunun fəlsəfələrinin sonunu gətirdiyini anlamalarıdır. Tarix boyu bütün materialistlər maddənin həqiqətinin açıqlanmasından, hətta materializm tərəfdarlarının bu həqiqəti izah edən kitabları oxumalarından çox narahat olmuşlar və bunu dilə gətirmişlər. Rusiyadakı qanlı kommunist inqilabının liderlərindən biri olan Vladimir İ. Lenin təxminən bir əsr əvvəl yazdığı “Materializm və empiriokritisizm” adlı kitabında tərəfdarlarını bu həqiqətə qarşı belə xəbərdar edir: Duyğularımızla qavradığımız maddi həqiqəti bir dəfə inkar etdinsə, şübhəçiliyə (agnostisizm) və fərdiliyə (subyektivizmə) meyl edəcəyin üçün fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin istədiyi şeydir. Barmağını verdinsə, əvvəlcə qolun, sonra bütün mənliyin gedər. Duyğuları maddi dünyanın görüntüsü kimi deyil, xüsusi bir komponent kimi aldıqda, başqa sözlə, materializmə güzəştə getdikdə, mənliyini fideizmə verərsən. Sonra duyğular heç kimin duyğularına çevrilər, zəka heç kimin zəkası, ruh heç kimnin ruhu, iradə heç kimin iradəsi olar.37

Bu sətirlər Leninin böyük qorxuyla anladığı və həm öz başından, həm də “tərəfdaş”larının başlarından silmək istədiyi həqiqətin materialistləri nə qədər narahat etdiyini göstərir. Ancaq dövrümüzün materialistləri Lenindən də narahatdırlar. Çünki bu həqiqət bundan 100 il əvvələ nisbətən daha çox açıq, qəti və güclü şəkildə ortaya qoyulmuşdur.

Keçmişdə hər hansı bir fəlsəfə və ya izah kimi düşünülən bu mövzu bütün dünya tarixində ilk dəfə bu qədər qarşısı alınmaz şəkildə və elmi tapıntılara əsaslanaraq izah edilir. Elmi yazıçı Lincoln Barnett bu mövzunun təkcə “sezilməsinin” belə materialist elm adamlarını qorxu və həyəcana saldığını belə bildirir:

Filosoflar bütün maddi həqiqətləri hisslərdən ibarət kölgə dünya formasına salarkən elm adamları insan hisslərinin hüdudlarını qorxu və həyəcan ilə sezdilər.38

Ölkəmizdə və bütün dünyada bu mövzu ilə qarşılaşan hər materialistdə bu “qorxu və həyəcan” çox güclü şəkildə üzə çıxır. Məsələn, ölkəmizdə fəlsəfələrinin “əsası” olan təkamül nəzəriyyəsinin elmi cəhətdən çökdürülməsində onsuz da ciddi sarsıntı keçirən materialistlər indi də darvinizmdən daha vacib əsaslarını, məhz maddənin özünü itirdiklərini anlamağa başlamışlar. Buna görə, mövzunun əhəmiyyətinə diqqət çəkərək bu mövzunun öz fikirlərinə görə, “ən böyük təhlükə” olduğundan, öz “sivil quruluşlarını tamamilə yıxdığından” bəhs edirlər.



Əslində bu, Allahın Quranda inananlara bildirdiyi vədinin təzahürüdür. Haqqın ortaya çıxdığı yerdə batil olan fikirlər yox olmağa məhkumdur.
De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur! (İsra surəsi, 81)
Xeyr, Biz batili haqla rədd edərik və o da onu yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
Materializm bəşəriyyət tarixi boyu mövcud olmuş və bu fəlsəfəni müdafiə edənlər maddəni özləri üçün “dəlil” qəbul edərək onları yoxdan var edən, heç ikən onlara can verən, içində yaşaya biləcəkləri kainat yaradan Allaha qarşı çıxmışlar. “Maddə varsa, Allah bu maddənin harasında ola bilər?” kimi səthi və cahil məntiqlərlə Allahın varlığını inkar edən və insanların da inkar etmələri üçün səy göstərən bu şəxslər dövrümüzdə ən böyük əsaslarının məhv olduğuna şahid olurlar. Çünki burada bəhs edilən həqiqət fəlsəfələrini kökündən məhv edir, bu barədə mübahisəyə belə imkan vermir. Bütün düşüncələrini, həyatlarını, təkəbbürlərini və inkarlarını üzərində qurduqları maddə əllərindən bir anda uçub getmişdir. Materialistlər tarix boyu bir-birlərinə inkarı və inkar metodlarını miras qoymuşlar. Leninin yuxarıdakı sözlərindən bu gün bir çox materialist istifadə edir və tərəfdarlarına bu həqiqəti dinləməmələrini, oxumamalarını tövsiyə edirlər. Ancaq elmin maddənin mahiyyəti ilə bağlı bu həqiqəti açıq şəkildə üzə çıxartması və internet kimi texnoloji imkanlarla bütün dünyaya məlumatın çatdırılmasının son dərəcə asan və sürətli olması onların bu səylərini boşa çıxarır. Çünki insanlar böyük sürətlə bu həqiqəti oxuyur, öyrənir və qavrayırlar. Yaxın keçmişə qədər materializmi ən əsaslı dünyagörüşü kimi qəbul edənlər bu gün böyük heyrət və təəccüblə dünya həyatının və maddənin gerçək yönünü öyrənirlər. Elə bu, Allahın inkar edənlərə qurduğu möhtəşəm tələdir. İnkar edənlər necə tarix boyu sadəcə Allahı inkar etmək üçün təhrifedici şəkildə maddəni tanrı qəbul edərək öz geri qalmış ağılları ilə dinə qarşı tələ qurduqlarını hesab etdilərsə, Allah qarşılığında onların saxta tanrılarını əllərindən alacaq mühit yaratmış və onları öz tələlərinə salmışdır. Allah tarix boyu inkar edənlərin tələlərinə verdiyi bu qarşılığı belə bildirir:
... sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30)
Allah insanlara maddənin əsli ilə təmasda olduqları hissini verərək materialistləri tələyə salmış və onları tarixdə tayı-bərabəri görünməmiş şəkildə alçaltmışdır. Mallarını, mülklərini, mövqelərini, içində olduqları cəmiyyəti, bütün dünyanı və əslində xəyaldan ibarət olan hər şeyi mütləq varlıq hesab etmişlər, üstəlik bunlara güvənərək Allaha qarşı təkəbbür göstərmişlər. Öz ağıllarına görə lovğalanaraq Allaha üsyan etmiş və inkar etməkdə daha da irəli getmişlər. Bunları edərkən də güc aldıqları tək şey maddə olmuşdur. Amma elə bir anlayış çatışmazlığı içinə düşmüşlər ki, Allahın onları hər tərəfdən əhatə etdiyini heç düşünməmişlər. Allah inkar edənlərin anlayışsızlıqları nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:
Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42)
Materialistlər tarixin ən böyük məğlubiyyətinə addım-addım yaxınlaşarkən bunun fərqində belə olmamışlar. Məsələn, bütün görüntülərin beyində qavrandığını kəşf edərkən bunun öz inanclarını kökündən çökdürəcəyini nəzərə almamışlar. Materialist elm adamı apardığı tədqiqatlar nəticəsində bütün gördüyü şeylərin əslində hesab etdiyi kimi olmadığını, əksinə, beynində meydana gələn görüntülərlə təmasda olduğunu sübut edərək materialist inancına öz əlləri ilə zərbə vurmuşdur. Allah inkar edənlərin öz qurduqları tələyə şüursuzluqla düşdüyünü bir ayədə belə bildirir:
Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar. (Ənam surəsi, 123)
Şübhəsiz, bu həqiqəti anlamaq materialistlər üçün çox dəhşətli hadisədir. Çünki sahib olduqları hər şeyin sadəcə xəyali görüntüləri ilə təmasda olmaları onlar üçün hələ dünyada ikən “ölmədən ölüm” hökmüdür.

Bu həqiqətlərlə birlikdə bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah “Məni Öz yaratdığım kimsə ilə tək burax!” (Müddəssir surəsi, 11) ayəsi ilə hər insanın Onun qatında əslində tamamilə tənha olması həqiqətinə diqqət çəkmişdir. Bu qeyri-adi həqiqət daha bir çox ayədə xəbər verilmişdir:


Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda qoyub gəlmisiniz... (Ənam surəsi, 94)
Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 95)
Allah başqa bir ayəsində isə axirət günüdə inkar edənlərə belə müraciət edəcəyini bildirir:
O gün onların hamısını toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?! (Ənam surəsi, 22)
Bunun ardından inkar edənlər dünyada var olduğunu zənn edərək Allaha şirk qoşduqları mallarının, övladlarının, ətraflarının özlərindən uzaqlaşdığına və tamamilə yox olduğuna şahid olacaqlar. Allah bu həqiqəti də “gör onlar özlərinə qarşı necə yalan dedilər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb oldular!” (Ənam surəsi, 24) ayəsi ilə xəbər vermişdir.

XXI əsr bu həqiqətin bütün insanlar arasında yayılacağı, materializmin isə yer üzündən silinəcəyi tarixi dönüş nöqtəsidir. Bu həqiqəti görə bilən insanların keçmişdə nəyə inandıqları, nəyi nə üçün müdafiə etdikləri vacib deyil. Vacib odur ki, həqiqəti gördükdən sonra buna qarşı çıxmamaq, ölümlə birlikdə onsuz da açıq-aydın başa düşüləcək bu həqiqəti gec olmadan anlamaqdır. Unutmaq olmaz ki, həqiqətlərdən qaçmaq olmaz.


ZAMAN DA HİSSDİR

Kitabın buraya qədər olan bölməsində mütləq varlıq zənn edilən maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəyimiz və hər insanın sadəcə beynindəki xəyali görüntülərlə təmasda olduğu açıqlandı. Bu qeyri-adi həqiqətin bütün dünyada Allah sevgisi və qorxusunun artması, mənəviyyatın və gözəl əxlaqın yayılması, materializmin çökməsi üçün nə qədər böyük əhəmiyyətə malik olduğu bildirildi.

Materialistlərin maddə kimi əzəli və mütləq varlıq zənn etdikləri başqa məfhum isə zamandır. Ancaq maddə kimi zaman da hissdir və əzəli deyil, yaradıldığı bir an var. Dövrümüzdə elmi dəlilləri ilə üzə çıxarılan bu həqiqət Quranda bir çox ayə ilə də bildirilmişdir.
Zaman bir anı digər an ilə müqayisə etdikdə ortaya çıxan məfhumdur

Zaman tamamilə bizim hisslərimizə və hisslərimiz arasında apardığımız müqayisəyə əsaslanan anlayışdır. Məsələn, siz hal-hazırda bu kitabı oxuyursunuz. Fərz edək ki, kitabı oxumazdan əvvəl mətbəxdə yemək yeyirdiniz. Elə mətbəxdə yemək yediyiniz “an” ilə “hal-hazırkı an” arasında bir müddət olduğunu düşünür və buna “zaman” deyirsiniz. Əslində isə mətbəxdə yemək yediyiniz “an” sizin hafizənizdəki məlumatdır və siz içində olduğunuz “hal-hazırkı an” ilə hafizənizdəki məlumat arasında müqayisə aparır və bunu “zaman” adlandırırsınız. Bu müqayisəni aparmadığınız təqdirdə zaman anlayışı da qalmayacaq, insan üçün sadəcə içində olduğu an mövcud olacaqdır.

Məsələn, şagirdin son zəng mərasimi hafizəsindəki məlumatdır. İnsan o mərasimdən etibarən hafizəsindəki digər məlumatları da içində yaşamaqda olduğu an ilə müqayisə etdikdə zaman anlayışını əldə edir və hafizəsindəki məlumatlara görə bu zamanın uzunluğunu və ya qısalığını müəyyən edir. Əslində isə bu “uzunluq” və “qısalıq” tamamilə beyində əmələ gələn və bu müqayisədən qaynaqlanan hissdir.

Eyni şəkildə yerə düşən qələmi əyilib götürən və stolun üstünə qoyan birini gördükdə müqayisə edir. Gördüyü insan qələmi stolun üstünə qoyduğu anda o şəxsin qələmi əyilib götürməsi və stola doğru yeriməsini seyr edən şəxsin beynində yerləşən məlumatlardır. Zaman hissi qələmi stolun üstünə qoyan insan ilə bu məlumatlar arasında müqayisə aparılaraq ortaya çıxır.

Məşhur fizik Julian Barbour zamanın tərifini belə verir:

Zaman əşyaların mövqelərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Saat kəfkiri yellənir, saatın əqrəbləri hərəkət edir.39

Qısaca desək, zaman beyində xatirə kimi saxlanılan bir sıra məlumatlar, daha doğrusu, görüntülər arasında müqayisə aparılması ilə mövcud olur. Əgər insanın hafizəsi olmasaydı, o insan sadəcə içində olduğu anı yaşayar, beyni bu cür şərhlər etməz və ona görə də zaman hissi də əmələ gəlməzdi.


Zamanın hiss olması barəsində elm adamlarının düşüncələri

Zamanın hərəkət edən cisimlər və meydana gələn dəyişikliklər arasında apardığımız müəyyən ardıcıllıqdan əmələ gələn anlayış olması həqiqəti bu gün elmi cəhətdən də qəbul edilmişdir. Bu barədə fikir bildirən mütəfəkkir və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı açıqlamağa çalışaq.

The end of time” (zamanın sonu) adlı kitabında zamansızlıq və sonsuzluq haqqında açıqlamaları ilə elm dünyasında böyük əks-səda doğuran fizik Julian Barbour zamanın hiss olmasının bir çox insan üçün qəbul edilməsi çətin olan həqiqət olduğunu bildirir. “Discover” jurnalında Barbour ilə aparılan müsahibədə zaman hissi üçün şərhləri verir:

Mən hələ qəbul etməkdə çətinlik çəkirəm”, -deyir (Barbour). Ancaq qabaqcadan kainatı anlamaq üçün heç bir zaman etibarlı yol göstərici olmamışdır. Kopernik Günəşin Yerin ətrafında dönmədiyini ilk dəfə söylədiyindən bəri fiziklər hisslərimizi çaşdırdılar. Buna baxmayaraq, Yer 67000 mil/saat sürətlə boşluqda fırlanarkən ən kiçik hərəkəti belə hiss etmirik. Barbour zamanın keçdiyinə dair hissimizin “Düz Dünya Cəmiyyətinin” (Flat Earth Society) batil inancı qədər səhv olduğunu iddia edir.40

Yuxarıda da göründüyü kimi, məşhur fizik Barbour zamanın mütləq varlıq olduğuna dair sahib olduğumuz inancın batil olduğunu bildirir və dövrümüzdə fizika sahəsindəki tədqiqatlar bu həqiqəti açıq şəkildə göstərir. Zaman mütləq deyil, meydana gələn hadisələrə görə fərqli qavranan nisbi məfhumdur.

Nobel mükafatı almış məşhur genetika professoru François Jacob isə “Mümkünlərin oyunu” adlı kitabında zamanın geriyə axını ilə bağlı bunları danışır:



Kadrı geriyə doğru fırladaraq göstərilən filmlər zamanın geriyə axdığı bir dünyanın nəyə bənzəyəcəyini təsəvvür etməmizə imkan verir. Südün fincandakı qəhvədən ayrıldığı və süd qabına geri tökülmək üçün havaya qalxdığı bir dünya; işıq şualarının bir mənbədən çıxdığı yerdə tələnin (cazibə mərkəzinin) içində toplanmaq üçün divarlardan çıxacağı dünya; saysız-hesabsız damlaların heyrətləndirici şəkildə birlikdə suyun üzərinə doğru atılan daşın insanın ovcuna qayıtmaq üçün maili xətt boyu tullandığı dünya. Amma zamanın geriyə axdığı belə bir dünyada beynimizin prosesləri və hafizəmizin əmələ gəlməsi də eyni şəkildə tərsinə çevrilmiş olacaqdır. Keçmiş və gələcək üçün də eyni şey olar və dünya tamamilə bizə göründüyü kimi görünər.41

Beynimiz müəyyən ardıcıllıq üsuluna əsasən işlədiyi üçün hal-hazırda dünya yuxarıda izah edildiyi kimi işləmir və zamanın daim irəliyə doğru axdığını düşünürük. Əslində isə bu, beynimizin içində verilən qərardır və ona görə, bizim üçün tamamilə izafidir. Əgər hafizəmizdəki məlumatlar geriyə doğru fırlanan filmlərdəki kadrlar kimi düzülsə, zamanın axını da bizim üçün geriyə doğru fırladılan filmlərdəki kimi olacaqdır. Belə vəziyyətdə keçmişi gələcək, gələcəyi də keçmiş kimi qavramağa başlayar, həyatı indiki nizamının tamamilə tərsinə olan nizamda yaşayardıq.

Əslində isə zamanın necə axdığını, ya da axıb-axmadığını əsla bilə bilmərik. Bu da zamanın mütləq həqiqət olmadığını, sadəcə qavrayış forması olduğunu göstərir.

Zamanın hiss olması XX əsrin ən böyük fiziki hesab edilən Eynşteynin ortaya qoyduğu Ümumi nisbilik nəzəriyyəsi də təsdiq etmişdir. Lincoln Barnett “Kainat və Eynşteyn” adlı kitabında bu barədə aşağıdakıları yazır:

Hüdudsuz kosmosla birlikdə Eynşteyn sonsuz keçmişdən sonsuz gələcəyə axan səhv etməyən və dəyişməyən ümumdünya zaman anlayışını da bir kənara qoydu. Nisbilik nəzəriyyəsini əhatə edən anlaşılmazlığın böyük hissəsi insanların zaman duyğusunun da rəng duyğusu kimi qavrama forması olduğunu qəbul etmək istəməməsindən doğur... Necə ki, kosmos maddi varlıqların mümkün olan ardıcıllığıdırsa, zaman da hadisələrin mümkün olan ardıcıllığıdır. Zamanın subyektivliyini Eynşteynin sözləri daha yaxşı açıqlayır: “Fərdin həyatı bizə hadisələr ardıcıllığı şəklində sıralanmış kimi görünür. Bu ardıcıllıqdan xatırladığımız hadisələr “daha əvvəl” və “daha sonra” ölçüsünə görə sıralanmışdır. Bu səbəbdən, fərd üçün mən-zamanı, ya da subyektiv zaman var. Bu zaman öz-özlüyündə ölçülə bilməz. Hadisələrlə saylar arasında elə bir əlaqə qura bilərəm ki, böyük say əvvəlki hadisə ilə deyil, sonrakı hadisə ilə əlaqədar olar”.42

Eynşteynin bu sözlərindən zamanın irəliyə doğru axması fikrinin tamamilə şərtlənmə olması başa düşülür.

Eynşteyn Barnettin ifadələrilə “kosmos və zamanın da duyğu formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrılmaz olduğunu göstərmişdir”.43

Ümumi nisbilik nəzəriyyəsinə görə, “zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr ardıcıllığından ayrı, müstəqil bir varlığı yoxdur”.

Yuxularımız zamanın nisbiliyinin başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Biz yuxuda günlərlə davam etdiyini düşündüyümüz hadisələri yaşayarkən əslində sadəcə bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edən bir yuxu görürük.

Mövzunu bir az da açıqlamaq üçün belə bir nümunə üzərində düşünək. Xüsusi dizayn edilmiş tək pəncərəli otağa qoyularaq burada müəyyən vaxt keçirdiyimizi düşünək. Otaqda keçən zamanı görməyimiz üçün bir saat da olsun. Eyni zamanda otağın pəncərəsindən günəşin müəyyən fasilələrlə doğub-batdığını görək. Aradan bir neçə gün keçdikdən sonra o otaqda nə qədər qaldığımız soruşulduqda verəcəyimiz cavab həm müəyyən vaxtlarda saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğub-batdığına əsasən apardığımız hesablamadır. Məsələn, otaqda üç gün qaldığımızı hesablamışıq. Amma əgər bizi bu otağa qoyan şəxs gəlib bizə: “Əslində sən bu otaqda iki gün qalmısan”, -desə və pəncərədə gördüyümüz günəşin əslində süni şəkildə əmələ gətirildiyini, otaqdakı saatın da xüsusi sürətlə hərəkət etdirildiyini söyləsə, bu vəziyyətdə apardığımız hesablamanın heç bir mənası qalmır.

Bu misal da göstərir ki, zamanın axma sürəti ilə məlumatımız sadəcə qavrayana görə dəyişən fikirlərə əsaslanır.

Fərqli şərtlər altında insanların eyni zaman kəsiyini daha uzun və ya daha qısa qavramaları da bunun nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının çıxmasını gözləyən insana bir saatlıq müddət aradan saatlar keçmiş kimi uzun gəlir. Ancaq eyni şəxs çox xoşladığı işi görərkən bir saatın necə keçdiyini anlamaz. Eynşteynin Ümumi nisbilik nəzəriyyəsinin elmi cəhətdən ortaya qoyduğu həqiqət budur: zamanın sürəti cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, daralır; daha ağır, daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır.

Bunu Eynşteynin misalı ilə açıqlayaq. Bu misala görə, əkiz qardaşlardan biri Yerdə yaşayır, digəri isə işıq sürətinə yaxın sürətlə kosmik səyahətə çıxır. Kosmosa çıxan şəxs geri qayıtdıqda əkiz qardaşını ondan daha yaşlı görəcəkdir. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni misal işıq sürətinin 99%-nə yaxın sürətlə hərəkət edən raketlə kosmosda səyahət edən ata və Yerdə qalan oğluna da aid edilə bilər. Eynşteynə görə: “əgər atanın yaşı 27, oğlunun yaşı üç olsa, 30 Yer ili sonra ata dünyaya qayıtdıqda oğul 33 yaşında, ata isə 30 yaşında olacaq”.44

Zamanın nisbi olması saatların yavaşıması və ya sürətlənməsindən deyil, bütün maddi sistemin atom altı səviyyədəki zərrəciklərə qədər fərqli sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə mühitdə insan orqanizmindəki ürək döyüntüləri, hüceyrələrin bölünməsi, beyin fəaliyyətləri kimi proseslər daha ağır işləyir.

Beləliklə, insan zamanın yavaşladığını heç anlamadan gündəlik həyatına davam edir.
Zamanın nisbi anlayış olması Quranda bildirilmişdir

Əvvəlki səhifələrdə də bildirildiyi kimi, zamanın mütləq həqiqət deyil, nisbi hiss olması müasir elmin kəşfləri ilə qətiləşmişdir. Elmin XX əsrdə kəşf etdiyi bu həqiqətin Quranda 1400 il əvvəl bildirilməsi isə çox böyük möcüzədir.

Allah bir çox ayəsində dünya həyatının çox qısa olduğunu vurğulayır. Bir insanın təxminən 60 illik ömrünün ayələrdə “günün bir saatı” qədər qısa olduğunu Rəbbimiz belə bildirir:
O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız! (İsra surəsi, 52)
Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər. (Yunus surəsi, 45)
Bəzi ayələrdə isə zamanın insanların hesab etdiklərindən daha qısa olduğunu Allah belə bildirir:
Belə buyurdu: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!” - deyə cavab verdilər. Allah buyurdu: “Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! (Muminun surəsi, 112-114)
Quranda başqa ayələrdə isə fərqli ölçülərdə zamanın daha fərqli sürətlə axdığı xəbər verilir.

Məsələn, Allah qatındakı bir günün insanların min ilinə bərabər olduğu bildirilir. (Həcc surəsi, 47) Bu mövzu ilə bağlı digər ayələr belədir:


Mələklər və ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr. (Səcdə surəsi, 5)
Quranın daha bir çox ayəsində istifadə edilən üslüb zamanın hiss olduğunu açıq şəkildə ortaya qoyur. Allah Quranda bəhs edilən mömin cəmiyyət olan Kəhf əhlini 300 ildən çox müddət ərzində dərin yuxuya vermişdir. Daha sonra oyandırdıqda isə bu şəxslər zaman cəhətdən çox az müddətdə yuxuda olduqlarını düşünmüş, nə qədər çox yatdıqlarını təxmin edə bilməmişlər.
Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)
Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: “Nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir...” (Kəhf surəsi, 19)
Aşağıdakı ayədə bəhs edilən vəziyyət də zamanın əslində psixoloji hiss olmasının vacib dəlilidir.
Yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” - demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” - deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az”, - deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” - deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” - dedi. (Bəqərə surəsi, 259)
Göründüyü kimi, bu ayələrdə zamanın nisbi olduğu, mütləq olmadığı açıq şəkildə bildirilir. Yəni zaman qavramaya və qavrayana görə dəyişir; qavrayandan kənar öz-özlüyündə bir varlığı olan sabit varlıq deyil.
Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə