Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə9/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

 
27 
 
müqəddəs ruhlara, allahlara bəxşiş verilməsi durur. Qurbanvermə 
adəti  dünyanın  əksər  xalqlarının  ibtidai  tarixində  mövcud  olmuş 
bir  ayindir.  Hətta  insanların  qurban  verilməsi  adəti  bir  çox 
xalqların tarixində olmuş hadisədir. Məsələn, atəşpərəstlər Allaha 
yaxın  olduqlarını  göstərmək  üçün  qurban  deyilmiş  insanı  odda 
yandırırdılar.  Qədim  Çində  də  insanları  tanrılara  qurban  vermək 
adəti  var  idi.  Bu  ölkədə  təbii  fəlakətlərdən,  daşqınlardan  hifz 
olunmaq üçün uşaqları suya atırdılar. 
Əski türklərdə də qurban ayininin icrası haqqında çeşidli tari-
xi-etnoqrafik  qaynaqlarda  məlumatlar  vardır.  Məsələn,  Çin  qay-
naqlarına görə, “Göytürklər 5-ci ayın 2-ci yarısı Goy Tanrıya və 
yer ruhlarına qurbanlar kəsir, böyük bayram edirdilər” (17, 43).  
İslam  dinində  ən  geniş  surətdə  qeyd  edilən  və  Eydül-Əkbər 
(Böyük  bayram)  kimi  dəyərləndirilən  Qurban  bayramı  Zülhiccə 
ayının  10-da  (müsəlman  qəməri  təqviminə  görə  12-ci  ay)  oruc-
luqdan  70  gün  sonra  keçirilir.  İstər  Qurban  bayramı,  istərsə  də 
Orucluq ay təqviminə,  yəni qəməri aylara uyğun qeyd edilir. Bi-
lindiyi kimi, qəməri aylar günəş təqvimindəki aylara görə 10 gün 
əvvəl  gəlir.  Beləliklə,  Qurban  bayramına  və  Ramazan  orucuna 
hər il on gün əvvəl başlanıldığına görə bu bayramlar təxminən 33 
ildə  bir  dəfə  bütün  fəsilləri  gəzir  və  Qurban  bayramı  və  oruc 
günləri də buna müvafiq dəyişir. 
İslam  dini  yarandıqdan  sonra  “Qurbanetmə”  adəti  islamın 
ümumi prinsipləri əsasında təhriflərdən təmizlənərək yeni mahiy-
yət  kəsb etməyə başladı.  İslamda həyata keçirilmə və dəqiq  icra 
mexanizmlərinə malik Qurban bayramı kimi qeyd edilən bu bay-
ram İbrahim peyğəmbərin adı ilə bağlıdır. Dini rəvayətə görə yu-
xuda  Allah  İbrahim  peyğəmbərə  oğlu  İsmayılı  qurban  verməyi 
əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyi 
özünə borc bilərək oğlu İsmayılı qurban verməyə hazırlaşır. Allah 
da onun sədaqətli və əhdə vəfalı olduğunu gördükdə Cəbrayıl va-
sitəsi  ilə  ona  qoç  göndərmişdir  ki,  oğlunun  əvəzinə  onu  kəssin. 
İbrahim peyğəmbər də Allahın bu istəyini yerinə yetirmiş və qoçu 
qurban  kəsmişdir.  Bu  hadisə  öz  əksini  Quranda  tapmışdır:  «Biz 
ona belə xitab etdik: «Ya İbrahim! Artıq sən röyanın düzgünlüyü-


 
28 
 
nü  (Allah  tərəfindən  olduğunu)  təsdiq  etdin!»  (Sənə  yuxuda  nə 
əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğ-
lunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə 
mükafatlandırırıq. Şübhəsiz ki, bu açıq-aydın bir imtahan idi. Biz 
ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik» 
(38, 204). Bu hadisə əsasında islamda Allah rizasına qurban kəs-
mək  ənənəsi  formalaşmışdır.  İslam  inancına  görə  insanlar  bunu 
etməklə Allah qarşısında savab qazanırlar. Xalq arasında bu bay-
ram «İsmayıl qurbanı» adı ilə də adlanır (39, 127).  
İslam qurbanverməni müsəlmanın vacib əməlləri sırasına da-
xil edir və bununla əlaqədar olaraq Quranda və Hz. Məhəmmədin 
hədislərində  bəyanlar  vardır.  Məsələn,  “Qurani  Kərim”in  “əl-
Maidə”  surəsinin  97-ci  ayəsində  deyilir:  "Allah  Beytülhəram 
(müqəddəs ev) olan Kəbəni, bərəm ayı (Zilhiccəni), Kəbəyə gəti-
rilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və ta-
xılmamış)  qurbanları  insanların  (dini  və  dünyəvi  işlərinin)  dü-
zəlib səhmana düşməsi üçün bir yol müəyyən etdi" (38, 123); “əl-
Kovsər”  surəsinin  2-ci  ayəsində  isə  açıq  şəkildə  buyurulur  ki, 
“Rəbbin üçün namaz qıl, qurban kəs” (38, 602). 
İslamda  bu  bayram  reqlamentləşdirilərək  onun  keçiriləcəyi 
vaxt, kimlərin qurban kəsə bilməsi, hansı heyvanlar qurban kimi 
kəsilə  bilər,  qurban  necə  kəsilməlidir?,  qurbanlıq  heyvanın  əti 
necə  bölüşdürülür?  və  s.  haqqında  dəqiq  normalar  və  qaydalar 
sistemi müəyyənləşdirilmişdir. 
Qurban bayramında müsəlmanların bir-birini daha çox arayıb 
axtarması,  bir-birinə  qonaq  getməsi,  mehribançılıq  yaratması  və 
bunun  sevincini  yaşaması,  küsülülərin  barışması  və  bir-birindən 
uzaq  düşən  qohum-əqrəbaların  yaxınlaşması,  uzaqda  yaşayan 
valideynlərin  yanına bayramlaşmağa  getmək bir  ənənə halını  al-
mışdır.  Bayram  günü  qurbanlıq  heyvan  kəsməyə  imkanı  olanlar 
kasıblara  pay  verməlidir.  İmkanı  olmayanların  isə  özünü  buna 
məcbur  etməsi  lazım  deyildir.  Belə  vaxtlarda  həcdən  qayıdan 
zəvvarların görüşünə getmək olar.  
Qurbanlıq  heyvan  əsasən  hansılardır?  Bildiyimiz  kimi,  dörd 
növ heyvandan (qoyun, keçi, inək və dəvə) qurban kəsmək olar. 


 
29 
 
Böyük  heyvanlar  ortaq  olanlar  tərəfindən  də  kəsilib  yeddi  yerə 
bölünməlidir.  Qurban  heyvanının  öküz  olması  barədə  Xaqani 
məlumat verir : 
 
Zəmanə qəlbimi şad etsə təbimə yamanlıqdır, 
Camaat şad olar bayram günü, bədbəxt öküz-qurban  
(28, 229).   
 
Qətran Təbrizi şeirlərinin birində Qurban bayramında qoyun 
və öküzün kəsildiyinə işarə edərək yazır: 
 
Qoyun, öküz qurban etmək qurban bayramında vacibdir, 
Misli və nəziri olmayan Allahın da rizası belədir. 
Allah bu bayramda səndən digər bayramlardan artıq  
razıdır, 
Ona görə ki, qoyun və öküz yerinə kafərləri öldürürsən  
(25, 77).    
 
Məhsəti Gəncəvi  «Məkkə qapısına apar et, qurban»  - deyər-
kən Qurban bayramına işarə etmişdir (40, 25). Xaqani Şirvani isə 
Qurban bayramına işarə edərək belə deyir: 
 
Göyərçin tək körpəcə bir ürəyim var mənim də 
Bu bayramla olsun o da sənin yolunda qurban (28, 112). 
 
Xaqani daha sonra yazır : 
 
Olar İsa kimi bayram mənim qəlbimdə hər anda
Fəqirlik bayramında, bil, könüldür təkcə qurbanı.  
(28, 68) 
 
Qazi Bürhanəddinin «Divan»ında Qurban bayramına da işarə 
edilir: 
 
Bana peyvəstə qaşunı çü göstərür şəha hüsnün, 
Gəl imdi bayram idəlüm hilalünlə çü qurbanam  
(41, 168) 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə