XəZƏr universiTƏSİ



Yüklə 66,36 Kb.
tarix17.11.2018
ölçüsü66,36 Kb.
növüTədris planı

XƏZƏR UNİVERSİTƏSİ

Təhsil Fakültəsi

Təhsil Departamenti

Təhsil proqamlarının təşkili və qiymətləndirmə

adlı kursunun işci tədris planı (sillabus)

Semestr: 2015/2016 tədris ili, Yaz semestri

Müəllim: Dr. Elza Səmədova

E-mail: esemedova@khazar.org



Kursun təsviri: "Təhsil proqramlarının (kurikulum) təşkili və qiymətləndirilməsi” fənninin tədrisinin əsas məqsədi ali məktəblərin təhsil fakültə və ixtisaslarında təhsil alan tələbələrdə təhsil proqramlarının (kurikulumların) hazırlanması, strukturu və komponentlə arasındakı əlaqələr haqqında əsas anlayışlarla tanış etməkdir. Fənnin əsas məqsədi eyni zamanda təhsildə qiymətləndirmə ilə əlaqədar əsas anlayışlar haqqında məlumat verməkdir.
Dərsin məqsədləri və gözlənilən təlim nəticələri:


  1. Təhsil proqramlarının hazırlanması ilə əlaqədar əsas anlayışları izah edir;

  2. Təhsil proqramlarının hazırlanmasının fəlsəfi və psixoloji əsaslarını izah edir;

  3. Təhsil proqramlarının hazırlanmasına dair yanaşmaları bilir.

  4. Təhsil proqramlarının strukturunu izah edir.

  5. Təhsil proqramlarının əsas komponentləri arasındakı əlaqaləri izah edir.

  6. Azərbaycanda tətbiq edilən ümumi təhsil proqramının modelini izah edir.

  7. Təlim prosesinin planlaşdırılması ilə əlaqədar əsas anlayışları və planlaşdırmann əsas komponentlərini izah edir

  8. Təlim strategiyası anlayışını izah edir.

  9. Təlim tədris prosesində istifadə edilən usul və formanın məqsədəuyğunluğunu müəyyənləşdirir.

  10. Qiymətləndirməyə dair əsas anlayışları bilir;

  11. Qiymətləndirmənin növlərini və onların funksiyalarını izah edir;

  12. Qiymətləndirmə üsullarının əsas xüsusiyyətlərini bilir, üstünlüklərini və məhdudiyyətlərini izah edir.

  13. Beynəlxalq qiymətləndirmələrin əhəmiyyətini izah edir;


Kursun sonunda tələbələrdə aşağıdakı bacarıqların inkişaf etdirilməsi gözlənilir:
Tədqiqar aparma, təhliletmə, tətbiqetmə, şərhetmə, mühakiməetmə, nəticə çıxarma, problem həlletmə, səmərəli ünsiyyət qurma, təqdimatetmə, qrup şəklində işləmə, qrupu və özünüqiymətləndirmə.

Təlim strategiyası: Dərsdə müxtəlif təlim metod və formalarından (məs. fərdi, qruplarla və cütlərlə iş ) və üsullarından (məs. müzakirə, beyin həmləsi, təqdimatlar vs.) istifadə ediləcəkdir.


Qiymətləndirmə forması:

Aralıq imtahanı: 35 %

Final imtahanı: 35 %

Davamiyyət (attendence) 5 %

Dərsə hazırlıklı gəlmək (portfolio) 15 %

Qrup işinin hazırlanması və müzakirələrdə fəallıq (activity) 10 %


Tədqiqat işi ( bonus) 5 %

Cəmi: 100 bal


Qiymətləndirmə haqqında:
Tələbələrin yekun nailiyyətlərini 30% formativ, 70% summativ qiymətləndirmə nəticəsi müəyyən edəcəkdir. Formativ qiymətləndirmədə portfolio sistemi tətbiq olunacaqdır.

İmtahan haqqında:

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planınnda göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa dillərdə olan, mənbələrə də müraciət etmək lazımdır.

3. Aralıq və Final imtahanlarının hər ikisində imtahan tapşırıqları qısa cavablı və ya cavabı məhdudlaşdırılmış açıq suallar, müqayisəli təhlil tipli suallardan ibarət ola bilər.

4. İstifadə ediləcək ədəbiyyatın bir qismi (xarici mənbələr) tərəfimizdən təmin ediləcəkdir.



DƏRSƏ HAZIRLIKLI GƏLMƏK, FƏALLIQ, QRUP VƏ FƏRDİ İŞLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ:

DİQQƏT:

  1. Dərsə hazırlıqlı gəlmək: Hər dərsə hazırlıqlı gəlmək üçün tələbədən gözlənilən hazırlıq sillabusda mövzular üzrə qeyd olunub. Tələbələr dərsə gələrkən öncədən mövzu üzrə hazırlıqlarını 1 səhifə həcmində yazıb gətirəcəklər və dərsin sonunda müəllimə təqdim edəcəklər. Hər bir tələbənin fərdi portfoliosu tərtib ediləcək və yazılı şəkildə təqdim etdikləri həftəlik materialların hər biri 1 balla qiymətləndiriləcəkdir. Hər həftənin hazırlıq materialı sadəcə dərs saatı müddəində təqdim ediləcəkdir. Sonradan təqdim ediləcək dərsə hazırlıqlar qəbul edilməyəcək və bal verilməyəcəkdir.

  2. Qrup işinin hazırlanması və müzakirələrdə fəallıq: Aktivlik balı hər mövzu üçün müəyyən olunmuş hazırlıq çalışmaları əsasında o günkü mövzuya dair müzakirələrdə, qrup işlərinin hazırlanmasına göstərilən fəallıq əsasında qiymətləndiriləcəkdir, tələbələr dərsdəki müzakirələrdə fəal iştirak etməlidirlər.


Dərs kitabları və materiallar:

DƏRSƏ HAZIRLIQ VƏ OXU MATERİALLARI ÜÇÜN AŞAĞIDA QEYD OLUNAN ƏDƏBİYYATLARDAN İSTİFADƏ OLUNA BİLƏR. HƏR BİR DƏRSİN MÜHAZİRƏ MATERİALLARI ELEKTRON OLARAQ DƏRS OTAĞINDAKI KOMPÜTERİN YADDAŞNDA SAXLANILACAQDIR.

  1. Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları” (ppt.formatında hər dərs təqdim ediləcəkdir, bəzi mühazirə mətnləri word.doc. veriləcəkdir)



  1. Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün fənn kurikulumları ( I-XI siniflər), Bakı 2013

  2. Özcan Dəmirəl, Təhsildə proqram hazırlama ( nəzəriyyədən praktikaya),

20-ci nəşr, Pegem Nəşr., Ankara, 2013. ,

  1. Təhsildə ölçmə və dəyərləndirmə, Redaktor. Hakan Atılqan, 6-cə nəşr, Anı nəşr.Ankara 2013

  2. Qiymətləndirmə və monitorinq nəticələrindən istifadəyə dair təlim materialı, Xəzər Universiteti Nəşr. , Bakı 2013,


Istifadə edilə biləcək digər mənbələr:


  1. George J., Posner, Analyzing the Curriculum, http://www.amazon.com/Analyzing-The-Curriculum-George-Posner/dp/0072823275#reader_0072823275

  2. Robert J. Marzano John S. Kendall, Designing & Assessing Educational Objectives, Applying the New Taxonomy, California, USA, Corwin Press, 2008

  3. Azərbaycan Respublikasının Təhsil Qanunu, Bakı, “Qanun”, 2009

  4. Abbasov Ə., Təhsil İslahatı və kurikulumların hazırlanması problemleri// ATPİ-nin Elmi əsərləri, 2005, N.1




  1. Abbasov Ə., Yeni fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri/ ATPİ-nin Elmi əsərləri, 2007, N.1

  2. Abbasov Ə., Süleymanova A. , Məktəb kurikulumlarının hazırlanması / / ATPİ-nin Elmi əsərləri, 2007, N.4

  3. Abbasov Ə., Sultanova İ. , Taksonomiydan standarta / / ATPİ-nin Elmi əsərləri, 2008, N.4

  4. Abbasov Ə., Ümumtəhsil kurikulumlarının növləri //Kurikulum, 2008, N.1

  5. Abbasov Ə., Ümumtəhsil kurikulumlarının hazırlanması üzrə tədqiqatların nəticələri barədə // ATPİ-nin Elmi əsərləri, 2009, N.1

  6. Əhmədov A., Abbasov Ə., Talıbov T., Təhsil kurikulumlarının xarakterik cəhətləri // Kurikulum 2009, N. 1.

  7. Varış, Fatma, Eğitimde Program Geliştirme, Alkım Yayınları, Ankara,1996.

Veysel. Sönmez, Program Geliştirmede Öğretmen El Kitabı.. Ankara, Anı Yayıncılık, 2001

  1. http://www.ppd.com.tr/kaynaklar/15-egitim-ogretim-programinin-degerlendirilmesi.htmlhttp://www.nylc.org/sites/nylc.org/files/files/250CIPP.pdf

http://kefad.ahievran.edu.tr/archieve/pdfler/Cilt6Sayi1/JKEF_6_1_2005_13_19.pdf

  1. http://www.nationalforum.com/

  2. http://biologmehmet.blogcu.com/program-gelistirmede-temel-kavramlar/11335794

  3. http://www.kurikulum.az/index.php/az/resurslar/jurnal/nesrler

  4. http://www.edu.gov.az/upload/file/cixish-16.10.09.pdf

  5. http://mathematicaltasks.weebly.com/cognitive-demand-defined.html



Həftə / Tarix

MÖVZULAR

SAAT

OXU MATERİALLARI/ DƏRSƏ HAZIRLIQ




I MODUL: Təhsil proqramlarının quruluşu və məzmunu

28




1

11.01.2016

16.02.2016

Təqvim planın müzakirəsi. Təhsil proqramlarının hazırlanması ilə əlaqədar əsas anlayışlar

Tədqiqat sualları:

Təhsilin məqsədi nədir?

Təhsil proqramı nədir?

Yaxşı” təhsil proqramının əsas xüsusiyyətləri nədir?



Necə bir vətəndaş yetişdirmək istəyirik?

4


Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları


2

18.02.2016

23.02.2016


Təhsil proqramlarının hazırlanmasının ictimai və fəlsəfi əsasları

Dərsə hazırlıq: Təhsil fəlsəfələrini araşdırın və sizə görə əhəmiyyətli olan məqamları qeyd edin.

Tədqiqat sualı: Azərbaycan təhsil sistemində hansı təhsil fəlsəfəsi hakim fəlsəfə olaraq qəbul edilməlidir?

Müasir təhsil fəlsəfələrinin əsas xüsusiyyətləri nədən ibarətdir və təhsil fəlsəfəsi kurikuluma necə təsir edir?


4

Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Özcan Dəmirəl, 2013.





3

25.02.2016

01.03.2016



Təhsil proqramlarının hazırlanmasının psixoloji əsasları

Dərsə hazırlıq: Öyrənmə nəzəriyyələrindən idrak nəzəriyyələrini araşdırın (Blum, Gardner, Gaqne) və əsas xüsusiyyətlərini qeyd edin.

Tədqiqat sualı: Təhsil proqramlarının psixolojik əsasları proqram hazırlamanın hansı mərhələsində daha çox fayda verir?



4

Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Özcan Dəmirəl, 2013.




4

04.03.2016

08.03.2016


Təhsil proqramları hazırlanmasında əsas prinsiplər və yanaşmalar,təhsil programları modelləri

Dərsə hazırlıq: İxtisasınıza uyğun olan ümumtəhsil məktəbləri üçün fənn kurikulumlarını incələyib əsas istiqamətlərini qeyd edin.
Tədqiqat sualı: Tədqiqat sualı: Azərbaycan respublikası ümumtəhsil məktəblərinin fənn kurikulumlarının hansı model əsasında hazırlanmışdır?


2+2

Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Özcan Dəmirəl, 2013.




5
10.03.2016

15.03.2016


Təhsil proqramlarının strukturu, komponentləri, bu komponentlərin birbirləri ilə olan əlaqələri
Dərsə hazırlıq: İxtisasınıza uyğun olan ümumtəhsil məktəbləri üçün fənn kurikulumlarını incələyib əsas bölmələrini qeyd edin.
Tədqiqat sualı: Tədqiqat sualı: Azərbaycan respublikası ümumtəhsil məktəbləri üçün təhsil standartları və təhsil proqramları sənədinə əsasən fənn kurikulumlarının strukturunu təşkil edən əsas komponentlər nələrdir və komponentlərarası əlaqə necə qurulur?

4

Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Azərbaycan respublikası ümumtəhsil məktəbləri üçün fənn kurikulumları (I-XI siniflər), Bakı 2013




6

17.03.2016

29.03.2016


Təhsil proqramlarının məqsədləri; təlim nəticələrinin, məzmunun standartların və bacarıqların müəyyən edilməsi.
Dərsə hazırlıq: İxtisasınıza uyğun olan ümumtəhsil məktəbləri üçün fənn kurikulumlarını incələyib fənnin məqsədlərini, təlim nəticələrini və məzmun standartlarını incələyib diqqətinizi çəkən məsələləri qeyd edin.
Tədqiqat sualı: Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün fənn kurikulumlarında nəzərdə tutulan təlim nəticələri və məzmun standartlarında hansı bilik və bacarıqların qazandırılması gözlənilir?

Ümumitəhsilin sonunda şagirdlərin hansı kompetensiyalara sahib olması gözlənirlir?

4

Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Azərbaycan respublikası ümumtəhsil məktəbləri üçün fənn kurikulumları (I-XI siniflər), Bakı 2013




7

30.03.2016

05.04.2016


Təhsil proqramlarında təlim nəticələrinin, standartların bilik və fəaliyyət komponentləri və onlların təhlili, məzmunu təşkil edən biliklərin növləri və fəaliyyətlərin taksonomik təhlili
Dərsə hazırlıq: İxtisasınıza uyğun olan ümumtəhsil məktəbləri üçün fənn kurikulumlarından bir sinif üçün nəzərdə tutulan təlim nəticələrini və məzmun standartlarını təhliı edib təlim nəticələrində və məzmun standartlarında nəzərdə tutulan biliklərlə bağlı qeydlər edin.
Qrup tapşırığı: İxtisasınıza uyğun olan ümumtəhsil məktəbləri üçün fənn kurikulumlarından bir sinif üçün nəzərdə məzmun standartlarını;

  1. bilik və fəaliyyət komponentinə ayıraraq biliklərin növünü müəyyənləşdirin

  2. fəaliyyətin taksonomik təhlilini aparın



4

Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Azərbaycan respublikası ümumtəhsil məktəbləri üçün fənn kurikulumları (I-XI siniflər), Bakı 2013







II MODUL: Təhsil proqramında nəzərdə tutulan təlim strategiyası

8




8

07.04.2016

12.04.2016


Aralıq imtahanı

Proqresiv təlim yanaşması. Təlim strategiyaları. Təlimin təşkili prinsipləri. Təlim metodları və texnikaları, təlim formaları


Dərsə hazırlıq: Ümumtəhsil məktəbləri üçün fənn kurikulumları sənədindən “Təlim strategiyaları və təlimin təşkilinə verilən tələblər” bölməsini oxuyun və əhəmiyyətli hesab etdiyiniz məlumatları qeyd edin.



4

Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Azərbaycan respublikası ümumtəhsil məktəbləri üçün fənn kurikulumları (I-XI siniflər), Bakı 2013

http://portal.edu.az


9

14.04.2016

19.04.2016


Planlaşdırma növləri və planlaşdırma nümunələri. İllik planlaşdırmanın komponentləri və diqqət ediləcək əsas məqamlar. Cari planlaşdırmanın əsas xüsusiyyyətləri
Dərsə hazırlıq: İxtisasınıza uyğun olaraq ümumtəhsil məktəbləri üçün fənn kurikulumlarına uyğun her hansı bir sinif üçün yazılmış “Müəllim üçün metodiki vəsait”in illik planlaşdırma və gündəlik planlaşdırma nümunələrini strukturu baxımından incələyin, planlaşdırmaların sxemlərini çəkin vəplanlaşdırmada əhəmiyyətli hesab etdiyiniz məsələləri qeyd edin.

4


Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Azərbaycan respublikası ümumtəhsil məktəbləri üçün fənn kurikulumları (I-XI siniflər), Bakı 2013




10

21.04.2016

26.04.2016



Təlim məqsədlərinin təyin olunması, təlimdə yüksək idraki bacarıqların formalaşdırılması, təlim metod və formalarının məqsədəuyğunluğu
Dərsə hazırlıq: İxtisasınıza uyğun olaraq ümumtəhsil məktəbləri üçün fənn kurikulumlarına uyğun her hansı bir sinif üçün yazılmış “Müəllim üçün metodiki vəsait”də dərs nümunələrində;

  1. Sseçilən məzmun standartından çıxarılan təlim məqsədlərini 5 mövzu üzrə qeyd edin

  2. Dərsdə istifadə olunan təlim metodlarının adlarını və təlim formasını qeyd edin.




4


Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.

Azərbaycan respublikası ümumtəhsil məktəbləri üçün fənn kurikulumları (I-XI siniflər), Bakı 2013







III MODUL: Təhsil proqramında nəzərdə tutulan qiymətləndirmə strategiyası

20




11

28.04.2016

03.05.2016



Təhsildə qiymətləndirmə ilə əlaqədar əsas anlayışlar: qiymətləndirmənin məqsədləri, ölçmə, dəyərləndirmə, meyar,qiymətləndirmənin istiqamətləri və s.

Dərsə hazırlıq: qeyd olunan linkdən “Qiymətləndirmə Konsepsiyası” sənədini incələyin, sənədin məqsədi, alt başlıqları haqqında qeydlərinizi hazırlayın.



4

Azərbaycanın Qiymətləndirmə Konsepsiyası

https://dq.edu.az/senedler.html

http://www.cabmin.gov.az/?/az/pressreliz/view/73/
Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”.


12.

05.05.2016

10.05.2016



Ümumtəhsil məktəblərində qiymətləndirmə sistemi. Qiymətləndirmə növləri (diaqnostik, formativ, summativ), və əsas xüsusiyyətləri, istifadə yerləri,
Dərsə hazırlıq: qeyd olunan linkdən “Qiymətləndirmə Konsepsiyası” sənədini incələyin, sənəd əsasında şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətlərini və əsas qiymətləndirmə növlərini qeyd edin.


4

Azərbaycanın Qiymətləndirmə Konsepsiyası

https://dq.edu.az/senedler.html

http://www.cabmin.gov.az/?/az/pressreliz/view/73/
Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”


13

12.05.2016

17.05.2016



Qiymətləndirmənin məzmunu, qiymətləndirmə vasitələrinin növləri, üsulları

Dərsə hazırlıq: İlkin bilik və təcrübələrinizdən istifadə edərək aşıq və qapalı qiymətləndirmə vasitələri (sualların növləri) haqqında və bu qiymətləndirmə vasitələrinin müsbət və mənfi tərəfləri haqqında məlumatları qeyd edin.

4

Təhsildə ölçmə və dəyərləndirmə, Ankara 2013
Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”

14

19.05.2016

24.05.2016



Qiymətləndirmə (ölçmə) vasitələrinin əsas xüsusiyyətləri, validlik, etibarlılıq, uyğunluq

Dərsə hazırlıq: Qiymətləndirmə ilə əlaqədar olan aşağıdakı 3 anlayışı araşdıraraq, əhəmiyyətli hesab etdiyiniz məlumatları yazın:

  1. Validlik (Eng.validity, Tr. Geçerlilik) ,

  2. Etibarlılıq (Eng. reliability, Tr. Güvenirlilik)

  3. Uyğunluq (Eng. Revelance, Tr. Uygunluk)

4

Azərbaycanın Qiymətləndirmə Konsepsiyası

https://dq.edu.az/senedler.html

http://www.cabmin.gov.az/?/az/pressreliz/view/73/

Qiymətləndirmə və monitorinq nəticələrindən istifadəyə dair təlim materialı, Xəzər Universiteti Nəşr. , Bakı 2013,


Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”

15
26.05.2016

31.05.2016

Qiymətləndirmə standartları: Beynəlxalq qiymətləndirmələrdə istifadə olunan standartlar,
Dərsə hazırlıq: qeyd olunan linkdən “Qiymətləndirmə Konsepsiyası” sənədini incələyin, sənəd əsasında qiymətləndirmə standartlarının əsas xüsusiyyətlərini və qiymətləndirmə səviyyələri haqqında əhəmiyyətli hesab etdiyiniz məlumatları qeyd edin.



4

Azərbaycanın Qiymətləndirmə Konsepsiyası

https://dq.edu.az/senedler.html



http://www.cabmin.gov.az/?/az/pressreliz/view/73/
Qiymətləndirmə və monitorinq nəticələrindən istifadəyə dair təlim materialı, Xəzər Universiteti Nəşr. , Bakı 2013,
Elza Səmədli, Təhsil proqramlarının hazırlanması və qiymətləndirmə strategiyaları dərs materialları”




Final






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə