Xiii əsr əruzşÜnasi şƏMSƏDDİn məHƏMMƏd bin qeys ər-raziNİn döVRÜ, HƏyati və ƏSƏRLƏRİ



Yüklə 68,63 Kb.
Pdf görüntüsü
tarix21.03.2018
ölçüsü68,63 Kb.
#32686


XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri 

197 


 

 

XIII ƏSR ƏRUZŞÜNASI ŞƏMSƏDDİN MƏHƏMMƏD BİN QEYS 



ƏR-RAZİNİN DÖVRÜ, HƏYATI VƏ ƏSƏRLƏRİ 

 

Höccətullah QƏHRƏMANİ  



AMEA Füzuli adına  

Əlyazmalar İnstitutunun dissertantı 

 

 



Açar sözlər: Əruz, Şəmsəddin ər-Razi 

Key words: Aruz, Geys Razi 

Yaxın və Orta Şərq xalqları tarixində XIII əsr daha çox monqol hücum-

ları ilə yadda qalır. XIII əsrin  əvvəllərində Orta Asiyada Xarəzmşahlar 

dövləti (1097-1231) mövcud idi. Bu dövlət Əlaəddin Məhəmməd bin Tekiş 

Xarəzmşahın hakimiyyəti illərində (1200-1220) inkişafının- iqtisadi-siyasi, 

hərbi qüdrətinin  ən yüksək nöqtəsinə çatmış, Orta Asiya əyalətlərini, 

torpaqlarını öz dövlətinin  ərazisində birləşdirməkdən  əlavə, eyni zamanda 

nəinki  İraqi-Əcəmi, hətta Mazandaran, Arran, Azərbaycan,  Şirvan, Fars, 

Kerman, Mekran, Manqışlaq, Keş, Sicistan, Hur, Qəznə, Bəymən torpaq-

larını öz dövlətinə tabe etdirərək, hətta Hindistan sərhədlərinə qədər irəlilə-

mişdi (1,82). Əlaəddin Məhəmməd bin Tekiş Xarəzmşah hətta 1217-ci ildə 

uğursuzluqla nəticələnməsinə baxmayaraq,  xilafətin paytaxtı Bağdada da 

yürüş etmişdi. Lakin onun Çingiz xanla yola getməməsi nəticəsində Çingiz 

xan təqribən 1219-cu ildən etibarən Xarəzmşahlar dövlətilə müharibəyə 

başlamış  və bunun yekunu olaraq Xarəzmşahlar dövləti, eyni zamanda 

bütövlükdə Yaxın  Şərq monqol hücumlarına məruz qalmışdı. Monqol 

hücumları nəticəsində Xarəzmşah Əlaəddin Məhəmməd bin Tekiş bir-bir öz 

torpaqlarını itirərək Orta Asiyadan qaçmağa məcbur olmuş  və  nəticədə 

1220-ci ildə  Xəzər dənizində yerləşən adaların birində  vəfat etmişdi. Onun 

vəfatından sonra hakimiyyət oğlu Cəlaləddin Manqburnıya ( 1220-1231) 

keçmişdi.     

Xarəzmşahlar dövlətində elm, mədəniyyət, təhsil, incəsənət yüksək 

səviyyədə idi. Təsadüfi deyil ki, XII-XIII əsrlərdə yaşamış bir çox görkəmli 

alimlər və şairlər ya Xarəzmşahların sarayında yaşamış və yaxud da dövlətin 




 Höccətullah QƏHRƏMANİ 

 

198 


başqa  ərazilərində yaşayaraq, Xarəzmşahlara  əsərlər ithaf etmiş, onların 

mədhinə  şeirlər qoşmuşlar. Xarəzmşahlar dövlətinin ictimai xadimi, 

görkəmli ədib və şair olan Rəşidəddin Vətvat (vəfatı 1183) Xarəzmlə bağlı 

demişdir: “Xarəzm həmişə elm adamlarının yaşadığı  və müdriklər karvanı-

nın dayandığı yer olmuşdur” (2, 19). Xarəzmşahlar dövləti zamanı yaşayıb-

yaradan belə görkəmli alim və şairlərdən Rəşidəddin Vətvatın, Cəmaləddin 

Məhəmməd  İsfahani və onun oğlu Kəmaləddin  İsmayıl  İsfahaninin, 

Zəhirəddin Faryabininn, şair  Əsirəddin  Əxsikətinin,  Əbül Həsən  əl-

Xarəzminin, Fəxrəddin  ər-Razinin,  əz-Zəməxşərinin,  ən-Nəsəvinin,  əs-

Səkkakinin və onlarla başqa görkəmli alimlərin adlarını  çəkmək olar ki, 

bunlar da bütün Şərq aləmində məşhur olmuşlar (1, 118). Bu faktlar bir daha 

Xarəzmşahlar dövlətində elmin, mədəniyyətin yüksək səviyyəyə çatdığını və 

dövlət xadimlərinin bu görkəmli  şəxsiyyətləri himayə etmələrindən xəbər 

verir. 


Xarəzmşahlar sarayında yaşayıb-yaratmış alimlərdən biri də böyük 

filoloq görkəmli  əruzşünas  Şəmsəddin Məhəmməd bin Qeys ər-Razidir. O, 

əvvəlcə Xarəzmşahlardan Əlaəddin Məhəmməd bin Tekişin dövründə, sonra 

isə onun oğlu Cəlaləddin Manqburnunun dövründə yaşayıb-yaratmışdır. 

Qeys  ər-Razinin anadan olduğu il məlum deyildir, lakin Razi nisbəsi onun 

Tehranın yaxınlığındakı Rey şəhərindən olduğunu bildirir. Ümumiyyətlə 

orta əsr mənbələrində , məsələn, Hacı Xəlifənin “Kəşf əz-zünun” XIX əsrdə 

yaranmış  Şəmsəddin Saminin “Qamusül-əlam” və digər  əsərlərdə  Şəms 

Qeys Razi haqqında demək olar ki, məlumata rast gəlmirik. Qeys Razinin 

həyat və yaradıcılığı haqqında biz yenə  də  ən çox məlumata onun “əl-

Möcəm fi məayiri  əşar  əl-Əcəm”  əsərinin dibaçəsində  təsadüf edirik. 

Buradan məlum olur ki, Qeys Razi uzun müddət Mavərənnəhr və Xorasanda 

yaşamışdır. O, təqribən hicri-qəməri 601-ci il, miladi təqvimlə 1204-cü ildən 

sonra beş-altı il Buxarada, hicri- qəməri 614, miladi tarixlə 1217-ci ildə isə 

Mərvdə yaşamışdır. O, ümumiyyətlə Xarəzmşah  Əlaəddin Məhəmməd bin 

Tekişin yaxın adamlarından olmuş, hətta 1217-ci ildə Xarəzmşah Bağdada 

yürüş edərkən Qeys Razi də onunla olmuşdur. Sonralar monqollar 

Xarəzmşahı  təqib edərkən də Qeys Razi şahın dəstəsində olmuşdur.  İraq 

yürüşünün uğurla nəticələnməməsindən sonra Şəms Qeys bir neçə il İraq və 

İraqi-Əcəm torpaqlarında yaşamışdır. Çingiz xanın oğlanları Sabutay və 

Cəbə 1220-ci ildə Xarəmşahı təqib edərkən Xarəzmşahla monqol qoşunları 



XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri 

199 


arasında Həmədan və  İsfahan  şəhərləri arasında yerləşən Fərrəzin qalası 

yaxınlığında döyüşdə  Qeys  Razi  də olmuş  və  həmin qarmaqarışıqlıqların 

nəticəsində  əsərlərini itirmişdir ki, sonradan bir qədər pul müqabilində 

həmin  əsərlərin bəzi səhifələrini  əldə etmişdir (2,16). Ümumiyyətlə Qeys 

Razi monqol hücumlarının bütün dəhşətlərini öz gözlərilə görmüş  və  hətta 

iki dəfə monqollara əsir düşmüşdür ki, ancaq təsadüf nəticəsində onların 

əlindən xilas ola bilmişdir. Hicri-qəməri tarixlə 624, miladi tarixlə isə 1226-

cı ildə  Şəms Qeys Şiraza gəlmiş, burada fasr vilayətinin hakimi Səd ibn 

Zəngiyə (1195-1230) sığınmış və onun vəfatından sonra onun oğlu məşhur 

fars  şairi Sədi  Şirazinin himayəçisi olan Əbubəkr ibn Səd ibn Zənginin 

(1230-1258) yanında- yaşayıb yaratmışdır.  

Qeys Razi bir əsərini - “Tibyanül lüğət  ət-Türki  ələ lisanül Qanqlı”nı 

1223-1231-ci illərdə Azərbaycanda hakimiyyət sürmüş Xarəzmşah Cəlaləd-

din Manqburnıya ithaf etmişdir. Onun 1226-cı ildə Şirazda olduğunu nəzərə 

alsaq, deməli o, bu əsəri 1223-1226-cı illər arasında yazmışdır ki, Qeys 

Razinin də  təqribən bu illərdə Azərbaycanda yaşadığını güman etmək olar 

(3, 42). 

Mənbələr və Şəms Qeys ər-Razinin həyat və yaradıcılığı ilə məşğul olan 

tədqiqatçılar onun qələminə aid bir neçə əsərin adını çəkirlər: “Kitabül kafi 

fil  əruzeyn vəl qəvafi”, “əl- Mörəb fi məayir  əşarül  Ərəb”, “əl- Möcəm fi 

məayir əşarül Əcəm”, “Hədayiqül Əcəm” və bir də “Tibyanül lüğət ət-Türki 

ələ lisanül Qanqlı”. Qeyd edək bu əsərlərdən bizim dövrümüzə yalnız “əl- 

Möcəm fi məayir əşarül Əcəm” əsəri gəlib çatmışdır.  

Tədqiqatçılara görə Qeys Razi “Kitabül kafi fil əruzeyn vəl qəvafi” 

əsərini hələ 1217-ci ildə  Mərvdə olarkən yazmağa başlamışdır. Adından 

məlum olur ki, bu kitab ərəb  və fars əruzlarından danışan, onların birgə 

nəzəri  əsaslarından bəhs edən bir əsərdir. Görünür, Fərrəzin qalası 

yaxınlığında da bu əsərin  əlyazmaları dağılıb və itib-batmışdır. Sonralar 

Şiraza gələn Qeys Razi 1232-ci ildə bu əsəri tamamlamış, sonra isə yerli 

alimlərin, fars şeirinin bilicilərinin xahişi ilə bu əsəri iki yerə bölmüş, ərəb 

əruz və qafiyəsindən bəhs edən hissəni “əl- Mörəb fi məayir  əşarül  ərəb”, 

fars əruz və qafiyəsinin nəzəri əsaslarından bəhs edən hissəni isə “əl- Möcəm 

fi məayir əşarül Əcəm” adlandırmışdır. Beləliklə, Qeys Razi “əl- Möcəm fi 

məayir  əşarül  Əcəm”  əsərini təqribən 1235-ci ildə  Şirazda tamamlamışdır. 




 Höccətullah QƏHRƏMANİ 

 

200 


Tədqiqatçıların qeydinə görə Qeys Razinin 1235-ci ildən sonrakı taleyi isə 

məlum deyildir (3, 41).  

Qeys Razi özü öz əsərləri haqqında da məlumat vermişdir. Belə ki, o, 

“əl-Möcəm” əsərində bir yerdə “Kitabül kafi fil əruzeyn vəl qəvafi” əsərinin, 

iki yerdə isə “əl- Mörəb fi məayir əşarül ərəb” əsərinin adını çəkmişdir ki, bu 

qeydlərdən sonra bu əsərlərin Qeys ər-Razinin qələminə  məxsus olması 

barədə heç bir şübhə yeri qalmır. Eyni zamanda, bu qeydlərdən o da aydın 

olur ki, bu əsərlər “əl-Möcəm”dən  əvvəl yazılmış  və bütöv, tam bitkin 

əsərlər  şəklində mövcud olmuşdur ki, Qeys Razi də  “əl-Möcəm”də dönə-

dönə onlara istinad edə bilmişdir. XIX əsrdə Nəsirəddin Tusinin “Miyarül-

əşar”  əsərinə  Məhəmməd Sədullah Muradabadi tərəfindən yazılmış 

“Mizanül  əfkar fi şərhi  Miyarül- əşar”  əsərində adı  çəkilən, bizə  gəlib 

çatmamış “Hədayiqül  Əcəm”  əsərinə  gəldikdə isə Avropa şərqşünası Çarlz 

Riyöyə görə bu əsər  “əl-Möcəm” əsərinin qısa variantıdır (3, 41). 

Tədqiqatçılar Qeys Razinin qələminə digər bir əsəri “Tibyanül lüğət ət-

Türki  ələ lisanül Qanqlı”  əsərini də aid edirlər. Araşdırıcılara görə bu əsər  

1223-1231-ci illərdə Cənubi Azərbaycanda hakimiyyətdə olmuş  Cəlaləddin 

Manqburnıya ithaf olunmuş və 1223-1226-cı illər arasında yazılmışdır. Qeyd 

edək ki, Qeys Razinin ərəb dilində yazılmış bu lüğəti hələ orta əsrlərdə 

alimlərə  məlum olmuşdur. Belə ki, İbn Mühənna XIII əsrdə yazdığı 

“Hilyətül- insan və  həlbətül-lisan” adlı lüğətində bu əsərə istinad etmiş, 

ondan müxtəlif nümunələr sitat gətirərək bu əsərin Qeys Razi tərəfindən 

Cəlaləddin Manqburnıya ithaf olunduğunu söyləmişdir (3, 37). Burada Qeys 

Razinin bu əsəri haqqında tədqiqat aparan araşdırıcıların gözündən qaçan bir 

faktı da qeyd etmək yerinə düşər. Belə ki, Qeys Razi “əl-Möcəm” əsərində 

bu  əsəri haqqında da məlumat vermiş, sadəcə olaraq onu “Kitab dər lüğəti 

Türki” (Türk dili haqqında kitab) adlandırmışdır. Qeyd edək ki, adı bütöv 

şəkildə “Tibyanül lüğət ət-Türki ələ lisanül qanqlı” olan, Azərbaycan dilinə 

tərcümədə “Türk dilinin Qanqlı dilinə izahlı lüğəti” adlanan bu əsəri 

araşdıran tədqiqatçılar, bu əsərdən çıxış edərək, Qeys Razinin Azərbaycan 

dilini, Qanqlı dilini və eyni zamanda türk dillərinin bir neçə qolunu yaxşı 

bildiyini söyləyirlər (3, 45).  

Qeyd edək ki, “əl-Möcəm” və  “ət-Tibyan”  əsərlərinin hər ikisinin 

müəllifinin  Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin olmasına 

baxmayaraq, bu müəlliflər uzun müddət ayrı-ayrı şəxslər hesab olunmuşlar. 



XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri 

201 


Lakin görkəmli türk alimi Fuad Köprülü hələ 1928-ci ildə “Türkiyyat 

məcmuəsi” jurnalında çap olunmuş məqaləsində hər iki əsərin müəllifinin bir 

şəxs, yəni  Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi olduğu fikrini 

söyləmişdir. Beləliklə, bu gün biz “əl-Möcəm”  əsərində Qeys ər-Razinin 

özünün “Türk dili haqqında kitab” adlı bir əsərinə  işarə etdiyini əsas 

götürərək, professor Məhəmməd Fuad Köprülüzadənin doğru nəticəyə 

gəldiyini bir daha təsdiq etmiş oluruq. Qeyd edək ki, Müdərris Rəzəvinin 

qeydinə görə  Şəms Qeys ər-Razi “əl-Möcəm”in Ayasofyada qorunan 

əlyazmasında da türk dilində kitabının olduğuna işarə etmişdir. 

Qeys Razinin dövrümüzə  gəlib çatmış yeganə  əsəri olan “Əl-Möcəm”  

ilk dəfə 1909-cu ildə  məşhur ingilis şərqşünası professor Edvard Braun və 

görkəmli  İran alimi Məhəmməd bin Əbdülvəhhab Qəzvini tərəfindən çap 

olunmuşdur. Belə ki, Edvard Braun bu əsərin Britaniya Muzeyində qorunan 

ən qədim və gözəl nüsxəsini çapa hazırlamış, Məhəmməd bin Əbdülvəhhab 

Qəzvini isə onu redaktə etmişdir. Qeyd edək ki, naşirlər çap zamanı  əsərin 

Hindistanda  şəxsi kitabxanada - Mövləvi Xüdabəxş Xanın kitabxanasında 

qorunan, üzü hicri 1183-cü ildə, miladi tarixlə isə 1769-cu ildə köçürülmüş 

nüsxəsindən və eyni zamanda, üzü hicri tarixlə 881, miladi tarixlə isə 1476-

cı ildə Ədirnədə köçürülən və İstanbulun Ayasofya kitabxanasında qorunan 

nüsxəsinin müqəddiməsindən istifadə etmişlər (6). 

Sonralar bu əsər  İranda nəşr olunmuşdur ki, Edvard Braun və  Qəzvini 

çaplarından sonra görkəmli  İran alimi Müdərris Rəzəvi bu əsəri daha altı 

nüsxə ilə tutuşdurub nəşr etdirmişdir (4). Müdərris Rəzəvinin öz nəşrinə 

yazdığı ön sözdən məlum olur ki, o, hələ gənclik illərində Məşhəddə təhsil 

aldığı zaman “Astani -qüdsi-Rəzəvi” kitabxanasında oxuduğu kitablar 

sırasında “əl-Möcəm”in daha bir neçə nüsxəsi ilə tanış olmuş, onları Edvard 

Braun və  Qəzvini çapları ilə tutuşdurmuşdur. Lakin sonralar müxtəlif 

səbəblər üzündən o, bu işi başa çatdırmamışdır. Bir müddətdən sonra isə bu 

işlə yenidən məşğul olmağa başlamış, Təbrizdən və  İranın daha bir neçə 

kitabxanasından bir neçə nüsxə  əldə etmişdir. Eyni zamanda Rəzəvi 

Ayasofya nüsxəsini də əldə edərək uzun zəhmətlərdən sonra bu əsərin yeni 

bir nəşrini və  tənqidi mətnini ortaya qoymağa nail olmuşdur. Beləliklə, bu 

əsər indi orijinala daha yaxın şəkildə bütün şərqşünasların, İran poeziyası və 

poetikası ilə məşğul olan alimlərin stolüstü kitabına çevrilmişdir. 




 Höccətullah QƏHRƏMANİ 

 

202 


Çap olunduğu gündən bu əsər daima şərqşünasların, iranşünasların 

diqqət mərkəzində olmuşdur. Bu əsərlə tanış olan, onu tədqiq edən alimlərin 

özləri də bu kitab haqqında olduqca yüksək fikir söyləmişlər. Məsələn, hələ 

Məhəmməd bin Əbdülvəhhab Qəzvini 1909-cu ildə bu kitabın ilk çapına 

yazdığı ön sözdə onu belə qiymətləndirir: “Cəsarətlə demək olar ki, 

Samanilər dövründən günümüzə qədər -islamın gəlişindən sonra fars dilində 

meydana çıxan ilk elmi kitablardan bəri fars dilində belə dəqiq, tam, gözəl 

və elmi xarakterli əsər yaranmamışdır” (5). Müdərris Rəzəvi də  “əl-

Möcəm”i yüksək qiymətləndirir: “ Gözəlliyi və zinəti bizim zəmanəmizdə 

meydana çıxan hicri VII əsrdə  üç  elmi  (əruz, qafiyə, bədi)  əhatə edən 

Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin “əl-Möcəm fi  məayiri  əşaril- 

Əcəm” əsəri fars ədəbiyyatının mühüm kitablarından biridir ki, tərifi ölçüyə 

gəlməz dərəcədə çoxdur (6). 

Məşhur  İran alimi və  şairi, fars üslubiyyatının gözəl tədqiqatçılarından 

biri sayılan Məliküşşüəra Bahar da bu əsəri, onun üslubunu, dilini olduqca 

yüksək qiymətləndirmişdir. Belə ki, Məliküşşüəra Bahar “əl-Möcəm”in 

üslubunu hətta Sədinin “Gülüstün”ı ilə bərabər tutur: “Mənim fikrimcə Şəms 

Qeysin nəsri öz dövrünün ən gözəl nümunələrindən biridir. Gözəl qələmə, 

incə ağıla, dərin müşahidə qabiliyyətinə və qiymətləndirmə bacarığına malik 

bu adam əgər elmi əsər deyil, daha sərbəst məzmunlu əsər – məsələn tarixi 

və ya bədii əsər yazsa idi o əsl inci olardı” (2, 14). 

Qeyd edək ki, Avropa və Şərq şərqşünasları ilə bərabər, son illərdə rus 

şərqşünasları da bu əsərlə daha yaxından maraqlanmış  və  hətta “Əl-

Möcəm”in qafiyə və bədi hissələrini rus dilinə tərcümə edərək 1997-ci ildə 

nəfis  şəkildə Moskvada çap etdirmişlər. Belə ki, əsəri rus dilinə çevirən 

Natalya Çalisova da əsərə olduqca yüksək qiymət verir və öz elmi 

əhəmiyyətinə görə bu əsərin təkcə şeirşünaslıq deyil, eyni zamanda dilçilik 

tarixində  də qiymətli yer tutduğunu söyləyir : “Şəms Qeysin əsəri təkcə 

şeirşünaslıq deyil, eyni zamanda iranlıların dilçilik ənənələrini də 

zənginləşdirmişdir” (2).  

Qeyd edək ki, bu əsər hələ orta əsrlərdən tədqiqatçıların diqqət 

mərkəzində olmuşdur. Doğrudur, Məhəmməd bin Əbdülvəhhab Qəzvini bu 

əsərin 1909-cu il çapına yazdığı ön sözdə “Kəşfüz- zünun” əsərində Hacı 

Xəlifənin bu əsərin adının çəkmədiyini söyləsə də, sonralar Müdərris Rəzəvi 

onun səhvini düzəltmiş  və Hacı  Xəlifənin  əsərində  “əl-Möcəm”in qeyd 



XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri 

203 


olunduğunu göstərmişdir (6). Tədqiqatçılara görə hicri IX əsrdən, miladi 

tarixlə isə XV əsrdən sonra bir sıra alimlər ya bu əsərə bilavasitə müraciət 

edərək ondan istifadə etmiş və yaxud da Qeys Razi və onun əsərinin adını öz 

əsərlərində xatırlatmışlar. Bunlardan birincisi Şərif ləqəbli Əbdülqəhhar bin 

İshaqdır ki, “Əl-Möcəm”i ixtisar edərək müxtəsər şəklə salmışdır.  

2. Məşhəd alimlərindən olan, ədəbiyyata aid  bir sıra  əsərlərin, o 

cümlədən xüsusilə,  əruz, qafiyə  və  bədidən bəhs edən “Bədayiüs- sənaye” 

əsərinin müəllifi, hicri 919, miladi tarixlə 1513-cü ildə vəfat etmiş Ataullah 

Mahmud Hüseyni dəfələrlə  Şəms Qeys Razinin adı  çəkilən  əsərindən öz 

əsərində bəhs etmişdir.  

3.  Şeyx Məhəmməd  Əli bin Əli bin əl-Qazi Məhəmməd Hamid bin 

Məhəmməd Sabir əl-Faruqi  əl-Hənəfi  ət- Təhanəvi binirci cildi İstanbulda, 

qalan cildləri isə Hindistanda çap olunan “İstilahat  əl-fünun” adlı  əsərində 

əruz və qafiyə terminlərini  Şəms Qeys Razinin “Hədayiqül- möcəm” 

əsərindən istifadə edərək yazmışdır. 

4. Nurəddin bin Əhməd bin Əbdülcəlil Ziyarətgahinin qafiyə risaləsi isə 

təqribən “əl-Möcəm fi məayiri  əşaril-  Əcəm”  əsərinin ikinci hissəsi olan 

qafiyə bölməsinin ixtisar olunmuş variantıdır. 

5. Əbdürrəhman Caminin adı məlum olmayan tələbələrindən biri isə öz 

müəllimi  Əbdürrəhman Caminin əsərini müxtəsər  şəkildə  şərh edərkən üç-

dörd mövzu ilə əlaqədr olaraq Şəms Qeys Razidən bəhs edir.  

6.  Ənvəri “Divanı”nın çətinliklərini  şərh edən  Əbülhəsən Hüseyni 

Fərahani öz əsərində  dəfələrlə  Şəms Qeysin “Hədayiqül -Əcəm”  əsərinə 

müraciət etmişdir.  

7.  Şəms Fəxri  İsfahani “Meyare-cəmali”  əsərinin “Əruz” fəslində  və 

“Müqəddimə”sində  Şəms Qeysin adını  çəkmiş  və ondan geniş  şəkildə 

istifadə etmişdir.  

8. Qiyasəddin bin Cəmaləddin “Fərhənge-ğiyasül-luğat”  əsərində    olan 

əruzdan bəhs edən “Meracül-əruz” adlı bölmədə Şəms Qeysin “Hədayiqül- 

möcəm” əsərinin dəfələrlə adını çəkmiş və ondan istifadə etmişdir. 

9. Cəmaləddin Hüseyn Əncu “Fərhəngi-cahangir” əsərində “əl-Möcəm”, 

yaxud  “Hədayiqül-möcəm” əsərindən istifadə etmiş və “Xorənge” lüğətində 

Məhəmməd bin Qeysin əruzundan bəhrələnmişdir.  

10. Məhəmməd bin Səd  qafiyə elmindən bəhs edən “Təbsirətül-şüəra” 

əsərində Şəms Qeysin adını çəkmiş və onun əsərindən xeyli istifadə etmişdir. 



 Höccətullah QƏHRƏMANİ 

 

204 


11. Məhəmməd Nəcmülğəni xan  “Nəhcül-ədəb” əsərində istifadə etdiyi 

mənbələrdən biri kimi öz ədəbiyyat siyahısına  Şəms Qeysin “əl-Möcəm fi 

məayir əşaril- Əcəm” əsərini daxil etmişdir. 

Şəms Qeys Razinin tərtib etdiyinə görə  “əl-Möcəm”  əsəri iki böyük 

hissədən, fənndən ibarətdir. Birinci hissə, birinci fənn əruz elmindən, ikinci 

hissə, ikinci fənn isə qafiyə elmi və şeir tənqidindən  bəhs edir ki, əslində bu 

fənnlərin, bu hissələrin özləri də bir-neçə  fəsildən ibarətdir. Belə ki, Qeys 

Razi “əl-Möcəm”də birinci fənni, yəni əruz fənnini aşağıdakı fəsillərə ayırır:  

1.

 

Əruzun mənası, rüknlərin  şərhi və bu elm əhlinin bu fənndə 



işlətdikləri adlar və ləqəblər haqqında. 

2.

 



Əruzun rüknlərini təşkil edən cüzlər və vəznlər haqqında. 

3.

 



Cüzlərin yaranmasında iştirak edən dəyişikliklər və onlardan 

yaranan törəmə təfilələr haqqında. 

4.

 

Qədim və işlənməyən bəhrlər, dairələr, beytlərin təqtisi və bəhrlərin 



cüzlərinin bir-birindən ayrılması haqqında. 

İkinci fənn isə  “əl-Möcəm”ə görə  aşağıdakı  fəsillərdən tərtib olun-

muşdur: 

1.

 



Şeirin və qafiyənin mənası, onların hüdudları  və mahiyyəti 

haqqında. 

2.

 

Qafiyənin hərfləri, onların adları və mənaları haqqında. 



3.

 

Qafiyə hərflərinin hərəkələri və onların adları haqqında. 



4.

 

Qafiyənin hüdudları və onların təsnifi haqqında. 



5.

 

Qafiyənin eyibləri və  mənzum kəlamda xoşagəlməzliklərin təsnifi 



haqqında. 

6.

 



Şeirin gözəllikləri və  nəzm və  nəsrdə  işlənən gözəl sənətlər 

haqqında. 

Beləliklə, gördüyümüz kimi Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi 

özünün “əl-Möcəm” əsərində fars şeirində işlənən əruz, qafiyə və bədi elmi 

haqqında bütün deyilməsi mümkün olan fikirləri ümumiləşdirmiş  və 

yuxarıda göstərdiyimiz başlıqlar altında  əhatə etməyə çalışmışdır.  Lakin 

Qeys Razi “əl-Möcəm”  əsərində  əruz, qafiyə, bədinin izahına keçməzdən 

əvvəl qısaca olaraq əruzun öyrənilməsinin  əhəmiyyətindən danışılır ki, biz 

də həmin fikirlərlə məqalələrimizi tamamlayırıq. 

Qeys Raziyə görə nəhv mənsur kəlamın, nəsrin ölçüsü olduğu kimi, əruz 

da mənzum kəlamın,  şeirin ölçüsüdür, tərəzisidir. Alimin nöqteyi-nəzərinə 



XIII əsr əruzşünası Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin dövrü, həyatı və əsərləri 

205 


görə bu elmə ona görə  əruz adı vermişlər ki, şeir  əruz vasitəsilə meydana 

çıxır və onun vəznli və yaxud da vəznsiz olduğu əruz vasitəsilə aydınlaşır. 

Qeys Raziyə görə  bəzi alimlər istedadlı  şairlərin onsuz da istedadlı 

olduqlarına görə əruza ehtiyacları olmadıqlarını, istedadsızların isə istedad-

sız olduqlarına görə  də yenə  də  əruza ehtiyacları olmadıqlarını söyləyirlər. 

Lakin böyük alimin fikrinə görə bu belə deyildir. İstər istedadlı, istərsə  də 

istedadsız olan hər bir şair  əruzu bilməli, onun qayda-qanunlarından baş 

çıxarmalıdır. Çünki hər bir şair beytdə, misrada, şeirdə  ən adi bir hərf 

qüsurunu da müəyyən etməyi bacarmalı,  şeirinin vəzn baxımından düzgün 

olmasını  təmin etməlidir. Vəzni bilmək isə  müqəddəs Qurani-Kərimi və 

Peyğəmbərin (s.) hədislərini düzgün şəkildə oxumağa yardım edir. Bu 

mənada, hər bir insan ən azı əruz vasitəsilə Qurani-Kərimi və Peyğəmbərin 

(s.) hədislərini düz oxumağı bacarmalıdır. Buna görə  də Qeys Razinin 

fikrincə  hər bir qələm  əhli, ziyalı,  şair  əruzdan baş  çıxarmalı, onu 

öyrənməlidir. 

 

 



ƏDƏBİYYAT 

 

1. З.М.Буниятов. Государство Хорезмшахов – Ануштегинидов 1097-



1231. Издательство «Наука», Москва, 1986. 

2.  Н.Ю.Чалисова.  Персидская  поэзия  на  весах  поэтики.  Шамс  ад-

дин Мухаммад ибн Кайс ар-Рази. Свод правил персидской поэзии. Мо-

сква, 1997.  

3.  Юсиф-Зия  Ширвани.  Мухаммед  ибн-Кейс  и  его  тюркоязычный 

глоссарий. Ученые записки, №1, Издание АГУ, Баку,1971. 

4. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi . Əl-Möcəm fi məayir əşar 

əl-Əcəm. Tehran, 1387. 

5. Məhəmməd bin Əbdülvəhhab Qəzvini. Müqəddimeye mosəhheh. 

Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi . Əl-Möcəm fi məayir  əşar  əl-

Əcəm. Tehran, 1387. 

6. Modərres Rəzəvi. Müqəddimeye mosəhheh.  Şəmsəddin Məhəmməd 

bin Qeys ər-Razi . Əl-Möcəm fi məayir əşar əl-Əcəm. Tehran, 1387. 

 

 




 Höccətullah QƏHRƏMANİ 

 

206 


 

RESUME 

 

In the article its shown that Geys Razi lived in the XIII century was the 

prominent aruz scholar of his period. He lived during the rule time of 

Kharazm shahs and most of his works devoted to his periods rulers. Though 

he wrote o lot of works. Only «Al-Mocam» passed to modern generation. 

The theoretical bases of aruz and rhifme were investigated in this work. 



 

 

Təqdim etdi:  

f.e.d., professor T.Quliyev 

Tövsiyyə etdi:  

AMEA-nın M.Füzuli adına Əlyazmalar  

 

 

 

İnstitunun Elmi Şurası, Protokol No 11, 

tarix 3.11.2010 

Yüklə 68,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə