Xəzərin bioloji müxtəlifliyi üzrə müəllimlər üçün tədris posterlərinin istifadəsinə aid metodik-informasiya vəsaiti



Yüklə 0,75 Mb.
səhifə1/5
tarix10.11.2017
ölçüsü0,75 Mb.
#9574
  1   2   3   4   5

Xəzərin bioloji müxtəlifliyi üzrə tədris posterlərinin istifadəsinə aid müəllimlər üçün metodiki-informasiya vəsaiti.
Vəsaitin mündəricatı.
Müqəddimə................................................................................................................. 2
Azərbaycanın Xəzər hissəsində biomuxtəlifliyin vəziyyətinin icmalı................... 3

Biomüxtəliflik nədir və əhəmiyyəti nədən ibarətdir?............................................ 4

Davamlı inkişaf nədir?.............................................................................................. 5
Müasir məktəbdə davamlı inkişaf və bioloji müxtəlifliyin

qorunması naminə təhsil.......................................................................................... 7
Effektiv təlim üçün effektiv tədris texnologiyaları.

Tədris və təlim metodikası....................................................................................... 8
Posterlərin istifadəsinə dair metodiki və informasiya materialları.

Poster 1. Biomüxtəliflik nədir və əhəmiyyəti nədən ibarətdir? ............................. 16

Poster 2. Biomüxtəliflik necə işləyir?........................................................................ 20

Poster 3. Xəzərin biomüxtəlifliyinin vəziyyəti necədir?.......................................... 22

Poster 4. Biomüxtəliflik problemini nə yaradır?..................................................... 26

Poster 5. Biomüxtəlifliyin qorunmasına biz necə kömək edə bilərik..................... 31
Əlavə məlumatı necə əldə etmək olar?...................................................................... 34
Biblioqrafiya................................................................................................................ 34

Müqəddimə.

Əziz müəllimlər,

Xəzərin biomüxtəlifliyinə aid tədris materialları Böyük Britaniya hökumətinin “Darvin təşəbbüsləri” fondunun dəstəyi ilə bütün dünyada biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi layihənin nəticəsidir. Daha ətraflı məlumatı internet vasitəsilə www.field-studies-council.org veb-saytından öyrənə bilərsiniz.

FSC-təbiətdə təlim şurası - ekoloji qeyri-dövlət təşkilatı olub Xəzər Ekoloji Proqramı və Xəzər regionuna daxil olan hər bir ölkə ilə əməkdaşlıq edir:

Azərbaycan - Qafqaz üçün Regional Ekoloji Mərkəzi (REM Qafqaz layihə ofisi,

Bakı) )


İran - Cənubi Xəzər Ekoloji Elmlər İnstitutu

Qazaxıstan - Mərkəzi Asiya üçün Regional Ekoloji Mərkəzi (MA REM,

Almatı) və ekoloji təhsil ictimai təşkilatı (Karaganda)

Rusiya - Ekoloji təhsil mərkəzi (Həştərxan)

Türkmənistan - Xəzər qoruğu

Bu layihənin əhəmiyyətli nəticələrindən biri olan 5 böyük poster biologiya, coğrafiya və ekologiya fəndlərinin tədrisində əlavə tədris vəsaiti kimi Sizə təqdim olunur. Posterlər yerli şəraitə uyğun olaraq hazırlanmışdır və münasib quruluşa malikdir. Hər bir posterin informasiya bloku vasitəsilə açılan öz yarımsərlövhəsi vardır. Belə quruluş həm ayrıca tədris kursu üçün, həm də təbiət elmlərinin məktəb proqramı üzrə təsdiq edilmiş müvafiq mövzularının öyrədilməsində ayrı-ayrı blokların istifadəsi üçün yararlıdır.

Təqdim olunan metodiki – informasiya vəsaitində biz Xəzərin biomüxtəlifliyi üzrə tədris plakatlarının məktəbdə istifadəsinə aid konsepsiyanı göstərməyə çalışmışıq.

Burada siz Xəzərin müasir vəziyyəti, davamlı inkişafın nədən ibarət olması, biomüxtəlifliyin qorunması və davamlı inkişaf naminə təhsil haqqında məlumatlarla tanış ola bilərsiniz. Sizə məşğələlərin maraqlı keçməsi üçün bir necə interaktiv üsullar və çalışmalar, plakatla, dərslərin təşkili qaydaları barədə məlumatlar təqdim edəcəyik. Ümid edirik ki, internet-saytların və nəşrlərin əlavə edilən siyahısı dərs prosesində yeni informasiya axtarışında Sizə yardımçı olacaqdır.

Xəzərin biomüxtəlifliyi üzrə təqdim olunan materiallar Qazaxıstan Respublikası və Rusiya Federasiyasının təhsil nazirlikləri tərəfindən bəyənilərək orta məktəbdə əlavə təhsil vəsaiti kimi tövsiyə edilmişdir.

Bu layihə üzrə bütün materiallar həmişəlik olaraq Sizin məktəbə pulsuz verilir. Bununla yanaşı, 2007-2008-ci tədris ilinin sonuna kimi tədris materiallarının istifadəsinə dair öz rəyi və təkliflərinizi bizə göndərsəniz Sizə minnətdar olarıq.



Sizə təhsildə yeni uğurlar arzu edirik!

Layihənin təşkilatçıları.

Xəzərin biomüxtəlifliyi üzrə təhsil layihəsi, Darvin fondu.

Azərbaycanın Xəzər hissəsində biomuxtəlifliyin vəziyyətinin icmalı

Azərbaycanın flora və faunası Palearktikanın müxtəlif növəmələgəlmə mərkəzlərinin təsiri altında formalaşmışdır və bitki, heyvanlar aləminin zənginliyi, müxtəlifliyi ilə fərqlənir. Mürəkkəb geoloji, tarixi və müasir coğrafi-landşaft vəziyyətinə görə, həmçinin təsərrüfatının müxtəlif istiqamətlərdə inkişafı nəticəsində Azərbaycanın ərazisində keyfiyyət və kəmiyyətcə çox zəngin biomüxtəliflik formalaşmışdır. Ölkənin flora və faunası heterogendir. Azərbaycanın canlılar aləmi təkcə Aralıq dənizinin bitki və heyvanlarından deyil həm də Palearktika digər növəmələgəlmə mərkəzləri hesabına müasir vəziyyətə çatmışdır. Xarici mühitin biotik və abiotik amillərinin mürəkkəbləşməsi genetik və ekoloji biomüxtəlifliyin artmasına səbəb olmuşdur.

Azərbaycanın ərazisində ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlulardan ibarət 41000 növdən artıq bitki vardır ki, bu Qafqazın ümumi florasının 64% -ni təşkil edir. Bitki örtüyünün demək olar ki, bütün iri genetik taksonları: yosunlar, mamırlar, qıjılar, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər florasında təmsil olunur.

Hazırda, Azərbaycanın heyvanat aləminə birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin müxtəlif tiplərinə aid 18000 növ daxildir. Qurdlar tipi çox böyük bioloji müxtəlifliyə malikdir.

Bağırsaqboşluqlular tipi respublikanın su hövzələrində və quruda geniş yayılmışdır. Ölkə ərazisində 14 min növ həşərat, 1100- dən artıq hörümçəyə oxşar, 600 növdən artıq onurğalılar, 100 növ balıq, 9 növ suda-quruda yaşayan, 54 növ sürünən, 360 növ quş, 102 növ məməli heyvanlar məskunlaşmışdır.

Xəzər dənizinin sahillərindən keçən bir çox quşların və məməlilərin miqrasiya yolları, onların dayanacaq və qışlama yerləri böyük beynəlxalq əhəmiyyətə malikdir. Respublikanın unikal hidrofaunası vardır.

Xəzər dənizi – dünyada ən böyük göldür. Bu qapalı su hövzəsi buzlaşma dövründən başlayaraq digər dənizlərlə əlaqəsini itirmiş və üçüncü dövrə məxsus zəngin dəniz mənşəli flora və faunanı özündə qoruyub saxlamışdır. Xəzərin ekosistemi sonradan burada məskunlaşmış şirin su mənşəli canlılarla zənginləşmişdir.

Xəzərin faunası endemik cinslərin və növlərin böyük biomüxtəlifliyi ilə fərqlənir. Zooplankton və həmçinin dib faunası da yüksək endemizinə malikdir.

Xəzərin balıqlarını 17 ailə, 53 cinsə və 124 yarımnövə aid edirlər. Xəzərin ixtiofaunasının əsas xüsusiyyətlərindən biri burada çoxlu miqdarda endemik növlərin yaşamasıdır (4 endem cins, 31 endem növ və 45 endem yarımnöv). Endem balıqların böyük əksəriyyəti xulbalıqkimilər və siyənəkkimilər ailəsinə aiddir. Balıqların qədim filogenetik qrupuna daxil olan 7 növ və yarımnöv olan nərəkimilər Xəzərin əsas sərvətidir.

Xəzər dənizi dünyada yeganə su hövzəsidir ki, nərəkimilərin böyük hissəsi qorunub saxlanmışdır. Onlar sənaye ovlanması dünya üzrə nərəkimilərin ovlanmasının 90%- nı təşkil edir. Xüsusi mühafizə olunan ərazilərin yaradılması təbii komplekslərin, o cümlədən biomüxtəlifliyin qorunub saxlanmasının əsas üsuludur. Qoruq şəbəkəsinin yaradılmasının əsas məqsədi “təbii” yəni toxunulmamış ekoloji sistemlərin qorunmasını təmin edir.

Hazırda Azərbaycan Respublikasında 6 milli park (Hirkan, Ağ-göl, Altıağac, Abşeron, Şirvan, Akademik H.Əliyev adına), 15 dövlət qoruğu ( Eldar Şamı, Göy-göl, İsmayıllı, Pirqulu, Zaqatala, Türyançay, Şirvan, Bəsitçay, Qarayazı, Qaragöl, Şahbuz, Qızılağac, Ağgöl və s.) və 11 dövlət yaşaqlıqı yaradılmışdır. Bu respublika ərazisinin 7 % -ni təşkil edir. Bunlardan 2 qoruq (Qızılağac və Ağgöl) və 7 yaşaqlıq (Şəki, Ağ-göl, Uluduz, Qusarçay, Bərdə, Abşeron və Gil) – ornitoloji; Şirvan, Bəndivan, Korçay, Qubadlı, Ordubad, İsmayıllı, İlisu, Eldar Şamı, Şahbuz) – botaniki əhəmiyyətlidir. Yalnız Kiçik Qızılağac yaşaqlıqı – ornito-ixtioloji xüsusiyyətə malikdir.

Digər qorunan ərazilər canlıların bütün növləri üçün əhəmiyyətlidir.

Azərbaycanın bütün örtuyinə 800 növdən artıq dərman bitkiləri, 825 növ efiryağlı, 200 növ kauçuk, 460 növ boyaq, 400 növ vitaminli, 150 növ meyvə və giləmeyvə bitkiləri daxildir.

Heyvanat aləminin müxtəlifliyi qiymətli ərzaq məhsulları, xəz-dəri, farmakologiya, yüngül sənaye, ovçuluq təsərrüfatı sahələri üçün əhəmiyyətli mənbədir. Vətəgə balıqları

respublikanın ixtiofaunasının 40% nı təşkil edir. Bunlardan daha əhəmiyyətlisi nərəkimilər və qızılbalıqlardır.

Ornitofaunanın 40% -dən çoxu həvəskar ovçuluğun əsas obyektidir (ördək, qaz, qaşqaldaq, kəklik, bildirçin və s.). Bir çox məməlilərin xəz dərisindən istifadə edilir (tülkü, canavar, çaqqal, qamışlıq pişiyi, dələ, dovşan və s.)

Hazırda Azərbaycanda biomüxtəlifliyin qorunması qanun və sərəncamlarda, Dövlət proqramlarda öz əksini tapmışdır. Azərbaycanda bioloji müxtəlifliyin qorunması məsələləri ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsi sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikası 2000-ci ildən “Bioloji müxtəliflik haqqında” Beynəlxalq konvensiyaya qoşulmuşdur, Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə “Ekoloji cəhətdən Dayanıqlıq Sosial-iqtisadi inkişafa dair milli proqram” (2003 il), “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qoruması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət planı” (2006 il) təsdiq edilmişdir. Azərbaycan Respublikada qəbul olunmuş “Təbiəti mühafizə və təbii ehtiyatların istifadəsi” (1992 il), “Heyvanlar aləmi haqqında”(1999 il), “Balıqçılıq haqqında”(1998 il) və digər Azərbaycan Respublikası Qanunlarında canlıların genetik ehtiyatlarını qorunması, biomüxtəlifliyin səmərəli istifadəsi öz əksini tapmışdır.

Biomüxtəlifliyin mühafizəsinin elmi-fəlsəfə konsepsiyası bitki və heyvanların genetik müxtəlifliyinin və təbii ekosistemlərinin tamlığının qorunub saxlanmasına xidmət edir. Bu o deməkdir ki, biz ölkə ərazisində mövcud olan bütün bioloji növləri və yarımnövləri qorumağa borcluyuq. Eyni zamanda təkcə növlərin deyil, təkamül prosesində yaranmış təbii komplekslərin mühafizəsi vacib şərtlərdən biridir.


Biomüxtəliflik nədir və əhəmiyyəti nədən ibarətdir?

Başlanğıcda həyat çox sadə olmuşdur. Mövcud olan varlıqlar atmosfer havası, su və günəş işığından (fotosintez) istifadə edərək öz qidasını istehsal edən birhüceyrəli canlılardan ibarət idi.

Bu varlıqlar sonradan hannibala çevriləcək digər canlılarla qidalanmağa başladılar. Bu isə yeni həyat formalarının (növlərin) yaranması və bioloji müxtəlifliyin artması ilə nəticələndi. Bəzi canlılar müxtəlif həyat şəraitinə çox gec uyğunlaşaraq su mühitində müxtəlif yerləri tutdular. Daha sonra həyat quruya çıxdı və yeni uyğunlaşma prosesi yeni heyvan və bitki növlərinin yaranmasına səbəb oldu. Canlılar arasında qarşılıqlı münasibət “nə ilə qidalanacaqdır?” prinsip üzrə qurulduğuna görə təkamül prosesi zəncirvarı reaksiya formasında həyatın piramidasını yaratdı.

Bu piramida növlərin mürəkkəbliyini və onların bioloji kütləsi arasında əlaqəni əks etdirir. Həyat forması nə qədər mürəkkəbdirsə, piramidanın zirvəsinə bir o qədər yaxındır. Həyat forması nə qədər sadədirsə və çoxdursa bir o qədər piramidanın özülünə yaxınlaşır. Külli miqdarda müxtəlif sadə həyat formaları (bakteriyalar, fitoplankton, zooplankton və s.) piramidanın aşağı pillələrində yerləşir. Onlar nəinki biri-birinin, həm də daha yüksək səviyyədə duran canlıların qidasını təşkil edir. Başqa sözlə desək adı həyat formalarının əksəriyyəti daha yüksək pillədə yerləşmiş mürəkkəb növlərin qidasını təşkil edir. Bu cür asılılıq zirvəyə doğru davam edir, lakin buradakı mürəkkəb varlıqların sayı və biomüxtəlifliyi nisbətən izdir (bax: diaqram).

Həyat piramidası.

Bu qaydadan müəyyən istisna halları da vardır və ən mürəkkəb növlər, ən sadə həyat formaları ilə qidalanır. Məsələn, nəhəng balina planktonla qidalanır. Nəzərə almaq lazımdır ki, müxtəlif tipli ekoloji sistemlərdə yaşayan bütün növlər nəinki biri-birindən, həm də ətraf mühitin sabitliyindən də asılıdır. Qidaya görə digər növlərdən asılılıq “qida zəncisi” və ya “qida toru” adlanır. Yanı, bütün növlər yaşamaq üçün qida zəncirinin halqaları və yaxud qida torunun seqmenti kimi bu və ya digər formada bir-birindən asılıdır.

Bunu belə də təsəvvür etmək olar. Müəyyən bir zaman dövründə mümkün olan qida əsasında yeni növlər yaranaraq özləri də ətraf mühitinin qida mənbəyinə çevrilirdilər. Bu dövrü

proses milyon illər ərzində davam edərək, yer üzərində həyatın müxtəlifliyini yaratdı. Yeni yaranan növlər artıq ekosistemlərdə mövcud olan yerləri tutaraq qida uğrunda yarışa qoşuldular. Təkamül prosesi zəifləyərək, yaşayış uğrunda mübarizə həyatın əsas tərkib hissəsinə çevrildi.

Hazırda bizim tanıdığımız həyat formaları mürəkkəb təkamül prosesinin nəticəsi olaraq yaranmışdır. Milyon illər ərzində yerli, regional və qlobal dəyişikliklərin baş verdiyi ətraf mühitdə bütün varlıqlar tarazlıqla yaşayır. Mikro və ya makro ekosistemləri təşkil edən elementlərin (bioloji və ya fiziki) istənilən dəyişikliyi (az, müvəqqəti və ya daimi olmasından asılı olmayaraq) ətraf mühitə birbaşa zəncirvarı təsirlərin artmasına səbəb olur. Bu təsirlər qısa, orta və uzun müddətli olmaqla bir çox hallarda neqativ, hətta təhlükəli forma alır.

İnsanın qidası praktiki olaraq müxtəlif bioloji mənbələrdən, yəni bitkilər, heyvanlar və bəzi minerallardan asılıdır. Məhz buna görə də yer üzərində həyatın təbii tarazlıqda davam etməsi üçün insan bioloji müxtəlifliyi müdafiə etməlidir. Sadə və ya mürəkkəb olmasından asılı olmayaraq istənilən növ bəzən bizim anlaya bilmədiyimiz tərzdə belə təbii tarazlığın saxlanmasında mühüm rol oynayır. Təbiətdə tarazlığın pozulması bizi əhatə edən mühitdə naməlum, çox vaxt gözlənilmədən, dəhşətli fəlakətlərə gətirib çıxara bilər.

İnsan ətraf mühiti çirkləndirməklə, təbii ehtiyatları istismar etməklə, gen səviyyəsində təhlükəli oyunlara girişməklə biomüxtəlifliyə böyük zərər verir və təbiətdə tarazlığı pozur. Artıq ətraf mühitə xeyli ziyan dəysə də, alimlər inanırlar ki, öz davranışımızı dəyişməklə və harmonik həyat tərzinə keçməklə, biz bəlkə də hazırkı dağılma prosesini geriyə çevirməklə yer üzərində həyatı, o cümlədən öz həyatımızı xilas edə bilərik.
Davamlı inkişaf nədir?

«Davamlı inkişaf mahiyyətcə təkcə ətraf mühiti deyil, daha çox bəşəriyyətin mövcudluğunu təmin edən təbii sistemlərlə insanlar arasında kövrək tarazlığı qoruyub saxlamaq üçün cəmiyyətdə müntəzəm islahatlar aparmaq bacarığını əks etdirir.» (Hamm və Multaq).

Təqdim olunan vəsait Xəzərin biomüxtəlifliyinin tədrisində sizə köməklik məqsədilə hazırlanmışdır. Tədrisin effektivliyini artırmaq üçün siz biomüxtəlifliyi davamlı inkişaf çərçivəsində öyrətməlisiniz.

Biomüxtəlifliyin tədris olunmasının ən mühüm səbəblərindən biri də odur ki, planetin davamlı inkişaf vasitəsilə saxlanması üçün biomüxtəlifliyin və onun qorunmasının dərk edilməsi zəruridir.

Beləliklə, davamlı inkişaf nədir? 10 ildən artıqdır ki, bəşəriyyəti bu mövzu düşündürür. 1989-cu ildə BMT-nin komissiyasının sədri, Norveçin baş naziri Bruntland öz çıxışında ilk dəfə bu termindən istifadə edərək müzakirələrə başladı. 1992-ci ildən Rio-de-Janeyro şəhərində BMT-nin ətraf mühit və inkişaf üzrə keçirilən Beynəlxalq Konfransında dünyanın əksər liderlərinin və nəhəng transmilli inhisarların başçıları sivilizasiyanın inkişafında yeni mərhələnin başlandığını qeyd edərək davamlı inkişaf barədə razılığa gəldilər.

Davamlı inkişafın mahiyyəti barədə dünyada bir çox fikirlər və təkliflər (bəzi alimlərin fikrincə 300 dən artıq) mövcud olduğuna görə aşağıdakı ümumi tərif qəbul edilmişdir:

Davamlı inkişaf elə inkişaf deməkdir ki, gələcək nəsillərin öz tələbatlarını təmin etmək imkanını təhlükə altında qoymadan indiki nəslin tələbatını ödəsin.

Başqa sözlə, bu inkişaf gələcək nəsillər üçün təhlükəli olmamalıdır. Sirr deyil ki, hazırkı dövrdə bizim həyat tərzimiz bir növ kimi nəinki insanın öz varlığını, ən müdhiş proqnozlara görə Yer kürəsinin mövcudluğunu təhlükə altında qoyur. Bununla belə, güman edilir ki, vəziyyəti yaxşılığa doğru dəyişmək mümkündür. Bu yalnız davamlı inkişaf prinsiplərinə riayət etdiyimiz halda mümkün ola bilər. Bəzən təsəvvür edilir ki, bu çox sadədir, ətraf mühiti çirkləndirməsək, yəni müxtəlif səviyyələrdə tullantılara yox desək, problem həll olunar. Lakin davamlı inkişaf baxımından bu birtərəfli yanaşmadır. Çünki davamlı inkişaf 3 tərkib hissədən: sosial, iqtisadi və ekoloji komponentlərdən ibarətdir. İqtisadi inkişaf (iqtisadi komponent) bizim maddi və mənəvi ehtiyaclarımızı, sosial komponent-mənəvi və sosial tələbatımızı, ekoloji komponent-iqtisadi və sosial inkişafın sərhədlərini təyin edir.

Belə bir sual meydana çıxır; «Belə inkişafı kim təmin edə bilər?» və «İstənilən ölkənin adi vətəndaşı yaxşılığa doğru dəyişmə prosesində iştirak edə bilərmi?

XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi ilə bağlıdır. Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə hüquqi baza yaradılmışdır. RİO konfransından keçən müddət ərzində əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində 20-dən çox qanun qəbul edilmişdir.

«Əhalinin sağlamlığının qorunması haqqında» ətraf mühitin mühafizəsi haqqında», «Bitki mühafizəsi haqqında», «Heyvanlar aləmi haqqında», «Ekoloji təhlükəsizlik haqqında», «Əhalinin ekoloji təhsili maarifləndirilməsi haqqında» və Azərbaycan Respublikasının Qanunlarını misal göstərmək olar. «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair «Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ekoloji problemlərlə yanaşı cəmiyyətdə mövcud olan digər problemlərin də həll edilməsinə geniş imkanlar açmışdır. Azərbaycan Respublikası bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. BMT İnkişaf Proqramının dəstəyi ilə 1995-ci ildən etibarən hər il respublikada “İnsan İnkişafı Haqqında Məruzə” adlı illik toplu nəşr edilir. Dünya Bankının dəstəyi ilə Azərbaycanda Ətraf Mühitə Təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilmişdir. Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə beş Xəzəryanı ölkənin razılığı ilə 1995-ci ildə Xəzər Ekoloji Proqramı təşkil edilmişdir. 2001-ci il tarixində Bakı şəhərində “Xəzəryanı Ölkələrin Davamlı İnkişafı” mövzusunda I Beynəlxalq Konfrans keçirilmişdir. Burada, ilk dəfə olaraq, Xəzəryanı ölkələrin nümayəndələri, beynəlxalq inkişaf istiqamətində qlobal problemlərin həlli yolların birgə müzakirə etmişlər.

Bu suallara cavab vermək və real fəaliyyətə keçmək üçün BMT-nin 1992-ci il konfransında «XXI əsr gündəliyi»-179 ölkə tərəfindən ümumdünya fəaliyyət planı kimi bəyənildi. Bu, XXI əsrdə dövlət siyasəti və iqtisadiyyatın inkişafı, həmdə fərdi qərarların qəbul edilməsi üçün təlimatı sənəddir.

Hər bir ölkə fəaliyyət planlarının tam həyata keçirilməsi üçün qlobal gündəliyin əsas prinsiplərinə uyğun olaraq yerli gündəliklər hazırlayır.

XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi ilə bağlıdır. Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə hüquqi baza yaradılmışdır. RİO konfransından keçən müddət ərzində əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində 20-dən çox qanun qəbul edilmişdir.

«Əhalinin sağlamlığının qorunması haqqında» ətraf mühitin mühafizəsi haqqında», «Bitki mühafizəsi haqqında», «Heyvanlar aləmi haqqında», «Ekoloji təhlükəsizlik haqqında», «Əhalinin ekoloji təhsili maarifləndirilməsi haqqında» və Azərbaycan Respublikasının Qanunlarını misal göstərmək olar. «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair «Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ekoloji problemlərlə yanaşı cəmiyyətdə mövcud olan digər problemlərin də həll edilməsinə geniş imkanlar açmışdır. Azərbaycan Respublikası bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. BMT İnkişaf proqramının dəstəyi ilə 1995-ci ildən etibarən hər il ölkədə “İnsan İnkişafı Haqqında Məruzə” adlı illik toplu həşr edilir. Dünya Bankının dəstəyi ilə Azərbaycanda Ətraf Mühitə Təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilmişdir. Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə beş Xəzəryanı ölkənin razılığı ilə 1995-ci ildə Xəzər Ekoloji Proqramı təşkil edilmişdir. 2001-ci il tarixdə Bakı şəhərində “Xəzəryanı ölkələrin davamlı inkişafı” mövzusunda I Beynəlxalq Konfrans keçirilmişdir. Burada ilk dəfə olaraq Xəzəryanı ölkələrin nümayəndələri beynəlxalq inkişaf istiqamətində qlobal problemlərin həlli yollarını birgə müzakirə etmişlər.

Müasir məktəbdə davamlı inkişaf və bioloji müxtəlifliyin

qorunması naminə təhsil.
Hər birimiz xoşbəxt həyat arzusundayıq. Lakin, biz unutmamalıyıq ki, hazırkı dövrdə bəşəriyyətin tələbatının ödənilməsinin və yüksək həyat səviyyəsinin təmin edilməsinin yeganə mənbəyi Yerin təbii ehtiyatlarıdır. Bəs bəşəriyyət hansı yolla Yer kürəsinin həyatı təmin etmək imkanı çərçivəsində yaşayaraq gələcək nəsillərin xoşbəxt həyat imkanını qoruyub saxlaya bilər? Belə suallara cavab vermək üçün davamlı inkişaf konsepsiyası yaradılmışdır.

Təbii ehtiyatların səmərəsiz istifadəsi, əhali artımı, təbiətə ziyan vurmaq, suyun, havanın və torpağın çirklənməsi, sosial ədalətsizlik-bütün bunlar bizim davamlı inkişaf prinsiplərinə riayət etmədən yaşadığımızı göstərir. Belə həyat tərzi uzun müddət davam edə bilməz. Dəyişikliklər müxtəlif olmalıdır. Əhəmiyyətli dəyişikliklərdən biri də təhsilin dəyişməsidir. Dünyanın təşkili barədə anlayış, davamlı gələcəyimizin necə olacağı və bizim cəmiyyətin davamlı inkişafa necə nail olması həyat əhəmiyyətli məsələlərdir.

Əgər siz təqdim olunan posterlərdən dərsdə istifadə etmək istəyirsinizsə, deməli siz müsbət dəyişikliklər tərəfdarısınız. Ümid edirik ki, bir neçə səhifəlik yazıda Sizin aşağıdakı suallarınıza cavab verə bilərik:


  • Davamlı inkişaf naminə təhsil strategiyasının həyata keçirilməsi nə üçün lazımdır?

  • Strategiyanın həyata keçirilməsində sizin məktəb necə iştirak edə bilər?

  • Davamlı inkişaf naminə təhsil (DİT) strategiyasını reallaşdırmaqla sizin məktəbiniz hansı üstünlüklərə nail ola bilər?

Davamlı inkişaf konsepsiyası heç də Yer üzərində yaşayan insanlardan sivilizasiyanın qazandığı dəyərlərdən əl çəkməyi tələb etmir. Davamlı inkişaf konsepsiyası təklif edir ki, insanlar təbiətdən yalnız dəqiq hesablayaraq təbiətin sonradan bərpa edə biləcəyi qədər götürsünlər.

Biz təbiətlə, ətrafımızdakı insanlarla münaqişəyə girmədən təbii ehtiyatlardan səmərəli istifadə etməli, hazırkı və gələcək dövrlərə uyğun, əsaslandırılmış qərarlar qəbul etməliyik.

Davamlı inkişafın əksər prinsipləri yerli səviyyədə hər kəsin iştirak etdiyi ictimai fəaliyyətlə əlaqədardır. Buna görə də bir çox ölkələrin alimləri təhsilin və maarifləndirmənin davamlı inkişaf ideyalarının həyata keçirilməsində xüsusi əhəmiyyətini qeyd edirlər.

Təhsil - insanların ətraf mühitə münasibətində, onların şüur və davranışında, həmçinin bütövlükdə cəmiyyətdə pozitiv dəyişikliklər vasitəsidir. (təhsilin keyfiyyətindən-həyatın keyfiyyətinə doğru).
Davamlı inkişaf naminə təhsil – məktəb proqramında uşaqlara DİT-barədə söhbət açan yeni fənn deyildir.

Davamlı inkişaf naminə təhsil-təhsilə yanaşmanın dəyişməsidir.

Müəllim üçün-bu biliklərin verilməsindən uşaqların fəal mənimsəməsi və əməli təcrübəyə yiyələnməsi üçün şəraitin yaradılmasına doğru addımdır.

Şagirdlər üçün isə bu - passiv məlumat toplanmasından fəal informasiya axtarışına, tənqidi düşüncə tərzi, məlumatın təcrübədə istifadəsi, ünsiyyət və fəaliyyətə doğru atılan addımdır.

Məktəb həyatının bütün aspektlərini yaxşılaşdırmaqla bu vəzifələri yerinə yetirmək mümkündür:

İstənilən fənnin tədrisində DİT-in əsas prinsiplərindən istifadə etmək olar:

1. Cəmiyyətdə, iqtisadiyyatda və təbiətdə qarşılıqlı əlaqələr.

2. Vətəndaşlıq, insanın hüquq və vəzifələri.

3. Gələcək nəsillərin tələbatı və hüquqları.

4. Mədəni, sosial və bioloji müxtəliflik.

5. Həyatın keyfiyyəti, bərabərlik və sosial ədalət.

6. Davamlı dəyişikliklər-ekosistemin xüsusiyətləri çərçivəsində inkişaf.

7. Proqnozlaşdırılan və gözlənilməz gələcək.

Əgər biz şagirdlərin gələcəkdə məlumatlı və fəal vətəndaş olması üçün onlarda daha yaxşı gələcək naminə zəruri olan dəyərlərin formalaşmasına, bilik və bacarıqların inkişafına kömək ediriksə, onların həmin bilik və bacarığı tədris prosesində istifadə etməsi üçün imkan yaratmalıyıq. Bu o deməkdir ki, aşağıdakı imkanları özündə birləşdirən təhsil şəraiti yaradılmalıdır:


  • İnformasiya axınında lazım olanı tapıb tənqidi qiymətləndirmək;

  • Öz nöqteyi-nəzərini ifadə edib müdafiə etmək;

  • Alternativ variantlar arasında əsaslandırılmış seçim etmək;

  • Birgə çalışmaq; qarşılıqlı münasibəti və razılığa gəlməyi öyrənmək; ünsiyyətdə

olmaq və demokratik qərarlara hörmətlə yanaşmaq;

  • Başqalarına qulaq asmaq və eşitmək;

  • İstənilən fəaliyyətin nəticəsini öncədən demək;

  • Məktəbin və cəmiyyətin həyatında məsuliyyətlə iştirak etmək.

Tədris və təlim metodikası.

Biz əminik ki, dərsin gedişatını təsvir etməsək də, siz bu posterlərdən istifadə edə bilərsiniz. Bəzi təkliflərimiz sizin üçün faydalı ola bilər.

Biz hər poster üçün 10 ideya təqdim edirik. Onlar elə tərtib olunmuşdur ki, tədris etdiyiniz fəndlə birbaşa əlaqələndirə bilərsiniz. Məşğələlər bir-biri ilə əlaqəli və ardıcıl keçirilir, lakin bütün məşğələlərin keçirilməsi məcburu deyil. Sadəcə olaraq tədris etdiyiniz fənnin proqramına uyğun olaraq birini və ya iksini seçə bilərsiniz.


1. Tədris prosesində posterlərdən necə

istifadə etməli

Posterin istifadəsinin 2 üsulu vardır. I-üsulla onlardan video və slaydların nümayişində zamanı olduğu kimi rəngli lövhə kimi istifadə edə bilərsiniz. Posterlərdən maksimal dərəcədə istifadə etmək üçün bütün şagirdlərə posterə yaxınlaşaraq ətrafında durmağı təklif edin. Lakin bu prosesi tez-tez təkrarlamaq məqsədəuyğun deyildir.

II üsul-qruplarda çalışmaların təşkilidir. Bu zaman şagirdlər fərdi olaraq posterə yaxınlaşıb lazımi informasiyaları yazaraq öz yerlərinə qayıdır və müzakirə edirlər. Şagirdlərin fikirlərini yazıb bizə göndərə bilərsiniz. Biz bu yazıları internet səhifəsində yerləşdirə bilərik.

Siz parterlərdən məktəb proqramının digər fənlərinin tədrisində də istifadə edə bilərsiniz. Posterlərdən təkcə sual-cavabda deyil, həm də dərsin daha məzmunlu keçməsi üçün istifadə edə bilərsiniz. Kiçik və orta yaşlı məktəblilər üçün ən maraqlı üsullardan biri də oyundur. Oyunun tərkibinə tədqiqatçılıq və praktiki iş elementləri daxildir. Siz şəraitə və fəaliyyətinizə uyğun oyunlar seçə bilərsiniz.
Şəxsiyyət yönümlü təlim

Əgər siz davamlı inkişaf, digər sözlə desək ətraf mühit və biomüxtəliflik haqqında yeni anlayışın əsas ideyasını tədris edirsinizsə, məktəblilərin təhsilinə yardım etmək üçün yeni üsullardan istifadə etməlisiniz. Tədrisdə və təlimdə yeni yanaşmalar tətbiq edilməlidir.

İnteraktiv üsullar davamlı inkişaf naminə təhsilin (DİT) tələblərinə daha çox uyğun gəlir. Bu üsullar uşaqlar üçün aşağıdakı imkanları yaradır:


  • Dərs prosesində fəal iştirak etmək:

  • Mənimsədikləri bilikləri digər şagirdlərə izah etmək;

  • Başqalarının etdiyi kəşfləri öyrənməkdən daha çox müstəqil kəşflər etmək;

  • Dərsin nəticələrini qrup halında və fərdi olaraq yerinə yetirmək.

Qrup halında interaktiv işin əsas prinsipi məktəbləri təfəkkür prosesinə cəlb etmək və yaranan suallara müstəqil cavab vermək imkanı yaratmaqdan ibarətdir. Təlim metodikalarına bəzi interaktiv yanaşmalara müvafiq olaraq, insan müstəqil olaraq qazandığı və dərk etdiyi biliyi

və təcrübəni də yaxşı mənimsəyir. Bununla əlaqədar təlimdə dövrü yanaşmadan istifadə etmək daha effektlidir. «İnformasiyanın eşidilməsi, oxunması, yadda saxlanması və biliyin yoxlanması» kimi sistemdən daha üstündür. Təlimin dövriliyinin bir neçə variantı vardır ki, bunlar «təcrübə-emosiya-dərk etmək-həyat paralellərinin axtarışı-təcrübənin həyatda tətbiqi» və ya daha sadə «fəaliyyət-refleks və ya icmal-plan» sxeminə əsaslanır.

Bu bölmədə məktəblilərə qruplarda işin təşkilinə yardımçı ola biləcək effektiv üsullar, tapşırıq və çalışmaların planlaşdırılmasında faydalı ola biləcək bir sıra ümumi və konkret ideyalar təqdim edilir. Əlbəttə biz yalnız ən mühüm çalışmaları təklif edirik.
2. Şəxsiyyət yönlümlü təlimə bəzi ümumi yanaşmalar

(a) Beyinə həmlə

Beyinə həmlənin qaydaları o qədər də mürəkkəb olmayıb hər kəsin fikrini öyrənib qeyd etmək üçün çox əlverişlidir. Siz müzakirə mövzusunu seçməlisiniz (məsələn, Xəzərin biomüxtəlifliyinin tükənməsi səbəbləri). Bundan sonra böyük bir vərəqdə və yaxud lövhədə şagirdlərin mövzuya aid fikirlərini qeyd etməlisiniz. Məktəblərin ifadə etdikləri ideyalar olduğu kimi qeyd olunmalıdır. İdeyalar toplanan zaman müzakirə olunur. Əgər fikir aydın deyilsə, yanında kiçik «ulduz» işarəsi qoyulur. «Beyinə həmlə» prosesi başa çatdıqdan sonra müəlliflər nəzərdə tutduqları ideyanı izah edirlər. Yazılanların qrup üçün aydın olmasını dəqiqləşdirmək çox vacibdir. Daha sonra, əgər ehtiyac varsa, oxşar ideyaları qruplaşdırmaq olar.
(b) Qar topası

Şagirdlər tapşırığın mövzusunu elan edin. Öncə hər kəs mövzu barədə fərdi olaraq düşünür və öz ideyalarını qeyd edir. Sonra məktəblilər cütlüklərə bölünərək ideya mübadiləsi edir və qeydlər aparırlar. Oxşar ideyalar bir dəfə yazılır. Hər qrupda 4 daha sonra 8 şagird çalışaraq ideya mübadiləsi edir. Yekunda qruplar öz ideyalarını böyük bir vərəqdə qeyd edərək lövhədən asırlar və öz fikirlərini izah edirlər.


(c) Xəritələşdirmə

Bu üsulla əksər uşaqların (xüsusilə azyaşlıların) rəsm çəkməyə böyük həvəsi istifadə etməklə daha çox informasiya toplamaq mümkündür, şagirdlər kiçik qruplara bölünür. Hər qrup bir xəritə çəkməlidir. Xəritədə müəyyən bir ərazi və ya problem təsvir olunmalıdır. Məs: Siz uşaqlarla birlikdə küçəyə çıxıb ərazinin xəritəsini çəkməyi və onların xoşuna gəlib-gəlməyən yerləri xəritədə təsvir etməyi tapşıra bilərsiniz.


(d) Paylama kartları

Bu çalışma aşağıdakı qayda üzrə aparılır:



  • Məktəblilərə paylama kartları verilir. (kiçik vərəqlər);

  • Müəllim sual verir;

  • Hər şagird öz cavabını kartda yazır;

  • Məktəblilər 2-3 nəfərlik qruplarda birləşirlər.

  • Qrup ümumi rəyə gəldikdən sonra cavabı ümumi kartda göstərirlər;

  • Məktəblilər 2-3 nəfərlik qruplara bölünürlər;

  • Ümumi kartda qrupun rəyini qeyd edirlər;

Sonra qruplar cütlüklərə bölünür və proses təkrar olunur.

Nəticədə məktəblilər birlikdə bir və bir neçə ümumi cavab tapa bilirlər.


(e) Rollu oyunlar

Rollu oyunlar zamanı iştirakçılar müəyyən bir rolu ifa edirlər. Belə oyunlar yaradıcılıq qabiliyyətini və fantaziyanı, düşüncə tərzini, təqdimetmə və problemə öz münasibətini bildirmək bacarığını inkişaf etdirir. Siz əmin olmalısınız ki, şagirdlərin öz rollarını yaxşı ifa etməsi üçün kifayət qədər məlumatı vardır.


(f) Rombvarı xananın doldurulması

Sizə kiçik kartlarda (vərəqlərdə) yazılmış 9 müxtəlif cavab və ya təklifdən ibarət konvertlər lazım olacaqdır. Bu cavablar istənilən öyrənilən mövzuya aid ola bilər (Məs; Xəzər dənizinin səviyyəsinin dəyişməsi). Hər bir iştirakçı cütlüyü üçün təkliflər qoyulmuş bir konvert nəzərdə tutulur. Şagirdlər qruplara ayrıldıqdan sonra hər qrupa içərisində 9 kart olan konvert verilir.

Qrupun üzvləri həmin kartları romb şəklində düzməlidir. (Şəkil 1)
Şəkil 1.
Belə ki, ən əhəmiyyətli təklif rombun zirvəsində yerləşdirilir.

Öz əhəmiyyətinə görə II dərəcəli təkliflər iki alt pilləyə yerləşdirilir. Daha sonra 3 kart rombun mərkəzinə qoyulur. Növbəti kartlar IV yerdə, nəhayət az əhəmiyyətli və ya nisbətən düzgün olmayan təklif sonuncu alt pillədə yerləşdirilir. Hər bir şagird cütlüyü qruplarda nəticələri digərləri ilə müqayisə edir və müzakirələr davam edir.


(g) Kiçik qruplarda iş barədə bir neçə söz

Konkret sualın və ya problemin cavablandırılması üçün yaradılan kiçik qruplar dərsdə maraqlı ideyaların və səmərəli təkliflərin sayının artmasına kömək edir. (Müzakirə zamanı kiçik qrupda iştirakçıların səsi sanki arı pətəyini xatırladır). Qruplarda 3-7 iştirakçı olur

Kiçik qruplar müxtəlif masa arxasında və ya müxtəlif otaqlarda çalışırlar. Hər bir sual problemin müzakirəsinə müəyyən vaxt ayrılır. Sonra qruplar öz ideya və cavablarını yekunlaşdırırlar. Sonda hazır işlər sinifə təqdim olunur.

Uşaqların kiçik qruplara ayrılması hər bir şagird üçün müzakirədə iştirak edib qərar qəbul etməyə imkan yaradır. Bu strategiya yeni şəraitdə məktəblilərə cəsarətsizliyin öhdəsindən gəlməyə kömək edir.

Şagirdlərin müzakirə etdikləri sualların düşündürücü olması və alacaqları nəticəni bilməkləri çox vacibdir. Əks halda müzakirə intizamsızlığa səbəb ola bilər. İlk məşğələlərin səs-küylü keçməsindən narahat olmayın. Bu üsuldan bir neçə dəfə istifadə etdikdə şagirdlər vərdiş edərək daha səylə çalışacaqlar.


3. Təlim oyunları.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə