Xezer 324 41-70. cdr pdf cdr



Yüklə 433,78 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix04.11.2017
ölçüsü433,78 Kb.
#8422
  1   2   3   4   5   6   7   8   9   ...   17


324

Dekabr  2013

41

 Bu fikirlər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun 



“Bakutel-2013”  19-cu  Azərbaycan  Beynəlxalq  Telekommunikasiya  və 

İnformasiya  Texnologiyaları  Sərgi  və  Konfransının  iştirakçılarına 

müraciətində öz əksini tapıb.

 Nazir bildirib ki, ölkə əhalisi rəqəmli televiziya yayımı ilə əhatə olunub. 

“Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron 

xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış 

məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik 

infrastrukturun  qurulması  və  “evlərə  optika”  prinsipi  ilə  yüksəksürətli 

genişzolaqlı  internet  xidmətlərindən  istifadə  imkanı  yaradan    layihənin 

həyata keçirilməsinə hazırlıq aparılır”.

 Ə. Abbasovun fikrincə, Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə 

inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yer alır: “Beynəlxalq 

Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik 

inkişaf edən ilk 10 ölkə sırasındadır. Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan şəbəkə hazırlığı 

indeksinə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə isə Müstəqil Dövlətlər Birliyi  və Mərkəzi 

Asiya ölkələri arasında 1-ci yeri tutub”.



“Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir: əhalinin 70 %-i internet 

istifadəçisidir, 50 %-i isə  genişzolaqlı xidmətlərdən istifadə edir, mobil rabitədə hər 100 

nəfərə 110 mobil abunəçi düşür, “3G” və “4G” texnologiyaları tətbiq edilir” 

“HƏR  100  NƏFƏRƏ  110  MOBİL  ABUNƏÇİ  DÜŞÜR” 

 O bildirib ki, missiya zamanı əsasən cənub bölgəsinə xas olan erkən, məc-

buri və qeyri-rəsmi evliliklərin sayının artması narahatçılıq doğuran məsələ 

kimi davamlı olaraq vurğulanıb: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Döv-

lət Komitəsinin məlumatlarına görə, 2013-cü ildə 5000-dən çox qız uşağı er-

kən evliliklərin qurbanı olub. 2012-ci ildə isə bu rəqəm təxminən 4000 idi. Er-

kən evliliklərin hər bir fərd üçün müxtəlif səviyyələrdə, o cümlədən fiziki və 

mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcə də qızların reproduktiv sağlam-

lıq baxımından ciddi ziyanları var. 

Qadınlara  qarşı  Zorakılığın  Bütün  Növlərinin  Ləğvi  (CEDAW)  üzrə 

Komitənin 2009-cu ildəki yekun müşahidələrində vurğulandığı kimi, bu cür 

evliliklərin qarşısının alınması, həmçinin bütün evliliklərin düzgün hüquqi 

qeydiyyatının  təmin  edilməsi  üçün  dövlət  inkişaf  etdirici  tədbirləri,  o 

cümlədən  davamlı  maarifləndirmə  kampaniyalarını  davam  etdirməli, 

icmalarla və dini qurumlarla müvafiq işlər aparmalıdır”.

 Bu barədə Azərbaycanda 10 günlük missiya həyata keçirən BMT-nin qadınlara qarşı zorakılıq, onun 

səbəb nə nəticələri mövzusunda çalışan Xüsusi Məruzəçisi Raşida Mancu keçirdiyi mətbuat konfransın-

da məlumat verib

“BU İL  AZƏRBAYCANDA  5000-DƏN  ÇOX

 QIZ ERKƏN EVLİLİKLƏRİN  QURBANI  OLUB”

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə 

sayı sürətlə artıb və əhali arasında cinsi nisbət demək 

Dövlət Komitəsi tərəfindən hazırlanan “Azərbaycan 

olar ki, bərabərləşib: “1993-cü ildə əhalinin 3 milyon 

ailəsi Strategiyası”nda deyilir. Dekabrın 16-da “Azər-

641 min 200 nəfəri (49 faizi) kişi, 3 milyon 798 min 

baycan ailəsi Strategiyası” layihəsinin ilkin müzaki-

800 nəfəri   (51 faizi) qadın idisə, 2013-cü ildə əhali-

rəsi zamanı komitənin şöbə müdiri Aynur Veysəlova 

nin 4 milyon 648 min 800 nəfəri (49.7 faizi) kişi, 4 

bildirib ki, 1993-cü ildə əhalinin sayı 7 milyon 440 

milyon 707 min 700 nəfəri (50.3 faizi) qadındır.

min idisə, bu rəqəm 2013-cü ildə 9 milyon 356 min 

500 nəfərə çatıb. O qeyd edib ki, son 20 ildə kişilərin 

 Son 20 il ərzində Azərbaycanda əhalinin ümumi sayı 

1 milyon 916 min 500 nəfər artıb 

AZƏRBAYCANDA  SON  20  İLDƏ  KİŞİLƏRİN  SAYI  ÇOXALIB



Noyabrın  15-də  Ukrayna  Milli  İnformasiya  Agentliyinin 

(Ukrinform) mətbuat mərkəzində Ukrayna Millətlər Assambleyasının 

təqdimat mərasimi olmuşdur. 

Assambleyanı  diasporumuzun  liderlərindən  biri  olan  Rövşən 

Tağıyev, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastırski, 

“Tuqan  Tel  tatar  evi”  Ümumukrayna  İctimai  Təşkilatının  (ÜİT) 

prezidenti  Pyotr  Şarafuddinov,  Ukrayna  Ural  Xalqları  İttifaqının 

prezidenti  Nadejda  Yesimiş,  “Çiriklı”  Qaraçı  Qadınlar  Fondunun 

başçısı  Yuliya  Kondur,  “Nasizmsiz  Amerika”  təşkilatının  (ABŞ) 

prezidenti  Leonid  Bard  və  Ukraynanın  birinci  prezidenti  Leonid 

Kravçuk təşkil etmişlər.

Tədbirdə  Assambleyanın  sədri,  təsis  şurası  təsdiq  edilmiş, 

fəaliyyətin əsas istiqamətlərinə dair qərarlar qəbul olunmuş, ölkədə 

yaşayan  millətlərə  aid  məsələlər  müzakirə  edilmiş,  onların  inkişaf 

konsepsiyaları müəyyənləşdirilmişdir.

Bu  yaxınlarda  işə  başlamış  “Ukrayna  Millətlər Assambleyası” 

Ümumukrayna  Təşkilatı  ölkə  daxilində  müxtəlif  etnoslar  arasında 

dostluq və həmrəyliyi möhkəmləndirmək, habelə onların hüquq və mənafelərini qorumaq vəzifəsini öhdəsinə 

götürür. 

Bu  barədə  Ukrayna  Millətlər  Assambleyasının  sədri  seçilmiş  Rövşən  Tağıyev  Ukrinformda  keçirilmiş 

mətbuat konfransında məlumat vermişdir.

Onun  sözlərinə  görə,  yeni  təşkilat  milli  azlıqların  müdafiəsi  ilə  əlaqədar  qüvvədə  olan  qanunvericiliyə 

müəyyən dəyişikliklər edilməsi barədə kollegial təklifləri Ukrayna Parlamentinin və hökumətinin müzakirəsinə 

çıxarmaq niyyətindədir. Assambleya beynəlxalq birliklərlə əməkdaşlıq yollarını da axtarıb tapacaqdır.

Tədbirdə  Ukrayna  Prezidenti  Administrasiyasının  rəsmi  şəxsləri,  Ali  Radanın  deputatları,  Azərbaycan 

Səfirliyinin  birinci  katibi  Sübhan  Hüseynli,  Ukrayna  Xarici  İşlər  Nazirliyinin,  Kiyevdə  akkreditə  olunmuş 

diplomatik korpusun nümayəndələri, Ukraynanın və xarici ölkələrin jurnalistləri iştirak etmişlər.

324 Dekabr  2013

42

HƏMVƏTƏNLƏRİMİZ  DÜNYADA



HƏMVƏTƏNLƏRİMİZ  DÜNYADA

Noyabrın 18-də Riqada, Qarabaşlılar Evində Latvi-

yanın 95 illiyi şərəfinə ölkənin ali dövlət mükafatlarının 

təqdim olunması mərasimi keçirilmişdir. Latviya Prezi-

denti Andris Berzinş görkəmli ictimai-siyasi xadimlərə 

ordenlər təqdim etmişdir. 

Latviya  Prezidenti  yanında  Milli  Azlıqların 

Məsələləri üzrə Şuranın sədri, Riqa Klassik Gimnaziya-

sının direktoru, “Ocaq” Azərbaycan Mədəniyyəti Mər-

kəzinin başçısı Roman Əliyev bu ölkə qarşısında xid-

mətlərinə görə IV dərəcəli Latviya ordeninə layiq gö-

rülmüşdür. 



Nigar Cəfərli,

AzərTAc–ın xüsusi müxbiri

Riqa

 

Latviya Prezidenti “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin

 başçısına ali dövlət mükafatı təqdim etmişdir 

LATVİYA  ORDENİNƏ  LAYİQ  GÖRÜLMÜŞDÜR

Kiyevdə yaradılmış Ukrayna Millətlər Assambleyasına həmvətənimiz Rövşən Tağıyev başçılıq edir 

UKRAYNA  MİLLƏTLƏR  ASSAMBLEYASININ  SƏDRİ


Yüklə 433,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə