Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə1/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
  1   2   3   4   5   6   7   8   9   ...   113


 

 
ƏSGƏR   ƏHMƏD 
 
 
 
 
 
 
 
 
 
 
XII - XV  ƏSRLƏRDƏ  AZƏRBAYCANIN 
MƏNƏVİ  MƏDƏNİYYƏTİ 
(tarixi  etnoqrafik  araşdırma) 
 
 
Monoqrafiya  Bakı  Slavyan  Universiteti 
Elmi Şurasının (29 iyun 2012-ci il 30 saylı 
protokol) qərarı ilə çapa tövsiyə olunur. 
 
 
 
 
 
 
 
 
 
 
“Elm” nəşriyyatı 
BAKI - 2012 


 

 
 
Elmi  redaktorlar:       fil.e.n., dos. Rüstəm Rəsulov     
 
t.e.d., dos. Şirin Bünyadova 
 
 
Rəyçilər: 
 
f.e.d., prof. Niyazi Mehdi 
 
t.e.n., dos. Sevdagül Əliyeva 
 
h.e.n., dos. Sadir Məmmədov 
 
 
  
       
 
 
 
Əsgər  Əhməd.  “ XII-XV  əsrlərdə  Аzərbaycanın mənəvi 
mədəniyyəti”. Bakı-2012,  “Elm” nəşriyyatı, 372 səh. 
  
 
 
 
 
 
 
 
 
                                        
 
 
Əsərdə zəngin tarixi, ədəbi, dini-fəlsəfi qaynaqlar əsa-
sında XII-XV əsrlərdəki Azərbaycanın mənəvi mədəniyyəti 
haqqında  geniş  təsəvvür  yaradılır.  Monoqrafiya  orta  əsr-
lər dini-fəlsəfi, elmi-pedaqoji, musiqi, oyun-əyləncə düşün-
cəsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Kitab 
tarixçilər,  etnoqraflar,  dinşünaslar,  tələbələr  və  öz  milli 
mənəviyyat  tarixini  tanımaq  istəyən  geniş  oxucu  kütləsi 
üçün nəzərdə tutulur. 
 
 
 
 
İSBN 978-9952-453-29-4 
655(07)-2012 
 
 
  
© “Elm” nəşriyyatı 
©  Əsgər  Əhməd 


 

 
ÖN  SÖZ 
Hər  bir  xalqın  mədəniyyəti  onun  tarixinin  aynası  olub,  keç-
diyi  tarixi  inkişaf  yolunun  müəyyənləşdirilməsində  əhəmiyyətli 
rola  malikdir.  Xalqların  mədəniyyətinin  müxtəlif  aspektlərdən 
araşdırılması müasir humanitar elmlərin, o cümlədən də etnoqra-
fiya  elminin qarşısında duran vacib  məsələlərdəndir. Belə ki,  bu 
cür araşdırmalar xalqların tarixinin qaranlıq səhifələrinə aydınlıq 
gətirilməsinə  yardım  edir və onlar haqqında tarixi  yaddaşın  bər-
pasını təmin edir. Məşhur etnoqraf R.F.İts haqlı olaraq qeyd edir-
di ki, xalqın tarixi təkcə yazılı mənbələrdə deyil, həmçinin onun 
adət-ənənələrində,  bizi  əhatə  edən  aləm  haqqındakı  düşüncə  və 
təsəvvürlərində,  əmək  alətlərində,  geyim və  yeməklərində,  yaşa-
yış evlərində, qədim yaşayış məskənlərində, qədim qəbir abidələ-
rində, əfsanə və dastanlarında, etnos  tərəfindən  yaranıb  onu baş-
qalarından  fərqləndirən  mədəniyyətin  bütün  sahələrində  qorunur 
(1, 11). 
Etnoqrafiyanın  tədqiqat  obyekti  kimi,  mədəniyyət  mahiyyət 
etibarilə  tarixi  xarakterə  malik  olub,  köhnə  nailiyyətlərin  ötürü-
cüsü  və  eyni  zamanda  yeninin  köhnə  ilə  üzvi  əlaqəsində  özünü 
göstərir. 
Mədəniyyət - insanlar tərəfindən uzun əsrlər boyu yaradılmış 
və  toplanılmış  maddi  və  mənəvi  dəyərlər  sistemidir.  O,  özündə 
nailiyyətləri əks etdirərək, təkcə yaradıcılıq, istehsal, bilik mənbə-
yi  olmayıb,  həmçinin  insanların  müxtəlif  yönlü  tələbatlarının 
(əməli və intellektual) ödənilməsini təmin edən bir vasitədir. Mə-
dəniyyət,  eyni  zamanda  cəmiyyətin  ictimai,  siyasi,  iqtisadi,  mə-
nəvi ehtiyacları əsasında formalaşır. O, sivilizasiyaların və etnos-
ların  ayrılmaz  cəhəti  olmaqla  bərabər,  həm  də  xalqların  tarixi 
yaddaşıdır.  
Məlumdur ki, mədəniyyət maddi və mənəvi olmaqla bir-biri 
ilə sıx bağlı olan iki hissəyə ayrılır. Y.V.Bromley qeyd edirdi ki, 
maddi və mənəvi mədəniyyətin bölünməsi hər halda şərtidir, belə 
ki, insan əməyinin çox məhsulları eyni zamanda həm zehni, həm 
də fiziki əməyin nəticəsidir. İstənilən maddi əşya yaranmamışdan 


 

 
qabaq təsəvvürdə formalaşmalı, insan beyninin ideyası olmalıdır. 
Hər hansı ideya da başa düşülən olması üçün obyektivləşərək öz 
maddi  ifadəsini  (yazılı  formada,  təsviri  şəkildə,  memarlıq  və  s.) 
tapmalıdır (2, 50-51). 
Dünya mədəniyyətinin zənginləşməsində əhəmiyyətli rol oy-
nayan  Azərbaycan  mədəniyyəti  böyük  inkişaf  yolu  keçərək  özü-
nəməxsus milli-mədəni dəyərlər sistemi kimi formalaşmışdır. Bu 
baxımdan, xalqımızın mədəniyyətinin, o cümlədən mənəvi mədə-
niyyət  məsələlərinin  araşdırılması  Azərbaycan  etnoqrafiya  elmi-
nin  qarşısında  duran  çox  mühüm  və  aktual  problemlərdəndir. 
Araşdırma obyekti kimi götürülmüş XII-XV əsrlərdə mənəvi mə-
dəniyyətin  tarixi-etnoqrafik  baxımdan  tədqiq  edilməsi  orta  əsr 
Azərbaycan insanının düşüncə tərzini, mənəvi tələbatlarını, adət-
ənənələrini və bütövlükdə, mənəvi dəyərlər kontekstində mənzə-
rəni bərpa etməyə kömək edir.  
Orta  əsrlərdə  islam  dini  dünyagörüşünün  Azərbaycanda  ha-
kim mövqe tutması və həyatın bütün sahələrinə nüfuz etməsi, is-
tər-istəməz,  Azərbaycan  mədəniyyətinə  bu  və  ya  digər  formada 
təsir göstərmişdir. Eyni zamanda, çoxlu sayda Azərbaycan intel-
lektualı  bəşər  mədəniyyəti  tarixində  klassik  ərəb-müsəlman  mə-
dəniyyəti kimi tanınan mədəniyyətin yaranmasında və inkişafında 
iştirak  etmişdir.  Əslində  İslam  dininin  yayıldığı  arealda  bu  dini 
dünyagörüşü əsasında ortaq bir mədəniyyətin – müsəlman mədə-
niyyətinin yaranması İslam dinini qəbul etmiş müxtəlif xalqların, 
o  cümlədən  də  Azərbaycan  xalqının  iştirakı  və  birgə  səyi  ilə 
yaradılmış  bir  mədəniyyət  idi.  Bu  mədəniyyətin  Azərbaycan 
mədəniyyətinə müsbət təsiri də sözsüzdür. Ancaq həmin təsirlərə 
baxmayaraq,  Azərbaycan  mədəniyyəti  özünəməxsusluğunu  da 
qoruyub saxlaya bilmişdir. Məlumdur ki, hər bir mədəniyyət kon-
kret coğrafi məkanda, orada əsrlər boyu  yaşamış xalq tərəfindən 
yaradılır və inkişaf edərək həmin xalqın adı ilə bağlı olur. Həmin 
xalqın  özünəməxsus  dili,  adət  və  ənənələri  olduğu  üçün  burada 
yaranan  mənəvi  mədəniyyət  də  bu  amillərdən  asılı  vəziyyətdə 
inkişaf  edir.  Bir  sözlə,  azərbaycanlılar  İslamı  mənimsəsələr  də, 
özlərinin  milli  özəlliyini,  qədim  adət-ənənələrini,  əfsanələrini, 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə