Xəyalin diGƏr adi: maddə


Bütün hadisələr “Lövhi-məhfuz” adlı kitabda qeyd olunmuşdur



Yüklə 1,03 Mb.
səhifə8/15
tarix20.10.2017
ölçüsü1,03 Mb.
#6125
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

Bütün hadisələr “Lövhi-məhfuz” adlı kitabda qeyd olunmuşdur

Əvvəlki bölmədə də izah etdiyimiz kimi, Allah bizim üçün keçmiş və gələcək bütün hadisə və varlıqları tək bir anda yaratmışdır. Quranda bütün insanların və varlıqların qədərlərinin Allah qatında Lövhi-məhfuz adlandırılan əsas kitabda qorunduğu belə bildirilir:


... Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab vardır! (Qaf surəsi, 4)
Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-Məhfuzda) olmasın! (Nəml surəsi, 75)
Allah başqa ayələrində də göylərdə və yerdə olan hər şeyin bu kitabda olması həqiqətini belə xəbər verir:
İnkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” - dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (Səba surəsi, 3)
Ayələrdə də bildirildiyi kimi, kainat yaradıldığından bəri mövcud olan canlı-cansız hər şey, baş verən hər hadisə Allahın yaratmasıdır və ona görə, bunlardan Onun xəbəri vardır; yəni bütün bunlar Allahın hifzindədir. Lövhi-məhfuz da Allahın Hafiz sifətinin bir təzahürüdür.
Keçmiş və gələcək əslində “hal-hazırda” yaşanmaqdadır

Allah qatında zaman olmadığı üçün bütün hadisələr tək bir anda həyata keçir və o, “hal-hazırki an”dır. “Hal-hazırda” bizim üçün keçmiş və gələcək olan bütün hadisələr Allah qatında bizim hadisələri gördüyümüzdən daha aydın və canlı şəkildə baş verir. Məsələn, hz. Yunus hal-hazırda gəmidəki tələ nəticəsində dənizə atılır, hz. Yusif hal-hazırda qardaşları tərəfindən quyuya atılır, hal-hazırda zindandakı ilk yeməyini yeyir, zindandan hal-hazırda çıxaraq yeriyir. Hz. Məryəm hal-hazırda Cəbrayıl ilə danışır, hz. İsa hal-hazırda doğulur. Hz. Nuh gəmisinin ilk mismarını hal-hazırda vurur, hz. Nuh və ailəsi hal-hazırda gəmidən Allahın onları üçün seçdiyi torpaqlara enirlər. hz. Musanın anası onun beşiyini hal-hazırda gəmidən buraxır, hz. Musa hal-hazırda sıx meşəlikdə Allahdan ilk vəhyini alır, dəniz hal-hazırda iki yerə yarılır, inananlar hal-hazırda dənizdən keçərkən Firon hal-hazırda ordusu ilə birlikdə boğularaq ölür. Hz. Musa hal-hazırda Xızırla görüşür, Xızır da yetim uşaqların divarını hal-hazırda sökür. Hz. Zülqərneyndən onları qorumaq üçün sədd inşa etməsini istəyənlər tələblərini hal-hazırda ona çatdırırlar və hz. Zülqərneyn qiyamətə qədər deşilməz və keçilməz səddi hal-hazırda inşa edir. Hz. İbrahim atasına hal-hazırda nəsihət edir, bütpərəst tayfanın bütlərini hal-hazırda sındırır və tayfasının onu atdığı atəş hz. İbrahimə hal-hazırda sərinlik verir. Hz. Muhəmməd (s.ə.v.) hal-hazırda Cəbrayıldan vəhy alır, elə indicə Məscidül-həramdan əl-Əqsa məscidinə aparılır. Lut qövmü hal-hazırda yerlə bir olur. Cənnət əhli hal-hazırda taxtlarda oturaraq qarşılıqlı söhbət edirlər. Cəhənnəm əhli isə hal-hazırda oda atılır, böyük əzab və faydası olmayan peşmançılıq içində əzab çəkirlər. Allah bu görüntülərin hamısını “hal-hazırkı anda” bizim bilməyimiz mümkün olmayan tam aydın şəkildə görür və eşidir. Bizim şahid olduğumuz və olmadığımız bütün hadisələr və bütün səslər Allah qatında hər an hazırdır və bütün canlılığı ilə hər an yaşayır. Bunların heç biri heç vaxt itmir, hər zaman Allahın hafizəsində bütün detalları ilə yaşanır.

Bu həqiqət sizin həyatınıza da aiddir. Məsələn, babanızdan sizə qalan evin bünövrəsi əslində hal-hazırda qoyulur. Atanız bu evdə hal-hazırda doğulur. Sizin ilk dəfə danışmağa başladığınız an da hal-hazırkı andır. Bu gününüzdən tam 10 il sonra yediyiniz yeməyi əslində hal-hazırda yeməkdəsiniz.

Bütün bu misalların qarşımıza bir daha çıxardığı həqiqət budur: heç bir an, heç bir kadr, heç bir hadisə, heç bir varlıq yox olmamışdır və olmayacaqdır. Necə televizorda seyr etdiyimiz bir film lentinə qeyd edilmişdirsə, müxtəlif kadrlardan ibarətdirsə və bu kadrları bizim görməməyimiz onların olmadığı mənasına gəlmirsə, bizim “keçmişdə yaşanmış” və ya “gələcəkdə yaşanacaq” dediyimiz hadisələrə də eyni şey aiddir.

Ancaq bir cəhətin səhv başa düşülməməsi çox vacibdir: bu səhnələrin heç biri xatirə və ya xəyal kimi deyil. Bunların hamısı eynilə hal-hazırda yaşadığınız an kimi canlıdır. Hər şey diri şəkildə qorunur. Biz yalnız Allah bizə bu hissləri vermədiyi üçün onları keçmiş, bitmiş hadisələr kimi görürük və Allah istədiyi vaxt bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər.

Bu misallardan da göründüyü kimi, Allah üçün keçmiş, gələcək, indi-hamısı birdir. Elə buna görə, Allaha heç bir şey gizli qalmır. Belə ki, ayədə də Rəbbimiz bu həqiqətə belə diqqət çəkmişdir:


Dedi: “Oğlum, bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah lətifdir, xəbərdardır! (Loğman surəsi, 16)
Allah cənnətdə istəyənə keçmişi eynilə göstərə bilər

Cənnətdəki qul əgər istəsə, Allah ona dünya həyatından hadisələri eynilə göstərə bilər (doğrusunu Allah bilir). Məsələn, cənnətdəki insan Allahdan ölmüş itinin canlı halını, yanmış evinin yanmadan əvvəlki halını, Titanik gəmisinin batmadan əvvəlki halını görmək istədikdə Allah ona bunların hamısını göstərəcəkdir. Həm də o ankı ən canlı hallarını. Məsələn, Titanik dənizdə səyahət edərkən, o anda ətrafda olan bütün balıqlar yenə eyni yerlərində olacaq, içində olan insanlar yenə eyni mövzuları, eyni kəlmələrlə danışacaqlar. Keçmişdə yaşamış böyük sivilizasiyalar ən ehtişamlı dövrləri ilə, quruluşları ilə, zənginlikləri ilə birlikdə görünəcəkdir. İnk mədəniyyətini görmək istəyən insan bu mədəniyyətin hər dövrünü istədiyi an görə biləcəkdir. Allahın hafizəsində hər hadisə sonsuzluğa qədər eyni canlılıqla yaşanmaqda davam etdiyi üçün insan istədiyi hər şeyi eyni ilə hazır tapacaqdır.

Allah bir ayəsində “...orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır” (Fussilət surəsi, 31), -deyərək cənnətdə insanın istədiyi hər şeyə sahib olacağını bildirir. İnsanlara kədər verməyəcək, onları sevindirəcək, dünyaya aid hər görüntü və hadisəni Allah cənnətdəki qullarına istədikləri anda göstərəcəkdir. Bu, Rəbbimizin cənnətə layiq qulları üçün hazırladığı böyük nemətdir.

Bu mövzunun insanlar üçün əhəmiyyəti

Bu mövzu insanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki bizim gün ərzində yaşadığımız və hətta axşam olduqda belə unutduğumuz hər danışığımız, hər davranışımız, hər baxışımız, fikrimizdən keçirdyimiz hər düşüncə Allah qatında unudulmur və eynilə mühafizə edilir. Məsələn, dostu ilə söhbət edərkən dedi-qodu edən insan buna əhəmiyyət vermir, hətta unudur. Ancaq onun dedi-qodu etdiyi an Allah qatında sonsuzluğa qədər qalır. İçindən müsəlmanlar əleyhinə fikir keçən insanın o düşüncəsi onu düşündüyü andakı üzünün ifadəsi, içindən keçirdiyi cümlələr, Allah qatında sonsuzluğa qədər durur. Özü ac olmasına baxmayaraq, fədakarlıq edərək dostunu doyuran insanın fədakarlığı, o andakı vəziyyəti, baxışı, düşüncələri də Allah qatında itmədən sonsuzluğa qədər qalacaqdır. Qarşısına çıxan çətinliyə Allah rizası üçün səbir edən, ona sıxıntı verən insana gözəl söz deyən insanın gözəl əxlaqlı davranışı da heç vaxt itmədən sonsuza qədər mühafizə edilir. Allah axirət günündə hər kəsi etdiyi bu yaxşı və pis davranışlara görə sorğu-sual edəcək. İnsanların etdikləri halda unutduqları şeylər heç unudulmadan və ya dəyişikliyə uğramadan qarşılarına çıxacaqdır. Hətta bəzi şəxslər sorğu-sual zamanı ona verilən kitabın nə qədər hərtərəfli olduğuna təəccüb edəcək və belə deyəcəklər:


Əməl dəftəri qarşılarına qoyulmuşdur. Günahkarların orada olanlardan qorxduqlarını görürsən. Onlar belə deyirlər: “Vay halımıza! Bu necə bir kitab imiş! O, bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar etdikləri bütün əməllərin hazır durduğunu görmüşlər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)
Buna görə, bu həqiqətin fərqində olan hər bir insan hər davranışının və düşüncəsinin sonsuzluqda saxlandığını, sonsuzluğa qədər Allahın hafizəsində mövcud olmağa davam edəcəyini heç unutmamalı və axirətdəki sorğu-sualdan qorxub çəkinməlidir.


MADDƏNİN HƏQİQƏTİ MÖVZUSUNA GƏLƏN ETİRAZLARA CAVABLAR

Maddənin həqiqəti mövzusu son dərəcə açıq, aydın və başa düşülən olmasına baxmayaraq, daha əvvəlki mövzularda da toxunulduğu kimi, bəzi insanlar bir çox səbəbdən bu həqiqəti qəbul etməkdən qaçırlar və özlərini bilməməzliyə vururlar.

Bu həqiqəti öyrənən bir çox insan “maddənin ardındakı sirr”i öyrəndiklərinə görə, yaşadıqları qeyri-adi həyəcanı dilə gətirmiş, bu həqiqətin həyatlarını və bütün düşüncələrini kökündən dəyişdirdiyini bildirmişlər. Bir çox insan isə bu həqiqəti daha yaxşı qavraya bilmək üçün daha ətraflı suallar verərək mövzunu daha dərindən anlamağa çalışmışlar. Bu şəxslərdən bəzilərinin şərhlərini “maddənin sirrini öyrənənlər böyük bir həyəcan yaşayırlar” bölməsində görə bilərsiniz.

Bəzi kütlələr isə bu mövzunu kor-koranə rədd edir və öz ağılları ilə bəzi məntiqlər irəli sürərək bu qeyri-adi həqiqəti inkar etməyin yollarını axtarırlar. Əslində isə bu mövzunun rəddi elmi cəhətdən mümkün deyil. Bu mövzunu rədd edən insanın görüntünün və ya səslərin beyninin içində əmələ gəlmədiyini elmi cəhətdən sübut etməyi lazımdır. Amma gələn etirazların heç birində heç bir elm adamı, nevrologiya professoru, beyin mütəxəssisi, psixoloq, psixiatr və ya biologiya professoru – heç kim bütün hisslərimizin beynimizdə əmələ gəldiyini inkar etmir. Çünki bu elmi cəhətdən qəti olduğu bilinən həqiqətdir.

Buna baxmayaraq, bəziləri “görüntü beynimizdə əmələ gəldiyinə görə...” -deyə başlayan bir cümlənin ardınca açıq-aşkar bir həqiqətdən qaçmaq üçün bəzi söz oyunları edir, bu həqiqətin üstünü söz oyunları və ya təmtəraqlı elmi üslubla örtməyə çalışırlar. Bunun ən açıq nümunələrindən biri “görüntü beyində əmələ gəlir?” -deyə sual verilən bəzi elm adamlarının verdikləri cavablardır.

Bu elm adamlarından biri sözügedən suala belə cavab verirlər: “Xeyr, beyində görüntü əmələ gəlmir. Gələn siqnallar əyani təcrübənin əsasını təşkil edən görüntü əmələ gətirirlər”.

İndi bu elm adamının həqiqətləri göz ardı etmək üçün istifadə etdiyi metodu nəzərdən keçirək. Bu elm adamı “görüntü beyində əmələ gəlir?” sualına əvvəlcə qəti şəkildə: “Yox”, -deyir. Ardınca da gələn siqnallarla görüntünün görməyimizi təmin edən təsviri görüntünü əmələ gətirdiyini bildirir. Nəticədə verilən suala əslində: “Bəli”, -deyir. Beyində əmələ gələn görüntü, əlbəttə, “təsviri görüntüdür”. Yəni beynin içində heç vaxt masanın, günəşin və ya göy üzünün özü olmaz. Təsviri və ya başqa sözlə, görüntüsü olur. Biz də: “Dünyanı görürük”, -deyərkən “təsviri dünyanı”, “dünyanın surətini” və ya “xəyali dünyanı” görürük. Bunların hamısı eyni həqiqətin fərqli formalarda ifadəsidir. Bu elm adamının etdiyi şey “beynimizdə gördüyümüz dünya təsviri dünyadır?” sualına: “Əsla yox, beynimizdə gördüyümüz dünyanın surətidir”, -kimi cavab verməsidir. Yəni verilən sualı əvvəlcə qətiyyətlə inkar edib sonra ardınca da fərqli izahla, bir az daha qarışıq cümlələrlə əslində beynimizdə gördüyümüzü təsdiq edir. Bu, bəzi elm adamlarının bu həqiqəti qəbul etdikdə tək mütləq varlıq kimi qəbul etdikləri maddəni itirməyin gətirdiyi qorxu və həyəcan ilə üzləşdikləri səmimiyyətsiz metoddur.

Bəziləri isə görüntünün beynimizdə əmələ gəldiyini inkar etmir, amma yenə: “Bəli, bütün dünyanı beynimin içində görürəm”, -deməkdən qaçmaq üçün: “Beyin sadəcə gələn siqnalları şərh edir və sinir fəaliyyətlərini nizamlayır, beləliklə, görüntünü görür, səsi eşidirsiniz”, -deyərək dolayı yolla cavab verirlər. Onsuz da əsas məsələ beyin bütün prosesləri etdikdən sonra görüntünün harada əmələ gəlməsidir. Bu elm adamının verdiyi cavab sualın cavabı deyil, görüntü əmələ gəlməzdən əvvəlki mərhələnin qısa izahıdır. Beyin gələn siqnalları şərh edir, ancaq sonra bu şərh etdiklərini yenidən gözə və ya qulağa geri göndərmir. Ona görə də görən göz, eşidən də qulaq deyil. Elə isə, beyin gələn siqnalları şərh etdikdən sonra nə edir? Bu şərh edilən məlumat harada qalır, bu məlumat görüntüyə və ya səsə harada çevrilir? Bu məlumatı görüntü kimi görən, səs kimi eşidən kimdir? Bu elm adamlarından istənilən cavablar bunlar ikən, onlar bir çox dolayı cavabla həqiqəti etiraf etməkdən qaçırlar. Əslində bu qədər açıq həqiqətlə bağlı mübahisə edilməsi böyük möcüzədir.

Ancaq bu etiraz və ya mövzudan qaçma üsullarının hamısı əsassız və zəifdir. Burada izah edilənləri inkar edən şəxsin bütün hisslərimizin beynimizdə əmələ gəlməsi həqiqətini inkar edəcək məlumatlara gəlmədikcə deyəcəklərinin dəyəri olmayacaq. Ancaq insan çox açıq həqiqəti qavradığı halda, bu görüntüləri əmələ gətirənin – öz fikrinə görə və cahil inadkarlıqla – Allah olduğunu inkar edə bilər; “Bu mövzu haqqında düşünmək əhvalımı pozur”, -deyə bilər; “Maddənin əslini heç vaxt görə bilmədiyimi düşündükcə ürəyim sıxılır”, “Həyatımın heç bir mənası qalmadı”, -deyə bilər. Amma bunu dərhal bildirmək lazımdır ki, maddə mövzusundakı bu mühüm həqiqəti öyrənmək əsla əhvalı pozmur. Əksinə olaraq, Allahın üstünlüyü və gücünü daha dərindən təqdir eməyə, Allahın üstün yaratma sənətini daha yaxşı qavramağa, Allahı daha çox sevməyə, beləliklə, gördüyü bütün görüntülərin də Allahın təzahürləri olması şüuru ilə daha çox sevməyə, hamısından daha çox şövq almağa, imanda dərinləşməyə səbəbdir. Qısaca desək, çöx böyük nemətdir. Buna baxmayaraq, heçlik halına gəlib Allahdan başqa heç bir varlığın qalmaması imanın dərinləyini qavramamış bəzi insanlara ağır gələ bilər. Ancaq bu insanlar əsla: “Gördüklərimi gözlərimlə görürəm” və ya: “Gördüklərim xarici aləmdəki maddənin əslidir”, -deyə bilməzlər. Çünki bunları sübut edəcək heç bir elmi dəlilə və ya müşahidəyə malik deyillər, ola bilməzlər də. Onsuz da ən qatı materialist belə bütün görüntünü beynində gördüyünü qəbul edir.

Bu bölmədə, əsasən, bu həqiqəti qəbul etmək istəməyən şəxslərdən gələn etirazlara verilən cavablara yer veriləcək. Aşağıdakı etirazları və cavablarını oxuduqda, səmimi və obyektiv düşündükdə əslində bu sualların cavablarının çox açıq olduğunu siz də görəcəksiniz.


Etiraz: “Yolda avtobus gördükdə əzilməmək üçün qaçırsınız. Deməli, avtobus var. Əgər beyninizdə görürsünüzsə, niyə qaçırsınız?”
Cavab: Bu və buna bənzər sualları verənlərin yanıldıqları və anlaya bilmədikləri cəhət “hiss” məfhumunun sadəcə görmə hissi ilə bağlı olduğunu hesab edirlər. Əslində isə, təkcə görmə deyil, toxunma, vurma, zərbə, sərtlik, ağrı, isti, soyuq, nəm kimi bütün hisslər eynilə görmə kimi insanın beynində əmələ gələn hisslərdir. Məsələn, avtobusa minmək üçün avtobusun soyuq metalını əlində hiss edən insan əslində bu “soyuq metal hissini” beynində hiss edir. Bu çox açıq və məlum həqiqətdir. Toxunma hissi, daha əvvəl də bildirildiyi kimi, bir insanın - barmaqlarından gələn sinir oyanmalarının – beynin müəyyən nöqtəsində əmələ gətirdiyi hissdir. Hiss edən barmaqlarımız deyil. İnsanlar bunu elmi cəhətdən də açıqlandığı üçün qəbul edirlər. Ancaq məsələ avtobusun qapısını tutmaq deyil, avtobus insanı vurduqda, yəni bu toxunma hissi daha şiddətli və ağrılı olduqda, bu həqiqətin əsassız olduğunu hesab edirlər. Əslində isə ağrı və ya zərbə də beyində hiss edilir. Avtobusun vurduğu insan zərbənin şiddətini və bütün ağrını beynində hiss edir.

Bunu daha yaxşı anlamaq üçün yuxuları düşünmək faydalı olar. İnsan yuxuda da onu avtobus vurduğunu, qəzadan sonra gözünü xəstəxanada açdığını, əməliyyat edildiyini, həkimlərin danışıqlarını, ailəsinin narahatlıq içində xəstəxanaya gəldiyini, şikəst olduğunu görə bilər. Yuxuda yaşadığı bütün bu hadisələrin görüntülərini, səslərini, bərklik hissini, ağrını, işığı, xəstəxanadakı rəngləri, hər cür hissi çox parlaq və aydın hiss edir. Bunların hamısı gerçək həyatdakı kimi təbii və inandırıcıdır. O an yuxudakı birinin ona yuxu gördüyünü, gördüklərinin xəyal olduğunu desə, ona inanmaz. Əslində isə gördüklərinin hamısı xəyaldır və nə avtobusun, nə xəstəxananın, nə də yuxuda gördüyü bədəninin xarici aləmdə maddi qarşılığı var. Yuxuda gördüyü bədənin və avtobusun maddi qarşılıqları olmasına baxmayaraq, “həqiqi bədəni” “həqiqi avtobus” vurmuş kimi hiss edir.

Elə isə materialistlərin “maddənin varlığını şillə yesən, anlayarsan”, “dizinə təpik dəysə, maddənin varlığına şübhən qalmaz”, “it görsən, qaçırsan ancaq”, “avtobus vursa, beynində olub-olmadığını anlayarsan”, “əgər hissdirsə, onda şosseyə çıxıb avtomobillərdən qaçmadan ortada dur” kimi etirazların heç bir mənası və əsası yoxdur. Sürətli zərbə, itin ağrı verən dişləri, möhkəm şillə maddənin əsli ilə təmasda olduğumuzun dəlili deyil. Çünki bildirildiyi kimi, bunları eynilə yuxuda da maddi qarşılığı olmadığı halda yaşaya bilirsiniz. Bundan əlavə, hissin şiddətli olması o hissin beyində əmələ gəlməsi həqiqətini də dəyişdirmir. Bu, elmi sübutu olan açıq həqiqətdir.

Bəzi insanların şossedə sürətlə keçən avtobusu və ya avtobusun səbəb olduğu qəzanı maddənin fiziki varlığı ilə təmasda olduqlarının təsirli dəlili zənn etmələrinin səbəbi görüntünün insanı aldadacaq qədər həqiqi görünməsi və hiss edilməsidir. Məkan görüntülərindəki, məsələn, şossedəki dərinlik və perspektivin qüsursuzluğu, məkanda görünən cisimlərin rəng, forma, kölgə cəhətdən mükəmməlliyi, səs, qoxu və sərtlik hisslərinin çox aydın olması və görüntünün içində məntiq tamlığının olması bəzilərini yanıldır. Bəzi insanlar bu hadisələr nəticəsində bunların hiss olduğunu unudurlar. Amma zehində meydana gələn hisslər nə qədər tam və mükəmməl olsa da, bunların hər birinin hiss olması həqiqəti dəyişməyəcək. İnsan şossedə yeriyərkən qəza baş versə də, zəlzələdə uçan evin altında qalsa da, yanğında alovlar ətrafını bürüsə də, pilləkəndən yıxılsa da, bütün bu hadisələri zehnində yaşayır və əsla əsilləri ilə təmasda ola bilməz.

Bir insan şossedəki avtobusun qarşısına özünü atdıqda zehnindəki avtobus zehnindəki bədənini vurur. O insanın bu qəza nəticəsində həyatını itirməsi, bədəninin parçalanması da bu həqiqəti dəyişdirmir. Əgər insanın zehnində gördüyü bu hadisə ölüm ilə nəticələnirsə, Allah o insana göstərdiyi görüntünü pərdənin qaldırılması kimi qaldırır və o şəxsə başqa bir görüntü, axirətə aid görüntülər göstərir. Bu həqiqəti indi səmimiyyətlə düşünüb anlamayanlar öldükdə dərhal anlayacaqlar.
Etiraz: “Bütün cisimləri beynimdə gördüyüm doğrudur, ancaq bunların hamısının xəyali görüntü olmasına inana bilmirəm”.
Cavab: Bütün dünyanı beynimizdə hiss etməyimiz elmin qəti şəkildə sübut etdiyi və savadlı insanlardan heç birinin əksini iddia etmədiyi həqiqətdir. Ancaq insanların dərk edə bilmədikləri əsas məsələ budur: “Biz bütün cisimləri zehnimizdə hiss ediriksə, zehnimizdən kənarda mövcud olan cisimlərin əsllərini heç bilməyəcəyik?” Bu şübhə doğrudur, biz heç vaxt zehnimizdə hiss etdiklərimizdən kənarda maddənin əsli olub-olmadığından əmin ola bilmərik. Çünki biz beynimizdən kənara çıxıb xarici aləmdə nə olduğunu görə bilmərik. Beyindəki görüntülərin xarici dünyada qarşılığının necə olduğunu bilməyimiz elə buna görə mümkün deyil. Çünki nə bu iddianı irəli sürən şəxs, nə nevroloq, nə beyin cərrahı, nə filosof, nə də hər hansı başqa bir insan bu günə qədər beynindən kənara çıxmamışdır ki, beynindən kənardakı maddənin necə olduğunu bilsin.

İnsanın həyatına dair bildiyi hər şey beyninə gələn elektrik siqnallarının beyni tərəfindən qavranma formasından qaynaqlanır. Yəni insan daima öz beyninin içində əmələ gələn dünyasında yaşayır. Göyə baxdıqda gördüyümüz quşlar, küçənin o biri tərəfində gözdən itməkdə olan avtomobil, otağımızdakı əşyalar, əlimizdəki bu kitab, dostlarımız, qohumlarımız, bunların hamısı beynimizdəki xəyali görüntülərdir. Heç kim beyninin içində əmələ gələn bu həyatdan kənara çıxa bilməz. Bu, nə elmlə, nə də texnologiya ilə əldə edilməsi mümkün olan vəziyyətdir. Çünki elm adamı nə icad etsə də, yenə onu beyninin içindəki görüntünün içində icad edəcəkdir. Ona görə, o “xarici aləmi görmək üçün icad etdiyi şey” də beyninin içindəki görüntünün içində qalacaqdır. Heç bir insanın maddənin əslinin nəyə bənzədiyini bilməsi mümkün deyil; çünki heç bir insan maddənin əsli ilə heç vaxt təmasda olmamışdır. İlk insandan bəri yer üzündə səsin əslini eşidən, mənzərənin əslini görən və ya gülün əslini qoxulayan tək bir insan belə yaşamamışdır.


Etiraz: “Bıçağı əlimə sürtdükdə, əlimdə hiss etdiyim ağrı, əlimdən axan qan görüntü deyil. Həm də bunu yanımdakı dostum da gördü”.
Cavab: Əslində bu mövzunu bundan əvvəlki etirazların cavablarında ətraflı izah etmişdik. Ancaq mövzunu əhəmiyyəti baxımından bir daha vurğulamaqda fayda var.

Bu etirazı edənlərin ən mühüm xətası görüntüdən başqa səs, qoxu, toxunma kimi digər hisslərin də beyində əmələ gəldiyini göz ardı etmələridir. Buna görə: “Bıçağı beynimdə görə bilərəm, amma baxın, bıçağın itiliyi həqiqidir, çünki əlimi kəsdi”, -deyirlər. Əslində isə bu şəxsin əlindəki ağrı axan qanın verdiyi istilik və nəmlik hissi və bütün digər hissləri də beynində əmələ gəlir. Yanındakı dostunun bu hadisəyə şahid olması bu həqiqəti dəyişdirmir, çünki dostu da, bıçaqla eyni yerdə, yəni beynindəki görmə mərkəzində əmələ gəlir. Bu şəxs eyni hissləri-bıçaqla əlini kəsdiyini, əlindəki ağrını, qanın görüntüsünü və istiliyini eynilə yuxuda da yaşaya bilər. Əlini kəsdiyini görən dostunu da yuxuda görür. Amma dostunun varlığı bu gördüklərinin yuxu olmadığının dəlili deyil.

Hətta yuxuda əlini kəsdikdə biri gəlib: “Bu gördüklərin hissdir, bu bıçaq həqiqi deyil, əlindən axan qan, hiss etdiyin ağrı da həqiqi deyil, bunların hamısı hal-hazırda zehnində seyr etdiyin hadisələrdir”, -desə, həmin şəxs buna inanmayacaq və yenə etiraz edəcəkdir. Hətta bəlkə: “Mən materialistəm. Belə iddialara inanmıram. Hal-hazırda gördüklərimin hamısını hiss edirəm, bax, qanı görmürsən?” -deyəcək.

Elə: “Maddənin əsli ilə təmasda oluram”, -deyə israr edənlər yuxarıdakı misalda görünən şəxs kimidirlər. İçində yaşadıqları hisslər dünyasında: “Bütün bunlar hissdir və bu hisslərin əsli ilə əsla təmasda ola bilməzsən”, -deyilir, ancaq onlar bu həqiqətə inadla qarşı çıxırlar.

Ancaq bunu da unutmaq olmaz ki, insanın əli kəsildikdə: “Necə də olsa, bu bir görüntüdür”, -deyərək tədbir görmədən dayanmaz. Çünki Allah bu görüntülər içində insanları bəzi səbəblərə bağlı şəkildə yaratmışdır. Məsələn, əli kəsilən insan bunun üçün lazımi dərmanlardan istifadə edir, əlini sarıyır və həkimə gedir. Ancaq bu proseslərin hamısının beynində əmələ gələn görüntüləri ilə təmasda olur. Sarğı bezi də, istifadə etdiyi dərmanlar da beynində əmələ gələn görüntülərdir.
Etiraz: “Maddənin zehnimizdə gördüyümüz xəyalı ilə təmasda olduğumuzu söyləmək İslam dininə uyğundur?”
Cavab: Bəzi müsəlmanlar maddənin beynimizdəki xəyalı ilə təmasda olduğumuz həqiqətinin İslam dininə uyğun olmadığını irəli sürür və keçmişdə din alimlərinin bu həqiqəti qəbul etmədiklərini iddia edirlər. Ancaq bu, doğru deyil. Əksinə, burada izah edilənlər Quran ayələrinə tamamilə uyğundur; hətta bir çox ayənin cənnət və cəhənnəmin, sonsuzluq, zamansızlıq, ölümdən sonra dirilmə, axirət kimi Quranda bildirilən mövzuların qəti şəkildə başa düşülməsi baxımından da son dərəcə vacibdir.

Əlbəttə, bu mövzunu bilməsə də, insan həqiqi imanı ilə yaşaya bilər. Allahın Quranda bildirdiyi hər şeyə könüldən və heç bir şübhə etmədən iman gətirə bilər. Amma bunu bildirmək lazımdır ki, bu mövzu insanın imanda və Allaha yaxınlıqda dərinləşməsini təmin edir və keçmişdə bir çox böyük İslam alimi də bu həqiqəti bu yöndə açıqlamışlar. Ancaq yaşadıqları dövrdə elmin bu mövzunu hələ aşkar etməməsi və mövzunu səhv anlamağa meyilli kütlələrin varlığı onların bu izah etdiklərinin yayılmasına və geniş kütlələrə yayılmasına mane olmuşdur.

Maddənin əsl mahiyyətini açıqlayan İslam alimlərindən biri və ən böyüyü hicri 10-cu əsrin mücəddidi sayılan və əsrlərdir bütün İslam dünyasının böyük hörmətini qazanmış İmam Rəbbanidir. İmam Rəbbaninin “Məktubat” adlı əsərində bu mövzuyla bağlı çox hərtərəfli izahlar yer alır. İmam Rəbbani Allahın kainatı “hiss və xəyal mərtəbəsində”, yəni hiss dərəcəsiində yaratdığını bir məktubunda belə açıqlayır:

Yuxarıda belə bir cümlə işlətdim: “Sübhan Haqqın xəlqi (Allahın yaratması) hiss və xəyal mərtəbəsindədir”. Bunun mənası belədir: Allahu-Təala əşyanı elə bir mərtəbədə yaratmışdır ki, o mərtəbədə əşya üçün hiss və xəyaldan başqa bir yerdə sübut (sabitlik) və hüsul (varlıq) yoxdur.45

Diqqət edilsə, İmam Rəbbani bizim gördüyümüz aləmin, yəni bütün varlıqların “hiss və xəyal mərtəbəsində”, yəni hiss səviyyəsində yaradıldığını xüsusi şəkildə vurğulayır. Bu xəyal mərtəbəsindəki aləmdən kənarda (xaricdə) isə sadəcə Allahın Zatı var. İmam Rəbbani tək mütləq varlığın Allah olduğunu belə izah edir:



Xaricdə uca Haqqdan başqası mövcud deyil... Bəlkə də şanı böyük Allahın yaratması ilə xəyal mərtəbəsində sübut (sabitlik) tapmışdır... Əgər onun üçün görüntü sabit olarsa, o xəyal mərtəbəsindədir. Əgər onun sübutu (sabitliyi) varsa, o da uca Allahın xəyal mərtəbəsindəki sənəti ilədir. Xülasə, onun sabitliyi və görüntüsü tək mərtəbədədir. Sübutu bir yerdə, görüntüsü başqa bir yerdə deyil...46

Beləliklə, İmam Rəbbaninin də izahlarından açıq şəkildə anladığımız kimi, maddə mütləq varlıq deyil və biz onun haqqında çox məhdud məlumata malikik. Biz sadəcə zehnimizdə bizə göstərilən görüntünü görürük. Bu görüntünü bütün detalları ilə yaradan və bizə seyr etdirən isə aləmlərin Rəbbi olan Allahdır.

Yeganə mütləq varlığın Allah olduğunu, Allahın bütün kainatı xəyal mərtəbəsində yaratdığını açıqlamış digər böyük İslam alimi Muhyiddin Ərəbidir. Elmdəki dərinliyinə görə “Şeyxi-əkbər” (ən böyük şeyx) kimi tanınan Muhyiddin “Ərəbi fusüs-ül hikəm” (Hikmətlərin mahiyyəti) adlı kitabında kainatın Allahın təzahürlərindən ibarət kölgə varlıq olduğunu belə açıqlamışdır:

Biz deyirik ki, bilməlisən ki, Haqqdan başqa varlıqlar, yaxud aləm adı ilə tanınan şey Haqqa nisbətən bir şəxsin kölgəsi kimidir. Belə olduqda masiva, yəni Allahdan başqa olan varlıqlar Allahın kölgəsidir... Kölgə, şübhəsiz, hissdə mövcuddur.47

Muhyiddin Ərəbinin bu sözlərində bildirdiyi kimi, insan Allahın Özündən üfürdüyü ruhu daşıyan, Allahın təzahürü olan varlıqdır. Tək mütləq varlıq Allahdır. İnsan isə xəyaldır. Bu çox mühüm həqiqətdir və əksini düşündükdə insan böyük xətanın içinə düşür.

İmam Rabbani ilə bərabər Mövlana Cami də Quranın işarətləri və ağıl yolu ilə tapdığı bu heyrətamiz həqiqəti: “Kainatda nə varsa, hamısı hiss və xəyaldır. Ya güzgülərdəki əkslərdir, ya da kölgələr kimidir”, -deyərək dilə gətirmişdir.

Göründüyü kimi, böyük İslam alimləri bu həqiqəti açıq şəkildə izah etmişlər və ona görə, bu mövzunun Qurana və sünnəyə qarşı olduğunu iddia etmək və ya İslam alimlərinin qəbul etmədiyini irəli sürmək inandırıcı deyil. Bundan əlavə, bunu da unutmaq olmaz ki, bütün görüntüləri beynimizdə görməyimiz heç kimin inkar edə bilmədiyi, qəti şəkildə sübut edilmiş həqiqətdir. Keçmişdə bu həqiqət elmi cəhətdən məlum olmadığı üçün bəzi İslam alimlərinin bu həqiqəti ortaya çıxarmamaları təbiidir. Bundan başqa, maddənin əsli ilə təmasda ola bilməməyimiz həqiqətini bəzi kütlələr təhrif edilmiş inancla açıqlamış və dinin hökmlərini və qaydalarını bu şəkildə aradan qaldırmağa çalışmışlar. Bu cür təhrifedici və səmimiyyətsiz axınlara görə, bəzi İslam alimləri müsəlmanları bu cür təhlükələrə qarşı xəbərdar etmişlər. Ancaq bunlar bu həqiqətin təhrifedici şərhləridir. Burada izah edilənlərlə qarışdırılmamalıdır.

Doğrusu, başdan bəri vurğuladığımız kimi, maddəni Allah yaratmış və biz onun əsli ilə təmasda ola bilmirik.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə