Xezer 324 41-70. cdr pdf cdr



Yüklə 433,78 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix04.11.2017
ölçüsü433,78 Kb.
#8422
1   ...   9   10   11   12   13   14   15   16   17

60

324 Dekabr  2013

DÜNYA


DÜNYA

Noyabrın 6-da Tacikistanda keçirilən prezident seçkilərində indiki 

dövlət  başçısı  Emomali  Rahmon  dördüncü  dəfə    ölkənin  prezidenti 

seçilmişdir.

Tacikistan  Mərkəzi  Seçki  Komissiyasının  sədri  Şermuhammad 

Şoxieninin   verdiyi məlumata görə, səsvermədə seçicilərin 86,6%-nin 

iştirak  etmiş  və  E.  Rahmon  84,23%  səs  toplayaraq,  qalib  gəlmişdir. 

Digər 5 namizəd arasında 5%-dən çox səs alan olmayıb.    

Tacikistanın  Azərbaycandakı  səfirliyindən  verilmiş  məlumata 

görə,  Azərbaycanda  yaşayan  Tacikistan  vətəndaşlarının  96,5  faizi 

hazırkı  prezident  Emomali  Rahmona  səs  verib.  Səfirlikdə  yaradılan 

seçki  məntəqəsində  ümumilikdə  86  nəfər  -  məntəqə  üzrə  seçicilərin 

89,6 faizi səs verib. 

Emomali Rahmon birinci dəfə 1994-cü il noyabrın 6-da keçirilən 

prezident seçkilərində bu ölkənin dövlət başçısı olmuşdur. O, 1999-cu 

və 2006-cı illərdə keçirilən seçkilərdə də qələbə qazanmışdır.



Noyabrın 16-da Düşənbədəki “Koxi Somon” Dövlət İqamətgahında Emomali 

Rahmonun andiçmə mərasimi keçirilmişdir

EMOMALİ  RAHMON  YENİDƏN 

 TACİKİSTAN  PREZİDENTİ  SEÇİLDİ

Dövlət  başçısı  Emomali  Rahmonun  23  noyabr  tarixli  sərəncamı  ilə 

Koxir Rasulzoda ölkənin yeni Baş naziri təyin olunmuşdur. Bundan əvvəl 

Koxir Rasulzoda Tacikistanın Soqd vilayətinin rəhbəri vəzifəsində çalış-

mışdır. 

Prezidentin  sərəncamları  ilə  Davlatali  Saidov  Baş  nazirin  birinci 

müavini, Marxabo Cabborova, Azim İbroxim və Murodali Alimardon Baş 

nazirin müavinləri təyin edilmişlər. 



Qulu Kəngərli,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

TACİKİSTANIN  YENİ  BAŞ  NAZİRİ – KOXİR  RASULZODA

Tacikistanın yeni hökuməti fəaliyyətə başlayıb

Noyabrın 9-da Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Ab-

bas Belçikanın xarici işlər naziri Didye Reynders görüşündə Avropa İt-

tifaqı (Aİ) yanında administrasiyanın nümayəndə heyətinin statusunun "Fə-

ləstin missiyası"na qədər artırılması barədə qərar qəbul edildiyini bildirib. 

Belçika XİN-in açıqlamasına görə, Fələstin nümayəndəliyinin rəhbəri 

bundan sonra səfir statusu daşıyacaq: "Statusun artırılması Avropanın iki 

dövlətin (Fələstin və İsrail) yaradılmasına dəstəyini ifadə edir".



Əmmanda M.Abbas və D.Reynders arasında ikitərəfli görüş keçirilib

FƏLƏSTİNİN  Aİ  YANINDA  NÜMAYƏNDƏLİYİNİN  

STATUSU  ARTIRILDI


Seçici səslərinin təqribən 51,5 faizini toplayan Milli Alyansın lideri 

və banisi Abdulla Yamin noyabrın 17-də and içmişdir. 

A.Yamin  30  il  ölkəyə  rəhbərlik  etmiş  Mömün  Abdul  Qayumun 

qohumudur. 

Qalibin əsas rəqibi, sabiq prezident və müxalifətin lideri Məhəmməd 

Naşid  seçkiqabağı  kampaniyanın  favoriti  olmasına  baxmayaraq,  48,5 

faiz  səs  toplamışdır.  M.Naşid  nəticələr  elan  olunduqdan  dərhal  sonra 

məğlubiyyətini  qəbul  etmişdir.  Maldivdə  prezident  birbaşa  ümumi 

səsvermə  yolu  ilə  5  il  müddətinə  seçilir.Maldiv  Respublikası  Hind 

okeanının  1190-dan  çox  adanı  əhatə  edən  şimal-qərb  hissəsində 

arxipelaqdır. Həmin adaların 280-i məskundur. 

61

324



Dekabr  2013

  “Böyük  iyirmilik”,  habelə  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf 

Təşkilatının (İƏİT) üzvü olan ölkələr iqlim dəyişmələrinə qarşı 

mübarizədə, o cümlədən bu məsələ ilə bağlı yeni qlobal sazişin 

hazırlanması sahəsində liderlik etməlidirlər. 

Bu barədə jurnalistlərə noyabrın 20-də   BMT-nin baş katibi 

Pan Gi Mun məlumat vermişdir. 

P.G.Mun  Varşavada  mətbuat  konfransında  demişdir:  “Biz 

istəyirik  ki,  inkişaf  etmiş  ölkələr  bu  kampaniyaya  (insan 

fəaliyyətinin  doğurduğu  iqlim  dəyişmələrinə  qarşı  mübarizə 

kampaniyası  nəzərdə  tutulur)  başçılıq  etsinlər.  Bunun  üçün 

onların həm potensialı, həm də vəsaiti vardır. “Böyük iyirmilik”, 

xüsusən İƏİT ölkələri belə liderlik üçün nümunə olmalıdırlar”. 

Bununla  belə,  baş  katib  2014-cü  ilin  sentyabrında  Nyu-

Yorkda təşkil edəcəyi zirvə görüşünə bütün ölkələrin iqlimlə bağlı öz hədəflərini təqdim etmələrinin vacib olub-

olmaması barədə məsələyə münasibətini dəqiqləşdirməmişdir. 

Ölkələrin parnik qazı tullantılarının 2020-ci ildən sonrakı dövr üçün azaldılmasına dair öhdəliklərinin hazır-

lanması məsələsi mübahisəli olaraq qalmaqdadır. 

Bəzi ölkələr, o cümlədən Aİ ölkələri hesab edir ki, belə hədəfləri məhz zirvə görüşündə səsləndirmək lazım-

dır, halbuki, məsələn, ABŞ son müddət kimi 2015-ci ili göstərir.



Pan Gi Mun İƏİT və “Böyük iyirmilik” ölkələrinə müraciət etmişdir

BMT  BAŞ  KATİBİNİN  MÜRACİƏTİ

“Foreign  Policy"  jurnalının  yazdığına  görə,  Kim  Çen  Un 

fəaliyyətdə  olan  ölkə  rəhbərləri  içərisində  hələ  heç  bir  dövlət 

başçısı  ilə  görüşməyən  tək  liderdir.  Məlumata  görə,  noyabr 

ayında  Şimali  Koreyada  səfərdə  olan  Monqolustan  Prezidenti 

Saxiaqiyn Elbeqdorj da Kim Çen Un ilə görüşə bilməyib.

Şimali Koreyanın hazırkı liderinin atası Kim Çen İr 17 illik 

hakimiyyəti  dövründə  Rusiya  prezidenti  Vladimir  Putin  və 

Cənubi  Koreyanın  iki  dövlət  başçısı  ilə  görüşüb.  Ölkənin 

qurucusu Kim İl Sunq isə 45 il boyunca 10-dan çox dövlət başçısı 

ilə rəsmi ünsiyyətdə olub.

Şimali Koreya lideri Kim Çen Unun hələ də heç bir dövlət başçısı ilə 

rəsmi ünsiyyətdə olmadığı bildirilir

HEÇ  BİR  DÖVLƏT  BAŞÇISI  İLƏ  GÖRÜŞMƏYƏN  LİDER

Maldiv Respublikasında keçirilən prezident seçkilərinin ikinci turunun qalibi sabitlik və 

demokratiya naminə işləyəcəyini vəd etmişdir

ABDULLA  YAMİN  MALDİV  RESPUBLIKASININ  YENİ  PREZİDENTİ  OLMUŞDUR 



Yüklə 433,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə