Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə3/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   2   3   4   5   6   7   8   9   ...   113

 

 
alim  çalışırdı.  Uzun  Həsənin  sarayında  dövrün  görkəmli  alimlə-
rindən  ibarət  elmi  məclis  fəaliyyət  göstərirdi.  Böyük  hökmdar 
Qurani-Kərimi  azərbaycancaya  çevirtmiş,  dövrün  görkəmli  elm 
adamı  Əbu  Bəkr  əl-Tehraniyə  "Kitabi-Diyarbəkriyyə"  adlı 
Oğuznamə yazdırtmışdı (8, 29). 
Ümumiyyətlə,  XII-XV  əsrlər  Azərbaycanda  bütövlükdə  mə-
dəniyyətin, o cümlədən də mənəvi mədəniyyətin çiçəklənməsi ilə 
xarakterizə  olunur.  Belə  ki,  bu  zaman  çərçivəsində  dini-fəlsəfi 
fikir inkişaf  edir,  yeni fəlsəfi  konsepsiyalar meydana  gəlir, ayrı-
ayrı elm sahələri, xüsusilə də astronomiya, riyaziyyat və musiqi-
şünaslıqda  böyük  nailiyyətlər  əldə  edilirdi.  Bədii  ədəbiyyat  nü-
munələrinin  timsalında  azad  düşüncə  tərzinin  mövcud  olduğu 
aydın  görünür. Mütərəqqi  ideyalar bütün  maneələrə baxmayaraq 
öz axarı ilə inkişafını davam etdirirdi. Xüsusən ədəbiyyatda insan 
və onun mənəvi aləmi önə çəkilir, şərh olunur və təbliğ edilirdi.  
Monoqrafiya yazılarkən bir çox mənbələrə, o cümlədən  təd-
qiq  olunan  dövrə  aid  yazılı  qaynaqlara,  şifahi  xalq  yaradıcılığı 
nümunələrinə, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi 
mədəniyyət  nümunələrinə,  epiqrafik  abidələrə,  miniatür  sənəti 
nümunələrinə, muzey eksponatlarına və s. istinad edilmişdir. 
Dövrə  aid  yazılı  qaynaqlar  sırasında  əsas  yerlərdən  birini 
Azərbaycan  haqqında  məlumat  vermiş  yerli  və  əcnəbi  müəllif-
lərin  əsərləri  tutur.  Bu  qaynaqlar  Azərbaycan  xalqının  mənəvi 
aləmini əks etdirən çox mötəbər mənbələrdir. Azərbaycanın orta 
yüzilliklər dövrü barədə məlumat verən ən əsas müəlliflər sırasın-
da Əbu Bəkr əl-Oütbi əl-Əhəri, Əbdürrəşid Bakuvi, Balazuri, İbn 
Xordadbeh,  Yaqut  əl-Həməvi,  Həmdullah  Qəzvini,  Fəzlullah 
Rəşidəddin,  Şərafəddin  Yezdi,  Nizaməddin  Şami,  Tacəddin  əs 
Salmani,  Fəzlullah  Xuncini  və  başqalarını  qeyd  etmək  lazımdır. 
Onların əsərlərində, eləcə də müəllifi bilinməyən  «Əcaib əd-dün-
ya» adlı əsərdə etnoqrafik baxımdan olduqca əhəmiyyətli məsələ-
lər əks olunmuşdur.  
Azərbaycanın zəngin mənəvi mədəniyyətinə dair çox dəyərli 
məlumatlar verən orta əsr (XII-XV əsrlər) şair və alimlərimizin - 
Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, Əbu Həfs 


 

 
Ömər  Sührəverdi,  Şihabəddin  Sührəvərdi,  Nəsirəddin  Tusi, 
Mahmud  Şəbüstəri,  İmadəddin  Nəsimi,  Qazi  Bürhanəddin  və 
digərləri  kimi  müəlliflərin  əsərləri  də  qiymətli  mənbələrdir. 
Onların əsərlərində Azərbaycanın mənəvi mədəniyyətinin bir çox 
məsələləri işıqlandırılmış, o dövrün hadisə və proseslərinə bu və 
ya digər şəkildə münasibət bildirilmişdir. 
Araşdırılan dövrün mənəvi mədəniyyət məsələlərinin öyrənil-
məsində  şifahi  xalq  ədəbiyyatı  nümunələrinin  də  önəmli  əhə-
miyyəti vardır. Həmin dövrə aid dastanlar, atalar sözləri,  bayatı-
lar  və  s.  kimi  folklor  janrlarında  mənəvi  mədəniyyətin  müxtəlif 
məsələlərinə  dair  xeyli  məlumatlar  öz  əksini  tapmışdır.  “Kitabi-
Dədə  Qorqud”  eposunun  bu  baxımdan  əhəmiyyəti  daha  böyük-
dür. Monoqrafiyada  yeri gəldikcə bu nümunələrə müraciət olun-
muşdur.   
Monoqrafiyada  Azərbaycanın  orta  əsr  şəhərlərinin  arxeoloji 
tədqiqat  materiallarından  da  istifadə  olunmuşdur.  Bu  baxımdan 
R.Vahidov, Q.Əhmədov, A.Nuriyev, F.Abbasova, N.Xasayev və 
digər  arxeoloqların  tədqiqatları  araşdırılan  dövrün  etnoqrafiyası-
nın  öyrənilməsinə  yardım  etmişdir. Arxeoloji  tədqiqatlar zamanı 
əldə  olunmuş  maddi  mədəniyyət  nümunələri  əsasında  o  dövrün 
mədəni  həyatı  ilə  bağlı  müəyyən  məsələləri  aydınlaşdırmaq  və 
dəqiqləşdirmək  mümkün olmuşdur. Belə ki,  arxeoloji  qazıntılar 
nəticəsində  əldə  olunmuş  nümunələr  əsasında  biz  o  dövrün 
təsərrüfat-mədəni həyatındakı bəzi faktların maddi təsdiqini tapır, 
eləcə də bəzi texniki yenilikləri müşahidə edə bilirik.  
Epiqrafik abidələr də orta əsr mənəvi mədəniyyətinin bir sıra 
məsələlərini aydınlaşdırmağa imkan vermişdir. Azərbaycanda bir 
sıra dini təriqətlərin yayılma arealının müəyyənləşdirilməsi məhz 
epiqrafik abidələr əsasında mümkün olmuşdur.  
Araşdırılan  dövrün  mənəvi  mədəniyyətinin  öyrənilməsində 
orta əsr miniatür məktəbi nümayəndələrinin (Sultan Məhəmməd, 
Mir  Seyid  Əli,  Müzəffər  Əli  və  b.)  əsərləri  də  bir  mənbə  kimi 
mühüm əhəmiyyətə malikdir. Burada müxtəlif musiqi alətlərinin, 
əyləncə mərasimlərinin və s. vizual canlandırılması o dövrün mu-
siqi alətlərinin quruluşunu, onların tam görünüşünü bərpa etməyə, 


 
10 
 
eləcə  də  əyləncə  mərasimlərinin  necə  keçirildiyi  haqqında  daha 
dəqiq fikir söyləməyə imkan yaradır.  
Azərbaycan  tarixşünaslığında  XII-XV  əsrlər  mənəvi  mədə-
niyyət məsələləri tarixi-etnoqrafik cəhətdən əsaslı şəkildə, ayrıca 
tədqiqat obyekti kimi araşdırılmasa da, tədqiq edilən dövrün mə-
nəvi  mədəniyyətinin  bir  çox  məsələləri  qismən  də  olsa,  araşdı-
rılmış  və  ümumi  şəkildə  bir  sıra  tədqiqat  əsərlərində  öz  əksini 
tapmışdır. 
Orta əsrlərin etnoqrafik tədqiqində üçcildlik “Azərbaycan et-
noqrafiyası” əsəri, xüsusilə də onun III cildi, yeddi cildlik “Azər-
baycan  tarixi”nin  II  və  III  cildləri  monoqrafiyanın  metodoloji 
istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır. 
M.Dadaşzadənin  «Azərbaycan  xalqının  orta  əsr  mənəvi  mə-
dəniyyəti»  adlı  əsərində  mənəvi  mədəniyyət  məsələləri  qismən 
ehtiva  olunsa  da,  böyük  əhəmiyyətə  malikdir.  Z.Bünyadovun 
“Atabəylər  dövləti”  monoqrafiyası  orta  əsr  Azərbaycan  mənəvi 
mədəniyyətinin  araşdırılmasında  çox  sanballı  tədqiqat  əsəridir. 
Bu əsərdə tədqiq olunan dövrdə  Azərbaycan poetik məktəbi  nü-
mayəndələri,  “Nizamiyyə”  mədrəsəsində  çalışan  Azərbaycan 
alimləri, təhsil və elmi biliklər, islam və xristian dinlərinin Azər-
baycandakı  durumu,  bütövlükdə  intibah  mədəniyyəti  və  s. 
haqqında dəyərli materiallar vardır. Ə.Əlizadənin rus dilində nəşr 
etdirdiyi  «XIII–XIV  əsrlərdə  Azərbaycanın  sosial-iqtisadi  və  si-
yasi  tarixi»  əsərində  olduqca  zəngin  materiallar,  xüsusən  araşdı-
rılan  dövrün  təsərrüfat  həyatı  ilə  bağlı  çoxlu  sayda  mənbələrə 
istinad edilməklə, Azərbaycanın siyasi və iqtisadi həyatı dərindən 
araşdırılmışdır.  
Xalq  və  dini  bayramlarla  bağlı  “Novruz”  ensiklopediyasının 
əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Əsərdə Novruz bayra-
mı ilə bağlı zəngin materiallar öz əksini tapmışdır. Novruz bayra-
mının  müxtəlif  aspektləri  A.Nəbiyevin  “İlaxır  çərşənbələr”, 
B.Abdullanın  “Azərbaycan  mərasim  folkloru”,  M.Seyidovun 
“Yaz  bayramı”,  A.M.Çayın  “Türk  Ergənəkon  bayramı  Nevruz” 
əsərlərində  də  əks  olunmuşdur.    M.Balayev  “İslam  və  onun 
ictimai-siyasi  həyatda  rolu”,  Q.H.M.  Seyidzadənin  “İslami 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə