XəZƏr universiTƏSİ



Yüklə 38,94 Kb.
tarix17.10.2017
ölçüsü38,94 Kb.
#5265

XƏZƏR UNİVERSİTƏSİ

Təhsil Fakültəsi

Azəbaycan dili və ədəbiyyatı bölməsi

Türk ləhcələrinin müqayisəli qrammatikası

kursunun iş planı (syllabus)


Dönəm: 2014 tədris ili, Yaz semestri

Müəllim: Dr. Elza Səmədova

E-mail: esemedova@khazar.org

Kursun təsviri: Kursda Türk dilinin yaşı və mənşəi haqqındaki görüşlər müzakirə olunacaq, türk dilinin tarixi inkişaf mərhələləri ilə əlaqədar bəlli-başlı sinifləndirmələr incələnəcək, tarixi türk ləhcələri ilə müasir türk ləhcələri arasında fonetik və morfolojik paralellikler qurularaq, türk ləhcələri üç büyük qol – Oğuz, Qıpçaq və Qarluq qrupları olaraq təhlil həm tarixi həm də müasir türk ləhcələrindən mətn nümunələri üzərində təhlillər aparılacaqdır. Eyni zamanda tələbələrin türk ləhcələrinin vahid bir dildən ayrılaraq, müxtəlif qollara ayrılması prosesi üzərində mühakimələr irəli sürərək, nəticə çıxarmaları və isbatlar ortaya qoymaq üçün qrup çalışmalarında fəal iştirakları təmin ediləcəkdir.
Dərsin məqsədləri və gözlənilən təlim nəticələri:


  1. Türk dilinin yaşı və mənşəi haqqındaki görüşləri müzakirə edə bilmək;

  2. Türk dilinin tarixi inkişaf mərhələləri ilə əlaqədar bəlli-başlı sinifləndirmələri təhlil edə bilmək;

  3. Tarixi türk ləhcələri arasında fonetik paralelliklər qura bilmək;

  4. Tarixi oğuz, tarixi qıpçaq və tarixi qarluq türk ləhcələrinin davamı olan müasir türk ləhcələri arasında fonetik paralellik qura bilmək;

  5. Müasir türk ləhcələri arasında morfolojik paralellikler qura bilmək;,

  6. Türk ləhcələrinin vahid bir dildən ayrılaraq, müxtəlif qollara ayrılması prosesi üzərində mühakimələr irəli sürə bilmək.


Kursun sonunda tələbələrdə aşağıdakı bacarıqların inkişaf etdirilməsi gözlənilir:
Tədqiqar aparma, təhliletmə, tətbiqetmə, şərhetmə, mühakiməetmə, nəticə çıxarma, problem həlletmə, səmərəli ünsiyyət qurma, təqdimatetmə, qrup şəklində işləmə, qrupu və özünüqiymətləndirmə.

Dərsin işlənmə forması: fəal təlimin müxtəlif forma (məs. fərdi, qruplarla və cütlərlə iş ) və üsullarından (məs. müzakirə, mühazirə, beyin həmləsi, təqdimatlar vs.) istifadə ediləcəkdir.


Qiymətləndirmə forması:

Aralıq imtahanı: 35 %

Final imtahanı: 35 %

Davamiyyət (participation): 5 %

Dərsə hazırlıklı gəlmək və fəallıq (activity) 10 %

Qrup işlərinin hazırlanması və təqdimatı 10 %

Quiz 5%

Tədqiqat işi ( bonus) 5 %



Cəmi: 100 bal
İmtahan haqqında:

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planınnda göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa dillərdə olan, mənbələrə də müraciət etmək lazımdır.

3. Aralıq və Final imtahanlarının hər ikisində imtahan tapşırıqları qısa cavablı və ya cavabı məhdudlaşdırılmış açıq suallar, mətnlər üzərində müqayisəli təhlil tipli suallardan ibarət ola bilər.

4. İstifadə ediləcək ədəbiyyatın bir qismi (xarici mənbələr) tərəfimizdən təmin ediləcəkdir.



Tədqiqat işi:

1. Mövzular qabaqcadan veriləcəkdir.

2.  Ən gec dekanlıq tərəfindən təyin olunmuş final imtahanı günündən 5 gün əvvəl təslim edilməlidir.

3.     Tədqiqat işinin tərtibatı: səhifə kənarları 2 cm, şrift ölçüsü 14, interval 1, həcm ən az 5 səhifədən ibarət mənbə və istinadlar göstərməklə elmi məqalə formatında hazırlanmalıdır.

5.    Tədqiqat işləri təqdim və müzakirə ediləcəkdir.

 

Dərs kitabları :


Fərhad Zeynalov, Türk dillərinin müqayisəli qrammatikası, MBM, Bakı 2008

Ahmet B. Ercilasun, Türk Lehçeleri Grameri, Akçağ yay. , Ankara 2007

A.Von.Gabain, Eski Türkçenin Grameri, çev.M. Akalın, TDK yay.,Ankara 1988

Muharrem Ergin, Üniversiteliler için Türk Dili , İstanbul 2001

Zeynep Korkmaz, Türkiye Türkçesi Şekil Bilgisi, TDK, Ank. 2004

Faruk K. Timurtaş, Osmanlı Türkçesi Grameri III, İstanbul 1991

Əlisa Şükürlü, Qədim türk yazılı abidələrinin dili, Maarif, Bakı 1993

Ə.Rəcəbov, J. Məmmədov, Orxon- yenisey Abidələri, yazıçı, Bakı, 1993

Türk dilinin tarixi mətnlərindən və türk ləhcələrindən seçilmiş ədəbi mətinlər



Həftə

MÖVZULAR

SAAT

Səhifələr

1

Türk dilinin dünya dil ailələri içindəki yeri

Dil, lehçe, ağız, dialekt terminleri. Bir dilin lehçeleri arasındaki fonetik, morfolojik və leksik farklılıklar.




4


Elza Səmədli, Türkologiya, ( dərs notları)

Z.Korkmaz,TDK, Ank. 2004 s. LXXIV- XCİ və M.Ergin,İst. 2001, s.57-65 (hazırlanmış dərs materialı )



2

Türk dilinin tarixi dövirləri ( Altay dövrü, İlktürk dövrü, qədim türk dövrü, orta türk dövrü, yeni türk dövrü)


4


Elza Səmədli, Türkologiya, ( dərs notları, s. 22-42)

A.B.Ercilasun, Ankara 2007, s. XV. Bölüm və

F.K.Timurtaş, İst.1991. s. 326-336


3

Müasir türk ləhcələrinin təsnifatı ( Baskakov, Ahmet Caferoğlu, Talat Tekin vs)

Türk dilinin yakın ve uzak lehçeleri

Yakut və Çuvaş dilləri

Oğuz, Qıpcaq və Qarluq grubu türk ləhcələrinin təsnifatı



4


Elza Səmədli, Türkologiya, ( dərs notları)


4

Tarixi türk ləhcələri arasında fonetik paralelliklər ( Qədim türk yazı dilinə aid tarixi mətnlər üzərində qrup işi)

4

M.Ergin,İst. 2001, s. 100-151+(dərs materialı)

5.

Tarixi Oğuz grubu türk ləhcələrinin fonetik xüsusiyyətləri (mətnlər üzərində qrup işi)

.


4


Z.Korkmaz,TDK, Ank. 2004, I. Bölüm, 5-21, 30-136 və (interaktiv metodla hazırlanmış dərs materialı )

6

Müştərək Orta Asya Türk dilinin fonetik xüsusiyyətləri (mətnlər üzərində qrup işi)

4

Z.Korkmaz,TDK, Ank. 2004, II. Bölüm, s.193-212 və (interaktiv metodla hazırlanmış dərs materialı )

7

Müasir türk ləhcələri arasında fonetik paralelliklər. Oğuz grubu türk ləhcələrinin fonetik xüsusiyyətləri ( Qrup işi: müqayisəli fonetik cədvəlin tərtibi Oğuz qrubu türk ləhcələrinin ayrılıqda fonetik xüsusiyyətlərinin müəyyənləşdirilməsi və müqayisə edilməsi)

6

A.B.Ercilasun, Ankara 2007, Fərhad Zeynalov, Bakı 2008


8.

Aralıq imtahanı


2




9.

Müasir türk ləhcələri arasında fonetik paralelliklər. Qıpçaq grubu türk ləhcələrinin fonetik xüsusiyyətləri ( Qrup işi: müqayisəli fonetik cədvəlin tərtibi üçün Qıpçaq qrubu türk ləhcələrinin ayrılıqda fonetik xüsusiyyətlərinin müəyyənləşdirilməsi və müqayisə edilməsi)

4

A.B.Ercilasun, Ankara 2007, Fərhad Zeynalov, Bakı 2008


10

Müasir türk ləhcələri arasında fonetik paralelliklər. Qarluq grubu türk ləhcələrinin fonetik xüsusiyyətləri ( Qrup işi: müqayisəli fonetik cədvəlin tərtibi üçün Qarluq qrubu türk ləhcələrinin ayrılıqda fonetik xüsusiyyətlərinin müəyyənləşdirilməsi və müqayisə edilməsi)

4

A.B.Ercilasun, Ankara 2007, Fərhad Zeynalov, Bakı 2008


11.

Oğuz grubu türk ləhcələrinin morfolojik xüsusiyyətləri, isim və isim mənşəli sözlər, ismin halları ( Qrup işi: Mətn təhlili, isim, sifət, əvəzlik və zərflər və ismin hal şəkilçilərinin müəyyənləşdirilməsi və müqayisəli cədvəlin hazırlanması)

4


A.B.Ercilasun, Ankara 2007, Fərhad Zeynalov, Bakı 2008


12

Qıpcaq grubu türk ləhcələrinin morfolojik xüsusiyyətləri, isim və isim mənşəli sözlər, ismin halları ( Qrup işi: Mətn təhlili, isim, sifət, əvəzlik və zərflər və ismin hal şəkilçilərinin müəyyənləşdirilməsi və müqayisəli cədvəlin hazırlanması)

4

A.B.Ercilasun, Ankara 2007, Fərhad Zeynalov, Bakı 2008


13

Qarluq grubu türk ləhcələrinin morfolojik xüsusiyyətləri, isim və isim mənşəli sözlər, ismin halları ( Qrup işi: isim, sifət, əvəzlik və zərflər və ismin hal şəkilçilərinin müəyyənləşdirilməsi və müqayisəli cədvəlin hazırlanması)

4

A.B.Ercilasun, Ankara 2007, Fərhad Zeynalov, Bakı 2008

14

Oğuz qrubu türk ləhcələrində felin təsriflənməsi

4


A.B.Ercilasun, Ankara 2007, Fərhad Zeynalov, Bakı 2008

15

Oğuz qrubu türk ləhcələrində felin təsriflənməsi

4

A.B.Ercilasun, Ankara 2007, Fərhad Zeynalov, Bakı 2008

Yüklə 38,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə