XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə25/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   21   22   23   24   25   26   27   28   ...   179

55 
 
Respublika ərazisində aşkar olunan Xilafət sikkə zərbinə mənsub tapıntıların 
topoqrafik özəlliklərinə əsasən qətiyyətlə demək olar ki, bu sikkə kəsimi ilk öncə 
işğal olunmuş vilayətlərin adları ilə icra olunurdu. Tarixi Azərbaycan ərazisi Azər-
baycan,  Arran  və  «Ərminiyyə»  vilayətlərindən  ibarət  olub  Xilafət  canişinləri 
tərəfindən idarə olunurdu (7, с. 23).  
Pul-sikkə islahatından sonra Xilafətin ilkin sikkə zərbinin həyata keçirildiyi 
vilayətlər sırasında «Azərbaycan» zərbxanasını görürük. Antik dönəmdə Atropatena 
və ya Midiya Atropatenası, Sasanilər imperiyası tərkibindəykən Aturpataqan, ərəb 
dilində  Azərbaycan  adlanan  Xəzərdən  Kiçik  Asiyaya,  Dərbənddən  Həmədanadək 
uzanan bir ərazidə ərəblər pul islahatından cəmi bir il sonra (78 =697) «Azərbaycan» 
adı ilə kəsilən gümüş əməvi dirhəmləri göstərir ki (6, с. 44), bu ad ərəblərə çoxdan 
bəlli  idi.  Əsasən  Güney  Azərbaycanı  təmsil  edən  bu  çoğrafi  məkanda  sikkə  zərbi 
uyğun  dönəmdə  ölkənin  paytaxtı  və  ya  baş  şəhəri  rolunu  oynayan  Ərdəbildə  icra 
olunduğu şübhə doğurmur.  
Xilafət zərbinin həyata keçirildiyi ikinci Azərbaycan zərbxanası «Arran»dır. 
Bizə məlum olan ilk Arran sikkəsi 89 = 708/9-cu ildə kəsilmiş dirhəmdir (6, с. 44). 
Maraqlıdır ki, bu gümüş dirhəmdən sonra Azərbaycan ərazisində kəsilən və hazırda 
MATM NF-da qorunan ilk qızıl dinar da Arranda 170 = 786/7-ci ildə vurulmuşdur. 
Ərəb  salnaməçilərinə  görə  «Arran»  vilayəti  iki  çay  arasında  yerləşən  Beyləqan 
(Paytakaran), Bərdə, Gəncə, Şəmkir, Tiflis kimi şəhərlər birgə Dərbəndə qədər uza-
nan bir ərazini əhatə edirdi. Odur ki, «Arran» sikkələrinin Arran vilayətinin bir neçə 
şəhərində zərb edildiyini güman etmək olar. Ancaq Arran şəhərlərinin hər birinin 
özəl sikkə zərbinə malik olması faktı nəzərə alınarsa bu sikkələrin sonralar Paytaka-
ran (paytaxte Arran), Beyləqan adlanan və hazırda Mil düzündə «Örənqala» (Arran-
qala) adı ilə məşhur olan ortaçağ Azərbaycan şəhər yeri - əski Arran şəhərində zərb 
olunma ehtimalı daha ağlabatandır (8, с. 15-32).  
Respublika ərazisində tapılan dəfinələrdə rast gəlinən və ilkin xilafət zərbinə 
mənsub daha bir qrup sikkə «Ərminiyyə» adlı zərbxanası mənsubdur. Bu zərbxana-
nın adını daşıyan ilk sikkələr 78 = 697-ci ildə kəsilmişdir (6, с. 44). Bu zərbxananın 
adı ilə bağlı qeyd etməliyik ki, bu ad heç də erməni alimlərinin «özəlləşdirməyə» 
çalışdıqdarı inzibati-coğrafi bölgə adı olmamış və daha çox dini-konfessional ərazi 
anlamını daşıyan bir istilah olmuşdur.  
Məsələ  burasındadır  ki,  VII  əsrin  30-cu  illərindən  şimal-şərq  istiqamətində 
başlanan  ilkin  ərəb  hərbi  yürüşləri  dönəmində  Bizansın  «Armeniya»  adlandırdığı 
(qaynaqlarda bir neçə «Armeniya» adı çəkilir) və ermənilərin məskunlaşdığı Şərqi 
Anadolu vilayətlərindən keçərək Qafqaza varid olan ərəb əmirləri Dəbil (Dvin) şəhə-
rində özlərinin ilk iqamətgahlarını qurmuş və 644-cü ildə Tiflis şəhərini işğal etmiş-
lər. Sonrakı Cənubi Qafqaz hərbi əməliyyatları əsnasında sasani-Bizans və ərəb-Bi-
zans mücadilələri zamanı, Kiçik Asiyadan Qafqaza köçüb gələn ermənilərin pənah 
gətirdiyi, lakin əsasən xristian albanların, gürcülərin və d. etnik toplumların (ləzgilər, 
xəzərlər, sabirlər və s.) məskunlaşdığı ərazilərin etno-konfessional durumuna yaxşı 
bələd olmayan ərəb sərkərdələri, bu ərazini «Ərminiyyə» adlandırmışlar. Ərəb cani-
şinlərinin  iqamətgahı  Dəbildən  Bərdəyə  köçənədək  «Ərminiyyə»  sikkələri  əsasən 
Dəbildə zərb edilirdi. Lakin sonralar belə sikkələrin hansı şəhərdə kəsildiyini demək 


56 
 
çətinlik yaratsa da, Albaniya şəhərlərindən bəzilərinin bizə gəlib çatan - «Ərminiyyə-
Car»,  «Ərminiyyə  -  Bərdə»,  «Ərminiyyə-əl-Bab»  kimi  ikili  adlı  mis  felsləri  və 
gümüş dirhəmləri məsələnin həllini asanlaşdırır, ən başlıcası, sikkə zərbi arealının 
real tarixi coğrafiyasını təkzib olunmaz şəkildə əks etdirir.  
Keçən əsrdə və çağdaş dönəmdə Rusiya Federasiyası ərazisində Ağ və Baltik 
dənizi sahillərində, Skandinaviya ölkələrində, Polşadan İngiltərəyə olan məkanlarda 
rastlanan sikkə dəfinələrində, ərəb sikkələri arasında Azərbaycan sikkələrinin olma-
sı, yalnız Şərq vilayətlərini deyil, həm də xarici ölkələri əhatə edən genişmiqyasılı 
ərəb ticarətində Azərbaycanın iştirak etdiyini sübut edir. Müxtəlif çəki dəyişiklik-
lərinə məruz qalsa da, Azərbaycan dirhəmi X əsrin II yarısınadək olan dövrdə lokal 
və qlobal ticarətdə öz mövqeyini qoruyaraq, saxlamağa nail olmuşdur.  
IX əsrin I rübündən etibarən Xilafətdə başlanan siyasi parçalanma nəticəsində 
yerli irsi əmirliklər sonradan müstəqil feodal dövlətlərə çevrilirlər. Yerli hakimlərin 
müstəqilliyə can atması nəticəsində orta əsr dövlətçiliyinin başlıca atributu olan sik-
kə zərbi hüququndan yararlanma qətiləşir və vilayət hakimləri cümə günündə icra 
olunan ibadətlərdən sonra səslənən xütbə nitqində öz adlarını səsləndirir, gümüş və 
qızıl sikkələr zərb etdirirdilər. Bu dövrdə bəzi əmirlərin (mütəqəlliblərin) hakimiy-
yətdə olan sülaləyə itaət etməməsinə və müstəqillik əldə etməyə çalışmasına baxma-
yaraq, onlar xəlifənin ruhani hakimiyyətini qəbul edir, onun adını cümə günündəki 
xütbələrdə səsləndirərək sikkələrə həkk etdirirdilər. Belə üsullarla siyasi hakimiyyət-
lərinin  qanuniləşdirilməsinə  çalışan  əmirlər  həm  də  vahid  İslam  dövlətinə  mənsu-
biyyətlərini bildirməyə çalışırdılar.  
Mərkəzləşdirilmiş dövlət sisteminə malik Abbasilər Xilafətinin parçalanması 
nəticəsində  meydana  çıxan  İdrisilər,  Əqləbilər,  İxşinilər,  Tulunilər,  Deyləmilər, 
Tahirilər, Səffarilər, Samanilər və b. müstəqil sülalələrin hakimləri öz vilayətlərini 
irsi mülkiyyətə çevirərək idarə edirdilər (9, с. 156).  
Xilafətin ayrı-ayrı dövlətlərə bölünməsi Cənubi Qafqazda bir sıra əmirliklərin 
meydana  gəlməsi  ilə  nəticələndi.  X  əsrin  ortalarından  etibarən  Tiflisdə  Cəfərilər, 
Gəncədə Şəddadilər, Dərbənddə Haşimilər, Şirvanda Şeybanilər, Aran, «Ərminiy-
yə»  və  Azərbaycan  inzibati  bölgələrində  Sacilər,  daha  sonra  isə  Salarilər  sülaləsi 
nümayəndələri idarə etdikləri vilayətlərdə vahid sikkə sistemini ləğv edərək şəxsi 
sikkələrini zərb etdirirdilər.  
 X əsrin sonundan etibarən pullu ticarətdə müsəlman Şərqini çulğalayan mə-
lum «gümüş böhranı»nın peyda olması nəticəsində Azərbaycan dirhəminin durumu 
zəiflədi.  Digər  tərəfdən  respublika  ərazisində  tapılmış  VIII-IX  yüzillərdə  Ərəb 
Xilafətinin  Abbasilər  və  qismən  Əndəlis  xəlifələrinin  gümüşündən  ibarət  Gəncə, 
Masallı (Banbaşı, Əlvədi) və digər dəfinələrin tərkibində aşkarlanan onlarla müsəl-
man sülaləsi zərbinə mənsub və qismən IX - X yüzil Azərbaycan feodal dövlətlərinin 
-  Məzyədilər,  Sacilər,  Salarilərin  gümüş  dirhəmləri  yalnız  xarici  ölkələrin  zəngin 
Azərbaycan bazarı ilə bağlı maraqları ilə izah olunmur. Bu tapıntılar eyni zamanda 
və  daha  geniş  mənada,  uyğun  dönəmdə  islam  dünyası  ilə  məsihi  ölkələr  arasında 
gedən möhtəşəm ticarətdə Azərbaycanın çox önəmli tranzit alış-veriş mərkəzi kimi 
tutduğu xüsusi coğrafi mövqedən xəbər verir. Məlum olduğu kimi Güney - Quzey 
ölkələrini  birləşdirən  əsas  karvan  ticarəti  magistrallarından  biri  və  ən  önəmlisi 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə