Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə5/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   2   3   4   5   6   7   8   9   ...   124

____________________Milli Kitabxana______________________

 

 



 

Bahar əyyamıdır, açıldı güllər, ey cavan, sənsiz!

 

 

Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?



 

Güli-röymdən ayrı neylərəm mən gülistan seyrin?

 

Edər bülbül kimi nalə bu zarü Natəvan sənsiz.



 

 

Belə  Ģeirlərdə  bəzən  təbiət  hadisələri  insanlar  ın  maddi  həyatı  və  dolanıĢığı 



ilə  əlaqələndirilir,  Ģairlər  yağıĢ,  isti,  qar,  soyuq  kimi  təbii  hadisələrin  təsviri 

fonunda xalqın çətin, dözülməz yaĢayıĢını əks etdirirlər.

 

 

Təbiət Ģeirlərində əsas bədii obraz gülüstandır. BaĢqa surətlərin hamısı orada 



movcuddur.  Gulüstan  -  gözəllik,  məhəbbət  məkanıdır.  Baharın  nəfəsi  ilk  dəfə 

orada  duyulur.  ġairlər  cəmiyyətdə  olmayan  rahatlıq  və  gözəlliyi  çox  vaxt 

gülüstanda,  bu  kiçik  bağçada  arayıb  tapırlar.  Lakin  XIX  əsr  Ģerind  ə  səhra, 

biyaban kimi yerlərində təsvirin ə təsadüf edilir. Məhəbbət qəhrəmanları istək və 

arzularına çata bilməyəndə çölə, biyabana qoĢur, cəmiyyətdən uzaqlaĢırlar.

 

Beləliklə,  XIX  əsr  Ģairlərinin  yaradıcılığında  təbiət  həmiĢə  cəmiyyət  həyatı 



və  humanist  ideyalarla  əlaqələndirilir;  poeziyada  o,  imanların  zahiri  gözəlliyini 

və mənəvi-əxlaqi keyfiyyətlərini dərindən səciyyələndirən bir vasitə kiıni iĢlənir.

 

 

* * *



 

 

XIX  əsr  Azərbaycan  lirikası  bədii  məzmun,  ideya-estetik  ovqat  baxımından 



zəngin  olduğu  qədər  da  keĢməkeĢli,  eniĢli-yoxuĢlu  bir  yolla  inkiĢaf  edirdi. 

Klassik poeziya üslubunda yazan Ģairlərin ictimai mən Ģəyi, mədrəsə təhsili alıb 

dini dünyagörüĢə yiyələnməsi onların yaradıcılığına da mü əyyən təsir göstərirdi. 

Bu  Ģairlər  bir  tərəfdən  dünyəvi  məhəbbəti  tərənnüm  edir,  fanatizmə  və  yalançı 

ruhaniliyə qarĢı çıxaraq, elm və mədəniyyəti tərifləyir, məscidi "bayquĢ yuvası" 

adlandıraraq,  arif  adamları  oradan  uzaqlaĢmağa  çağırır,  ikinci  tərəfdən  isə  dini 

mərasimlərdə oxunan mərsiyə, növhə, sinəzən və mədhanələr yazırdılar. Özü də 

bu hal XIX əsr Ģairlərinin, demək olar, əksəriyyətinə xas olan bir xüsusiyyət idi. 

Hətta  mövcud  dini  təəssübkeĢliyi  pisləyib,  vaiz  və  zahidləri  riyakar,  ikiüzlü 

adlandıran  Əbülhəsən  Raci.  "Künci-meyxanəni  məskən  edib  h  ər  Ģamü  səhər, 

Vermə,  Dilsuz,  əlini  zahidü  molla  əlinə"  -  deyə  xərabati  Ģeirlər  yazan 

Məhəmmədəmin Dilsuz, habelə "Allaha rüĢvət", "Köpəyə ehsan", "Yerd əkilərin 

göyə Ģikayətə getmələri" kimi satirik əsərlərin müəllifi olan Seyid Əzim ġirvani 

də  dini  mədhnamə.  mərsiyə  və  sinəzənlər  yazmıĢ,  bu  əsərlər  camaat  arasında 

geniĢ yayılmıĢdır.

 

 



Əlbəttə,  bu  təsadüfi  deyildi.  Onun  obyektiv  səbəbləri  vardı.  Bu  səbəblərin 

birincisi  tarixi-ictimai  Ģəriətlə  bağlı  idi.  Ölkənin  müəyyən  yerlərində,  xüsusilə 

cənub rayonlarında feodal idarə üsulunun, orta əsr qaydalarının, dini

 

 



13

 



____________________Milli Kitabxana______________________

 

 



fanatizmin və movhumi görüĢlərin hələ qüvvətli olması, Ġran dövlətinin Osmanlı 

imperiyasına  qarĢı  apardığı  rəqabətli  mübarizələrlə  əlaqədar  sünni-Ģiiə 

münasibətlərinin  kəskinləĢməsi  bədii  ədəbiyyatda  dini  keçmiĢə  marağı 

artırmıĢdı.

 

 

XIX  əsrdə  mərsiyə  ədəbiyyatının  geniĢ  yayılmasına  səbəb  olan  mühüm 



ictimai  amilləridən  biri  də  "çarizmin  ucqarlarda  apardığı  müstəmləkəçilik 

siyasəti"  və  bununla  əlaqədar  olaraq,  hökumətin  "sünni-Ģ  iə  ziddiyyətlə  rini  kə 

skinləĢdirməyə çalıĢması, Tiflisdə müsəlman uĢaqları üçün ayrı- ayrılıqda Ģiə və 

sünni  məktəbləri  açması"  idi

1

.  Ġkinci  tərəfdən,  bu,  Azərbaycanda  geniĢ  ədəbi-



ictimai  hərəkat  səviyysinə  qalxan  maarifçiliyin  yeni  bədii-estetik  çalarlar 

qazanması,  dindarlaĢ  ması  ilə  əlaqədar  idi.  Məlumdur  ki,  XIX  əsrin  80-90-cı 

illərində  Azərbaycan  maarifçiləri  sosial-mədəni  həyatda  nəyin  necə  olduğunu 

qiymətləndirmək  üçün  Ağ  ılla  yanaĢı  Allaha  da  əsaslanırlar.  Onlar  "dini 

fanatizmə  qarĢı  mübarizədə  dinin  özünün  ən  müqəddəs  silahı  ilə  -Quranla  da 

silahlan  ırlar"

2

.  Əxlaqi  təmizlik,  mənəvi  ucalıq  uğ  runda  mübarizə  yollarından 



biri də "saf islama" qayıtmaq arzusu və cəhdi olur. Məhz "saf din". "təmiz Ģəriət" 

ideyasının  tələbi  ilə  klassik  poeziyanın  lirik  q  əhrəmanı  dini  keçmiĢə  müraciət 

edərək  islam  müqəddəslərinin  igidliyi,  ədalətli  mübarizədə  Ģərəfli  ölümü,  haqq 

yolunda səhidliyi barədə mərsiyə və növhə oxuyur.

 

 

N  əhayət,  XIX  ə  sr  Azərbaycan  Ģerində  mərsiyənin  intiĢarı,  dini  motivlərin 



geniĢ  vüsət  alması  bir  də  ədəbi  gediĢatın,  mədəni-  tarixi  prosesin  səciyyəsi, 

sənətkarların  özlərinin  ədəbi  -ictimai  mühitdə  tanınmaq  arzuları  ilə  bağlı  idi. 

Belə  ki,  məhəbbət  mövzusunda  yazılan  qəzəllər  yalnız  toy  və  bu  kimi  Ģadlıq 

məclislərində  oxunduğundan  onların  müəllifləri  də  belə  məhdud  yerlərdə 

tanınırdı.  Həm  də  toy  məclisləri  uzun  çəkmir,  ən  yaxĢı  halda  üç  gün  davam 

edirdi. Halbuki məhərrəmliklə bağlı təziyə və tə kyə mə clisləri hər ilin müəyyən 

vaxtlarında  günlərlə, hətta  həftələrlə  və  aylarla, özü də bir eldə, bir obada  yox, 

bütün  Ģiə-müsəlman  ölkələrində  davam  edirdi.  ġübhəsiz,  bu  cür  məclislərdə 

oxunan Ģeirlər öz müəllifini daha çox tanıdırdı. Bu cəhəti xüsusi nəzərə çatdıran 

ədəbiyyatĢünas  F.Köçərli  yazır:  "BeĢ-on  sənə  bundan  əqdəm  artıq  hörmət  və 

Ģöhrətdə olan ancaq Ġmam Hüseyn müsibətinə dair növhə və mərsiyə yazan

 

 



Ģairlər  idi  ki,  onların  kəlamı  məscidlərdə  ,  təkyələrdə  oxunurdu  və  onlar  öz  kəlamlarını 

eĢidib,  xalqın  tərifü  tövsifi  ilə  sərəfraz  olurdular  ve  növhə  yazmağa  dəxi  də  artıq 

Ģövqmənd olub, bütün vaxtlarını və qüvveyi-Ģedyyələrini bu yolda sərf edirdilər"

3

.



 

 

Təsadüfi  deyildir  ki,  Ġranda  Nəsrəddin  Ģahin  (1848-1896)  hakimiyyəti 



illərində

 

"məhərrəmlik təziyədarlığına böyük əhəmiyyət verildiyi üçün



 

 

1



Azərbaycan ədəbiyyatı tarixi. II cıld. Bakı, 1960, s. 167-168.

 

2



 

YaĢar Qarayev . Realiz: sənət və həqiqət. Bakı. 1980, S. 129. 

 

 

3



 

Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. II cild, Bakı, 1981, s.326. 

 

 

14



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə