Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə4/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   2   3   4   5   6   7   8   9   ...   113

 
11 
 
söhbətlər”,  R.Əliyevin  “Dinin  əsasları”  adlı  əsərlərində  dini 
bayramlarla bağlı tutarlı araşdırmalar aparılmışdır.  
Din  və  dini  münasibətlərin  araşdırılmasında  A.Gölpınarlının 
“100 soruda tasavvuf”, A.D.Knışın “Некоторые проблемы изу-
чение суфизма”, U.Montqomerinin “Влияние ислама на сред-
невековую  Европу”,  Y.Rüstəmovun  “Mövlana  Cəlaləddin  Ru-
minin  sufilik  fəlsəfəsi“  və  “Əbu  Nəfs  Sührəverdinin  təsəvvüf 
fəlsəfəsi”,  Z.Quluzadənin  “Хуруфизм  и  его  представители  в 
Азербайджане”,  A.Əhədovun  “Azərbaycanda  din  və  dini  təsi-
satlar”,  H.İmanov  və  A.Əhədovun  birlikdə  yazdıqları  “Orta  əsr 
İslam Şərqində fəlsəfi fikir”, R.Əliyevin “Nəsimi və klassik dini 
üslubun  təşəkkülü  (Qazi  Bürhanəddin  və  Nəsimi  divanları  əsa-
sında)”,  M.Quluzadənin  “Böyük  ideallar  şairi”,  İrfan  Gündüzün 
”Osmanlılarda  Devlet-Tekke  Münâsebetleri”,  R.Sərinin  ”İslâm 
Tasavvufunda Halvetilik ve Halvetiler”, A.V.Stroyevanın “Госу-
дарство  исмаилитов  в  Иране  в  XI-XIII  вв.”,  S.D.Rzaquluza-
dənin “Пантеизм в Азербайджане в Х-ХII вв.”, S.Qasımovanın 
“Христианство  в  Азербайджане  в  раннем  средневековье”, 
Y.A.Belyayevin “Müsəlman təriqətləri” (tarixi oçerklər) və başqa 
müəlliflərin tədqiqatlarından istifadə olunmuşdur.  
Orta əsr elm və  təhsil sisteminin öyrənilməsində N.Vəlixan-
lının  “Ərəb  xilafəti  və  Azərbaycan”,  S.Onullahinin  “XIII–XVII 
əsrlərdə  Təbriz  şəhərinin  tarixi”,  M.Tərbiyətin  “Danişməndani-
Azərbaycan”  (Azərbaycanın  görkəmli  elm,  sənət  adamları), 
Z.Məmmədovun “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” və 
“Orta  əsr  Azərbaycan  filosofları  və  mütəfəkkirləri”,  Orhan 
Hançerlioğlunun “Düşünce Tarihi“ (türkcə), K.Məcidovanın “IX-
XIII  əsrlər  Türk  dünyasında  təbiət  elmləri”,  Ç.Sasaninin  “Orta 
əsrlər  Azərbaycan  poeziyasında  naturalist  ədəbi-fəlsəfi  fikir”, 
İ.Mollayevin  “Orta  əsr  Azərbaycan  mütəfəkkirləri  təlim-tərbiyə 
haqqında”,  A.Rzayevin  “Nəsirəddin  Tusi”  (həyatı,  elmi,  dünya-
görüşü),  Y.Talıbov,  F.Sadıqov,  S.Quliyevin  birgə  yazdıqları 
“Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” əsərləri də böyük 
əhəmiyyətə malikdir. 


 
12 
 
Orta  əsrlər  Azərbaycan  xalq  musiqisinin,  musiqi  alətlərinin, 
rəqslərin  və  xalq  oyunlarının  öyrənilməsində  Ü.Hacıbəyovun 
“Seçilmiş  əsərləri”nin  II  cildi,    Ə.Qasımovun  “Azərbaycan  xalq 
oyunları”,  Z.Səfərovanın  “Azərbaycanın  musiqi  elmi”,  Yılmaz 
Öztunanın  Türk  Dil-Kültür-Sənət  seriyasından  olan  “Türk  dün-
yası el kitabı” toplusunun 2-ci cildində nəşr edilmiş “Türk musi-
qisi” adlı məqaləsi, K.Həsənovun “Qədim Azərbaycan xalq rəqs-
ləri” adlı əsəri mühüm yer tutur. XII-XV əsrlər mənəvi mədəniy-
yətinin mühüm elementlərindən biri olan xalq təbabətinin və xalq 
metrologiyasının araşdırılmasında F.Ələkbərlinin “Şərqin min-bir 
sirri”,  Ə.Fərəcovun  “Nizami  Gəncəvinin  iqtisadi  görüşləri  haq-
qında”, Ş.Bünyadovanın “Nizami və etnoqrafiya” adlı əsərlərinin 
mühüm rol oynadığını qeyd etmək lazımdır. 
Göründüyü kimi, aparılan araşdırmalar bütövlükdə etnoqrafi-
yanın ayrı-ayrı sahələri üzrə dəyərli olsa da, tədqiq olunan dövrü 
tam  və  sistemli  şəkildə  əhatə  etmədiyindən,  XII-XV  əsrlərin 
tarixi etnoqrafiyasının öyrənilməsi zərurəti ortaya çıxır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
13 
 
I.  DİNİ  VƏ  XALQ  BAYRAMLARI 
NOVRUZ   BAYRAMI 
Qədim zamanlardan hər bir xalqın həyatında bir çox milli və 
dini  günlərini,  tarixi  xatirələrini  canlandıran  bayramları  mövcud 
olmuşdur. Bayramlar topluma pozitiv təsir edir, müəyyən zaman 
içində toplumu ritual kontekstinə salır, inanc duyğularını güclən-
dirir.  Bayramlar  erkən  çağlardan  etibarən,  insanın  təbiətə,  təbiət 
hadisələrinə  münasibətinin  bildiriş  vasitələrindən  biri  olmaq  eti-
barilə  sonralar  cəmiyyətin  həyatı  ilə  birbaşa  bağlanmış,  onun 
həyatında  baş  verən  hadisə  və  proseslərin  özünəməxsus  inikas 
formalarından birinə çevrilmişdir. Xalq tərəfindən təntənəli şəkil-
də qeyd olunan hər bir  bayram  insanlar üçün müəyyən məna və 
mahiyyət kəsb etmişdir. 
Milli və dini bayramlar toplumun birlik və bərabərliyini təşkil 
edir.  Bayramlar  insanlar  arasında  münasibətləri  gücləndirir,  qo-
humluq, xoşgörü atmosferi yaradır. 
Tarixən  elə  bayramlar  olmuşdur  ki,  zamanın  girdabında  tə-
nəzzülə uğramış, hətta adları belə unudulmuşdur. Lakin elə bay-
ramlar  da  vardır  ki,  zamanın  sınağından  keçərək  eyni  sevinc  və 
fərəh  hissi  ilə  indi  də  qeyd  olunmaqdadır.  Tarixi  təcrübə  sübut 
edir ki, yalnız xalqın mənəvi tələbatından doğan, onun ruhuna, tə-
biətinə, zövqünə qida verən adətlər və ənənələr məişətə daxil olub 
vətəndaşlıq  hüququ  qazana  bilirlər  (1,  25).  Bu  mənada,  əsrlərin 
sərhədlərini aşaraq xalqın yaddaşına hopmuş və bu gün də sevilə-
sevilə qeyd edilən bayramlarımızdan biri də Novruzdur. Bu bay-
ramın  keçirilməsi  geniş  coğrafiyaya  malik  olub,  Azərbaycandan 
başqa  Şərqi  Türküstandan  tutmuş  balkanlara  qədər  səpələnmiş 
ayrı-ayrı türk xalqları, eləcə də İran və bir sıra Ərəb xalqları tərə-
findən  də  qeyd  edilməkdədir.  Bayramın  qeyd  olunması  baharın 
gəlişi  ilə  bağlı  olub  və  bir  çox  dünya  xalqlarında  müxtəlif 
törənlərlə  anılır.  Məs.  XI  əsrin  məşhur  alimi  Biruni  il  başı  kimi 
qeyd olunan Novruzun Orta Asiya xalqları arasında çox canlılıqla 
qeyd olunduğundan bəhs edir (2, 25). 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə