Xəzər hövzəsində mühüm enerji infrastrukturlarının mühafizəsi



Yüklə 167,83 Kb.
Pdf görüntüsü
tarix23.09.2018
ölçüsü167,83 Kb.
#70334


 

Xəzər hövzəsində 

 mühüm enerji infrastrukturlarının mühafizəsi  

 

 

Hörmətli cənablar! 

 

Azərbaycan özünün enerji siyasətini iki dövlət proqramı əsasında həyata keçirir: 

Azərbaycan  Respublikasının  Yanacaq-Enerji  Kompleksinin  İnkişafı  (2005-2015-ci 

illər)  üzrə  Dövlət  Proqramı  və  Alternativ  və  Bərpa  Olunan  Enerji  Mənbələrindən 

İstifadə Olunması üzrə Dövlət Proqramı. 

Bununla  yanaşı  Aİ  ilə  Azərbaycan  Respublikası  arasında  2006-cı  ilin 

noyabrında  enerji  strategiyası  barədə  Anlaşma  Memorandumu  imzalanmışdır. 

Regionda  və  qlobal  məkanda  energetika  sferasında  Azərbaycanın  durmadan  artan 

nüfuzunu və imkanlarını, ölkəmizin Asiya və Avropa arasında enerji körpüsü rolunun 

bir daha nümayiş etdirilməsi imkanına malik olduğunu beynəlxalq təşkilatlar dəfələrlə 

qeyd etmişdir. 

2011-ci  ilin  yanvarında  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyev  ilə  Avropa  Komissiyasının  Prezidenti  Xose  Manuel  Barrozunun  imzaladığı 

“Cənub  Qaz  dəhlizi  haqqında”  Birgə  Bəyannamə  Xəzər  hövzəsi  qazın  Avropaya 

çatdırılması istiqamətində  yeni perspektivlər açmışdır. 

Ölkəmizdə  hasil  olunan  enerji  məhsullarının  Avropa  ölkələrinə  nəql  edilməsi 

istiqamətində  müvafiq  layihələr  həyata  keçirilir  və  bu  layihələrin  mərhələlərlə  tam 

həlli  istiqamətində  geniş  miqyaslı  əməkdaşlıq  davam  etdirilir.  Belə  ki,  Bakı-Tiblis-

Ceyhan  ixrac  neft  kəməri  vasitəsilə  neftin  ixracı  2006-cı  ildən  həyata  keçirilir. 

Kəmərin  istismara  verildiyi  tarixdən  bu  günədək  201,1  mln.ton  neft  nəql  edilmişdir. 

Cənubi Qafqaz Boru Kəməri 2007-ci ildə istismara verilmişdir. Bu boru kəməri “Şah 

Dəniz”  yatağından  hasil  olunan  qazı  Bakıdan  Gürcüstan  ərazisindən  keçməklə 

Türkiyənin  Ərzurum  şəhərinə  nəql  etmək  üçün  tikilmişdir.  İstismar  dövründən 

indiyədək 24,6 mlrd kub metr qaz nəql edilmişdir. 

1997-ci ildən etibarən yanacağın Qərb ölkələrinə nəqli ilə bağlı strateji qərarlar 

qəbul  olunmuş  və  Bakı-Tbilisi-Ceyhanın  işə  düşməsindən  sonra  enerji  siyasəti 

zənginləşməyə  başlamışdır.  Şərq-Qərb  dəhlizinin  istifadəyə  verilməsi  Azərbaycanın 

Avropa  bazarlarına  neft  ixracını  gücləndirməsinə  tam  zəmin  yaratmışdır. 

Ümumiyyətlə,  ilk  ixrac  neftinin  nəqlinə  başlanandan  indiyədək  respublikamızın  neft 

hasilatı  5,6  dəfə  qaz  hasilatı  5,2  dəfə  artmışdır.  İndiyədək  Azərbaycanın  neft-qaz 

sahəsinə 

60 


milyard 

dollardan 

çox 

xarici 


sərmayə 

yatırılmışdır. 

Hazırda  Azərbaycan  dünyanın  33  ölkəsinə  neft  və  neft  məhsulları  ixrac  edir. 

Azərbaycanın  təsdiq  edilmiş  neft  ehtiyatlarının  həcmi  7,2  milyard  barel,  qaz 

ehtiyatlarının  həcmi  isə  2,6  trilyon  kubmetr  təşkil  edir.  Qarşıdakı  illərdə  dünyada 

neftlə  yanaşı,  qaza  olan  tələbat  əhəmiyyətli  dərəcədə  artacaq  və  respublikamız  bu 

dövrdə  ən  mühüm  ixracatçılardan  biri  olacaq.  "Şahdəniz-2"  layihəsinin  həyata 

keçirilməsi  ilə  Azərbaycan  Avropa  bazarına  təbii  qazın  ixracında  mühüm  rol 

oynayacaq  və  bu  bazarda  mövqeyini  daha  da  möhkəmləndirəcək.  Avropa  bazarı 



dünyanın  ən  sabit,  gəlirli  və  hüquqi  baxımdan  yaxşı  tənzimlənən  bazarıdır.  2017-ci 

ildən, daha doğrusu, "Şahdəniz-2" həyata keçirildikdən sonra ölkənin qaz istehsalı 55 

milyard kubmetrə çatacaq ki, bu da böyük həcmdir.  

Azərbaycan 

Respublikasının 

təhlükəsizlik 

konsepsiyasında 

enerji 


təhlükəsizliyinə  dair  ayrıca  bılmə  nəzərdə  tutulmuşdur.  Bununla  əlaqədar  ixrac  və 

daxili  neft  və  qaz  kəmərlərinin  təhlükəsizliyinin  təmin  olunması  üçün  dövlət 

tərəfindən  sərəncamla  Xüsusi  Dövlət  Mühafizəsi  İdarəsi  yaradılmışdır.  Hazırda  adı 

çəkilən  idarə  BTC-nin,  CQBK-nin  və  Qərb  neft  kəmərinin  mühafizəsini  həyata 

keçirir. Ölkənin quru ərazisində boru kəmərlərinin mühafizəsinin təmin olunmasından 

fərqli  olaraq  dəniz    akvatoriyasında  boru  kəmərlərinin  mühafizəsi  zəif  təşkil 

olunmuşdu.  Bu  məsələ  barədə  Avropa  İttifaqının  bir  neçə  mötəbər  tədbirlərində 

müzakirə olmuş, lakin qaldırılan məsələ ətrafında danışıqlar davam edir. 

Ölkəmizin  Avropa  ilə  münasibətləri  strateji  tərəfdaşlıq  prinsipləri  əsasında 

davam etdirilir.  

 

Azərbaycanı  dünya  bazarlarına  sərbəst  və  sürətli  çıxışını  təmin  etmək  üçün  7 



neft və qaz ixrac boru kəmərləri fəaliyyət güstərir: 

           Avropanın  enerji  təhlükəsizliyində  yeni  enerji  layihələrinin  işlənməsində  və 

həyata keçirilməsində Azərbaycan fəal iştirak edir. 

"Cənub  qaz  dəhlizi"  çərçivəsində  (TANAP) 

Azərbaycan  qazını  Avropaya 

çıxarmağı hədəfləyən Trans-Anadolu qaz kəməri layihəsi ilə bağlı 2012-ci ilin iyunun 

26-da İstanbulda saziş imzalanib .  

 

2017-ci ildən başlanması nəzərdə tutulan TANAP 7 milyard dollarlıq bu layihə 



5  il  içində  tamamlanacaq.80  faizi  Azərbaycana,  20  faizi  Türkiyəyə  məxsus  olacaq 

Trans-Anadolu  qaz  kəməri  ilə  nəql  ediləcək  qazın  6  milyard  kubmetri  Türkiyənin 

daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur 

Qeyd edək ki, uzunluğu təqribən 2  min kilometr olan TANAP Türkiyənin şərq 

sərhədlərindən qərb sərhədinədək uzanacaq o cümlədən  

-  Nabucco-West (Türkiyə - Bolqarıstan – Rumıniya –Macarıstan –Avstriya) 

-  İTGİ (Türkiyə - Yunanıstan -İtaliya) 

-  TAP (Yunanıstan – Albaniya – İtaliya) 

-  AGRİ (Azərbaycan –Gürcüstan – Rumıniya) 

-  Trans  –Xəzər  qaz  kəməri  (Qazaxıstan  –  Türkmənistan  –  Azərbaycan) 

Layihələri mövcuddur. 

 Yeni  enerji  dəhlizlərinin  yaradılması  isə 

Azərbaycan  Trans-Xəzər/Qara  dəniz 

enerji  dəhlizi,  “NABUCCO

-West

”  qaz  kəmərləri    eyni  zamanda  Azərbaycan  qazının 



gələcəkdə  Avropa  ölkələrinə  bilavasitə  nəqlini  həyata  keçirə  biləcək  Türkiyə-

Yunanıstan-İtaliyanı  birləşdirən  qaz  kəmərinin  (Poseydan)  tikintisinin  başa 

çatdırılması  Avropanın enerji təhlükəsizliyinin təmin  olunmasına əhəmiyyətli  yardım 

edəcəkdir.

   

Regionda  enerji  təhlükəsizliyi  olmadan  ümumi  təhlükəsizlikdən 



danışmaq mümkün deyil. 


NATO-nun  Avro-Atlantika  Tərəfdaşlıq  Şurası  (AATŞ)  formatında  Sənaye 

Planlaşdırma  Komitəsinin  enerji  sektorunda  mühüm  infrastrukturun  mühafizəsi 

(MİM) üzrə “xüsusi işçi qrupu” fəaliyyət göstərir. Hazırda İsveçrə (sədr) Azərbaycan, 

Kanada,  Almanya,  Finlandiya,  Macarıstan,  Norveç,  Slovakiya,  Böyük  Britaniya  və 

ABŞ sözügedən işçi qrupun üzvüdür. 

Qeyd  olunan  işçi  qrupu  elektrik  enerjisi,  qaz  və  neft  sistemlərinin  istehsalı, 

ötürülməsi  və  daşınması,  təmizlənməsi  kimi  mühüm  infrastruktur  sahələrini  özündə 

ehtiva edir. 

Mühüm  infrastrukturun  mühafizəsi  işçi  qrupunun  əsas  diqqəti  enerji 

təhlükəsizliyi  ilə  əlaqəli  təhdid  və  risklərdən  mühafizə  məsələlərinə  yönəlmişdir. 

Nəzərdən  keçirilən  təhdid  və  risklər  arasında  terrorçuluq,  kiber  hücum,  qəsd  və 

kriminal aktlar, piratçılıq, təbii  fəlakətlər, digər  infrastrukturlarda baş verən qəzaların 

elektrik enerjisi, neft və qaz infrastrukturuna təsiri yer almışdır. 

Məlumat  üçün  qeyd  etmək  istərdik  ki,  Fövqəladə  Hallar  Nazirliyi  və 

Azərbaycan  Respublikasının  NATO  yanındakı  Nümayəndəliyinin  əməkdaşları  artıq 

sözügedən işçi qrupunun tərkibinə daxil edilmişdir. 

Enerji təhlükəsizliyi enerji resurslarının hasilatı, istehsalı və nəql olunması üçün 

istifadə  olunan  infrastrukturu  təbii  fəlakətdən,  fövqəladə  hallardan  və  sıradan 

çıxmaqdan  qorumaq  üçün  həyata keçirilən kompleks tədbirlərin  üzvü birləşməsindən 

ibarətdir. 

Sənaye  və  Energetika  Nazirliyi  eneji  sektorunun  təhlükəsizliyinin  təmin 

olunması  məqsədi  ilə  aidiyyatı  dövlət  qurumları  və  enerji  sektoruna  cəlb  olunmuş 

xarici şirkətlərlə fəal əməkdaşlıq edir. 

Hidrokarbon  məhsullarının  və  ixrac  infrastrukturlarının  mühafizəsi  və 

təhlükəsizliyi  sahəsində  Azərbaycan    Türkiyə  və  Gürcüstanla  əməkdaşlıq, 

koordinasiya və nəticələrin idarə olunması üzrə sazişlər bağlamışdır. 

21  sentyabr  2007-ci  il  tarixində  Sənaye  və  Energetika  Nazirliyində  Alt-

Kpomitəsi  üzvlərindən  ibarət  nümayəndə  heyəti  ilə  görüş  keçirilmiş,  enerji  və 

təhlükəsizlik,  neft  kəmərlərinə  olan  təhlükələr  ətrafında,  Azərbaycanla  NATO  və 

Avropa  İttifaqı  arasındakı  münasibətlərdə  enerji  məsələsinin  oynadığı  rol,  habelə 

maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır. 

Diqqətinizə görə sag olun! 

 

   


 

 

 



Yüklə 167,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə