«XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ»



Yüklə 24,85 Kb.

tarix14.01.2018
ölçüsü24,85 Kb.


«XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ»

 

İmran Qasımovun yaradıcılığı neft mövzusu ilə başlanmışdır. Onun təxminən 12 il bundan qabaq 



Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulan «Arzu» pyesi neftçilərin həyatından bəhs 

edirdi. Daha sonra İmranın yenə neftçilərin həyatından alınmış kinossenarisi üzrə çəkilmiş «Yeni 

horizont» fılmi göstərilməyə başlandı. Bunlardan başqa, müəllif Azərbaycan neftçilərinin 

həyatına dair bir sıra kinooçerklər və s. yazmışdır. 

Əlbəttə, gənc bir yazıçının neft aləminə bu qədər bağlı olması ədəbiyyatımızda müsbət bir 

hadisədir. Hiss olunur ki, İmran qəhrəman neftçilərimizin həyatını həmişə izləyir, neft 

sənayemizin tərəqqi və inkişafını diqqətlə öyrənir. 

* «Xəzər üzərində şəfəq» pyesi də belə bir ardıcıl müşahidənin məhsuludur. Bu pyes bədii 

keyfıyyəti etibarilə müəllifın qabaqkı dram əsərlərindən fərqlənir. Tamaşaçı burada Bakı 

neftçilərinin bir sıra canlı surətlərini görür, onların gələcək uğrunda apardıqları coşğun 

mübarizənin şahidi olur. Gənc mühəndis Nadirin səhvləri tamaşaçını narahat edir. Tamaşaçı 

Nadirin düzgün yola düşməsinə, öz səhvlərini dərk etməsinə tələsir. 

Əsərdə iştirak edən və öz namuslu əməyi ilə bizim hüsn-rəğbətimizi qazanmış olan Camal ilə 

Fəridənin deməsinə görə, Nadir istedadlı bir mühəndisdir. O, ölkəyə milyon tonlarla neft 

verməyə can atır. Lakin bu ali məqsədə çatmaq üçün düzgün yol ilə getmir. Müdiri olduğu trestin 

bütün imkanlarından istifadə etmək, dayanmış quyuları işə salmaq, neft məhsulunu artırmaq 

üçün yeni yollar axtarıb tapmaq əvəzinə, bir mədənin müvəffəqiyyətinə, fantanların gücünə 

arxalanır. Vedrə ilə neft yığanlara istehza edir. Sonra onu daha məsul bir sahəyə - dəniz trestinə 

rəhbər təyin edirlər. Onun yerinə isə Camal keçir. Camal işə başlayandan sonra məlum olur ki, 

Nadirin yarıtmaz rəhbərliyi tresti bərbad bir hala salmışdır. Plan ancaq və ancaq fantan vuran 

quyuların hesabına ödənilmişdir. Nadir dəniz trestində də eyni əhvali-ruhiyyə ilə işləyir. Dənizdə 

də onu hər şeydən çox maraqlandıran «fantandır». Lakin dalğaların qəzəbli hücumu, Xəzərin 

dəhşətli fırtınaları əvvəllərdə qorxmaz bir qəhrəman kimi nəzərə çarpan Nadiri tezliklə vahiməyə 

salır. 


Ondakı romantik xəyallar birdən-birə uçub dağılır və biz onu tez-tez dənizdən şikayətlənən, 

başını itirmiş gərgin bir əhvali-ruhiyyədə görürük. Sanki müəllif quruda lovğalanan, fantanların 

gücündən ilham alaraq, az qala, ərşdən-gürşdən dəm vuran Nadiri daha bir sınaqdan çıxarmaq 

üçün qəsdən Xəzərin coşğun dalğaları arasına salır. Lakin Nadir bu sınaqda qorxaqlıq göstərir. 

O, çətinlik qarşısında başını itirən bir adam vəziyyətinə düşür. İş o dərəcəyə çatır ki, özü fırtına 

zamanı dəniz buruğunda olanların qayğısına qalmaq əvəzinə, həyatını ölüm təhlükəsinə ataraq, 

onlara köməyə gedən qoca buruq ustası Məmməd Rza kişiyə töhmət elan edir. 

O, məhəbbət məsələsində də geridə qalmış məhdud bir adam olduğunu büruzə verir. Camalı 

Fəridənin insani münasibətlərinə qısqanır. Fəridənin sevgisini qiymətləndirə bilmir. Camal isə, 

tamamilə başqa bir səciyyəyə malikdir. O, təşəbbüskar, xalq işini, dövlət işini hər şeydən üstün 

tutan bir adamdır. O, Nadir kimi, planı doldurmaq üçün bir mədənin və ya fantanın gücünə 

arxalanmır. O, həqiqi bir mütəxəssis kimi yalnız bu günün müvəffəqiyyətilə yaşamır. Ondakı 

görüş dairəsinin üfüqləri çox genişdir. Camal istəyir ki, onun trestində yalnız bir neçə buruq və 

ya mədən deyil, bütün quyular, bütün mədənlər plandan artıq neft versin. Buna görə də, o, trestin 

bütün qüvvəsini səfərbərliyə alır. Dayanmış quyuları işə salır. Nadirin istehzasına səbəb olan 

təpəlik sahədə güclü buruqlar yaradır. Neft məhsulunu artırmaq üçün özü yeni üsul tapmaq 

üzərində işləyir. 

Əlbəttə, müəllif bu surəti daha da dolğun və hərarətli verə bilərdi. İndiki halında onun 

hərəkətlərində bir quruluq hiss olunur. O, iş görmək əvəzinə daima danışır və bu danışıqlarda 

fıkirlər bəzən təkrar edilir. O, öz ixtirasını axıra çatdıra bilmir. Onun xeyirsiz olduğunu söyləyir. 

Əlbəttə, öz müvəffəqiyyətsizliyini açıq etiraf etmək mərdanə bir sifətdir. Lakin biz Camalın 

müvəffəq olmasını arzu edirik, çünki o, öz ixtirası haqqında, yuxarıda dediyimiz kimi, o qədər 

çox danışır və onu həyata tətbiq etməyi Nadirdən elə bir hərarətlə xahiş edir ki, sonra yararsız 

olduğunu söylədikdə, bir qədər yüngül təbiətli adam təsiri bağışlayır. 




Müəllif, mərhum mühəndis Qraçovun həyata keçirilməmiş ixtirasını Camalın müvəffəqiyyətsiz 

ixtirasına qarşı qoyur. Bu isə, əsərin bədii cəhətinə heç bir üstünlük vermir. Çünki bizdə, onsuz 

da, heç bir alimin elmi irsi tələf olmur. Onunla institutlarımız və s. məşğul olur. 

Təəssüflə qeyd etməliyik ki, Rus Dram Teatrının istedadlı aktyorlarından biri olan Miyakişovun 

yaratdığı Camal surəti bizi təmin etmir. Onun ifasında Camal yeknəsəq təbtətli, quru və dayaz 

bir adam kimi görünür. Əsərdəki gənc mühəndis surətlərindən biri də usta Məmməd Rzanın qızı 

Fəridədir. O, xalqımıza xidməti öz şəxsi hisslərindən yüksək tutan, vətəni uğrunda hər bir 

fədakarlığa hazır olan açıqfikirli, işgüzar bir qızdır. O, Nadiri sevir. Lakin bu sevgi ona, 

Nadirdəki nöqsanları görməyə və bunları açıq - açığına onun üzünə söyləməyə mane olmur. 

Nadir ona bir yerdə işləməyi təklif edir. Lakin Fəridə, Camalın trestində özünün daha çox lazım 

olduğunu görərək, nişanlısının bu təklifini qəbul etmir. 

Aktrisa Ginzburq bu rolu olduqca ruhsuz oynayır. O, bu gənc qızın coşğun vətənpərvərliyini, 

həssas qəlbini, məhəbbətini dərindən açıb göstərə bilmir. 

Fəridənin atası Məmməd Rza pyesin müvəffəqiyyətli surətlərindən biridir. Qoca Məmməd Rza 

həyatını ölüm təhlükəsinə ataraq, yoldaşlarının harayına gedir. Qəhrəmanlıq, fədakarlıq Bakı 

neftçisinin ənənəvi xüsusiyyətlərindən biridir. Və bütün bu nəcib sifətləri respublikanın xalq 

artisti Şarlaxov müvəffəqiyyətlə açıb göstərir. 

Eyni sözləri Poladov surətini yaradan RSFSR əməkdar artisti Yudin haqqında da demək olar. 

Yudin, Poladovdakı yüksək prinsipiallığı, möhkəm və sarsılmaz təbiəti, dərin qayğıkeşliyi və 

rəhbər uzaqgörənliyi böyük bir taktla göstərir. 

Aktyor Çinkin Nadir surətini, əsasən, düzgün yaradır. Lakin biz onun da ifasında bəzən bir 

yeknəsəklik hiss edirik. 

Əsərin mühüm bir nöqsanını da qeyd etməmək tnümkün deyil. 

«Xəzər üzərində şəfəq» pyesində istehsalat məsələləri o qədər çoxdur ki, tamaşaçı, bəzən, süjet 

xəttini itirir. Konfliktin kimlər arasında olduğunu aydın seçə bilmir. Müəllif unutmuşdur ki, bir 

pyesdə neftə aid olan məsələlərin hamısını həll edib qurtarmaq olmaz və bu heç lazım da 

deyildir. Adamların taleyi ilə götürülən istehsalat məsələləri arasındakı tənasüb düzgün 

olmadığından surətlərin səciyyəvi cizgiləri lazımi qədər aydınlaşmır. Çünki konflikt özü qabarıq 

surətdə meydana çıxmır. Halbuki əsərdə bu konflikt vardır. Bu konflikt Nadir ilə Camal, Fəridə, 

Məmməd Rza və Orlov kimi qabaqcıl adamlar arasında olan konfliktdir. Adamların təbiətin 

çətinlikləri ilə olan mübarizəsi bu konflikti daha da kəskinləşdirir. Lakin tamaşada bu konfliktin 

daxili gərginliyi çox az hiss olunur. Mədəni və bacarıqlı bir rejissor olan Haşımov əsərdəki 

konfliktin qabarıq surətdə meydana çıxması, surətlərin kamilləşməsi məsələlərində müəllifə daha 

da artıq kömək edə bilərdi. Tamaşada hiss olunur ki, o, müəllifin yazdıqlarını hərfən göstərməyə 

səy etmişdir. 

Başqa tənqidi məqalələrdə qeyd olunduğu kimi, əsərdə bir sıra artıq hadisələr var ki, bunlar 

tamaşanın bədii keyfıyyətinə heç bir şey əlavə etmir. Məsələn, Camalın, Məmməd Rza kişinin 

oğlu olması münasibətilə yekə bir vanna gətirməsi, Yevdakiya Petrovnanın dalda gizlənib Camal 

ilə Səfurənin söhbətinə qulaq asması, əkizlərin yerli-yersiz gəlişləri, birinci şəkildə Camalın 

Fəridəni qucağına alıb gətirməsi, qarpız məsələsi, 65-70 yaşında bir adam olan Məmməd Rza 

kişinin təzə uşağı olması və onun bu uşağı qucağına alıb səhnədə gəzdirməsi və s. 

Tamaşanın bədii tərtibatı yaxşıdır. Rəssam Yefımenkonun xidməti qeyd edilməlidir. 

Göstərilən bütün nöqsanlarına baxmayaraq, «Xəzər üzərində şəfəq» əsərinin Azərbaycan Dövlət 

Rus Dram Teatrında tamaşaya qoyulması təqdirəlayiq bir hadisədir. 

«Xəzər üzərində şəfəq» dramaturq İmran Qasımovun öz yaradıcılığında xeyli inkişaf etdiyini 

göstərir və onun gələcəkdə daha da mükəmməl səhnə əsərləri yaradacağına ümid verir. 



 

«Azərbaycan gəncləri» qəzeti, 11 iyun 1950-ci il. 

 

 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə