Xidməti üzrə istifadəçi təlimatı



Yüklə 17,88 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü17,88 Kb.
#3985


        Elektron imza sertifikatı almaq üçün e-ərizə ilə müraciət elektron                       

 

 

 

xidməti          üzrə istifadəçi təlimatı 

 

1. Ümumi müddəalar 

1.1.Elektron xidmətin adı: Elektron imza sertifikatı almaq üçün e-ərizə ilə müraciət. 

1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət Elektron imza sertifikatı 

almaq 


üçün e-ərizənin qəbul edilməsini nəzərdə tutur. 

1.3. Elektron xidməti göstərən dövlət qurumunun adı

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnalogiyaları NazirliyininMəlumat 

Hesablama Mərkəzi. 

1.4. Elektron xidmətin digər icraçıları: "GoldenPay" şirkəti. 

1.5. Elektron xidmətin icra müddəti: Xidmətin göstərilməsinə görə nəzərdə tutulan 

ödəniş həyata keçirildikdən sonra sifariş verilən xidmət 3 iş günü ərzində icra olunur. 



2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi. 

2.1. Elektron xidmətin növü: İnteraktiv. 

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli. 

2.2.1. Ödənişin məbləği və ödəniş müddəti: 

E-imza sertifikatının alınmasına görə nəzərdə tutulan ödənişlər MHM tərəfindən 

təsdiq edilmiş tariflərə əsasən aşağıdakı məbləğlərlə müəyyənləşdirilmişdir: 

 

Müddəti 



Əhali üçün, AZN 

3 (üç) illik 

istifadə 

30,00 


Qeyd: Qiymətlərə ƏDV daxildir 

 

Ödəmə üsulu: internet vasitəsilə ödəmə, paypoint terminalları vasitəsilə ödəmə, 



poçt şöbələrində ödəmə (nəğd yolla). 



2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının vətəndaşları. 



2.5. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim 

olunma forması

-Şəxsiyyət vəsiqəsi (vəsiqənin seriya nömrəsi və fin kodu daxil edilir). 



3.Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar. 

İstifadəçi müqavilə şərtləri və istifadəçi təlimatı ilə tanış olaraq,"qəbul edirəm 

düyməsini yığdıqdan sonra ekranda xüsusi e-ərizə forması açılır. 

Bu dialoq pəncərəsində sifarişçi, şəxsiyyət vəsiqəsi haqqında informasiyanı daxil edir 

(ad, soyad, atasının adı, doğum tarixi, doğum yeri, sənədi təqdim edən təşkilat, 

şəxsiyyət vəsiqəsinin nömrəsi) 

Qeyd: Şəxsiyyət vəsiqəsində atasının adı sahəsində ata adından sonra "qızı" və ya 




"oğlu" sözləri varsa mütləq qeyd olunmalıdır (əks halda qeyd olunmasın). 

Gizli sual - (sual və cavab hissəsi) –Bu sahə mütləq sahədir. Seçilmiş gizli sual və 

gizli cavab sizin sertifikatınızla bağlı "157 Zəng Mərkəzi”ndən istifadəniz uçun 

nəzərdə tutulmuşdur. (Kartınız itərkən,bloka salınarkən,və s ).Qeyd edəcəyiniz gizli 

suala verəcəyiniz cavab ilə " 157 Zəng Mərkəzi"-nin operatoru Sizi daha asan 

identikləşdirəcəkdir. 

Gizli sual və gizli cavabın qısa və yadda qalan olması məqsədəuyğundur 



FİN kod - vətəndaşın şəxsiyyət vəsiqəsinin aşağı hissəsində yerləşən və sondan (bir 

rəqəm ötürülməklə) yeddi rəqəm hesab edilir. 



Telefon nömrəsi- Sertifikatla bağlı hər hansı sual yaranarsa əməkdaşlarımızın 

əlaqə saxlamaları üçün telefon nömrələri. 



Elektron poçt ünvanı – Daxil edəçəyiniz e-poçt ünvanı , sertifikatınızla bağlı sistem 

tətəfindən Sizə göndəriləcək bildirişlərin alınması və sənədlərin elektron imzalanması 

üçün nəzərdə tutulmuşdur. Yalnız ərizədə qeyd edilən elektron poçt ünvanı ilə 

sənədlərin imza edilməsinin mümkün olduğunu vətəndaş mütləq bilməlidir. 

Başqa e-poçt ünvanı ilə imzalama əməliyyatı həyata keçirə bilməz. Çünki bu ünvan 

sertifikata daxil edilir. 



Şəhər – yaşadığı şəhər qeyd olunur. 

Ünvan 1 və Ünvan 2 sahələri - Vətəndaşın yaşadığı ünvanın mətni böyük olduqda 

Ünvan 2 sahəsindən istifadə edilir. Çap zamanı ünvan mətni avtomatik olaraq bir 

sətirdə 

yazılır. Bu ünvan sertifikata daxil edilməklə yanaşı imza sahibinin Pin məktubunun 

üzərinə də yazılır 

İndeks - Vətəndaşın yaşadığı ünvana xidmət göstərən Poçt şöbəsinin indeksi qeyd 

olunur. 




Soyad, ad, atasının adı - bu sahədə qeyd edilən ad, soyad və ata adı imza sahibinin 

Pin məktubunun üzərinə yazılır. 



İsmarıcı almaq - burada vətəndaşın sertifikatları ilə bağlı Bildirişlərin 

e-poçtla alacağı qeyd edilir. 



Sertifikatı almaq istədiyiniz poçt ünvanı-----Bu sahədən istifadəçi  sertifikatı almaq 

istədiyi  "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən 

birini   seçməlidir. Bu Qeydiyyat Mərkəzləri Bakı şəhərində və Respublikanın bütün 

regionlarında mövcuddur. 

Sistem tərəfindən məlumatların doğruluğu avtomatik olaraq yoxlanılır. 

Fərdi məlumatlar doldurulduqdan sonra "Təhlükəsizlik kodunu daxil edin

sahəsinə ekranda görünən kod daxil edilir və "TƏSQİDLƏ " düyməsi yığılır. 

Avtomatik olaraq sistem tərəfindən məlumatların doğruluğu yoxlanılır. 

Hansı sətirdə səhv olarsa bu barədə məlumat verilir. 

3.1 Sorğunun qəbulu: 

Məlumatların doğruluğu sistem tərəfindən təsdiq olunduqdan sonra sifariş qəbul 

olunur və avtomatik sifariş nömrəsi və bildiriş formalaşır. Bildiriş səhifəsində 



istifadəçiyə sifarişi başa çatdırmaq üçün lazımi məlumatlar verilir. 

Sertifikatdan istifadə qaydaları ilə 

http://www.e-imza.az/ 

saytında tanış ola 

bilərsiniz.

__

 




Yüklə 17,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə