Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə8/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   4   5   6   7   8   9   10   11   ...   113

 
24 
 
Novruzla bağlı xalqımızın mövsüm nəğmələri də vardır. Mə-
sələn, «Səməni», «Gün çıx», «Kos-kosa» və s. kimi el nəğmələri-
ni  nümunə  göstərmək  olar  (25,  102-104).  Bütün  bunlar  onu  de-
məyə  əsas  verir  ki,  əsrlərin  sərhəddini  keçib  yaşama  hüququ 
qazanan bu adətlər orta əsrlərdə də eyni həvəslə icra olunmuşdur.  
Bayramla əlaqədar icra olunan adətlərdən biri də Novruz bay-
ramının  rəmzi  kimi  buğdanın  qovurulmasıdır.  Təsadüfi  deyildir 
ki,  indi  də bayram  zamanı buğda qovururlar.  Bu xüsusda Qətran 
Təbrizinin aşağıdakı fikri maraq doğurur: “Canım tavadakı buğda 
qovurğası kimi, üzüm saman çöpü kimidir” (25, 289). 
Su çərşənbəsi şənliyi zamanı bulaqbaşı oyunu keçirilirdi. Bu 
oyun zamanı qızlar çay və ya bulaq başına toplaşaraq əylənər, sə-
məni  qayçılayardılar.  Ona  görə  də  «bu  mərasim  oyunu  el-oba 
içində  bəzən  «qayçıdançıxdı»  da  adlanırdı»  (32,  38).  Bayram-
larda müxtəlif meydan oyunları da nümayiş etdirilmişdir. İgidlər 
öz şücaət və məharətlərini belə oyunlar zamanı göstərməyə çalış-
mışlar.  Bu  xüsusiyyət  əsrlərdən  bəri  davam  edərək  nəinki  orta 
əsrlərdə, hətta son dövrlərdə də icra olunmuşdur. Bunu H.Sarab-
ski də xatırlayaraq qeyd etmişdir. O yazır ki, Novruz bayramı za-
manı  icra  olunan  oyun  növlərindən  biri  mil  oyunu  idi  (33,  72). 
Bundan əlavə, «Qaravəlli tipli oyunlardan biri olan «Kosa gəlin» 
toylarda  və  bayramlarda  camaatı  əyləndirmək  üçün  göstərilir» 
(34, 58). Novruz bayramı zamanı oğlan evi  qız evinə bayramlıq 
hədiyyəsi  göndərir  ki,  bu  da  məhz  bu  bayramın  əhəmiyyətini 
göstərir. 
Azərbaycanlılarda Novruz bayramının qeyd edilməsi bir aya 
yaxın  davam  edir.  Fevralın  sonlarından  başlayaraq  martın  22-nə 
kimi 4 həftə çərşənbə günlərini müxtəlif mərasimlərlə qeyd edir-
lər. Onlar martın 21-dən 22-nə keçən gecədən başqa ilin axır çər-
şənbəsi deyilən günü də təntənə ilə qeyd edirlər. Bu haqda Azad 
Nəbiyevin fikri maraqlıdır: «...hər bir çərşənbə təbiətin ünsürü ilə 
əlaqələndirilmiş və beləliklə, əcdadlarımızın əski təsəvvürlərində 
ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri yaranıb müqəddəs-
ləşdirilmişdir.  Əski  inamlara  görə,  bu  çərşənbələrin  hər  birində 
təbiətin  dörd  ünsüründən  biri  «dirilmiş»,  bədii  təfəkkürdə  insan 


 
25 
 
cildində  təsəvvür  edilən  hər  bir  çərşənbə  ilə  bağlı  xalq  böyük 
şənlik və mərasimlər düzəltmişdir» (10, 4). Bu bayram Azərbay-
can ərazisində yaşayan bütün etnik qruplar üçün də eyni dərəcədə 
əhəmiyyət kəsb etmişdir.  
Novruz bayramı zamanı Novruzxan adlandırılan müğənni də 
olurdu (32, 158).  «Müasir rəqs musiqi  folklorunda mövcud olan 
«Novruzu» instrumental xalq rəqs melodiyası, şübhəsiz ki, xalqın 
ənənəvi  Novruz  bayramı  ilə  əlaqədardır»  (35,  72).  İ.Nəsimi 
şeirlərinin birində Novruz adlı musiqinin adını çəkir: 
 
“Üşşaq” meyindən qıla ol işrəti-“Novruz”, 
      Ta “Rast” gələ “Cəng”i-“Hüseyni” də sərəfraz (36, 113). 
 
“Üşşaq”  12  muğamdan  birincisi  olub,  eyni  zamanda  “Nov-
ruzi-bozork” (böyük novruz)  adlanır.   
Novruz  bayramının  mövsümlə,  xalqın  təsərrüfat-mədəni  və 
məişət həyatı ilə dərindən bağlılığı o qədər güclü idi ki, islam dini 
də  bu  bayramı  xalqların,  o  cümlədən  də  azərbaycanlıların  həya-
tından silə bilmədi. Əslində bayramı xarakterizə edərkən onun bir 
sıra mərasim və ayinlərində  islamın izləri demək olar ki,  görün-
mür,  əksinə  islamdan  əvvəlki  dünyagörüşlərin  izləri,  daha  aydın 
sezilməkdədir. Məsələn, çərşənbələrdə  tonqalın qalanması, su at-
ma,  tonqalın  və  suyun  üstündən    tullanma,  səməni  göyərdilməsi 
və s. 
Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, XIV əsrdən mə-
lum olan bayramlıq vergisi novruz və qurbanlıq zamanı kəndlilər-
dən  feodalların  xeyrinə  toplanırdı.  Dövlət  məmurları  tərəfindən 
orta əsrlərdə “novruzi” adlı vergi növünün toplanması da məlum-
dur.  Bu  da  Novruz  bayramı  zamanı  toplandığından  məhz  belə 
adlanırdı. 
Beləliklə, deyilənlərə yekun olaraq bildirmək olar ki, insanla 
ana təbiət arasındakı münasibəti bayramlarda yaşadan xalq onun 
vasitəsilə  mənəvi  estetik  dünyasını,  ruhunu  açıqlayır.  Bayramlar 
insanların  mənəvi  sərvətlərinin  məişətdə  təntənəli  şəkildə  inika-
sıdır.  İnsanlar  mənəvi  tələbatlarını  bayramlar  vasitəsilə  ödə-


 
26 
 
mişdir.  Bu  bayramlar  xeyirxah  duyğuların,  təmizlik,  dostluq, 
əmin-amanlıq  kimi  ülvi  hisslərin  təntənəsini  təmin  edir.  Xalq 
bayramları əsrlərin uzun yollarından və sınağından keçib zəmanə-
mizə qədər gəlib çatan müxtəlif adətlərin icrasını zəruri etmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  özünəməxsus  etnik  xüsusiyyətlər  kəsb 
etməklə, Novruz bayramı elə indi də müxtəlif xalqlar tərəfindən 
təntənə ilə qeyd edilir.                                          
QURBAN   BAYRAMI 
Orta yüzilliklərdə islam dininin hökmran olduğu Azərbaycan 
cəmiyyətində ictimai-siyasi həyatın bütün sahələrinə, o cümlədən 
də  bayramlara  dinin  təsiri  böyük  idi.  Xüsusilə  də  dini  hökmlərə 
söykənən bayramlar ciddiliyi, əhatəliliyi və miqyasına görə digər 
bayramlardan  fərqlənirdi.  Dini  xarakter  daşıyan  bu  bayramlar 
məişətdə də məhz bu mahiyyətlə öz əksini tapırdı. Belə bayram-
larda görülən işlər bilavasitə Allahın adıyla bağlı olurdu. 
Azərbaycan xalqının  islam inancında iki böyük bayram  var-
dır: Qurban və Ramazan (Ramazan orucu da deyilir) bayramları. 
Qurban  bayramı “eydül-əzha”,  Ramazan  bayramı  isə  “eydül-
fitrə” adlanır. 
Qurban və Ramazan bayramları hicrətin ikinci ilindən etiba-
rən keçirilməyə başlanmışdır. O zamandan bəri bu hər iki bayram 
müsəlman  xalqlarının  milli  bayramları  səviyyəsinə  yüksələ  bil-
mişdir. 
Allah üçün qurbanların kəsildiyi Qurban bayramı günləri  is-
lam dünyasının ən müqəddəs günləri sayılır. Hələ islam dini ya-
yılmamışdan əvvəl ərəblər Məkkə şəhərinə ziyarətə gəlirdilər və 
onlar  burada  Aallah  yolunda  qurban  kəsərək  ruzi,  bərəkət  arzu-
suyla  dualar  edirdilər.  İslam  dini  yayıldıqdan  sonra  da  bu  dini 
ayinin bayram kimi qeyd olunması davam etdirilmişdir. 
Qurban bayramı haqqında danışmazdan əvvəl, ümumiyyətlə, 
hələ qədim zamanlardan mövcud olan qurban ayini haqqında mə-
lumat vermək zəruridir. Ümumən, qurbanvermənin mahiyyətində 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə