291
Ney
Nizami Gəncəvi əsərlərində ney musiqi alətindən bəhs etmiş-
dir. O, “Xosrov və Şirin” poemasında ney haqqında yazır:
Türklərin o qovğasında
türk neyinin səsindən,
Türklərin boğazı tutulmuşdu (18, 143).
“İsgəndərnamə” poemasında şair şah məclislərində neyin ça-
lınmasına işarərə edərək yazır:
Musiqi
məclisi yenə quruldu,
Şahlıq qapısı dünyaya aşıldı.
Şah yenə neyinin naləsinə qulaq asdı,
Gül rəngli suyu qədəhdə qaldırdı (44, 337).
Qazi Bürhanəddin də şeirlərində ney haqqında məlumat
vermişdir:
Şaha,
sor nə nəfir edər ki, bu dairədə ney üçün (20, 44).
293
Orta əsrlərdə Azərbaycanda zurna, balaban, muşiqar, şeypur,
gərənay, nəfir və s. kimi nəfəsli musiqi alətləri də geniş yayıl-
mışdır.
Zərb musiqi alətləri. Orta əsrlərdə Azərbaycanda təbil, qa-
val-dəf, kus, lakkıtı, nağara, qoşanağara, dümbək, sinc və s. kimi
zərb musiqi alətləri geniş yayılmışdı. Zərb musiqi alətlərinin ya-
ranma tarixini tədqiqatçılar Azərbaycanda lap qədimlərə, təxmi-
nən 10-12 min il bundan əvvəllərə aid edirlər. Onlar bunu Qobus-
tanda qavaldaş adlanan daşlardan musiqi aləti kimi istifadə
olunması ilə bağlayırlar (9, 248-249).
Zərb musiqi aləti təbil şərq xalqları arasında xüsusilə geniş
yayılmışdır. Onun içi boş olur və iki çubuğun təması
ilə gur səslər
çıxarır. Bir tərəfinin dairəvi çevrəsi böyük, digər tərəfininki isə
kiçik olur. Təbildən müxtəlif mərasimlərdə istifadə edildiyi
bəllidir. Təntənəli və dini mərasimlərdə, eləcə də hərbi yürüşlərdə
və hərbi marşlarda təbildən geniş istifadə olunmuşdur. Fəzlullah
ibn Ruzbixan Xunci təbil və borunun müharibə zamanı istifadə
olunan musiqi aləti olduğunu söyləyir (45, 93). Hətta Nizaməddin
Şami də nağara və borunun döyüş zamanı çalındığını göstərir. O,
yazır: “Əmir Teymur ordusunun böyük qolu və mərkəzi gürgü,
nəfir, nağara, və boru çalaraq tam bir şövkət və əzəmətlə gəldi”
(46, с. 13 – 14). Məlumdur ki, «musiqi xalqın qəhrəmanlıq tarixi
ilə qırılmaz tellərlə bağlıdır. İgid əcdadlarımız düşmənlər üzərinə
təbillərin nərəsi, cəngavərlik musiqisinin sədaları altında hücuma
keçmişlər. Pəhləvanlar, sərkərdələr «Cəngi», «Misri», «Heyratı»
və s. əzəmətli havaların ritmləri altında hücuma keçmiş, qurşaq
tutmuş, döyüşmüşlər (47, 10). Təbil və digər musiqi alətlərinin
iştirakı ilə çalınan döyüş musiqisinə Nizami də toxunmuşdur. O
yazır:
Zəngin və şeypurun səsi vəlvələ saldı,
Kərənay gurultusundan qan cuşa gəldi.
Şeypur fəryadından,
təbil səsindən
Qırmızı güllərdən səndərus açdı (37, 326).