Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə36/41
tarix30.12.2017
ölçüsü4,06 Mb.
#18485
1   ...   33   34   35   36   37   38   39   40   41

ƏDƏBİYYAT:


  1. Aymutlu Ahmet. Aruz. Türk şiirinde kullanılan aruz vezinleri ve örnekleri. Beşinci baskı. İstanbul, Osman Yalçın matbaası, 1962.

  2. Devellioğlu Ferit. Osmanlıca-türkce ansiklopedik luğat. Ankara: Aydın kitabevi yayınları, 2003.

  3. H.İpekten. Eski Türk Edebiyatı. Erzurum, Atatürk Üniversitesi Yayınları, 1989.

  4. Hemdi Nazim Ertek. Şair Şeref Hanım. İstanbul, Riza Coşkun matbaası, 1941.

  5. Kabaklı A. Şiir incelemeleri. İstanbul, Türk edebiyyatı Vakfı yayınları, 1992.

  6. دیوان شرف حانم, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, şifr: II-329 (727).

  7. شرف خانم , AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, şifr:1299.


Hüseyn KƏRİMİ

(Əlyazmalar İnstitutu)
ƏYANİ ŞƏBÜSTƏRİNİN «ƏNBİYANAMƏ»SİNDƏ ÇƏNG ÇALAN QOCA SURƏTİ
Bu mövzuya müraciət etməkdə məqsəd «Çəng çalan qoca» heka­yə­sinin doq­quzuncu əsrin sonu, onuncu əsrin əvvəllərinə aid olan və nəzm şəklində qələmə alınmış, tamamilə yeni bir nüsxəsini təqdim etməkdir. Təkamülünün gedişatı folk­lordan nəsrə, nəsrdən nəzmə doğru olmuş bu hekayənin Əyani Şəbüstərinin «Ənbi­yanamə» əsərindəki variantını fərq­ləndirən cəhət onun Firdovsinin «Şahna­mə» əsərinin vəznində və epos janrına xas olan epik dildə yazılmasıdır. Adıçəkilən heka­yənin bu əsərdəki forma və məzmunu haqqında bəhs etmək üçün onun digər va­riantları – «Əsrarüt-touhid» əsərində nəsr şəklindəki variantı, «Müsibət­na­mə» əsərində nəzm şəklindəki variantı və Mövlananın məsnəvisi ilə mü­qayisəsini təq­dim etmiş və göstərmişik ki, əlavələr, artırmalar və ix­tisarlar bu hekayənin günü­müzədək necə təşəkkül tapmasına təsir gös­tərmiş, səbəb olmuşdur. Mövla­nanın və Əttarın çəng çalan qocası haq­qında bir çox məqalələr yazılmışdır və həmin məqa­lələrdə daha çox bu rəvayətlərin forma və fərqlərindən bəhs edilmişdir. Təqdim etdiyimiz möv­zuya aid yazı bu hekayə haqqında mükəmməl və tam məlumat ver­məklə yanaşı, oxucunu çəng, yaxud tənbur çalan qoca haqqında heka­yənin nisbətən yeni və bilinməyən tərəfləri, cəhətləri ilə tanış edir.

«Çəng çalan qoca», yaxud «Tənbur çalan qoca» mənsur bir hekayə­nin adıdır ki, onun əsas məxəzi Məhəmməd ibn Münəvvərin «Əsrarüt-touhid» («Tövhidin sir­ləri») əsəridir (21-20 / 5). Bu qısa hekayə Əbu Səid Əbi əl-Xeyrin xadimi Həsən Müəddəbin dilindən şeyxin kəramət­lə­rindən bəhs edərkən belə qeyd olunmuşdur: tənbur çalan qoca; «Hə­sən Müəddəb dedi ... dərvişlərin məskəni olan evin qapı­sından qoca bir çəng çalan çıxdı, ... mənə bir qızıl kisəsi verdi və dedi ki, yüz di­nar­dır... şeyxin yanına apardım. Şeyx dedi ki, götür apar Hirə qəbiristanlığına... ora­da bir qoca var, yatmışdır... qızıl kisəsini ona ver... Bir qoca gördüm, zəif. Başı­nın altına tənbur qoymuş və yatmışdır... Soruşdum ki, necə­sən, nəçisən? Dedi ki, ... peşəm tənbur çalmaqdır... İndi qocalmışam, halım, vəziyyətim dəyişib, daha heç kim məni axtarmır, dəvət etmir... Bu qəbiristana gəldim və Allah-Taala üçün zəbur oxu­mağa başladım... Yuxuya getdim və indi sən məni oyadana qədər yatmışdım... Onunla birlikdə Şeyxin hüzuruna gəldik... O qoca əl-ayağa düşdü və tövbə et­di...» (108/7).

Şeyx Fəridəddin Əttar Nişapuri «Müsibətnamə» əsərində bu heka­yəni 29 beytdə nəzmə almışdır, ancaq belə bir fərqlə ki, dastanın dərviş­lərin yoxsulluğu və Həsən Müəddəbin qızıl verməsi haqqında olan bi­rin­ci hissəsini hekayənin sonuna keçir­miş və dastanı nəğməkar qocanın vəsfi ilə başlamışdır. Digər fərq bundan ibarətdir ki, nəğməkar qoca qə­biristanlığa deyil, xaraba bir məscidə getmişdir (777-753 / 6). «Əsrarüt-touhid» əsərində və Mövlananın məsnəvisindəki rəvayətlərlə Əttarın rə­vayəti arasındakı əsas fərq bundadır ki, Əttarın rübab çalan qocası nəin­ki tövbə etmir, bəlkə hətta hərisliklə və ümidlə yalnız Xudavəndi-Taala üçün çalmaq və daha çox ruzi qazanmaq əzmindədir.

... Bundan sonra da gər gətirməsə yuxu özü ilə ölüm,

Cümlə sənin üçün çalacağam rübab. (425 /4)

Əttar bu hekayədən belə bir nəticə çıxarır ki, əqli naqis olan adam­ların işi asandır. Beləliklə də, o, Allahla və xalqla həyasızcasına danı­şan, söhbət edən şövq və ilham sahiblərinin üzrünü istəmiş olur (754-753 /6). Bir qədər sonra bu hekayə Mövlananın qiymətli məsnəvisində 179 beytdə və yeddi əlavə dastanda təzahür edir. Heç şübhəsiz, Möv­lana bu dastanı, nəzmin və hekayənin üslubunun şahidlik və təsdiq et­diyi kimi, həmin «Müsibətnamə»dən əxz etmişdir. Lakin o, müəyyən də­yişikliklər edərək hekayənin təsir qüvvəsini artırmış və ona daha qə­ribə bir məzmun bəxş etmişdir. Birincisi budur ki, Mövlananın rəva­yətində hadisənin baş verdiyi məkan Mədinə şəhəridir. İkincisi, aydın düşüncəyə, geniş dünyagörüşünə malik olan, başdan-başa zövq əhli olan Əbi Səidin yerinə nəğməkar qocanın dadına yetişən şəxs «əmr be məruf» (lazımlı və xeyir işlərə dəvət) və «nəhy əz münkər» (pis və zə­rərli əməllərdən çəkindirmək) məsələsində tələbkarlığı, kəskinliyi, cid­di­liyi və cəsarəti ilə məşhur olan Ömər ibn Xəttabdır. Üçüncüsü, «Əs­rarüt-touhid» və «Müsibətnamə» əsərlərində Əbu Səidin məsələdən agah və xəbərdar olmasının dəlili – səbəbi qeyd olunmamışdır və bilin­mir ki, o öz daxili intuisiyası, yaxud bir başqasının verdiyi məlumata əsa­sən çəng çalan qocanın vəziyyətindən xəbərdar olur (Foruz Ənfər, məsnəvinin şərhi. 756-754).

Onu eşitmişəm ki, Ömərin dövründə,

Vardı bir təkəbbürlü çəng çalan mütrüb.(1913 /8).

Mövlana qocanın çəng çalmaqda məharətini vəsf etdikdən sonra onun səsini «İlahinin nəfəsi» kimi tərənnüm edir və onu dastandan kə­nar­laşdıraraq, bir hədisin irfani təfsirinə cəlb edir. Sonra Mövlananın dost­larının vəziyyəti və əhval-ruhiy­yə­ləri tələb edir ki, bir-neçə beyti nəzm xəttinə düzsün (759 /6).

Mövlana bu dastanı öz düşüncələrini bəyan etmək üçün bir vasitə, bəhanə kimi seçmişdir və bu müjdəçi dastandan bir neçə ikinci də­rəcəli, əlavə dastan hasil ol­muş­dur. Dastandakı məntiqi ardıcıllığı izlə­mək, bütün dastan boyu nəql edənin – hekayəçinin kim olduğunu anla­maq çətindir və asanlıqla demək mümkün deyildir ki, danışan – birinci şəxs kimdir: mouləvi, Allah, Ömər, yoxsa çəng çalan qoca? (325 /2).

Əyani Şəbüstərinin «Ənbiyanamə» əsərində çəng çalan qoca (845-917).

«Ənbiyanamə» dini-mənzum eposdur, mütəqarib vəznində yazıl­mış­dır. Bu əsə­rin müəllifi Bürhanəddin İbrahim ibn Həsən Şəbüstəri Nəqş­bəndi hicri təqvimi ilə doqquzuncu əsrin axırları, onuncu əsrin əvvəl­lərində yaşamış, o dövrün böyük alimləri, hikmət sahibləri, şairləri, şərh­çiləri və qrammatika mütəxəssislərindən biri olmuşdur. Azərbay­ca­nın Şəbüstər məntəqəsindəndir. Şeirlərini «Əyani» təxəllüsü ilə yaz­mış­dır, lakin ərəb elmləri üzrə çoxsaylı əsərlər yazdığı üçün «Sibuyeyi-sani», yəni «ikinci Sibuyə» kimi tanınmışdır. O, «Şahnamə»nin təqlid­çi­lərindəndir. Firdovsiyə sadiq olduğunu büruzə verməsə də, Sədiyə, Ət­tara, Nizamiyə və Möv­la­naya sonsuz sədaqətini və ehtiramını dəfə­lərlə qeyd etmişdir.

Mövlananın çəng çalan qocası haqqında daha çox düşünməyin sə­bəbi Əyani Şəbüstərinin bu dastanı yaradarkən addım-addım Mövla­na­nın məsnəvisi üzərində dayanmasıdır. Əyaninin də çəng çalan qocası Möv­lananın məsnəvisində olduğu kimi, ardıcıllığın və məntiqiliyin məh­suludur. Belə ki, öncəki dastanda hadisələrin gedişatı bu hekayəni söyləmək üçün bir zəmin yaratmışdır.

Əyaninin yaşadığı dövr VI-VIII əsrlər saf fars şeirinin X-XI əsrlərin qarışıq və çətin şeirinə keçid dövrü idi. Yaxud ən azı pəhləvanlığa həsr olunmuş, milli və röv­nəqsiz irfani şerlər bazarı dövrüdür. IX əsrdə fars şeiri sadəliyə və rəvanlığa mail idi... Dastanları əhatə edən, əxlaqi mə­sələlərə həsr olunmuş nəzm əsərləri, dini epos­lar yaratmaq bu dövrün digər xüsusiyyətlərindəndir (163-195 /3). Əyani ət­rafda baş verən və sonralar səfəvilərin hakimiyyəti ilə nəticələnən gərgin hadisə­ləri müşa­hidəçi kimi izləyir və ümidsizcəsinə öz şeir bazarının kasad olmasından söz açır:

Əyani, kasaddır malın sənin,

Sənin çuxan qaldı özünə.

Onu qoy kənara ki, bəxtin yatmışdır,

Sənin malının yoxdur xəridarı.

İndi şeir bazarının kasadlığı hakim kəsilmişdir və digər tərəfdən də şair özü­nün ahıllıq dövrünü yaşayır. Beləliklə, ən yaxşısı din aləminin böyüklərinə sitayiş etməkdir. Birdən-birə Mövlananın çəng çalan qoca hekayəsini yada salır ki, ömrü boyu xalq üçün çalmış, lakin bir şey qazanmamışdır. Amma elə ki, Haqq üçün çal­mağa başlayır, Haqq-Taala xəlifənin əli ilə ona qiymətli ipək və muzdunu bəxş etdi.

Get, bir-iki gün bu kasad malı,

Peyğəmbərlər bazarında qoy hərraca. (804 / həmin)

Əyani belə bir müqəddimə ilə çəng çalan qoca haqqında hekayənin başlanğıcına gedərək onu söyləməyə başlayır. O bu hekayəni ustadlara xas bir məharətlə, olduq­ca gözəl, rəvan bir tərzdə 49 beytdə qələmə alır və onu nəzmin zivərləri – gövhər­ləri ilə bəzəyir. O özünə nəsihət verir və artıq xırdalıqlara varmağa, hekayənin baş verdiyi məkan və zamana işarə etməyə heç bir ehtiyac görmür. Bəlkə işarə əvəzliyi olan «o»ya müraciət edir və bildirir ki, «o qoca çəng çalandan öyrən işi». Beləliklə, Əyani göstərir ki, bu dastan mənəvi məsnəvidə çox məşhurdur və oxu­cular onunla yaxşı tanışdırlar.

O çəng çalan kişidən öyrən işi

Ki, bükülmüşdür çəng kimi ruzigarın qəmindən... (807-844 / həmin)

«Ənbiyanamə»dəki dastanın aspekti Mövlananın dəyişkən xislətli çəng çalan qocasının əksidir, birbaşa üçüncü şəxs, ən böyük aqil və də­yişməzdir. Şübhəsiz, Əyani Əttarın əsərləri ilə tanış olmuşdur. Lakin özü­nün çəng çalan qocasını – bu qoca haqqında, sözsüz ki, müstəqil ol­mayan dastan yaradarkən addımbaaddım Mövlananın məsnəvisinin ar­dınca getmişdir. Yalnız bir fərqlə ki, əlavə – ikincidə­rəcəli dastan yarat­mamışdır. İkincisi, onun sonda gəldiyi nəticə Əttarın və Mövla­nanın gəl­diyi nəticələrdən tamamilə fərqlidir. O, belə bir nəticəyə gəlir ki, insan öz tamahına qalib gəlməli, sözündə və əməlində müstəsna olaraq Allahı nəzərdə tut­malıdır. Bu ümidlə ki, övliya tərəfindən qəbul edilmiş olsun.

Nəhayət, bu mövzuya aid yazımızda çəng, yaxud tənbur çalan qoca haqqında dastanın əslini – kökünü xatırlatmaqla, onun təkamül yolun­dan – folklordan, yəni şi­fahi xalq ədəbiyyatından başlayaraq nəsrə daxil olması, Əbu Səid, Əttar və Mövlana kimi böyük alimlər, müdriklər tərəfindən məsnəvi qəlibində bişdikdən sonra müxtəlif bəhrlərdə nəzm şəklində ərsəyə gəlməsindən bəhs edilir. Belə bir təkamül yolunu keçən hekayə həmin yolun davamında böyük «Ənbiyanamə» əsə­rinə daxil olmuşdur. Bu hekayənin dörd əsər üzrə müqayisəsi nəticəsində bəzi ox­şar və fərqli cəhətlər açıqlanır. «Ənbiyanamə» əsərindəki rəvayət ilə Mövlananın məsnəvisi arasında çox oxşarlıq olduğu üçün Mövlananın məsnəvisinin qeyd olunan özünəməxsus cəhətləri «Ənbiyanamə» əsəri­nə də aiddir.


Ədəbİyyat:


  1. برهان الدين ابراهيم بن حسن شبستري(1391). انبیانامه، به تصحیح و تعلیقات حسین کریمی از نسخه خطی باکو و تبریز و ترکیه به شمارۀ 131.

  2. پورنامداریان، تقی(1380). در سایۀ آفتاب، تهران. نشر سخن، چاپ اول.

  3. صفا، ذبیح الله(1371). تاریخ ادبیات در ایران ( جلد چهارم )، تهران، فردوس، چاپ هشتم.

  4. عطار نیشابوری، فریدالدین(1380). مصیبت نامه، به اهتمام و تصحیح عبدالوهاب نورانی وصال، تهران، انتشارات زوار، چاپ پنجم.

  5. فروزانفر، بدیع الزمان(1366). مآخذ قصص و تمثیلات مثنوی، تهران، امیرکبیر، چاپ سوم.

  6. فروزانفر، بدیع الزمان(1384). شرح مثنوی شریف، جزو سوم از دفتر اول،(صص777-753). تهران، انتشارات زوار، چاپ یازدهم.

  7. محمد بن منوّر (1366). اسرار التوحید فی مقانات الشیخ ابوسعید ابی الخیر، با مقدمه و تعلیقات محمد رضا شفیعی کدکنی، تهران، نقش جهان، چاپ دوم.

  8. مولوی جلال الدین (1379). مثنوی معنوی، تصحیح رینولد نیکلسون، با مقدمه و تصحیح محمد رضا برزگر خالقی، قزوین، سایه گستر، چاپ اول.

Ülkər Səmədova

(Şərqşunaslıq İnstitutu)
Klassİk türk ədəbİyyatının Azərbaycanda təDqİqİ
Azərbaycanda yetmiş il ərzində qadağan edilmiş umumtürk ədə­biyyat və mədəniyyətinin milli-tarixi zəmində tədqiqi elmi mədəni əlaqələrimizin öyrənilməsi ucun yeni səhifələrin açılmasına səbəb ol­muşdur. Bu cəhətdən Azərbaycan və Turkiyə ədəbi əlaqələrini da­ha geniş aspektdə öyrənmək və bu əlaqəni tətqiqat işləri konteksində izləmək aktual məsələ kimi mühüm əhəmiyyətə malikdir. Məhz bütün bu səbəblər, müasir Dövrdə Azərbaycan – Türkiyə əlaqələ­ri­nin kulturoloji aspektlərinin tədqiqini aktuallaşdırır. Göründüyü ki­mi elm sahəsində ölkələrimiz arasında fəal iş gedir, bir çox alim­lə­ri­miz bu sahədə araşdırmalaraparmış və aparmaqdadırlar. Bu araş­dır­maların bir qismi mədəniyyət siyasəti ilə əlaqədardır. Bu sahədə Azər­baycan və Türkiyənin ali təhsil ocaqlarında, universitetlərində gö­rülməkdə olan diplom çalışmalarının sayı surətlə artmaqdadır. La­kin Azərbaycan-Türkiyə əlaqələri haqqında yazılan tədqiqatların çox­luğuna baxmayaraq, onlar bütünlükdə müstəqil tətqiqat ob­yek­ti­nə çevrilməmişdir. Bu mənada tədqiq olunan Işlər ilk dəfə olaraq bü­tov və sistemli şəkildə araşdırılır. Azərbaycanda tətqiq olunan klassik dövrü əhatə edən şair və yazıçıların həyat və yaradıcılığını araşdıran dissetasiyalar tədqiqata cəlb edilmişdir.

Vüsalə Musalı (Səmədova ) tərəfindən f.e.d Azadə Şahbaz qızı Musayevanın rəhbərliyi altında 2006 cı ildə “XV-XVll əsrlər Türk Təzkirələrinin Struktur və Spesifikası (əlyazma qaynaqları əsa­sında) ”Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün disser­tasiya müdafiə olunmuşdur. Bu araşdırma ədəbiyyatşunaslıqda XV-XVI əsrlər türk təzkirəçiliyinin sistemli şəkildə öyrənilməsinə həsr olunmuş ilk dissertsiyadır. Tətqiqat işində ilk dəfə olaraq Heart, Türkiyə və Azəbaycan təzkirələri sistemli çəkildə nəzəri baxaımdan öyrənilmiş, təzkirə adı daşıyıb, şüara təzkirələrindən fərqlənən əsər­lər haqqında məlumat verilmiş, Heart təzkirəçilik məktəbinin Tür­kiyə və Azərbaycan təzkirəçiliyinə təısiri müəyyənləşdirilmiş, təzki­rə­lərin strukturu, spesifik xüsusiyyəətləri nəzərdən keçirilmiş, böl­güsü aparılmış, Azərbaycan,Türkiyə, Özbəkistan və İran alimlərinin XV-XVll əsrlər təzkirələrinin araşdırılmasına yönəltdikləri tətqiqat­lar nəzərdən keçirilərək problemin tətqiq və nəşr tarixi öyrənil­miş­dir. Bunlardan əlavə XV-XVll əsr türk təzkirəçiliyinin hər birinin həyatı və təzkirələri ayrı-ayrılıqda ilkin mənbələr əsasında, ədəbi- tarixi konteksdə tətqiq olunmuş, təzkirələrin dünya kitabxanaların­da­kı əlyazma nüsxələri üzə çıxarılmışdır. Təzkirələrdəki Azərbay­can­lı müəlliflər haqqındakı məlumat təqdim olunmuş, təzkirələrdəki bio-biblioqrafik bilgilər sistemi öytrənilmişdir.bütün bu qeyd olu­nan­lar dissertasiya işinin elmi yeniliyini şərtləndirən başlıca cəhət­lərdir.

Bu işin mənbələrin danışılan zamansa bildirməliyik ki, tətqiqat işində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstutunfda sax­la­nan XV-XVII əsrlər türk təzkirələrinin əlyazma nüsxələrindın, elə­cədə Türkiyə, İran, Rusiyanın əlyazma xəzinələrində mühafizə olu­nan əlyazmaların foto-surətlərindən, müxtəlif elmi-nəzəri ədəbiyyat­lardan, türk, fars və özbək dillərindəki mənbələrdən istifadə olun­muş­dur.

“Türk Təzkrəçiliyi ümumşərq təzkirəçilik ənənəsi kontekstində” adlı birinci fəsildə Şərq təzkirəçilik ənənəsi haqqında dolğun təsəv­vür yaradılmış, təzkirələrin mənşəyindən, təbaqat kitablarından bəhs olunmuş, təzkirə adı daşıyan, lakin şair təzkirələrindən ciddi fərqlənən əsərlər haqqında sistemli şəkildə məlumat verilmişdir. Həmçinin Heart təzkirələri ilə Türkiyə və Azərbaycan təzkirələri qar­şılaçdırılmış, ortaq və fərqli cəhətlər üzə çıxarılmışdır.

Dissertasiya işinin “XV-XVll əsrlər türk təzkirəçiliyi: strukturu və spesifik cəhətləri” adlı ikinci fəsildə Heratın tarixi durumuna nəzə salınmış, Dövlətşah Səmərqəndi və əlişir Nəvainin qələmə al­dıqları və Herat təzkirəçilik məktəbi nümunələri adlandırılan əsərlər təd­qiqata cəlb olunmuşdur. Sonra sözügedən dövrdə Səhi ,Lətifi, Aşıq Çələbi, Qınalızadə, Bəyani, Riyazi, Rza, Asim, Güfti tərəfin­dən qələmə alınmış təzkirələr tədqiq olunmuşdur. Həmçinin burda Sam Mirzənin “Töhfeyi-Sami”, Əhdi Bağdadinin “Gülşəni-şüəra” və Sadıq bəy Sadiqiqinin “Məcməül-xəvas” təzkirələri təhlil olun­muş, strukturu müəyyənləşdirilmiş, spesifik cəhətləri qabardılmış, əlyazma nüsxələri haqqında məlumat verilmişdir.

“XV-XVII əsrlər türk təzkirələrində bio-biblioqrafik bilgilər sis­temi və azərbaycanlı müəlliflər” fəslində təzkirələr bio-biblioqrafik mənbə kimi təhlil olunmuş və təzkirələrdəki bio-biblioqrafik məlu­matlar üzə çıxarılmışdır. Belə ki, təzkirələrdə biblioqrafik təsvirə da­xil olan ünsürlərin bəziləri olduğu üçün bu əsərləri bio-bib­lioq­rafik mənbə adlandırmaq mümkündür. Təzkirəçilər əsərlərində şai­rin adı, doğulduğu, yetişdiyi yer, təhsili, zövqi, görünüşü, əsərləri, yazılma səbəbi, yeri və s. Bağlı məlumat vermişlər. Son olaraq Döv­lətşah Əlişir Nəvai, Səhi, Lətifi, Sam Mirzə, Sadiqi və başqa türk təzkirəçilərinin əsərlərindəki azərbaycanlı müəlliflər haqqın­dakı ilkin məlumatlar öyrənilmişdir.

Araz Əsədov prof. Bəhlul Ağabala oğlu Abdullayevin rəhbərliyi al­tında ” Qazi Bürhannəddin və folklor” filologiya üzrə fəlsəfə dok­toru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyada şarin yaradıcılığının Azərbaycan ədəbiyyatşunaslığında daha ətraflı öy­rə­nil­məsi, onun özündən sonra yazıb yaradan şairlərə təsiri, onun ya­radıcılığı üçün spesifik səciyyə daşıyan tuyuq janrının bir şeir növü kimi türk ədəbiyyatında rolunun araşdırılması, şair haqqında yazılan elmi yazıları diqqət mərkəzində saxlamaq, yeri gəldikcə münasibət bildirmək əsas məqsəd və vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu dis­sertasiyada ilk dəfə olaraq Qazi Bürhannəddin sərkərdə, şair, sufi, xalq şeirinin bilicisi kimi araşdırılır. Bütün bunlarla yanaşı, dis­sertasiyanın əsas vəzifəsi şairin divanında yer alan folklor nümu­nə­lərini sistemli şəkildə öyrənmək, şairin folklor örnəklərindən hansı məq­sədlə istifadəetdiyini müəyyənləşdirməkdir. Bunlara misal ola­raq şairin türk və dünya ədəbiyyatçunaslığında yeri, şairin həyatı, dövrü və mühitinə elmi baxış, dini rəvayət və əfsanələrin folklor konteksində tədqiqi, şairin divanında “əsgər igidlər” “Sərvər ərən­lər” “alp ərənlər” tək təqdim olunan qəhrəmanların Qorqud ərənlə­rin­dən təsirləndiklərini əlaqəli şəkildə təhlilə cəlb etmək, şairin dili­nin bu qədər sadə və rəvanlığını xalq yaadıcılığına yaxınlığı isti­qa­mə­tində üzə çıxarmaq vəs. Dissertasiyanın elmi yeniliyi onunla şərt­lənir ki, dissertant ilk dəfə olaraq Qazi Bürhannəddin folklordan, xalq dastanlarından istifadə edərək qəhrəmanlıq ruhlu şeirlər yaz­masını, məhəbbət dastanlarımızdan gələn ülvilik, paklığı öz lirik qə­zələində qoruyub saxlamasını, inkişaf etdirməsini özündən sonra gə­lən sənətkar üçün bir örnək yaratmasını sistemli şəkildə araşdırıb ay­­dınlaşdırmışdır. Burada həm də şairin işlətdiyi atalar sözü, məsəl­lər, xeyir-dualar, inamlar və bu kimi folklor nümunələri öz əksini fak­tiki materiallar əsasında tapmışdır. Tətqiqat işində habelə son vaxt­lara qədər araşdırılması yasaq olan türk şairlərinə qarşı yönəl­di­lən sovet ideologiyasına münasibət də bildirilmişdir. Dissertasiyada qal­dırılan məsələlərdə nəzəri baza kimi türk tətqiqatçıları ilə yanaşı, Azərbaycan, rus, qazax və başqa ədəbiyyatşunasların əsərlərinə isti­nad edilir.

Dissertasiyada bütün fikir və müddəalar nəzəri və faktik material əsasında təhlilə cəlb olunub. Tətqiqat mötəbər nəzəri və təcrübi qay­naqlar əsasında onun nəticələri ədəbiyyatşunaslıqda bu sahədə irə­liyə doğru atılmış uğurlu addım hesab edilə bilər.

Dissetasiyanın birinci fəsli “Qazi Bürhannəddin yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında və başqa tətqiqatlarda əksi” ad­la­nır ki, bu fəsildə Qazi Bürhanəddin yaradıcılığının Azərbaycan, rus, ingilis və xüsusilə Türkiyə ədəbiyyatçunaslığında tətqiqinə ge­niş yer verilir.

Dissertasiyanın ikinci fəsli “Qazi Bürhannəddin yaradıcılığında şifahi xalq ədəbiyyatı nümunələrinin yeri” adlanır. “Lirik folklor nü­munələri Qazi Bürhannəddin şeirinin ideya-bədii qaynağı kimi” adlı birinci bölmədə şairin şeirlərində əks olunan folklor nümunələri üzə çıxarılır.“Epik folklor nümunələi Qazi Bürhannəddin şeirinin ideya-bədii qaynağı kimi” adlı ikinci bölümündə şairin yaradıcılığında mə­həbbət dastanlarının təsiri araşdırılır. Orta əsrlər ədəbiyyatında xalq dastanlarına müraciət, orada olan əhvalatlara nəzmə çəkmək və ayrı ayrı epizodların şeirə gətirilməsi, məlum olduğu kimi bir ənənə halına almışdır bu həmçinin özünü Qazi Bürhanəddin yaradı­cığın­dada göstərib və dissertant bu xüsusiyyətləri məharətlə üzə çıxart­ma­ğı bacarmışdır. “Qazi Bürhanəddin yaradıcılığında dini-mifoloji, tarixi və əfsanəvi şəxslərlə bağlı yaranmış folklor motivləri” adlanan ikinci fəslin üçüncü bölməsində tarixi şəxsiyyətlər haqqında əfsanə və rəvayətlər uzun bir yol keçərək xalqın qan yaddaşında for­ma­laşıb, tarix boyunca insanların şüurunda yaşayaraq, nəsildən-nəslə keç­­məklə günümüzə qədər gəlib çatmışdır əlbətdəki bu motivlə özü­nü şairin yaradıcılığında da göstərib. Bu başlıq altında da müəllif hə­min bu motivləri taparaq qeyd etmişdir.

Lamiyə Süleymanova f.e.d. Azadə Şahbaz qızı Musayeva nın rəh­­bərliyi altında “süleyman çələbi Bursalı ”Vəsilətün-Nicat” əsə­ri­nin tekstoloji tədqiqi və elmi-tənqidi mətni” Filologiya elmlər na­mi­zədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanı 2007ci ildə müdafiə edib.

Tədqiqatın məqsəd və vəzifələri ilk növbədə, mövzunun ak­tual­lığını müəyyənləşdirən zəruri problemlərin araşdırılması, elmi cə­hət­­dən əsaslandırırlması və sistemləşdirilməsi iləəlaqədardır. Disser­ta­siyanın başlıca məqsədi Süleyman Çələbinin “Vəsilətün-nicat” əsə­rinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitundakı nüs­xələrinin paleoqrafik-tekstoloji və sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi, elmi-tənqidi mətninin hazırlanması, bununla da Azər­bay­canda mövcud olan nüsxələr əsasında mövludnamənin daha mü­kəmməl mətnini tərtib etməkdir. Bu məqsədlə müəllif aşağıdakı prob­lemləri həll etməyə çalışıb.



  • Mövlud mərasimlərinin tarixi və mövludnamələr haqqında elmi bilgi vermək.

  • “Vəsilətün-nicat “ əsərinin bəzi sənətkarlıq xüsusiyyətlərini araş­dırmaq.

  • “Vəsilətün-nict”əsərinin dünyada və Məhəmməd Füzuli adı­na Əlyazmalar institutunda mövcud olan nüsxələrini müəyyən­ləşdir­mək, onları nəzərdən keçirərək sistemləşdirmək

  • Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılan “Vəsilətün-ni­cat” əlyazmalarının paleoqrafik təsviri

  • Əsərin Azərbaycan vəTürkiyə Respublikalarında mövcud olan əlyazma nüsxələri əsasında elmi-tənqidi mətnini hazırlamaq və s.

Bu araşdırma, mətinşunaslıqda, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan XV əsr islami-türk ədəbiyyatının qiy­mətli nümunələrindən olan Bursalı Süleyman Çələbinin “Vəsilə­tün-nicat” əsərinin əlyazma nüsxələrinitədqiq edən ilk disser­tasiya­dır. Ilk dəfə olaraq əsərin Bakı nüsxələri ilə dünyada, xüsusilə Tür­kiyə Respublikasında saxlanılan nüsxələri tutuşdurmaqla mətn ha­zır­lamaq. Dissertasiyada ilk dəfə “Vəsilətün-nicat” ın təsiri ilə Azər baycanda yazılımış mövludnamələr paleoqrafik baxımdan tədqiq edil­mişdir. əsərin dünya kitabxanalarındakı əlyazma nüsxələri üzə çı­xarılaraq sistemli şəkildə təqdim edillmişdir. Müəllifin həyatı, sə­nəti və əsəri kompleks halında öyrənilmiş, “Vəsilətün-nicat”ın Bakı nüsxəsi əsasında müəllifin hazırladığı yeni eüli-tənqidi mətninə istinad edilərək bəzi sənətkarlıq xüsusiyyətləri müəyyənləşdirmişdir. Bütün bu qeyd olunanlar dissertasiya işinin elmi yeniliyini şərtlən­dirən başlıca cəhətdir.

Bu araşdırmanın mühüm elmi-nəzəri əhəmiyyəti vardır. Işdə əldə olunan nəticələrdən türk ədəbiyyatı tarixinin öyrənilməsində, türk­dilli yazılı bidələrin araşdırılmasında istifadə edilə bilər. Bu disser­tasiya mətnşunaslıq, filologiya elmi üçün də faydalı ola bilər.

“Türk ədəbiyyatında mövludnamələr və Süleyman Çələbi Bur­salının “vəsilətün-nicat” əsəri” adlı l fəsili süleyman Çələbi Bursa­lının mühiti, həyatı və tədqiq tarixi, mövlud mərasimləri tarixi, Möv­ludnamələr ədəbi janrına, “Vəsilətün-nicat” əsərinin sənətkar­lıq xüsusiyyətlərinə elmi baxışı əhatə edir.

Dissertasiya işinin “ Süleyman Çələbi Bursalının “ Vəsilətün-ni­cat”ının və onun təsirilə yazılmış mövludnamələrin elmi-paleoqrafik tədqiqi” adlı ll fəslində “Vəsilətün-nicat” əlyazmalarının elmi-pa­leoq­rafik tətqiqi, “Vəsilətün-nicat” ın elmi-tənqidi mətnini hazır­lan­masında istifadə edilmiş nüsxələr geniş araşdırılmış, qrafik, orfoq­rafik xüsusiyyətləri müəyyənləşdirilmişdir.

III fəsil “Vəsilətün-nicat” əsəri əlyazmalarının tekstoloji tədqiqi və tənqidi mətnin tərtibi prinsipləri” bölməsində isə Əlyazmaların tekstoloji tədqiqi, əsərin elmi-tənqidi mətninin tərtibi prinsiplərinə həsr olunmuşdur.

Azadə Şahbaz qızı Musayevanın rəhbərliyi altında AMEA-nın Ni­zami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ra­sim Salman oğlu Hüseynov “Mahmud Baqi “Divan” ının müqayisəli tekstoloji-filoloji tədqiqi” adlı dissertasiya müdafiə edib. Türk ədə­biyyat tarixində yaradıcılığı bütöv bir mərhələ təşkil edən sənətkar­lardan olan Mahmud Baqi osmanlı tarixinin önəmli bir dövründə -XVl yüzillikdə yaşayıb yaradıb. Onun divanı İstanbul, Sankt-Peter­burq, Vatikan, Berlin, Bratislava, London, Paris və s. Yerlərdə sax­la­nan əlyazma nüsxələri müxtəlif tədqiqatçılar tərəfindən araşdırıl­mış, onların əsasında şairin əsərlərinin nəşri həyata keçirilmişdir. Lakin şairin “Divan”ının Azərbaycanda — AMEA Məhəmməd Fü­zuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüsxələri indiyədək tədqiqatdan kənarda qalmışdır. Qeyd etmək lazımdır ki, Baqi “Di­van”ının əlyazma nüsxələrinin Azərbaycanda mövcudluğu şairin burada kifayəy qədər tanındığını göstərsədə, indiyədək ölkəmizdə onun barəsində geniş araşdırma aparılmamış, əsərləri nəşr edilmə­miş­dir.

Bu tədqiqatın əsas obyekti Mahmud Baqi “Divan”ının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüs­xə­ləridir. Dissertasiya işi azərbaycan şərqşunaslıq və ədəbiyyatşu­nas­lı­ğında Mahmud Baqi yaradıcılığına həsr olunmuş ilk müstəqil təd­qiqatdır. İlk dəfə olaraq, Baqi əsərlərinin Azərbaycanda saxlanan nüs­xələri digər əlyazma və nəşrlələ müqayisəli tədqiqata cəlb olun­muş, şairin müxtəlif janrlarda yazılmış 20-dən çox yeni şeiri aşkara çıxarılmışdır. Çağdaş elmi metodika əsasında Baqi “Divan”ının kom­pleks filoloji təhlili həyata keçirilmiş, Füzuli lirikası ilə mü­qayisə əsasında iki şairin yaradıcılığındakı oxşar və fərqli cəhətlər kon­kretləşdirilmiş, ədəbi təsir faktları sistemləşdirilmişdir. Adı çə­kilən dissertasiyada tədqiqatçının məqsədi Baqi “divan”ının tədqiqi tarixiniöyrənmək, orta əsr qaynaqlarında və müasir tədqiqatlarda Ba­qinin həyatı və ədəbi irsi barədə məlumatları ümumiləşdirməklə, şairin yaradıcılıq bioqrafiyasının elmi mənzərəsini yaratmaq, Baqi “Divan”ının əlyazma nüsxələrinin elmi-paleoqrafik təsvirini vermək və qrafik-orfoqrafik xüsusiyyətlərini araşdırmaq, Baqi “Divan” ının Bakı əlyazmalarını və ayrı-ayrı cünglərdəki şeirlərini digər nüsxə və nəşrlərlə müqayisəli şəkildə araşdırmaqla, bu mətnlərin özünəməx­susluqlarını aydınlaşdırmaq və başqa nüsxələrdə olmayan yeni şeir­ləri aşkara çıxarmaq, Baqi “Divan”ının janr tərkibini, mövzu və mo­tivlərini, bədii təsvir və ifadə vasitələrini, dil və üslub xüsusiy­yət­lərini öyrənməklə, şairin ədəbi irsinin kompleks filoloji tədqiqini hə­yata keçirmək, Füzuli və Baqi yaradıcılıqlarının müqayisəli tədqiqi əsa­sında onların oxşar və fərqli cəhətlərini üzə çıxarmaq, Baqi poezi­yasına Füzulinin təsirini göstərmək faktları aşkarlamaq.

Mahmud Baqi və onun” Divan”ı adlı birinci fəsil iki bölməyə ayrıl­mışdır.”Mahmud Baqi “Divan”ının tədqiq tarixi” adlı birinci böl­mədə Mahmud Əbdülbaqi və “Divan”ının ilkin qaynaqlar sayı­lan təzkirələrdən etibarən müasir dövrümüzə qədər tədqiq etmiş mən­bələr incələnərək sistemli şəkildə təqdim edilmişdir. I fəslin “Mühiti, həyatı və yaradıcılığı” adlı ikinci bölməsində Baqinin ya­şadığı mühit müəyyənləşdirilmiş, çairin həyat və yaradıcılığı ümumi bir nəzər salınmışdır. Dissertasiyanın “Mahmud Baqi “Divan” ının tekstoloji tədqiqi” adlı ikinci fəsli altı bölmədən ibarətdir. Fəslin “Mahmud Baqi “Divan”ının əlyazma nüsxələrinin elmi-paleoqrafik təsviri” adlı bölməsində Baqi “Divan”ının dünyada mövcud olan nüsxələrinin kataloq həcmində xronoloji ardıcıllığa görə elmi –pa­leoq­rafik təsvirləri verilmişdir.”Baqi “Divan”ı və “Qəzəliyyat”ının Bakı əlyazmaları” adlı ikinci paraqrafında çairin əsərlərinin Bakı nüs­xələrindən bəhs olunmuşdur.”əlyazmaların qrafik-orfoqrafik xü­su­siyyətləri” adlı üçüncü paraqafda “Divan”ın Bakı nüsxəsinə əsa­sən qrafik-orfoqrafik xüsusiyyətləri müəyyənləşdirilmişdir.ikinci fəs­lin “Nüsxələrin tekstoloji təhlili və alınan qənaətlər” adlı dör­düncü bölməsində Baqi “Divan”ının tədqiqata cəlb olunmuş nüsxə­lərinin tədqiqi yer almışdır.”Divan” və cünglər arasında müqayisəli tekstoloji tədqiq” adlı beşinci paraqrafda Baqinin “Divan”ı ilə cüng­lərdə mövcud olan şeirləri arasında müqayisələr aparılmışdır. Fəslin “Baqi “Divan” nın Bakı nüsxələrində aşkar edilmiş yeni şeirlər” adlı altıncı paraqrafda indiyə qədər heç bir tədqiqatda qarşılaş­madı­ğı­mız, Baqiyə məxsus olduğunu düşündüyümüz şeirlər haqqında məlumat verilmişdir.

“Baqi və Füzuli” adlı üçüncü fəsildə türk dünyasının iki nəhəng şairinin yaradıcılıqlarının ortaq nöqtələri müəyyənləşdirilməyə çalı­şıl­mışdır.

Bu məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəm­məd Füzuli adına əlyazmalar institunda saxlanılan türkiyə ədəbiy­yatı əlyazmalarına əsaslanan dissertasiyaları nəzərdən keçirdik.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə