Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə2/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   2   3   4   5   6   7   8   9   ...   124

____________________Milli Kitabxana______________________

 

 



edirdi. Təmiz sevgini ən qiymətli nemət sayan Ģair göstərirdi ki, "eĢq camından 

içən kimsənə" qorxu bilməz, var-dövlət hərisliyindən əl çəkər, kasıblığına

 

 

təəssüflənmədən,  sinəsinə  çəkilən  dağları  sikkə,  qızıl  sayar,  dinar  dalınca 



düĢməz.

1

 



 

M.ġ .Vazeh isə saf eĢqə məkan olan könülləri xoĢ, təmiz sevgiyə bağlı olan 

fikirləri  düzgün  və  əbədi  sayır,  məhəbbətin  dərdini,  qəmini  duya  bilməyən, 

eĢqdən xali ürəkləri susuz çeĢməyə bənzədirdi:

 

 

XoĢ olsun ol könül, eĢqə məkandır,



 

 

Var olsun ol fikir, eĢqə həyandır,



 

Susuz çeĢməyə bənzər ol ürək kim,

 

Nə eĢqin dərdini, nə qəm duyandır.



 

 

Əsrin  birinci  yarısında  yazıb-yaradan  Ģairlər  kimi  ikinci  yarısındakı 



sənətkarların  da  Ģeirlərində  məhəbbət  nəcib  insani  hiss,  yüksək  bəĢəri  duyğu 

kimi  tərənnüm  olunur,  aĢiqlər  ən  kamil  insan  hesab  edilirdi.  Sevgini  həyat 

mənbəyi kimi qiymətləndirən Seyid Əzim ġirvani yazırdı:

 

 



Hər bir könüldə eĢq ola Ģadan edər onu,

 

 



Eylər xəzan olan çəməni növbahar eĢq,

 

Hər kəsdə yoxdur eĢq, onun, bil, kamalı yox;



 

Kamil olan vücudlar eylər Ģüar eĢq.

 

 

Xalxali, ġükuhi, Natəvan, Kəminə.



 

 

Bixud, Nəvvab, Raci və Sərraf da məhəbbətin təsvir və tərənnümün ə xüsusi 



yer verir, əsərlərində təmiz ürəklə sevən aĢiqin mənəvi dünyasını, könül aləmini, 

keçirdiyi  həyəcanları,  ürək  çırpıntılarını,  məhəbbət  uğrunda  çəkdiyi  iztirabları, 

sevgilinin  ayrılığ  ından  doğ  an  kədər  duyğularını  və  s.  geniĢ  təsvir  edirdilər. 

Onların sevgidən bəhs edən Ģeirlərinin mərkəzində həyat eĢqi,  yaĢamaq ehtirası, 

dünyəvi nemətlərdən zövq almaq ideyası dayanırdı.

 

 



Məhəbbət lirikasının mərkəzində üç baĢlıca insan surəti, lirik qəhr əman var 

idi:  AĢiq,  Sevgili  və  Əğyar.  Bu  qəhrəmanların  bədii  təqdimi  bir  çox  cəhətdən 

ənənəvi idi. AĢiq öz məbəbbəti uğrunda yorulmadan çalıĢan, fədakarlıq göstərən, 

bütün  əzablara  dözən,  vüsala  çatmasa  da  sevgilisindən  üz  döndərməyən  vəfalı, 

sədaqətli,  bütün  varlığı  ilə  həyata  bağlı  olan  vüqarlı  və  mətanətli  bir  gəncdir. 

Bəzən  sevgilisinin  biganəliyindən  Ģikayətlənməsinə  baxmayaraq,  o,  əzmli  və 

iradəlidir;  qarĢılaĢd  ığı  mancələr  onu  doğru  yoldan  çəkindirmir,  əksinə,  məĢ 

uqəsindən  gələn  dövrü  cəfalar  ürəyindəki  eĢq  atəĢini  daha  da  alovlandırır,  onu 

sevgilisinə bağlayan mənəvi telləri möhkəmləndirir:

 

 



 

1

 Bax: Nəbati. Əsərləri. Bakı, 1988, s.303.



 

 

6



 


____________________Milli Kitabxana______________________

 

 



MüĢgüldi, mən kənara düĢəm kuyi- yardan, 

DiĢvardır ki, ət üzəm o gülüzardan.

 

 

(Natəvan)



 

 

Klassik  poeziyanın  lirik  qəhr  əmanı  həyat  gözəlliklərindən  alman  zövqü 



axirət səadətind ən üstün tutur, cənnət vədlərini mənasız hesab edirdi. Bu ideya-

bədii  keyfiyyət  XIX  əsr  Ģerində  də  qorunub  saxlanmıĢdı.  Belə  ki,  sevgiyə 

münasibətdə  özünü  Yusif,  Vamiq,  Sənan,  Məcnun  kimi  klassik  məhəbbət 

qəhrəmanları  ilə  müqayisə  ed  ən  XIX  əsr  AĢiqi  də  məhəbb  əti  dini  ibadətə, 

dünya gözəlini Ģəriət ehkamlarına qarĢı qoyaraq sevdiyi qızın bir telini cənnətin 

huri  qılmanlarına  dəyiĢmir;  o,  sevgilisini  huri,  onun  yaĢadığı  küçəni  isə  behiĢt 

sayaraq,  maddi  dünyadakı  gözəlin  fikri  ilə  "künci-bəladə  lal  oturmağı"  behiĢt 

mələklərinin söhbətlərinə vermir:

 

 

Künçi-bəladə fikrin ilə lal oturmağı, Qəsri-



behiĢtdə, söhbəti-hurayə vermərəm.

 

 



(Raci)

 

 



AĢıq  kimi  MəĢ  uqə  də  özünün  əsas  tipoloji  keyfiyyətləri  ilə  klassik 

poeziyanın  lirik  q  əhrəmanına  oxĢayır;  o,  həm  zahiri.  həm  də  daxili-əxlaqi 

gözəlliyi  ilə  aĢiqini  heyran  edir.  Bə  zən  biganə  olub,  əğyara  meyl  göstərməklə 

dostunu  incitsə  də,  ilqarım  unutmur;  onun  kometinalığı  aĢiqini  sınamaq,  onun 

dəyanət  və  sədaqətini  yoxlamaq  üçündür.  Bunlarla  bərabər  XIX  əsr  Ģairlərinin 

təsvir  etdiyi  MəĢuqə  vahid  ümumĢərq  koloritindən  müəyyən  qədər  ayrılmıĢ, 

orijinal  milli xüsusiyyətlər qazanmıĢ bir gözəldir. Gün əĢ kimi parlaq, yaraĢıqlı 

və  dilurba  olan  bu  gözəl  səmimiyyəti,  mehribanlığı,  xoĢ  ədası  və  rəftarı 

baxımından  konkret  bir  məkanın  yetirməsidir.  Ayrı-ayrı  Ģ  eirlərdə  təsadüf 

olunan, "Səni də bu ÜĢtibində, Bir mahi-taban yaradıb" (Nəbati), "ġirvanda əgər 

bu  gözələ  yar  olasan"  (Seyyid),  "Gər  yolun  düĢsə,  səba,  AğdaĢa,  məndən  sölə 

kim" (Zövi), "Cəzbeyi-Ģövqi-cəmalın məni ġirvanə çəkər" (Bixud) "Mənə əgərçi 

vətən  Ģəhri-ġiĢədir,  cana",  "ġiĢeyi-dil  ġiĢədə  səngi-cəfalərdən  sınıb  (Növrəs), 

"Sən,  ey  məhparə,  MeĢkindən  bu  Təbrizə  gələn  gündən"  (Dilsuz),  |  "Hay 

Xəmsənin ol soyuq suları? Bə Hidəcin ol sərin həvası?" (Hidəci) kimi misralarda 

göstərilən yer adları da həmin gözəlləri ümumĢə rq regionundan çıxararaq, xalis 

Azərbaycan qızları kimi səciyyələndirməyə möhkəm əsas verir.

 

 



Məhəbbət  lirikasının  ümumi  pafosu  nikbin,  optimist  ruhdadır.  Onun 

qəhrəmanı bəzən məyuslaĢsa da həyatdan əlini üzmür; həmiĢə maneələri aradan j 

qaldırmaq  əzmi,  vüsal  ümidi,  yara  qovuĢub  kama  çalmaq  arzusu  ilə  yaĢayır. 

Əlbəttə, real zə min üzərind ə yaranan AĢiqin təbiə tinə kədər və məyusluq yad 

deyil. Lakin bu kədər daimi deyil, Ötəridir; həsrət, hicran saatları qurtarıb,

 

 



7

 



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə