Xəzərin bioloji müxtəlifliyi üzrə müəllimlər üçün tədris posterlərinin istifadəsinə aid metodik-informasiya vəsaiti


Qlobal ekosismlər nə üçün əhəmiyytlidir?



Yüklə 0,75 Mb.
səhifə4/5
tarix10.11.2017
ölçüsü0,75 Mb.
#9574
1   2   3   4   5

6. Qlobal ekosismlər nə üçün əhəmiyytlidir?

Şagirdlərlə 5-ci çalışmanı yerinə yetirərkən sadə bir eksperimentdə iştirak etməyi təklif edin.

1-ci və 2-ci parta sırasında oturan uşaqlara deyin ki, onlar ekosistemləri yaxşı vəziyyətdə olan ölkələri, 3-cü sırada oturanlar – kafi, 4-cü və 5-ci sıralarda oturanlar ekosestemləri böyük dağıntılarda məruz qalan ölkələri təmsil edirlər. 1-ci və 2-ci sırada oturan şagirdlərə havanı təravətləndirən aerozollar (çiçək ətiri) paylayın, bu həmin ekosistemlərdə yaranan oksigendir. Aerozolları bir neçə dəfə havaya çiləyin. Həmin «oksigen» yalnız 1-ci və 2-ci sırada qaldı? Əlbəttə yox, onu ekosistemi dağılmış ölkələr də aldı. Beləliklə, uşaqlar bu nəticəyə gəlirlər ki, biosfer hamının ümumi yaşayış məkanıdır. Ekosistemləri pozulmuş ölkələrdə yaşayan insanlar digər sabit ekosistemə malik ölkələrdə oksigenlə zənginləşən atmosferin hesabına yaşayırlar. Lakin ildən ilə həyatı təmin edən bu sistemin biosferin sərhədlərində davamlığını saxlaması getdikcə çətinləşir.

Həqiqətən, bizdə hər şey yaxşıdırmı? Bizim digər ölkələrin hesabına yaşaya biləcəyimiz ehtimal edilirmi? Şagirdlərə təklif edin ki, bu hekayəni tamamlasınlar. «Xəzər dənizinin ekosistemi ona görə dağılır ki, …»


7. Növlərin artması – bu yaxşıdırmı?

Posterdə meduzanın şəklinə baxın: bu Xəzər dənizinin yerli növü deyildir. O gəmilər vasitəsilə digər yerlərdən gətirilmişdir və canlı təbiətin digər növlərinə güclü təsir göstərir.

Çalışma: Aşağıdakı cümlələri böyük vərəqdə və ya lövhədə yazaraq şagirdlərdən onları ardıcıllıqla düzməyi xahiş edin.


  • Digər balıq növlərinin qidası çatışmır.

  • Meduzalar Xəzər dənizinə düşür.

  • Balıqların populyasiyası o qədər azalmışdır ki, axırda məhv ola bilər.

  • Balıqların qidası çatışmır, onların çoxalma problemləri var.

  • Balıqların qidasını digər heyvanlar da yeyir.

  • Balıqlar, xüsusilə də körpə balıqlar sayının azlığına görə məhv olurlar.


8. Quşların həyatında miqrasiya.

Bu çalışmanın məqsədi -11-14 yaşlı uşaqları quşların miqrasiyası, təbii miqrasiyaya mane olan səbəbləri və mümkün nəticələrlə tanış etməkdir. Bu çalışmadan biologiya dərsində istifadə etmək olar. Qeyd etdiyimiz kimi, Afrika və Asiya ölkələrindən şimalı Rusiyaya köçən quşların bir çox növləri Xəzər dənizindən dayanacaq kimi istifadə edir. Buna görə də Xəzərin ekosistemini öyrənərkən miqrasiya hadisələri və ona mane olan halları nəzərə almaq çox vacibdir.

«Miqrasiya» sözü yəqin ki, uşaqlar üçün yeni termin deyil-bu barədə televiziya verişlərində müntəzəm söhbət açılır. Uşaqlara tapşırın ki, heyvanlar aləmində və insan cəmiyyətində miqrasiya paralellərini tapsınlar, buna hansı amillərin təsir etdiyini göstərsinlər. Uşaqların cavablarını yekunlaşdırın:

Heyvanların miqrasiyası – dövrü yerdəyişmədir, məs: quşların isti ölkələrdən şimala köçməsi və ya qida çatılmazlığı, bataqlılaşma və digər təbii, antropogen amillərin təsiri altında miqrasiya. Bəzi quşlar yalnız gündüzlər, digərləri həm gecə, həm də gündüz miqrasiya edir.

Bu hadisə ilə daha yaxından tanış olmaq üçün qızıl qazı seçin. Əgər siz uşaqlarla birlikdə bu quşları müşahidə edə bilsəydiniz, məşğələ daha maraqlı keçərdi.

Qızıl qaz haqqında ədəbiyyatdan istifadə edin. Uşaqlara qızıl qazın miqrasiya marşrutu haqqında informasiya toplamağı tapşırın. İlin hansı vaxtında bu quş Sizin regionda olur?

Quşların həyatında dəstənin rolu haqqında bir neçə dəqiqəlik məlumat verin. Vaxt imkan verirsə quşların dəstələrə toplanmasının səbəblərini araşdırın. (yırtıcılardan müdafiə, qida axtarışında kömək, qaz dəstəsinin V-şəkilli formasının uçuşda küləyin müqavimətini azaltmaq üçün quşlar arasında əməkdaşlığın nümunəsi olması və s.).
Poster 4.

Biomüxtəliflik problemlərinin yaranmasının səbəbi nədir?

Giriş.

Biomüxtəlifliyin tükənməsinin əsas səbəbi-insanın fəaliyyəti nəticəsində yaşayış arealının dağılması və azalmasıdır. Bəzi hallarda təbii amillər də çox vacibdir. Biz bu amilləri dəyişə bilmərik, lakin gələcək proqnozlar üçün onları dərk etməliyik.

Bu poster uşaqlara insan fəaliyyətinin Xəzər regionunda biomüxtəlifliyin tükənməsinə təsirini izah etməkdən ötrü hazırlanmışdır. Posterin əsas ideyası müxtəlif amillərin biomüxtəlifllik problemlərini necə yaratdığını uşaqlara başa salmaqdan ibarətdir. Uşaqlar səbəbləri söyləməklə yanaşı Xəzər ekosisteminin elementləri ilə onların arasında qarşılıqlı əlaqəni və səbəb-nəticə əlaqələrini göstərməyi bacarmalıdırlar. Biz ümid edirik ki, posterdəki rəngi fotoşəkillər emosiyalar yaradaraq, biliklərin möhkəmlənməsinə kömək edəcəkdir.

Posterdə müxtəlif qrup şəkillər insan və təbii amillərin Xəzərin biomüxtəlifliyinə təsirini nümayiş etdirir. Fotoşəkillər elə seçilmişdir ki, Xəzərin biomüxtəliflik problemlərinin yaranma səbəblərini öyrənərkən həm təbii, həm də insanın tələbatının hədindən artıq artmasının yaratdığı sosial amillərin təsirini təhlil etmək mümkündür.


1.Təbii səbəblər.

Xəzər dənizinin səviyyəsinin dəyişməsi

Xəzər dənizinin səviyyəsi təbii amillərin təsiri altında daim dəyişir. 1977-ci ildə dənizin 20-ci əsrdə ən aşağı səviyyəsi -29,03 m qeydə alınmışdır. Lakin sonrakı illərdə suyun səviyyəsi kəskin artaraq, 1987-ci ildə 27,62 m-ə çatdı. 1995-ci ildə 26,61 m səviyyəsində stabilləşmə prosesi başlandı və sonrakı illərdə dəniz yalnız bir neçə sm aşağı endi. Hazırda Xəzərin səviyyəsi yavaş-yavaş dəniz səviyyəsindən aşağı 27,20 m-ə yaxınlaşır. Qeyd etmək lazımdır ki, Xəzərin səviyyəsinin dəyişməsi daha çox dəniz biotopuna təsir göstərir və dənizdəki canlıların həyat şəraitini dəyişir.

Bu dəyişikliklərin səbəbi məlum deyildir. Bu iqlimin dəyişməsindən,, çay sularının həcmindən və ya amillərdən asılı ola bilər.
2.Xəzərin biomüxtəlifliyinə təsir göstərənə sosial (antropogen) amillər

(a) Xəzərə tökülən çayların tənzimlənməsi.

Buraya bəndlərin və su anbarlarının tikilməsi aiddir. Bu bir çox ekoloji (problemlərin yaranmasına, o cümlədən çaylarda suyun həcminin və su rejiminin azalmasına, məs; bəndlərdə suyun axıdılmasına və su anbarlarında biogen qidalı maddələrin toplanmasına səbəb olur.


(b) gəlmə (introduksiya olunmuş) növlərin təsiri.

Bu növlər əslində Xəzərdə yaşamayıb kənardan gətirilənlərdir.

XX əsrdə ən çox Qara və Aralıq dənizindən gətirilən növlərin miqdarı olduqca artmışdır. Bu insanın fəaliyyəti nəticəsində Xəzər dənizinin digər dənizlərlə kanallar vasitəsi birləşdirilməsi ilə əlaqədardır. Misal olaraq, XX əsrin sonunda gəmilərin ballast suları ilə Xəzərə gətirilmiş 2 növ xərçəngkimilərini (Calanipeda aquaedulcis, Acartia clausi) və (Mnemiopsis leidyi) Dog’s Tail misal göstərmək olar. Xərçəngkimilərin 2 növü balıqların qidasına çevrilərək Xəzərin zooplanktonunun qiymətli tərkib hissəsinə çevrilmişdir. Dog’s Tail isə Xəzərin biomüxtəlifliyinə mənfi təsir göstərə külli miqdarda planktonla qidalanaraq balıqların qida mənbəyini məhv edir.
(c) Kimyəvi çirklənmə (məişət və sənaye).

Çaylara və göllərə atılan maye və bərk tullantılar sahilyanı zonanın çirkləndirir. Məişət və sənaye tullantılarından ibarət zibilliklər də çox vaxt qanunsuz olaraq çirklənmə mənbəyinə çevrilir. Çirkab suları Xəzəri çirkləndirir. Bəzi istehsalçılar çayları və dənizi tullantı yerinə çevirir. Fermerlərin istifadə etdirdikləri pestisidlər də dənizə axıdılır. Həddindən artıq istifadə edilən pestisidlərin, o cümlədən kimyəvi maddələrin artığı qrunt suları ilə yuyularaq dənizə tökülür. Bəzi kimyəvi maddələrdən qanunsuz istifadə edilir.
(d) Qeyri səmərəli təsərrüfat fəaliyyəti.

Xəzər dənizinin ətrafında torpaqların qeyri-səmərəli istifadəsi müxtəlif problemlərin yaranmasına səbəb olur. Ferma təsərrüfatları üçün meşələrin qırılması və aparılan tikinti işləri torpaqların böyük bir hissəsinin yuyulub Xəzərə axıdılmasına səbəb olur. Kənd təsərrüfatı üçün bataqlıqların qurudulması bataqlılaşmış təbii ərazilərin itirilməsi ilə nəticələnir. Digər tərəfdən turizmin inkişafı da təbii yaşayış məskənlərinin dağılmasına səbəb olur.


(e) Brakonyerlik və məhdudiyyətsiz balıq ovu.

Xəzərdə bir çox qiymətli balıq növləri məskunlaşmışdır. Bunlardan ən qiymətlisi nərə balığıdır. XX əsrin 90-ı illərində nərə balığının miqdarı indikindən 10 dəfə artıq idi. Beynəlxalq və milli qanunvericiliyin qəbul edilməsinə baxmayaraq brakonyerlik hələ də geniş yayılmışdır.
(f) Neft istehsalı və daşınması. Seysmoloji kəşfiyyat.

Dəniz neft istehsalının artması, Xəzərin şimalında qorunan sularda neftin çıxarılmasına başlanması və neftin tankerlər vasitəsilə daşınması Xəzərdə yaşayan bir çox növlərə və onların yaşayış mühitinə neqativ təsirin xeyli artmasına səbəb olur.

Neft bir çox iqtisadi və siyasi münaqişələrin əsas səbəbidir. Xəzərin və ətrafdakı ərazilərin neft yataqları 40-50 mlrd. bareldir. Potensial neft ehtiyatları 68-250 mld. barel həcmində qiymətləndirilir. Neft istehsalının artması Xəzərin və sahilyanı ərazilərin çirklənməsini hədsiz dərəcədə artıracaqdır. Bu isə Xəzərin biomüxtəlifliyinə və ekosistemlərə ciddi zərər vuracaqdır. Digər əsas neft mənbələrinin tükənməsini nəzərə alsaq yaxın gələcək üçün Xəzər əsas neft ehtiyatları mənbəyidir.

Bütün bunlar insanların fəaliyyəti nəticəsində yaranan regional problemləridir. Yaşadığımız ərazidə digər yerli amillər də ola bilər. Daha 2 mühüm məsələni də qeyd etmək lazımdır.

Birincisi odur ki, biz yaranmış problemlərdə özümüzü günahlandırmadan başqalarını günahlandıra bilmərik. İstehsalçı, biz istehlakçıların arzu etdiyini və ucuz qiymətə istehsal edir. Bizim maşınlarımız üçün benzin lazımdırsa, onu hardansa götürməliyik. Əgər biz benzin alırıqsa, onda çirkləndirmə zəncirinin bir hissəsinə çevrilirik. Biz çirkab sulardan xilas olmaq istəyirik və biz bundan ötrü pul ödəmək istəmirik. Bəs bu sular hara axıdılır-yenə də Xəzərə!

İkincisi, Xəzərə təsir göstərəcək digər qlobal problem-iqlimin dəyişməsidir. Sonuncu onillikdə insan fəaliyyəti nəticəsində «istixana qazların»nın tullantıları xeyli artmışdır. İqlimin dəyişməsinin Xəzərin biomüxtəlifliyinə təsiri tam öyrənilməsə də, alimlər belə hesab edir ki, temperaturun artması Xəzərə böyük təsir göstərəcəkdir.
Çalışmalar.

1. Mən biomüxtəlifliyə necə təsir edirəm?

Bu çalışma biologiya /ekologiya fənnini öyrənən 1-14 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.

Məşğələnin əvvəlində şagirdlərə belə bir suallara müraciət edin: «Siz biomüxtəlifliyin vəziyyətinə təsir edirsinizmi? Qısa müzakirədən sonra uşaqların diqqətinə çatdırın ki, onlar nadir növləri ovlamasalar da, meşələri qırmasalar da, bataqlılaşmış əraziləri qurutmasalar da onların həyat tərzi bütün bu dəyişiklərə səbəb olur. Bunu sübut etmək üçün belə bir tapşırıq verin.

İştirakçılar üçün resurs.

Həftə ərzində sənin və ailənin gördüyü işlərin siyahısını tut. Fikirləş: sənin həyat tərzin ölkədəki və dünyanın digər yerlərindəki biomüxtəlifliyə hansı birbaşa və dolayı təsiri göstərir.

Nümunəyə əsasən cədvəli tamamlayın. Bunun üçün əlavə ədəbiyyatdan istifadə et.




Mən və valideynlərim nə edirik?


Bimüxtəlifliyə bilavasitə və dolayı təsir.

Ayaqqabı, geyim alırıq

Xarici idman ayaqqabıları kenquru dərisindən hazırlanıb…

Ərzaq məhsulları alırıq.

Onları becərmək üçün canlı orqanizmə öldürücü təsir göstərən kimyəvi maddələrdən istifadə olunur…

Paltar yuyuruq




Hər həftə___ kq zibil atırıq




Mənim valideynlərim işləyir





2. Xəzərin biomüxtəlifliyinə nə təsir edir?

Bu çalışmanın məqsədi – uşaqları Xəzərin biomüxtəlifliyinin problemləri ilə tanış etməkdir.

Uşaqlardan posterə yaxınlaşmağı xahiş edin. Onlara xatırladın ki, poster 2-də onlar zəngin bitki və heyvanların biomüxtəlifliyi ilə tanış olmuşdular. Qarşıdakı posterdə nə gördüklərini uşaqlardan soruşun. Bu şəkillər nəyi göstərir? Qruplara bölünən şagirdlər hər bir şəkil üçün kartlarda başlıq yazmalıdırlar. Sonra onlar yazdıqları kartlardan birini digər qrupa göstərib bu başlığın hansı şəkilə aid olduğunu soruşurlar. Bütün fotoşəkillərin təsviri dinləndikdən sonra qruplara tapşırın ki, onları əhəmiyyətinə görə ardıcıllıqla düzsünlər (romb formasında düzüm üsulundan istifadə etmək olar).

Siz fotoşəkillərdən birini, regionunuz üçün daha vacib olanı seçib üzərində dayana bilərsiniz Məsələn: Neft haqqında danışarkən aşağıdakı suallara cavab verə biləsiniz.



  • Neft məhsullarının istifadəsi Xəzərin biomüxtəlifliyinin itirilməsinə necə səbəb ola bilər?

  • Xəzərdə neft istehsalı barədə nə bilirsiniz?

  • Dağılmış neft necə xarakterizə olunur?

  • Neftlə çirklənmə heyvanlara necə təsir edir? Neftlə bulaşmış quşun fotosunu göstərin və ya neftlə çirklənmə nəticəsində balıqların məhv olunmasının misal göstərin.

  • Bütün bunlarda mənim rolum nədən ibarətdir-əgər mən neftdən alınan məhsullardan istifadə edirəmsə, çirklənmədə mənim də günahım varmı?


3. Xəzər dənizinin səviyyəsi ilə nə baş verir və hansı qlobal proseslər buna səbəb olur?

Bu çalışmanın məqsədi uşaqları Xəzərin biomüxtəlifliyinə qlobal amillərin təsiri ilə tanış etməkdir.

Uşaqlardan xahiş edin ki, su altında qalmış evlərin fotoşəkilini nəzərdən keçirsinlər. Onlardan soruşun ki, şəkildə gördükləri nədir və bunun səbəbi nədir? Əgər onlar bu evdə yaşasaydılar özlərini necə hiss edərdilər. Xəzərin səviyyəsinin son 20 ildə necə dəyişməsi barədə uşaqlara məlumat verin. Elmi konfranslarda meteoroloqlar, hidroloqlar, hidrobioloqlar və ekoloqlar dənizin səviyyəsinin qalxmasını və yaşayış yerlərinin su altında qalmasını daim müzakirə edir, bu problemi həll etməyə çalışırlar. Lakin 10 ildən də az bir vaxt keçdi və Xəzər dənizinin səviyyəsi təbii yolla endi və evlərin su altında qalması problemi həll olundu.

Aşağıdakı sualları verin:



  • Dənizin səviyyəsi qalxarsa (artdığı zaman) sahilyanı zonaların yerüstü ekosistemləri və onların sakinləri ilə nə baş verər?

  • Dənizin səviyyəsi enərsə su ekosistemləri və onların sakinləri ilə nə baş verər?

  • Hansı canlılar daha tez uyğunlaşır: insanlar, heyvanlar və yaxud bitkilər?


4. Xəzər dənizini əhatə edən təbii ekosistemlərin biomüxtəlifliyin qorunmasında rolu.

Bu çalışma 12-14 yaşlı şagirdlər üçün nəzərdə tutulmuşdur və Xəzərin təbii biomüxtəlifliyinin qorunması üçün təbii ekosistemlərin qorunmasının vacib olduğunu əks etdirir.

Əvvəlcə uşaqlara məlumat verin ki, ekosistemdə olan qruplaşmalar tam və qarşılıqlı əlaqəli vəhdət təşkil edir.

Burada faydalı və ya zərərli heyvanlar, quşlar, həşəratlar yoxdur. Hətta tullantılar da yoxdur! Yırtıcılar və onların qurbanları bir-birinə qarşılıqlı olaraq uyğunlaşmışlar. Bu və ya digər səbəblərdən baş verən iqlim dəyişiklikləri bu əlaqələrin davamlığına təsir edir. Xırda, azsaylı və insanın nöqteyi nəzərindən zərərli növlər çox vaxt müəyyən vaxta qədər nəzərə çarpmır, lakin vaxt ötdükcə növ tərkibinin yoxsullaşmasına və ekosistemin dağılmasına deqradasiyasına gətirib çıxarır.

Uşaqlara söyləyin:


Biosenoz (bios – həyat, koinos-ümumi)- ətraf mühitin eyni şəraitində məskunlaşmış bitki, heyvan, göbələklər və mikroorqanizmlərin qarşılıqlı əlaqədə olan təşkil edilmiş qruplaşmasıdır.

Uşaqlardan soruşun:

1.Quruda olan ekosistemlərdə mühiti yaradan proseslərdə hansı növ orqanizmlər iştirak edir?

2.Hansı növ orqanizmlər su-bataqlıq ekosistemlərinin məhsuldarlığının artmasında iştirak edirlər?

3. Su bataqlıq və quru ekosistemlərinin vəziyyətinin yaxşılaşması Xəzər ekosisteminin vəziyyətindən nə cür asılıdır?

4. Çay ekosistemləri Xəzərin biomüxtəlifliyinin saxlanmasına necə kömək edir?

5. Uşaqlardan xahiş edin ki, şəkillərdə müxtəlif tipli ekosistemləri tapıb göstərsinlər. Soruşun: onlar necə düşünürlər, iqlim şəraiti istiləşməyə və ya soyumağa doğru dəyişərsə, ekosistemlər necə inkişaf edər?

Mavi rəngli kağızdan Xəzərin su dalmalarını kəsib düzgün cavaba görə uşaqlara paylayın. Damlanın ölçüsü cavabdan asılı olaraq böyük və balaca ola bilər. Uşaqlara deyin ki,

indi onlar Xəzərin mühafizəçiləridir və Xəzər dənizinin canlı orqanizm kimi fəaliyyət haqqında bildikləri gələcəkdə onu unikal təbii sistem kimi qoruyub saxlamağa kömək edər.
5. Biz Xəzərdən uzaqdayıq, lakin biz ona təsir göstəririk.

Bu çalışmanın məqsədi-Xəzərin ətrafındakı yerüstü çay ekosistemləri ilə Xəzər arasında əlaqələri nəzərdən keçirməkdir. Uşaqlardan xahiş edin ki, posterə yaxınlaşsınlar və quru dəniz ekosistemləri arasında əlaqəni tapsınlar. Deyin ki, Xəzərin ətrafında təbii ekosistemlərin insan tərəfindən dağıdılması, dənizin biomüxtəlifliyinin itirməsinin səbəblərindən biridir.

Bu suala cavab vermək üçün uşaqlarla birlikdə yada salın, çay ekosistemlərinin sakini olan hansı heyvanlar həyatının müəyyən bir dövründə Xəzərə keçir? Hansı heyvanlar dəniz ekosistemlərində yaşayır və öz həyatının müəyyən bir dövründə çay ekosistemlərinə keçir? Bu nə ilə əlaqədardır? Nərəkimilərin kürüləmə dövründə çay boyunca yuxarı hərəkəti zamanı populyasiyada miqdarı necə dəyişir? Onlar yol boyu hansı manələri dəf edirlər? (bəndlər suayırıcıları, brakonyer torları və s.). Bu mövzunu daha da genişləndirmək olar.

Sonra uşaqlara tapşırın ki, növbəti məşğələyə aşağıdakı mövzular üzrə məlumatlar hazırlasınlar:

-Xəzərin duzlu sularından və həm də şirin sulu çay ekosistemlərindən həyatı boyu istifadə edən balıqlar haqqında:

-Su – bataqlıq ekosistemlərindən dəniz sahilinə miqrasiya edən quşlar haqqında:

- Müxtəlif qitə ekosistemlərindən Xəzərin cənubuna miqrasiya edən quşlar haqqında və s.

Bu mövzular üzrə çıxışlar dinlənildikdən sonra uşaqlardan xahiş edin ki, posterdə insanın təbii ekosistemləri dağıtmasını əks etdirən fotoşəkilləri tapsınlar.

Soruşun ki, uşaqlar özləri Xəzərə nə cür təsir göstərirlər? Məs: onların evlərindən çıxan çirkab suları hara axıdılır.
6. Qlobal təsir.

Bu çalışmalar əvvəlki çalışmalarla əlaqədardır.

(a) Uşaqlardan xahiş edin ki, xəritəyə baxsınlar və neftlə əlaqədar şəkillərdə neftin Xəzərin biomüxtəlifliyinə zərərli təsirini izah edin. Siz uşaqlardan soruşa bilərsiniz ki, bu təsir gələcəkdə yaxşılığa və ya pisliyə doğru dəyişə bilərmi? Yəqin ki, daha çox pisliyə doğru dəyişər. Neft getdikcə tükənmək üzrədir, lakin o bizə yenə də lazımdır. Buna görə də neftlə zəngin olan ölkələr daha da dövlətli olmaq üçün daha çox neft ixrac edirlər. Neft kəmərlərinin hara getdiyini xəritədə görürsünüz. Maşından istifadə edən və benzin sərf edən hər kəs Xəzərin problemlərinin yaranmasında müqəssirdir. Uşaqlardan xahiş edin ki, adi insanlarla Xəzərin biomüxtəliyinin tükənməsi arasında əlaqəni əks etdirən poster çəksinlər.

(b) Tullantıların istehsalı diaqramını nəzərdən keçirin. Uşaqlardan xahiş edin ki, onun əsas ideyasını təsvir etsinlər. Bu, bizim məhsul istehsal olunan zaman biomüxtəliliyi məhv etməyimizlə, faydalı qazıntılar çıxararkən mühiti çirkləndirməyimiz və nəhayət, 100 illər ərzində çürüməyən tullantıları torpağa atmağımızla əlaqədardır.

(c) Temperatur və tullantıları qrafikinə baxın. Bu qrafik göstərir ki, iqlim dəyişir və BIZ atmosferə buraxılan tullantılar vasitəsilə onu dəyişirik. Siz sinifdə deyə bilərsiniz ki, iqlim dəyişikliklərinə görə Yer kürəsi getdikcə istiləşir. Onlardan xahiş edin ki, bunun gələcəkdə Xəzərə təsirini təsəvvür etsinlər. Məs: Səhraların sayı arta bilər.
7. Ekoloji teleşou

Çalışmanın məqsədi-Xəzərin biomüxtəlifliyi probleminə müxtəlif nöqteyi-nəzəri uşaqlara nümayiş etdirməkdən ibarətdir.

Teleşoudan bir neçə gün əvvəl Xəzərin biomüxtəlifliyinin tükənməsinə təsir edən amilləri yazıb uşaqlara paylayın. Şagirdlər ekoloq rolunda çıxış edirlər. Şounun aparıcısını seçin. Uşaqların bir hissəsi ekoloqların oppaneni olaraq ovçuların, balıqçıların, turizm biznesini, torpaq icarədarlarının, mal-qara sahiblərının və b. maraqlarını müdafiə edirlər. Qalan şagirdlər tamaşaçı

kimi verilişdə iştirak edə bilərlər. Aparıcının vəzifəsi yaxşı hazırlaşmaq və Xəzərin biomüxtəlifliyinə təsir edən problemləri yaradan amillər haqqında məlumatlı olmaqdır. O verilişi aparmaqla yanaşı həm iştirakçılara, həm də tamaşaçılara mürəkkəb suallar verməli, videofilmlər, audio və ya fotoşəkillər nümayiş etdirməlidir. Məs: neftlə bulaşmış quşları, təbiətdəki səslər yazılmış lenti (məs: quş, su, çay səsi və s.) Aparıcı göstərilən fraqmenti izah edərək sadə suallar verir. Məs: (neft biznesi nümayəndələrinə): Siz istərdiniz ki, bizim təbiət belə (neftlə bulaşmış quşlar) və ya bu cür (təbiətin səslərindən fraqment) görünsün. Bu cür hazırlıq şounun canlı keçməsinə kömək edir. Əlbəttə, neft sektorunun nümayəndəsi at və qoşqu arabası şəklini göstərib soruşa bilər: «Siz nəyə minmək istərdiniz, buna yaxud ona?» ( avtomobil şəkli).

Yekunda aparıcı və ya müəllim deməlidir ki, belə bir problem mövcuddur və əgər insanlar onun həlli yollarını tapmasalar, qiymətli təbii ekosistemlər itirilə bilər, təbiətdən istifadə edənlər isə müflisləşər. Buna görə də Xəzərin xilas edilməsi barədə birlikdə düşünməliyik.
Poster 5.

Posterin məzmunu.

Bu poster Xəzərin biomüxtəlifliyinə kömək etmək üçün müxtəlif üsulları əks etdirir. Bu üsullar qruplaşdırılmışdır. Bəzi işləri biz fərdi olaraq məktəbdə, bəzilərini isə cəmiyyətdə yerinə yetirə bilərik. Aydındır ki, fəaliyyət milli və beynəlxalq səviyyədə ola bilər. Mürəkkəbdir, elə deyilmi? Əsas məqsəd ondan ibarətdir ki, gənclər öz həyat tərzi üzərində düşünməli, təbiətin mühafizəsi istiqamətində fəaliyyətə həvəslənməlidirlər.

Şəxsiyyət səviyyəsində və daha yüksək səviyyədə fəaliyyət arasındakı tarazlığı qeyd etmək vacibdir. Məs: çirkab suları evlərdən Xəzərə tökülərək onu çirkləndirir. Lakin siz uşaqlara yuyunmağı qadağan edə bilməzsiniz! Uşaqlar siyasətçilərə məktub yazaraq çirkab suları təmizləyən zavodların tikilməsini tələb edə bilərlər.

Aşağıda bir neçə çalışma verilir. Biz tövsiyə edirik ki, uşaqlar posteri öyrənərək, özləri üçün nə edəcəklərini müəyyən etsinlər.


Çalışmalar.

1. Posterdəki fotoşəkillər üzrə bəzi çalışmalar.

(a) Brakonyerliyə görə həbs olunan insanın fotosuna baxın. Aşağıdakı sualları qruplarda müzakirə edin. Bu sualları müəllim və şagirdlərə müzakirə etməyə hazır olun.



  • Bu insan balıq ovuna görə brakonyerlik üstə tutulmuşdur. Siz necə düşünürsünüz: o nə fikirləşir və mühafizəçi nə barədə düşünür? Təsəvvür edin ki, onlar bir-birinə nə deyir?

  • Nə üçün bu kişi brakonyerliklə məşğul olmuş olur, onu nə məcbur edib?

  • Siz necə fikirləşirsiniz, bu insanın həbs olunmağı Xəzərin biomüxtəlifliyinin vəziyyətinə təsir edərmi?

  • Siz bu brakonyer kimi insanlara brakonyerliyi atmaqda necə kömək edərdiniz?

  • Bu cümləni müzakirə edin «Nə üçün həmişə yoxsul balıqçılar tutulur, nəyə görə daha böyük brakonyeri tutmaq üçün tədbir görülmür».

(b) Biomüxtəlifliyin mühafizə üsullarından biri qorunan məhsulların satışına qadağan qoyulmasıdır. Balıq kürüsünün şəklinə baxın: yaxın dövrə qədər BMT tərəfindən kürü satışına qadağan qoyulmuşdu. Bu yaxınlarda nərə balığının təhlükə altında olmasına baxmayaraq bu qadağan götürüldü. Öz qrupunuzda nərəkimilərin sayı artmayınca kürünün satışının qadağan olunmasının vacibliyini insanlara nümayiş etdirən poster təsvir edin. Şagirdlər öz aralarında razılığa gəlməlidirlər ki, valideynləri qorunan növləri almasınlar.


(c) Siz gələcəyi necə görürsünüz. Posterdə boz və parlaq rəngləri olan şəkilə baxın. Dəftərdə 2 sütundan ibarət cədvəl çəkin və şəkildəki surətlərin xarakteristikasını qeyd edin. Bu surətlər hansı gələcəyə aiddir? Siz gələcəyi necə görmək istərdiniz? Dünyada nə dəyişməlidir ki, gələcək sizin (görmək istədiyiniz kimi) arzuladığı kimi olsun?

Gələcəklə əlaqədar digər çalışmalar: Uşaqlardan xahiş edin ki, Xəzərin gələcəyini rəsmlərdə təsvir etsinlər. Beyinə həmlə üsulu ilə şagirdlərin gələcəyi necə görmək istədiklərini siyahıya alın.

(d) Qorunan ərazilərin yaradılması – bu biomüxtəlifliyin daha bir mühafizə üsuludur. Qorunan əraziləri təsvir edən Xəzərin xəritəsini nəzərdən keçirin. Nəzəri cəhətdən bu torpaqlarda heç bir tikinti işləri gedə bilməz.

Siz uşaqlara qorunan ərazilərin, nə olduğunu izah edə bilərsiniz və sonra bir neçə sualla onlara müraciət edin: Xəzəryanı hansı ölkələrdə qorunan ərazilər vardır, hansında yoxdur? Siz necə düşünürsünüz, bu niyə belədir? (məs: bəlkə bu neftlə əlaqədardır). Qorunan ərazilərlə digər sahil zonasının nisbətini müqayisə edin. Əgər siz Ekologiya naziri olsaydınız, öz ölkənizdə daha hansı əraziləri qoruq elan edərdiniz? Sinfinizdəki şagirdlər xəritədəki qorunan ərazilərin çatışmazlıqlarını söyləyə bilərmi? (mümkün cavab-bunlar quruda olanlardır. Bəs niyə suda olan qorunan ərazilər yoxdur?)

(e) QHT-nin fəaliyyəti Xəzərin müdafiəsi və əhalinin məlumatlandırılmasının səviyyəsini artırmaq üsuludur. QHT-nin fəaliyyətini əks etdirən şəkillərə baxın. Uşaqlardan soruşun, nə baş verir? Uşaqlar öz regionlarda Qeyri-Hökumət Təşkilatlarını tanıyırlarmı? Onlar öz ölkələrində QHT-nin loqosunun görüblərmi?

(f) Posterdə 2 mürəkkəb diaqram vardır. Onları sinifə izah etmək lazımdır. Onlar bizə əgər Xəzəri xilas etmək istəyiriksə, iqtisadiyyatımızı necə qorumalı olduğumuzu və bizim başqa tərzdə düşünməli olduğumuzu nümayiş etdirir. Dairəvi diaqram (dairələrlə diaqram) göstərir ki, bizim iqtisadiyyat ekoloji limitlər çərçivəsində fəaliyyət göstərməlidir. Məs: bizim təbii mühit yerləşdirə biləcəyi bütün tullantıları bizdən almışdır. Əgər biz mühiti çirkləndirməkdə davam etsək, onda planetimizi məhv edə bilərik. Beləliklə, diaqram göstərir ki, bu andan başlayaraq çirkləndirmə dayandırılmalıdır. Siz sinifdən xahiş edə bilərsiniz ki, yeni misallar göstərsinlər. II diaqram daha mürəkkəbdir. Onun əsas ideyası ondan ibarətdir ki, bizim təbii ətraf mühitdən aldığımız və ya istehsal etdiyimiz məhsullar dövrü olmalıdır. Məs: Əgər biz bioloji resurslardan istifadə ediriksə, onlar ətraf mühitə heç bir təsir göstərməməlidir, tamamilə emal edilməlidir-Tamamilə.


(g) Hər iki diaqrama ən yaxşı misal – bərpa olunan enerjidir. Külək mühərriklərinin fotoşəkilləri posterdə ona görə təsvir olunur ki, bərpa olunan enerjinin ətraf mühit üçün təhlükəsiz olduğunu və Xəzəri xilas edə biləcəyini nümayiş etdirsin, yəni gələcəkdə biz enerji almaq üçün neftdən asılı olmayacağıq.

BP şirkətinin veb-səhifəsi maraqlıdır. Bu onu göstərir ki, böyük biznes sektoru ekoloji istiqamətdə fəaliyyət göstərir və digər enerji mənbələrini maliyyələşdirir. Siz sinifə belə bir tapşırıq verə bilərsiniz: köhnə məhsulun yeni tərtibatını fikirləşib tapsınlar.

(h) Enidən dərk et, İmtina et, Azalt. Bu stimullaşdırma üçün açıqcadır. – Siz nə düşünürsünüz? Sinifdən soruşun bu açıqcanın əsas ideyası nədir?

(i) Beynəlxalq müqavilələr. Xəzər ekoloji proqramı bu çox mühüm bir təşkilatdır və Xəzərin Konvensiyasının yaradılmasına kömək etmişdir. Bu təşkilat bütün Xəzəryanı ölkələrin nümayəndələrindən təşkil olunmuşdur və Xəzər dənizinin mühafizəsi ilə məşğul olur.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə