XəZƏr meqaçÖKƏKLİYİ



Yüklə 14,45 Kb.
tarix18.05.2022
ölçüsü14,45 Kb.
#87353
8 AZGEO


BAKI DÖVLƏT UNİVERSİSTETİ
Geologiya fakültəsi geologiya ixtisası
GK-111A qrup tələbəsi Baxşıyev Elnurun
Azərbaycan geologiyası fənnindən 10. Sərbəst işi
XƏZƏR MEQAÇÖKƏKLİYİ

Xəzər meqaçökəkliyi azərbaycan sektorunda Orta Xəzərin cənub-qərb hissəsindən və Cənubi Xəzərin qərb hissəsindən ibarət olan çökmə hövzələrindən ibarətdir. Çökmə örtüyün yaşı Orta Xəzərdə mezo-kaynozoy, Cənubı Xəzərdə oliqosen-qolosendir. Orta Xəzərdə perm-triasın, Cənubi Xəzərdə yura, təbaşir və paleosen-eoosenin çöküntüləri hövzələrin qırışıqlıq bünövrəsinə, qismən isə onların örtüyünə daxildir. Regional planda meqaçökəklik miosen və pliosen dövründə submeridional törəmə çökəklikdir və azərbaycan sektorunda Aralıqdənizi qırışıqlıq strukturlarının eninə istiqamətlənmiş struktur elementləri kəsir.


Orta Xəzər meqazonası Xəzərin azərbaycan akvatoriyasında Skif (Skif-Turan) plitəsinin strukturuna daxildir və Samur-Qumdaşı qalxmasının cənub-qərb yamacından ibarətdir və cənubda Qafqazönü Tersk-Xəzər çökəkliyilə və Şimalı-Abşeron çökəkliyilə məhdudlaşaraq, Qusar-Dəvəçidə dənizə uzanır. Cənubı Xəzər meqazonası ilə sərhədi Abşeron-Balxanyanı dərinlik qırılması boyu keçir. Bu qırılma Baş Qafqaz üstəgəlməsinin dəniz davamıdır və Böyük Qafqazla Kopetdağ qırışıqlıq sistemlərini birləşdirən həlqədir.
Cənubı Xəzər meqazonası Cənubı Qafqaz mikroplitəsinin çökəkliklər sisteminə daxildir və şərqdə Şamaxı-Qobustan və Aşağı Kür çökəkliklərinin davamıdır. Onun cənub sərhədinə Talış və Elbursun strukturları xidmət edir. Yer qabığının qalınlığı enəyaxın zonallığa malikdir: çökəkliyin cənub və şimal yamaclarında 45-50 km, mərkəzi hissədə isə 30-40 km təşkil edir. Çökmə alp örtüyü 20-25 km qalınlığında mezozoy-eosen, oliqosen-miosen və pliosen-qolosen komplekslərindən ibarətdir. Meqazonanın müasir strukturu çox böyük qalınlığa malik pliosen-dördüncü dövr çöküntülərilə, yeni tektonik fəaliyyətilə, palçıq vulkanizmilə, diapirizmlə xarakterizə olunur.
Beləliklə, müasir struktur planda Xəzər submeridional törəmə gecmiosen-dördüncü dövr yaşlı tektonik meqadepressiyadır və azrbaycan sektorunda Aralıqdənizi qurşağının bütün struktur elemekntlərini kəsir.
Bir çox alimlərin fikrincə Xəzərin müşahidə olunan meridional strukturu Afrikadan Ərəbistan plitəsinin ayrılması ilə əlaqədar olaraq gec miosendə (10 mln. il əvvəl) baş vermişdir.
Şimalı Abşeron zonası. Bu zona ümumiqafqaz istiqamətində 110 km-ə qədər uzanan dərinlik çökəkliyidir və Qusar-Dəvəçi törəmə çökəkliyinin cənub-şərqində yerləşir və şimal-şərq maili və cənub-qərb eniş yamaclara malikdir. Sonuncu şimaldan Abşeron-Balxanyanı qalxma zonasına bitişir və miosen-pleystosen çöküntülərindən ibarətdir.
Şimalı Abşeron çökəkliyinin cənub-cənub-qərb yamacı boyu mezozoy çöküntüləri qalxmışdır və antiklinal strukturlarla pozulmuşdur. Belə strukturlara Zarat-dəniz, Qızılburun-dəniz və Şimalı Abşeron aiddir.
Yüklə 14,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə