Xezer 324 41-70. cdr pdf cdr



Yüklə 433,78 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix04.11.2017
ölçüsü433,78 Kb.
#8422
1   ...   9   10   11   12   13   14   15   16   17

Bu  qeyri-adi  təşkilat  Mançesterdə  fəaliyyətə  başlayıb. 

Məlumata görə, aqnostiklər və həyatda ümidləri boşa çıxmış 

insanlar  "kilsə"yə  gələrək,  bir-birilə  görüşür  və  mühazirələr 

oxuyurlar. Bu zaman tanrı və din barədə heç nə danışılmır.

Adi kilsələrdə olduğu kimi, burada da xor fəaliyyət göstərir, 

həmçinin ianələr toplanır. Lakin dini nəğmələr və "Bibliya" 

oxumaq əvəzinə, toplaşanlar tanınmış müğənnilərin hitlərini 

ifa edir və "Alisa möcüzələr ölkəsində" əsərini oxuyurlar.

"Kilsə"nin  qurucularından  biri  qeyd  edib  ki,  Böyük 

Britaniya  əhalisinin  təqribən  35  faizi  ateistdir  və  həmin 

insanlara dəstək lazımdır.

66

324 Dekabr  2013

 

Bu haqda “USA Today” qəzeti yazıb. Bayden prezi-



dent  Barak  Obama  ilə  nahar  etdiyi  ənənəvi  “Cap-

riotti's” kafelər şəbəkəsinə gedib. Yeməyi götürüb, he-

sab 56 dollar 25 sent olub. Onu ödəməyə 10 dolları çat-

ma-yıb və köməkçisinə “Fren, 10 dollar borc verə bi-

lərsən?”-  deyə müraciət edib.

 Kafenin əməkdaşları onu qonaq etmək istəyiblər. 

Ancaq prezidentin müavini hamısını ödəyəcəyini söy-

ləyib:  “Lazım  deyil.  Ödəyəcəyəm.  Vilminqtonda 

“Capriotti's”-ə  40  ildir  gedirəm.  Həmişə  də  ödəmi-

şəm”.


Baydenin köməkçisinə borcunu qaytarması haqda 

məlumat yayılmayıb. 



Noyabrın 22-də ABŞ prezidentinin müavini 

Co Bayden kafedə yemək alarkən,  köməkçisindən 10 dollar borc alıb

ABŞ  PREZİDENTİ  MÜAVİNİNİN  YEMƏYƏ  PULU  ÇATMAYIB

Böyük Britaniyada ateistlər üçün özünəməxsus "kilsə" yaradılıb

ATEİSTLƏR  ÜÇÜN  “KİLSƏ”  YARADILDI

  Sinxua  agentliyinin  verdiyi  məlumata  görə,  şəhər 

hakimiyyəti yeni göydələnin tikintisinin Suçjouya aparıcı qlobal 

mərkəz  şöhrəti  gətirəcəyinə  ümid  edib.  Lakin  yerli  sakinlər 

hesab edirlər ki, göydələn bir qədər qəribə görünür və şalvarı 

xatırladır.  74  mərtəbəli  binanın  layihəsini  Böyük  Britaniyanın 

“RMJM”  arxitektura  şirkəti  hazırlayıb.  Layihə  müəlliflərinin 

fikrincə,  göydələn  Şərqə  açılan  qapını  təcəssüm  etdirməlidir. 

Dəyəri  700  milyon  dollar  qiymətləndirilən  bina  Çin 

sivilizasiyasının  qalibiyyətini,  müasir  dünyada  Çinin 

əhəmiyyətini  də  simvolizə  etməlidir.  Arxitektorların  böyük 

zəhmət  çəkməsinə,  inşaatçıların  onların  ideyasını  heyranedici 

dəqiqliklə həyata keçirməsinə baxmayaraq, göydələnin ümumi 

görünüşü  bir  qədər  qəribə  alınıb.  Əksər  çinlilər  göyə  ucalan  binanın  kişi  şalvarını  xatırlatdığını  düşünür, 

tənqidçilər isə göydələni xarici arxitektorların qarışıq ideyalar meydançası adlandırırlar.

 

Çinin Suçjou şəhərində hündürlüyü 300 metr olan 

“Şərq qapısı” adlı yeni göydələn inşa edilib

ŞALVAR  BİNA



67

324

Dekabr  2013

Türkiyə informasiya vasitələrinin məlumatına görə, ölkənin ən gözəl türk qadını 

seçilən universitet tələbəsi  Əlifi ilk təbrik edən 51 yaşlı atası Yunus Özkan olub.

Jurnalistin “Əlif bikini ilə səhnəyə çıxanda narahat olmadınız” sualına cavabında 

Yunus Özkan deyib: “Nədən bir problem olsun? Əlif özünə güvənən bir qızdır, o nə 

etdiyini bilir”.

Əlifin boyu 1 m 78 sm, çəkisi 59 kq-dır. 19 iştirakçı arasında o, birinciliyi ötən ilin 

qalibi Damla Bingöldən alıb



Almaniyanın Gelsenkirçen şəhərində bu il  düzənlənən “Miss Turkuaz 2013” 

gözəllik yarışmasının qalibi 22 yaşlı Əlif Özkan olub 

ALMANİYANIN  ƏN  GÖZƏL  TÜRKÜ 

Daşdan,  uzun  müddət  ərzində,  millimetrlərlə  yonularaq 

hazırlanan bu nərdtaxta Şəmkirin Posanlı kəndində yaşayan 10-cu 

sinif şagirdi Xəyal   Allahverdiyevin əl işidir. Olduqca zəhmət və 

vaxt tələb edən əl işlərinin hər biri 3-4 aya, bəzən 2 ilə başa gəlir. 

Bunlar arasında onun 1 ildən artıq üzərində işlədiyi nərddaş diqqət 

çəkəndir. Xəyal nərd üzərində son oyma işlərini həyata keçirir. O, 

bu cür işlərə uşaqlıq illərindən böyük həvəsinin olduğunu deyir. 

Gənc usta işlətdiyi iri ağ sal daşları kəndin ətrafındakı dağlardan 

gətirir.  Nərd  hələ  tam  hazır  deyil,  onun  daha  mənalı  görkəm 

alacağı uzun müddətli zəhmətdən sonra mümkün olacaq. Xəyal 

deyir  ki,  nərdin  zər  və  daşlarını  da  yonacaq,  eləcə  də  lövhənin 

hündürdə durması üçün ona altlıq da hazırlayacaq.

Bütün  işlərində  daşdan  qoparılan  kiçik  parçalardan  istifadə 

edən usta Xəyal həmin daş parçalarından uşaqlar üçün müxtəlif 

fiqurlar hazırlayır, rəngləyir və onları kiçik yaşlı məktəblilərə hədiyyə edir.

O deyir ki, daşdan olan nərdtaxtanı xüsusi sevgi və maraqla hazırlayıb. Bir sıra məktəbli müsabiqələrində də 

fərqlənmiş gənc ustanın ən böyük arzusu Şuşanın dağlarını gəzməkdir.



Bunu əslində nərdtaxta yox, nərddaş adlandırmaq daha düzgün olardı 

DAŞDAN  YONULAN  NƏRD  LÖVHƏSİ 

Hündürlüyü  2,4  metr  olan  ağacın  hazırlanmasına  təxminən  43  kq-a  yaxın 

qiymətli metal sərf olunub. Trend-in məlumatına görə, bu barədə "Forbes" Yaponiya 

mətbuatına istinadən xəbər verir.

Ağac Mikki Mausun, onun hava şarlarında uçan dostları Minni və Donald Dakın 

təsvirləri ilə bəzədilib. Qızıl yolka öz alıcısını dekabrın 25-də zərgərlik şirkətinin 

paytaxtın  Gindzao  məhəlləsindəki  mağazasında  gözləyəcək.  Orada,  həmçinin 

qiyməti 1,62 milyon iyen (16 min dollardan artıq) olan mini-yolkalar da satılır.

Qeyd  edək  ki,  bununla  şirkət  ötənilki  rekordunu  qırıb.  Belə  ki,  2012-ci  ilin 

noyabrında şirkət dəyəri 4,2 milyon dollar olan yolkanı satışa çıxarmışdı.

Tarixdə ən bahalı Milad ağacı isə 2010-cu ildə Əbu Dabidəki (BƏƏ) dəbdəbəli 

"Emirates  Palace"  hotelində  qurulmuşdu. Ağacın  öz  dəyəri  bir  neçə  min  dolları 

ötməsə  də,  onun  üzərindəki  oyuncaqların  hazırlanmasına  bir  neçə  milyon  dollar 

vəsait  sərf  edilmişdi:  oyuncaqların  hazırlanmasında  mirvaridən,  qızıldan, 

brilyantlardan, sapfir və zümrüdlərdən istifadə olunmuşdu. Ağacdan, eyni zamanda, 

zinət  əşyaları  -  saatlar,  bilərziklər,  boyunbağılar  da  asılmışdı.  Nəticədə  Yeni  il 

yolkasının qiyməti 11 milyon dollar təşkil etmişdi.

 Tokioda "Tanaka Kikinzoku" zərgərlik şirkəti dəyəri 500 milyon iyen (5 milyon 

ABŞ dolları) olan xalis qızıldan hazırlanmış Milad ağacını satışa çıxarıb 

 YAPONİYADA  5  MİLYON  DOLLARLIQ  YOLKA  SATIŞA  ÇIXARILIB



68

İDMAN


İDMAN

324 Dekabr  2013

Assambleyanın  son  günü  “Bakı–2015”  Avropa 

Oyunlarının təqdimatı çərçivəsində Azərbaycanın gənclər və 

idman  naziri  Azad  Rəhimov  birinci  Avropa  Oyunlarının 

rəsmi loqosunu təqdim etmişdir.

Azad Rəhimov çıxışında bildirmişdir ki, xalqımız ilk dəfə 

keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük 

fərəh  hissi  duyur.  O  demişdir:  “Bizim  loqomuz  xalqımızın 

idman  irsindən  qürur  duymasını,  qonaqpərvərliyə 

sədaqətimizi,  ölkəmizin  idman,  biznes  və  turizm  mərkəzi 

kimi mövqeyini əks etdirir”.

AOK-un  prezidenti  Patrik  Hikki  “Bakı–2015”  Avropa 

Oyunlarının  rəsmi  loqosunun  təqdim  edilməsinin  tədbirə 

hazırlıq  istiqamətində  vacib  bir  mərhələ  olduğunu  diqqətə 

çatdırmışdır. O demişdir: “Avropa tarixində ilk dəfə qitə üzrə 

multi idman tədbiri keçiriləcək. Əksər avropalı atletlər üçün 

bu tədbir böyük əhəmiyyət daşıyacaq”. Avropa Oyunlarında 

49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə yarışacaq. 

35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, 

xalı və nar da daxil olmaqla, ölkəmizin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya 

gətirmişdir.  A.Yunisovun  açıq  ictimai  müsabiqə  nəticəsində  seçilmiş  loqo  tərtibatı  ölkənin  təbii  gözəlliklərini, 

mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını 

təsvir edir. Bu loqo, həmçinin, İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də 

bəzəyəcək. 

Tədbirdə,  həmçinin  “Bakı–2015”  Avropa  Oyunları  ilə  bağlı  stend  də  qurulmuşdur.  Milli  geyimli  gənclər 

assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində “Bakı–2015” 

Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr paylamışlar

.

2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ilk Avropa 



Oyunlarının  rəsmi  loqosu  noyabrın  23-də  Avropa  Olimpiya  Komitəsinin 

(AOK) Romada keçirilən 42-ci Baş Assambleyasında  təqdim olunmuşdur

“BAKI-2015”  AVROPA  OYUNLARININ  LOQOSU 

 TƏQDİM  OLUNMUŞDUR 

Bu  barədə  memorandumu  noyabrın  26-da  Avropa 

imzalamışlar. Avropa Üzgüçülük Liqasının məlumatına 

Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, 

görə,  Avropa  Oyunlarında  yunior  qitənin  bütün  əsas 

Avropa  Üzgüçülük  Liqasının  başçısı  Paolo  Barelli, 

yığma komandaları çıxış edəcəklər. 

Azərbaycanın  gənclər  və  idman  naziri Azad  Rəhimov 



Üzgüçülük, suyatullanma, sinxron üzgüçülük və su polosu Avropa 

Oyunlarının proqramına rəsmən daxil edildi 

AVROPA  OYUNLARININ  PROQRAMINA

  DÖRD  İDMAN  NÖVÜ  DƏ  DAXİL  EDİLDİ 

Y.Blatter noyabrın 8-də Tehrana rəsmi səfəri zamanı bu məsələni İranın vitse-

prezidenti və parlament sədri ilə müzakirə edib.

Qeyd edək ki, İran qanunlarına görə, qadınlara kişi komandalarının oyunları 

zamanı stadiona getmək qadağan edilib. Hökumət və dini liderlər hesab edirlər 

ki, tribunalarda hər iki cinsin nümayəndələrinin olması onların mənəviyyatına 

ziyan vurar.

 Bu təkliflə FİFA prezidenti Yozef Blatter çıxış edib



İRANLI  QADINLARA  FUTBOL  OYUNLARINA  GETMƏYƏ 

 İCAZƏ  VERİLMƏLİDİR


69

324

Dekabr  2013

İlk dəfə olaraq Azərbaycan Milli Olimpiya Komi-

təsinin  vitse-prezidenti  Çingiz  Hüseynzadə  AOK 

İcraiyyə Komitəsinə üzv qəbul edilmişdir. 

Tədbir  çərçivəsində AOK-un  növbəti,  43-cü  Baş 

Assambleyasının Azərbaycanda  keçirilməsi  ilə  bağlı 

qərar qəbul olunmuşdur. Qərarla bağlı sənədi Çingiz 

Hüseynzadə,  Patrik  Hikki  və  Rafael  Paqnozzi 

imzalamışlar.

“AOK  İcraiyyə  Komitəsinə  azərbaycanlı  nüma-

yəndənin üzv seçilməsi ölkəmizin idman tarixində ilk 

dəfə baş verən önəmli bir hadisədir”. Bu sözləri Azər-

baycanın  gənclər  və  idman  naziri  Azad  Rəhimov 

AzərTAc-a  müsahibəsində  demişdir.  Nazir  qeyd  et-

mişdir ki, Azərbaycanda idman sahəsində əldə olunan 

nailiyyətlər,  ölkəmizin  bir  çox  mötəbər  yarışlara  ev 

sahibliyi etməsi və bu istiqamətdə qazandığı təcrübə 

göz  qabağındadır.  Məhz  bu  səbəbdən AOK    həyata 

keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. 

AOK-un 43-cü Baş Assambleyasının Bakıda keçi-

rilməsinə münasibət bildirən Azad Rəhimov vurğulamışdır ki, bu qərar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb 

edir. Azərbaycanda beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili və bu tədbirlərdə qazandığımız uğur-

lar ölkə idmanının inkişafının göstəricisidir.

Qeyd olunmuşdur ki, AOK-un 43-cü Baş Assambleyasının iştirakçıları Bakıda aparılan islahatlarla yaxından 

tanış olmaq imkanı əldə edəcəklər.

AOK-un Romada keçirilən 42-ci Baş Assambleyasında  2013-2017-ci illər üzrə 

AOK İcraiyyə Komitəsinə prezident, vitse-prezident, baş katib, xəzinədar və üzvlər seçilmişdir 

AOK-UN  İCRAİYYƏ  KOMİTƏSİNƏ

  İLK  DƏFƏ  AZƏRBAYCANLI  SEÇİLMİŞDİR

İspaniyanın  “Barselona”  klubunun  hücumçusu  Lionel  Messi 

2012/2013-cü  il  mövsümünün  yekunlarına  əsasən,  “Qızıl  buts” 

mükafatına layiq görülmüşdür.

AzərTAc  xəbər  verir  ki,  argentinalı  futbolçu  üçüncü  dəfə  bu 

nailiyyəti təkrarlamaqla yeni rekord müəyyənləşdirmişdir.

Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina 

millisinin  hücumçusu  Lionel  Messini  “Qızıl  buts”la 

mükafatlandırmışdır. İyirmi beş yaşlı futbolçu UEFA-ya daxil olan 

ölkə çempionatlarında ən çox qol vurduğuna görə bu mükafata sahib 

çıxmışdır. Messi ötən mövsümdə İspaniya La Liqasının 32 oyununda 

meydana  çıxmış  və  46  dəfə  fərqlənmişdir.  Futbolçu  çempionatda 

iştirak edən bütün komandaların qapısına yol tapmışdır.

Daha əvvəl o, 2010 və 2012-ci illərdə buna nail olmuşdu. Mükafat 

uğrunda  mübarizədə  Messinin  əsas  rəqibi  “Real”ın  futbolçusu 

Kriştiano  Ronaldo  idi.  İki  dəfə  “Qızıl  buts”a  sahib  çıxan 

portuqaliyalı ötən mövsümdə Messidən 12 qol az vurmuşdu.

Qeyd  edək  ki,  cənubi  amerikalı  futbolçu  həmçinin  son  4  ildə 

qazandığı “Qızıl top”a namizədlər arasındadır. Bu mükafatın qalibi yanvarın 13-də məlum olacaq.

Avropa İdman Nəşrləri Assosiasiyası “Barselona” və Argentina 

millisinin hücumçusunu “Qızıl buts”la mükafatlandırmışdır 

“QIZIL  BUTS” MESSİYƏ  VERİLDİ



Norveç  şahmatçısı  Maqnus  Karlsen  Hindistanın  Çennay 

şəhərində  şahmat  üzrə  dünya  çempionu  adı  uğrunda  keçirilən 

matçda Hindistan şahmatçısı Vişvanatan Ananda noyabrın 23-də 

vaxtından əvvəl qalib gəlmişdir.

Karlsenin  ağ  fiqurlarla  oynadığı  onuncu  partiyada  65-ci 

gedişdə heç-heçə qeydə alınmışdır. 

Bu oyundan sonra V.Anand dünya çempionu adını saxlamaq 

imkanından məhrum olmuşdur, çünki 12 partiyadan ibarət matçda 

hesab namizədin xeyrinə 6,5-3,5 olmuşdur. 

Xatırladaq  ki,  V.Anand  2007-ci  ildə  dünyanın  ən  güclü 

şahmatçılarının  turnirində  qazandığı  çempion  adını  Vladimir 

Kramnik, Veselin Topalov və Boris Gelfandla matçlarda qoruyub 

saxlamışdı. 

FİDE-nin siyahısında ən yüksək reytinq əmsalına malik olan 

M.Karlsenin noyabrın 30-da 23 yaşı tamam olmuşdur. 

M.Kalsen Londonda namizədlərin turnirində əlavə göstəricilər üzrə yekun protokolunda rusiyalı Vladimir 

Kramniki geridə qoyaraq, V.Anandla qarşılaşmaq hüququ qazanmışdı. 

70

324 Dekabr  2013



Maqnus Karlsen dünya şahmat tacı uğrunda mübarizədə Vişvanatan Ananda qalib gəldi 

YENİ  DÜNYA  ÇEMPİONU  MAQNUS  KARLSEN

Siyahıda ilk pillədə “Atletiko Madrid” klubudur. Onun ardınca “Bavariya”, üçüncü 

“Real Madrid”, dördüncü “Barselona”, beşinci isə PSJ komandalarıdır. 

Azərbaycan klublarında reytinq sıralamasında geriləmə müşahidə olunur. Belə ki, 

ötən mövsüm son açıqlanan reytinqlə müqayisədə “Qarabağ” 7 pillə geriləyərək 99-cu 

olmuşdur. “Neftçi” əvvəlki yerini qoruyub saxlamışdır - 129. “Xəzər-Lənkəran” 4 xal 

itirərək 173-cü, “İnter” isə 174-cü yerdə qərarlaşmışlar. 

Maraqlıdır  ki,  “Xəzər-Lənkəran”  və  “İnter”  kollektivləri  “Fənərbaxça”  kimi 

komandalardan ön sırada dayanmışdır.

UEFA 2013-2014-cü il mövsümü üçün futbol klublarının reytinq cədvəlini açıqlamışdır 

UEFA-NIN   REYTİNQ  CƏDVƏLİ

“Kruzeyro” klubunun yarımmüdafiəçisi Everton Ribeyro Braziliya çempionatının ən yaxşı futbolçusu adına 

layiq  görülmüşdür.Ribeyro  ötən  mövsümdə  komandasının  heyətində  34  oyun  keçirmiş,  7  qol  vurmuş  və  11 

məhsuldar ötürmə vermişdir.“Kruzeyro”nun çalışdırıcısı Marselo Oliveyra isə çempionatın ən yaxşı məşqçisi 

seçilmişdir. O, komanda ilə birlikdə çempionluq tituluna yiyələnmişdir.

BRAZİLİYA  ÇEMPİONATININ  ƏN  YAXŞI  FUTBOLÇUSU 

ALLAH RƏHMƏT ELƏSİN!

Xəzər Universitetinin kollektivi 

İttifaqı Nizami Rayon Komitəsinin sədri Hacımurad Hənifəyevə  əzizi 

       


NİGAR MUSA QIZI HƏNİFƏYEVANIN 

vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar 



Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6
  • Page 7
  • Page 8
  • Page 9
  • Page 10
  • Page 11
  • Page 12
  • Page 13
  • Page 14
  • Page 15
  • Page 16
  • Page 17
  • Page 18
  • Page 19
  • Page 20
  • Page 21
  • Page 22
  • Page 23
  • Page 24
  • Page 25
  • Page 26
  • Page 27
  • Page 28
  • Page 29
  • Page 30

Yüklə 433,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə