Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə3/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   2   3   4   5   6   7   8   9   ...   124

____________________Milli Kitabxana______________________

 

 



vüsal  anı  çalarda  kədər,  iztirab  yox  olur.  Hətta  Natəvanın  Ģeirlərinin  birində 

mübtəla  olanları  yaĢamağa  çağıran  nikbin  aĢiq  həyatdan  əl  üzməyi, 

bədbinləĢməvi nöqsan sayır;

 

 



Cahanı tərk eləməz, kim ki aĢiqi-candır,

 

 



Həyatdan üzüb əl, eyləməz cəban tərkin.

 

 



Məhəbbət  və  gözəlliyin  tər  ənnümünə  həsr  olunmuĢ  qözəl  və 

müxəmməslərdə  aĢiqin  mənəvi  aləmini  açmaq,  gözəlin  canlı,  bədii  təsvirini 

vermək  üçün  Ģairlər,  əsasən,  klassik  Ģeirdə  çox  iĢlənən  bədii  təsvir  və  ifadə 

vasitələrindən  istifad  ə  edirdilər.  Məsələn,  aĢiqin  məhəbbətindəki  coĢqunluq 

ümmanın  təlatümünə,  ahı  -  alova,  gözlərindən  axan  yaĢ  -  selə,  güclü  yağıĢa, 

rəngi  -heyvaya,  yaxud  payız  yarpaqlarına  təĢbeh  edilirdi.  Lakin  bəzən  Ģairlərin 

yaradıcılığında canlı həyatdan gələn real təsvir vasitələrinə və ifadə formalarına 

da təsadüf olunurdu ki, bu cəhət XIX əsrdə Azərbaycan lirik Ģerində həyatiliyə, 

realizmə meylin gücləndiyini göstərirdi.

 

 



XIX əsrin lirik Ģerind ə dövrandan narazılıq, zəmanəd ən Ģikayət motivləri də 

geniĢ  yayılmıĢdı.  ġairlər  həm  məhəbbətə  dair  qəzəl  v  ə  qoĢmalarında,  həm  də 

rübai, müxəmməs, g əraylı, bayatı janrlarında yazdıqları baĢqa əsərlərində tez-tez 

feodal  cəmiyyətinin  qanun-  qaydalarını,  sosial  bərabərsizliyi  pisləyir,  bəzən  də 

Ģəxsiyyət  azadlığını  təbliğ  edən  humanist  fikirlər  irəli  sürürdülər.  Onların 

poeziyasında  haqqın gücsüz, nahaqq ın güclü olduğu, alimlərin cahil, cahillərin 

isə  alim  mərtəbəsində  durduğu  ürək  ağrısı  ilə  göstərilirdi.  Zakir  və  Bakıxanov, 

Vazeh və N əbati, Salik və Arif cəmiyyətda baĢ verən qanunsuzluqları hökumət 

adamlarının nadanlığı, rüĢvətxorluğu, dələduzluğu ilə əlaqələndirirdilər.

 

Əsrin ikinci  yarısında  Seyid Əzim,  Bahar ġirvani,  Natəvan, Kominə, Bixud 



kimi  Ģairlərin  yaradıcılığında  həyatın  əzablarından,  insanların  vəfasızlığından 

giley-guzar, pəriĢanlıq əhvali-ruhiyyəsi, peĢmançılıq duyğuları aĢkar görünürdü. 

Sosial  ziddiyyətləri,  cəmiyyət  üzvlərinin  etibarsız  və  dönük  olmasını  çox  vaxt 

məhəbbət  hisslərinin  tərənnümü  fonunda  əks  etdir  ən  bu  Ģairlərin  əsərlərində 

bəzən həyatın təzadları, ictimai kontrastlar və fəlsəfi düĢüncələr açıq Ģəkildə əks 

olunurdu.  Məsələn,  insan  qəlbinin  təbii  hisslərini  özünəməxsus  b  ədii 

sənətkarlıqla  göstərən  Əbülhəsən  Raci  yaĢadığı  zə  manədə  vəfa,  mehribanlıq, 

düz ilqar kimi bəĢəri keyfiyyətlərin yoxluğunu birbaĢa deyirdi:

 

 

Ġmtahan eylədim, ey dil, hamı xubanı dürüst, 



Tapmad ın-bircə nəfər əhdilə peyman ı dürüst 

Adı var mehri vəfanın özü yox, ənq ə tək; Par 

açıb dövr, elədin aləmi-qəmkan dürüst

 

 



 

8

 




____________________Milli Kitabxana______________________

 

 



XIX  əsr  Azərbaycan  Ģerində  dini  fanatizmə  qarĢı  etiraz  motivləri, 

azadfikirlilik ideyaları mühüm yer tuturdu. Zahidliyə və asketizmə qarĢı çıxan I 

Ģairlər  real  dünyanı  mövhumi  axirətə,  həyat  sevgisini  ziyarətə,  meyxananı 

məscicdə  qar  Ģı  qoyur,  mövhumat  və  cəhaləti  pisləyir,  insan  zehnini  əsarətdə 

saxlayan dini ehkamların yalan və əsassız olduğunu göstərirdilər. Vazeh, Bahar, 

Seyid  Əzim,  Bixud,  Asi  və  Racinin  əsərlərində  islam  fanatizmi,  onun  çürük 

zəhniyyəti cəmiyyəti mənəvi əsarətdə saxlayan qüvvə kimi göstərilir, ruhanilərin 

təbliğ etdiyi tərkidünyalığa qarĢı həyatsevərlik ideyalan irəli sürülürdü.

 

 

Orta  əsrlərin  lirik  poeziyasında  olduğu  kimi,  XIX  əsr  Ģairlərinin  də  ictimai 



məzmunlu  Ģeirlə  rində  lirik  q  əhrəman  -  həyatsevər  AĢiq  öz  yerini  aqil  və 

mütəfəkkir  Arifə  tərk  edir  və  ideya  mübarizələrind  ə  baĢlıca  olaraq  iki  surətlə 

qarĢılaĢırdı; onlardan biri Zahid, ikincisi isə Vaiz idi.

 

Lirik  konflikt  həmiĢə  bu  surəllər  arasında  davam  edən  ideya  mübarizələri 



üzərində  qurulurdu.  Nikbin  həyat  və  gözəllik  vurğunu  Arifdən  fərqli  olaraq 

Zahid  sürəti  həmiĢə  insana,  yaĢamağa  zidd  meylləri,  ruhani  əsarəti,  mistikanı, 

tərkidünyalığı təbliğ edir: Xalqı əsarət və cəhalətdə saxlayırdı. Məhz buna görə 

dini-əxlaqi  normalarla  qənaətlənməyən,  Ģəriət  xadimlərinin  insanları  q  əzavü 

qədər  ə,  itaətə,  səbr  və  təvəkkülə  təhrik  edən  məhdud  sxolast  fikirlərinə  qarĢı 

çıxan Seyid Əzim müasirlərini həyati fəaliyyətə çağırırdı. O, dini xurafatin, Ģəriət 

mərasimlərinin bəĢə riyyətə sevinc, nikbinlik yox, məyusluq və kədər gətirdiyini 

yaxĢı  bildiyi  üçün  insanları  məscid  yolundan  çəkilib,  zahiddən  birdəfəlik 

uzaqlaĢmağı, meyxana küncündə sakin olmağı məsləhət bilirdi:

 

 



Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut,

 

 



Tutma əldə zahidin tesbihini, peymanə tut.

 

Zahidü məscid təmənnasın çox etmə, ey könül,



 

Zahidi bir cüğd bil, həm məscidi viranə tul.

 

Girmə sən məscidlərə namərd zahidlər kimi



 

 

Seyyida, meyxanədə peymanəni mərdanə tut.



 

 

Eyni ideya-fəlsəfi fikri görkəmli Cənubi Azərbaycan Ģairi Məhəmməd Əmin 



Dilsuz da özünəxas bir bədii kəskinliklə deyirdi:

 

 



Zahidin baxma kəlamdən yekə əmmaməsinə,

 

 



Məscidi qəsb eləyib, qabili-bütxanə deyil.

 

Saxlayıb hiyləvü təzvir kəməndin əldə,



 

 

Sülacaq boynuna, bil, səbheyi-səddanə deyil.



 

 

XIX  əsr  Ģerində  Vaiz  surəti  daha  kəskin  tənqidə  məruz  qalmıĢdır.  Seyid 



Əzimin  qəzəllərində  o,  yalançı,  ikiüzlü,  əsassız  vəzləri  ilə  xalqı  aldadan,  yetim 

malina göz dikən bir riyakar, fırıldaqçı kimi göstərilir:

 

 

9



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə