Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə7/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   2   3   4   5   6   7   8   9   10   ...   113

 
20 
 
Əsrlər boyunca xalqımızın qeyd etdiyi ən möhtəşəm bayram 
olan  Novruz  özünəuyğun  icra  olunan  xeyli  mərasim  və  ayinləri 
də gətirmişdi. Təzə paltar geyinmək, tonqal  yandırmaq, tonqalın 
və  suyun  üstündən  tullanmaq,  su  sıçratmaq,  qovurğa  qovurmaq, 
yumurta boyamaq, ev-eşiyi  təmizləmək, səməni böyütmək, plov, 
şirniyyat  bişirmək  və  bir  çox  başqa  ayin  və  mərasimlər  bu 
qəbildəndir.  
Bu  baxımdan,  komik  personajlar  vasitəsi  ilə  «...  yaz  və  qış 
fəslinin  qarşılaşmasının,  mübarizəsinin  rəmzi  təsvirini  nümayiş 
etdirən  və  sonralar  xalq  dramı  şəkli  almış  əsatiri  «Kosa-kosa» 
mərasimi  daha  maraqlıdır.  İlin  axır  çərşənbəsində  Azərbaycanın 
hər  yerində  keçirilən  bu  mərasimin  ayin  və  nəğmələri  çox  çe-
şidlidir. Bir kimsəyə tərsinə çevrilmiş kürk geyindirilir, üz-gözü-
nə un sürtülür, başına şiş papaq qoyulur, geyiminin altından qar-
nına  yastıqca  sarınır,  əlinə  naxışlanmış  ağac  verib  boynundan 
zınqırov asılır.» (23, 155) 
XII-XV  yüzillərdə  Novruz  bayramı  haqqında  məlumatları-
mızın əsas mənbəyini Azərbaycan barədə yazan orta əsr müəllif-
lərinin və Azərbaycanın orta əsr şair və mütəfəkkirlərinin əsərləri 
təşkil edir. Bu bayram haqqında orta əsr şair və mütəfəkkirlərimi-
zin  əsərlərində  rast  gəldiyimiz  məlumatlar  bayramın  ayrı-ayrı 
ayinləri haqqında geniş təsəvvür yaratmasa da, ancaq verilən mə-
lumatlar  əsasında  bu  dövrlərdə  Novruz  bayramının  keçirilməsi  
və onun bəzi məziyyətləri, adətləri haqqında müəyyən məlumat-
lar əldə etmək mümkündür.  
XI  əsrdə  yaşayıb-yaratmış  Baba  Tahir  öz  yaradıcılığında, 
xüsusilə  də  dübeytlərində  bahar  fəslinin  gəlişini,  Novruz  bayra-
mını  vəsf  etmişdir.  O  dübeytlərinin  birində  Novruz  bayramına 
işarə edərək yazır: 
 
Aləm yaşıl geyib, yenə yaşıldır,    
Düz-dünya  gül-çiçək, xoş laləzardır. 
Hamıya yaz fəsli Novruz bayramı, 
 
Aşiqin bayramı didarı-yardır (24, 17). 
 


 
21 
 
Orta əsr poetik məktəbinin görkəmli nümayəndələrindən  biri 
Qətran Təbrizi bir çox şeirlərində baharın gəlişini, Novruz bayra-
mını vəsf etmişdir. O, şeirlərinin birində Novruz bayramı ilə bağlı 
yazır: 
 
Ey bütün əmirlərin əmiri! Ətirli bahar gəldi, 
Bağı cənnət kimi bəzədi, səhranı əlvan bir çəmənə  
döndərdi. 
Novruz yelinin ətrindən torpaq ənbərə döndü, 
Zəmanə ənbərə bürünmüş torpağı güllərdən bir əlvan  
ipək parçaya bürüdü (25, 46). 
 
Şair başqa bir şeirində  yenə Novruz bayramına işarə edərək 
yazırdı: 
 
Nə qədər ki, hər təzə baharda bülbüllər cəh-cəh vurur, 
Çiçəkləri və suri gülünü budaqda vəsf edirlər. 
Üzün həmişə lalə kimi qırmızı olsun! 
Başın həmişə mord kimi yaşıl olsun! 
Sənin camalının təntənəsindən 
Novruz bayramı purazər bayramından əzəmətli olsun  
(25, 118)! 
 
Nizami  Gəncəvi  özünün  “Xosrov  və  Şirin”  adlı  əsərində  
Novruz günü ilə bağlı yazır:  
 
Baharın bu gün var, onun bəhrəsini ye,  
Bütün fəsillər Novruz olmur (26, 289). 
 
Başqa bir əsəri olan “İsgəndərnamə”də Nizami bahar bayra-
mında  bayram  günü  qızların  bəzənib-düzənərək  bayıra  çıxaraq 
gülüb əylənmələrinə işarə edərək yazır: 
 
Hər tərəfdən ər üzü görməmiş gözəl qızlar 
Evlərdən dışarı çıxardılar. 
Üzləri bəzəkli, əlləri naxışlı, 
Hər tərəfdən gülə-gülə axışardılar (27, 170). 


 
22 
 
Yenə həmin əsərində şair bu bayram  günü hamının  bayramı 
istər evdə, istərsə də küçədə şadyanalıqla qeyd etməsindən söhbət 
açır  və  hər  bir  kəsin  öz  məclisini,  bayram  süfrəsini  qurduğunu 
vurğulayır: 
 
Sürətlə hərəkət edən günbədin hər il dönümündə,  
Dünyanın tarixində yeni gün olar. 
Onların bu günü küçədə, evdə  
Ürək arzuları üçün geniş meydan açırdı. 
Sonra hər biri öz məclisini düzəldərdi (27, 170). 
 
Əfzələddin  Xaqani  Novruz  bayramının  hamının  ruhunu 
oxşamasından bəhs edərək deyir: 
 
Novruzda Əzra hüsnü var, şah bəxti tək ruh oxşayar, 
Halı behişti andırar, falı da fürqan olsun həm  
(28, 102).  
                                                           
Qazi Bürhanəddin isə Novruzun gəlişi bütün dünyanı yenidən 
münəvvər  (hər  tərəfin  işıqlı,  parlaq  və  nurlu)  etmişdir,  deyərək 
Novruzu belə təsvir edir: 
 
Məgər Novruz gəlmişdir müsəvvər
Ki, olmuşdur cahan yenə münəvvər (29, 72). 
 
Şair baharı təsvir edərək yazır: 
 
Bahar etdi yenə bir yeni ayin, 
                        Ki, hüsnindən xəcil qıldı gök ayın (29, 76). 
 
Burada “gök” dedikdə göy, səma nəzərdə tutulur. Şair burada 
Novruz  bayramı  zamanı  müxtəlif  ayinlər  icra  olunduğuna  işarə 
etmişdir. 
Novruz  bayramındakı  şəhanəliyi  Qazi  Bürhanəddin  belə 
təsvir edir: 


 
23 
 
       Novruz olalı cəhanı görsən, 
       Bu kəvn ilə bu məkanı görsən (29, 117). 
 
Başqa bir şeirində Qazi Bürhanəddin yazır: 
 
Cihanda yenə Novruz oldı bu gün, 
Nə kim məqsud isə ruz oldı bu gün (29, 236). 
 
Burada üstüörtülü də olsa, insanların arzu və istəklərinin hə-
yata  keçdiyi  vurğulanır,  dilək  tutulduğuna  işarə  edilir.  Müasir 
dövrümüzdə də Novruz bayramı zamanı dilək tutub qapı pusmaq 
adətinin  qaldığını  söyləmək  yerinə  düşür.  Şairin  yaradıcılığında 
Novruzla bərabər Mehrikan (mehrican) bayramının da adı çəkilir 
(29,  228).  Mehrikan  payız  vaxtı  keçirilən  məhsul  bayramı  olub 
insanların  öz  məhsulları  ilə  paylaşmasıdır.  Yeri  gəlmişkən  qeyd 
edək ki,  «mehr ayının 16-dan 21-nə qədər (oktyabr ayının 8-dən 
13-nə kimi) bayram şənlikləri keçirilirdi» (7, 128). 
Arif  Ərdəbili  də  Novruz  bayramından  bəhs  etmişdir  (30, 
114). İmadəddin Nəsimi “Mövsimi-novruz niysan aşikar oldu ye-
nə”  başlıqlı  qəzəlində  Novruzla  baharın  gəlişinə  işarə  edərək 
yazır: 
 
Mövsümi-novruzü neyistan aşikar oldu yenə
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə 
Qönçədən gül baş çıxardı, saldı üzündən niqab 
Bülbüli-şeyda xətibi-laləzar oldu yenə. 
Köhnə dünya yengi xələt geydi bu mövsimdə uş, 
Çöhrəsi dövri bu gün nəqşü nigar oldu yenə. 
Nərgizi gör cam əlində mey sunar ariflərə
Cümləsin məst eylədi, kəndi xumar oldu yenə. 
Badə içmək rövzadə gər sən dilərsən hur ilə, 
Yar əlin tut, bağçaya gir novbahar oldu yenə. 
Saqiyə, camı gətir kim, mən uşatdım tövbəmi, 
Köhnə təqvimim mənim bietibar oldu yenə (31, 54).  
 
Şair  burda  həmçinin,  Novruzla  bağlı  təqvimin  dəyişdiyini 
söyləmişdir.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə