Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə14/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

 
42 
 
 
 
 
Çövkən oyunu 
 
Böyük Azərbaycan şairi Nizami Gəncəvi öz əsərlərində, xü-
susilə də “Xosrov və Şirin” əsərində bu oyunun müxtəlif cəhətlə-
rinin təsvirinə geniş yer vermişdir:  
 
Xosrov gördü ki, o munis quşlar  
Çəməndə qumrudur, şikarda tərlan.  
Şirinə dedi: "Gəl at oynadaq,  
Bir az bu meydanda çövkan oynayaq".  
Xosrovun çövkanına top atdılar (10, 118). 


 
43 
 
Nizaminin bu oyunla bağlı təsvirlərində maraqlı məsələlərdən 
biri oyunda qızların  da iştirak etməsi  ilə əlaqədardır. Qeyd edək 
ki,  çövkən  oyununda  cəldlik,  fiziki  güc  və  məharət  tələb  edildi-
yindən, bir qayda olaraq bu oyun kişilər arasında keçirilirdi, yəni 
bu oyun kişi oyunları kateqoriyasına aid idi. Ancaq şairin təsvir-
lərində  bu  oyunda  qızların  oğlanlarla  bərabər  iştirak  etdiyi  vur-
ğulanır: 
  
O yetmiş qız dişi aslan kimi 
Şirinin yanına başı havalı gəldilər. 
Mərdlikdə hər biri bir İsfəndiyar idi, 
Ox atmaqda Rüstəm kimi bir atlı idilər. 
Çövkan oynamaqda elə cəld idilər ki
Fələyin çəmbərindən topu (yəni ayı) çalıb aparırdılar. 
Oxdanları sərvlərlə bağladılar. 
Sərv kimi yəhərin üstündə oturdular... 
Daha bundan qəfil idi ki, güclü və ciyərlidirlər
Meydanda at çalmaqda hünərləri var (10, 117-118). 
 
Çövkən  oyununda  qızların  iştirakı  ilə  bağlı  şairin  bu  təsviri 
dövrünün  reallıqlarını  əks  etdirmir  desək,  yəqin  ki,  yanılmarıq. 
Əvvəla,  yuxarıda  da  göstərdiyimiz  kimi,  çövkən  kişi  oyunları 
kateqoriyasına aid olub, kişilərə xas bir sıra keyfiyyətləri özündə 
birləşdirirdi. Bu, birinci növbədə oyun prosesində atın məharətlə 
idarə  edilməsi  ilə  bağlı  idi.  Çünki,  təxminən  2  saat  davam  edən 
oyun  zamanı  uzunluğu  90-150  metr  olan  meydançada  atın 
qaydalara  uyğun  idarə  edilməsi  ağır  və  zəhmətli  bir  iş  idi.  İkin-
cisi, oyun zamanı istifadə edilən uzunluğu 120-130 sm olan çöv-
kən ağacının uzun müddət əldə saxlanması və onunla zərbə vurul-
ması xeyli güc tələb edirdi ki, bu da qadın işi deyildi. Üçüncüsü, 
oyunun  estetikası,  tələb  olunan  cəldlik  və  fiziki  qüvvə  qadınlar 
üçün xarakterik deyildi.  
Orta əsrlərdə qızların çövkən oyununda iştirakını inkar edən 
digər başqa bir arqument isə qadınların yaşam tərzi, sosial statusu 
və islam faktoru ilə bağlı idi. Belə ki, orta əsrlərdə islam qayda-


 
44 
 
qanunlarının  şəriksiz  hökmran  olduğu,  qadınların  hüquqsuz  və 
hədsiz basqı altında olması və qeyri ictimai fəal olmaları onların 
kişilərə aid idman növündə iştirakı ehtimalını heçə endirirdi. 
Beləliklə, sonda biz iki mülahizə üstündə dayana bilərik: bi-
rincisi,  Nizaminin  öz  yaradıcılığında  təsvir  etdiyi  çövkən  oyu-
nunda qızların iştirak etməsi iddiası, şairin təxəyyülünün və arzu-
larının məhsuludur; ikincisi, şairin təsvir etdiyi hadisələr islama-
qədərki dövrü əhatə etdiyindən və həmin dövrdə qadının cəmiy-
yətdə azad və mühüm mövqeyə malik olması faktı da, bu oyunda 
qadının iştirakı ehtimalını qismən də olsa artırır. 
Şair  öz  yaradıcılığında  çövkənin  (çövkən  -  oyunda  istifadə 
edilən ucu bir qədər əyri dəyənəkdir) hansı ağac növündən hazır-
lanmasına  da  toxunur:  “Bəli  adətdir  çövkəni  söyüddən  düzəl-
dirdilər” (10, 91)  
“Kitabi-Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağ-
malanması” boyunda da şövkən oyununda istifadə edilən çövkən 
alətinin adı çəkilir: 
 
Başındakı dəbilqəni nə öyürsən, ay kafir? 
Başımdakı papağımca görünməz mənə! 
Altmış tutam nizəni nə öyürsən, murdar kafir? 
Qırmızı dəyənəyimcə görünməz mənə! 
Qılıncını nə öyürsən, ay kafir? 
Əyri başlı çövkanımca görünməz mənə! (11, 190) 
 
Xaqani  yaradıcılığında  çövkən,  top  və  meydan  sözləri  bizə 
çövkən  oyunundan  xəbər  verir  (12,  328).  Nəsimi  də  həmçinin 
meydan, top, çövkən sözlərini işlətmişdir (13, 19). Miniatür sənə-
ti  nümunələrində  də  çövkən  oyununun  təsvirinə  geniş  yer 
verilmişdir. 
Orta əsr müəllifi Tac əd-Din əs-Salmani də çövkən oyununun 
adını çəkmişdir (14, 78). Qazi Bürhanəddin çövkən barədə «guy 
edələr  özlərini  çəvkanə  irənlər»  -  deməklə  məlumat  vermişdir 
(15, 102). Guy çövkən oyunu zamanı istifadə olunan topun adıdır. 


 
45 
 
Gürcü  alimi  A.İ.Robakidze  çövkən  oyununu  sasanilərin  türk-
lərdən götürdüyünü qeyd etmişdir (16, 231). 
Orta əsrlərdə geniş yayılmış idman xarakterli oyunlardan biri 
də cövlandır. Cövlan oyununda müəyyən məsafəyə at çapmaq iti 
sürətlə at belində cövlan etmək tələb olunurdu.  
Cövlandan bəhs edən Nizami yazırdı: 
 
Şəbdizlə Gülgünün belində meydanın ətrafını  
Gecə-gündüz kimi cövlan edirdilər (10, 118).  
 
Xaqani  də cövlandan bəhs etmişdir (12, 230). Y.Məddah da 
cövlanın adını çəkmişdir (17, 165). 
Güləş  oyun  növü  də  orta  əsrlərdə  Azərbaycanda  geniş 
yayılmış  oyunlardan  biri  idi.  Orta  əsrlərdə  türk-azərbaycan 
güləşində xal hesabı ilə qalib gəlmək ənənəsi yox idi, qalib ancaq 
rəqibin arxasının yerə vurulması ilə müəyyənləşdirilirdi. Bu oyun 
iştirakçılara  mərdlik,  çeviklik,  fənd  işlətmək,  möhkəmlik  və  s. 
kimi  həyatda,  xüsusilə  də  hərbi  işdə  vacib  olan  keyfiyyətlər 
aşılayırdı. Qədim dövrlərdə döyüşlərin taleyini pəhləvanların həll 
etməsi ilə bağlı çoxlu tarixi faktlar mövcuddur. 
Mənbələrdə orta əsrlərdə Azərbaycan şəhərlərində geniş zor-
xanalar (pəhləvanların toplaşdığı, yarışların keçirildiyi, məşqlərin 
edildiyi  yer)  şəbəkəsinin  olduğu  və  burada  pəhləvanların  hazır-
landığı  və  güləş  yarışlarının  keçirilməsi  ilə  bağlı  məlumatlar 
vardır.  Zorxanalar  möhkəm  daxili  qaydalar  sisteminə  və  iş 
prinsiplərinə  malik  idilər.  Qorxaq,  pis  niyyətli  insanlar,  həddi-
buluğa  çatmamışlar  zorxana  oyun-tamaşalarında  iştirak  edə 
bilməzdilər (18, 219.).  
Novruz bayramı zamanı keçirilən tamaşaların da ən kütləvisi 
zorxana tamaşaları idi. Axır çərşənbədə açıq havada keçirilən bu 
tamaşalar göy otun üstündə olardı. Dairə şəklində olan meydança 
kəndirlə  dövrəyə  alınar,  cızıqla  işarə  edilərdi.  Güləşçilərin 
ayağı   cızıqdan  çıxsaydı,  oyun  dayandırılıb,  yenidən  başlanmalı 
idi.  Tamaşalar  zamanı  zorxana  pəhləvanlarına  tamaşaçılar  pul 
bəxşiş eləyərdilər (19).  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə