Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə6/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   2   3   4   5   6   7   8   9   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Molla Məhə mmədba ğır Məclisinin, Qumri, Dəxil, Raci və baĢqa mərsiyə Ģairlərinin 

fanatizm  yayan  əsərləri  tez-tez  çap  olunub  yayılırdı1

1

".  Belə  kitab-lardan,  məsələn, 



Qumrinin  "Kənzül-  məsaib"  əsəri  mətbuat  səhifələrində  "Məcmueyi-mötəbər",  ədiblərin 

rəğbə tlə qarĢıladığı  kitab kimi  qiymətləndirilir, onun müəllifi  xoĢ sözlərlə alqıĢlanırdı

2



Buna görə də Mirzə Məhəmməd Ta ğı Qumri (1819-1891), Mirzə Kərim ġüai (?-1894), 



Mirzə  Cəbrail  Süpehri  (?-1902),  Mirzə  Həsib  Qüdsi  (1873-1908)  kimi  Ģairlər  müasirl 

ərinin çoxundan ayrılaraq, öz yaradıcı lıqlarında növhə və sinəzənlərə daha çox yer vermi 

Ģ,  xüsusi  mərsiyə  Ģeri,  ruhani  poeziya  yaratmıĢlar.  Bu  Ģeir  dini  ədəbiyyat  deyildi.  Onun 

məzmununda,  daxili  mayasında  həyatilik,  tarixilik  var  idi.  ġairlər  hicri  tarixin  61-ci  il 

məhərrəm ayının 10-da (miladi 680-ci ilin oktyabr ayı) baĢ vermiĢ Kərbəla müsibətlərini 

qələ  mə  alsalar  da  bu  hadisələri  hələ  mövhumiləĢdirmir,  ondan  tarixi  əhvalat  kimi 

danıĢırdılar.  Bu  Ģeirlə  rdə  Məhəmməd  pey  ğəmbər  (570-632),  onun  əmisi  oğlu  və 

kürəkəni Əli ibn Əbu Talib (598-661) təriflənir, Ġmamların ölümü, ədalət, haqq uğrunda 

Ģəhidlik kimi mənalandırılır, tərənnüm olunurdu.

 

 



Tarixi-dini  Ģeirlər  təkcə  məsciddə  oxunmurdu.  O,  xalqın  məiĢətinə  daxil  olmuĢdu;  yas 

məclislərində, ölü yerlərində oxunan bel ə Ģeirlər dinləyicilərin qəlbini riqqətə gətirir, hisslərini 

və  duyğularını  kövrəkləĢdirirdi.  Dinləyicilər  məğlub  olanın  Ģə  hidliyinə,  onun  dəstəsinin  əsir 

düĢməsinə  təəssüflənir,  göz  yaĢı  axıdırdılar.  Lakin  mərsiyə  Ģeri  oxucularda  bədbin  ə  hvali-

ruhiyyə yaratmır, əksinə, oxucunu mənəvi təmizliyə, əxlaqi saflığa çağırırdı. Yezidin imamlara 

etdiyi  zülmü  gözləri  qarĢısında

3

canlandıran  oxucu,  yaxud  dinləyici  daxilən  bu  ə  dalətsizliyə 



qarĢı ç ıxır, qəddarlığa və zalımlığa nifrin yağdırır, lə nət oxuyur, hətta zülm  və ədalətsizliyə 

qarĢı etiraz və mübarizə ruhunda səfərbər olunurdu.

 

 

Bədii kökləri və estetik təbiəti etibarilə də mərsiyə Azərbaycan ictimai gerçəkliyinə və 



ədəbi fikrinə yad deyildi. Məlumdur ki, ölən qəhrəmana, həyatdan köçmüĢ ə ziz bir adama 

sevgi,  məhəbbət  ifadə  edə  n  yanıqlı  nəğ  mələri  daha  təsirli  Ģəkildə  ifadə  edən  xüsusi 

adamlar da olmuĢdur. Rus ədəbiyyatında elegiyanın köklərini araĢdıran ədəbiyyatĢünas

 

L.Q.Frizman  yazır:  "Rus  elegiyasının  mühüm  mənbəyi  -  folklor,  o  cümlədən  xalq  ailə-



məiĢət və məhəbbət lirikası, oxĢama və ağılar olmuĢdur"

4

.



 

 

Bu fikri Azərbaycan ədə biyyatına da aid etmək olar; yəni Azərbaycan mərsiyəsi öz 



mayasını  Azərbaycan  xalq  ədəbiyyatından,  ailə-məiĢət  nəğmələrindən,  oxĢama  və 

ağılardan götürmüĢdür. Sonralar bu janrın yaxĢı nümunələrini

 

 

 



 

 

 



 

 

 



 

1

 Azərbaycan ədəbiyyatı tarixi. 11 cild, s.167 



2

Bax: "Ziyayi-Qafqaziyyə". 1881, 12 dekabr.

 

3

Həsi Abdullayev. Ġslamın məhərrəmlik mərasimi. Bakı, "AzərnəĢr", 1967, s.10.



 

4

Л.Г.Фризман Жизнь лирического жанра. Изд-во "Наука" M., 1973, c.12.



 

 

15



 


____________________Milli Kitabxana______________________

 

 



Xaqani, Nizami, Füzuli, kimi klassiklər  yaratmıĢlar. XIX əsr  mərsiyələri də ilk 

növbədə  xalq  ədəbiyyatı,  sonra  isə  klassik  poeziya  ilə  bağlı  idi;  daha  doğrusu 

mərsiyə  Ģeri  dini  ənənədən  yox,  ədəbi  ənənədən  yaranmıĢdı.  Bu  mərsiyələrdə 

klassik  Ģerin  ictimai  kədər  motivləri  davam  etdirilirdi.  Onlar  Sərg  tarixi, 

keçmiĢdə  olmuĢ  qanlı  hadisələr  haqqında  canlı  və  ibrətli  söhbətlər  idi.  Oradakı 

ideya-məzmun  çox  vaxt  dini-Ģiə  təəssübkeĢliyinin  hüdudlarını  asırdı.  ġairlər 

insani  hissləri,  mənəvi  gözəlliyi,  əxlaqi  təmizliyi,  bəĢəri  kədəri  hətta  siyasi 

azadlığı  və  bərabərliyi  təbliğ  və  tərənnüm  etməklə  yaĢadıqları  dövrün 

despotizminə, xüsusilə müstəmləkəçilik siyasətinə qarĢı çıxırdılar.

 

 



Mərsiyə  Ģerindəki  dünyəvilik  və  tarixilik  humanizm  ideyaları  ilə  bağlı  idi. 

Müəyyən məsələlərə münasibətdə dini səciyyə daĢımasına baxmayaraq, mərsiyə 

Ģairləri də insanın azadlığı ideyasını müdafiə edirdilər. Bununla belə bu azadlıq 

ictimai  mahiyyət  qazana  bilmirdi  və  mərsiyə  Ģerinin  baĢlıca  ziddiyyəti, 

məhdudluğu da bu nöqtədə idi; Qumri, Raci. Dilsuz, Asi, Növrəs və baĢqalarının 

təsvir  və  mədh  etdiyi  qəhrəmanlar  -  Məhəmməd,  Əli,  liseyn  tarixi  Ģəxsiyyətlər 

olduğu  halda  Ģairlər  onları  mövhumiləĢdirir,  bu  adamların  guya  ruhən 

ölmədiyinə  inan  ır  və  əfsanəvi  məhĢər  günü  onlardan  kömək  diləyirdilər. 

Məsələn. Növrəs Füzuliyə təxmislərindən birini belə qurtarırdı:

 

 



Arizə qan yaĢı gözdən cari eylər müttəsil, 

Növhəxandır Növrəsi-məhzuni-müztər ilbəil, 

Ya Əli, ruzi-cəzadə qoyma qals ın münfəil. 

"Arizuməndi-vüsa1ındır Füzuli x əstədil, 

Vəslin istər, dövləti-didarın eylər arizu".

 

 



Mərsiyə  Ģeri  Azərbaycan  ədəbiyyatında  süjetli  lirikanın  inkiĢafına  xeyirli 

təsir  göstərmiĢ.  insanın  daxili  dünyasın  ın,  subyektiv  hisslərinin  canlı  və  təsirli 

təcəssüm  etdirilməsində,  poetik  dilin  orta  əsrlərə  məxsus  qəliz  ərəb-fars 

tərkiblərindən  təmizlənməsində  və  sadələĢməsində  müəyyən  qədər  əhəmiyyətli 

rol  oynamıĢdır.  Bu  əsərlər  poetik-struktur  baxımdan  bəzi  keyfiyyətlər 

qazanmıĢdı.  Növhə  və  sin  əzənlərin  bir  çoxu  yüksək  b  ədiiliyi  və  Ģeriyyati  ilə 

fərqlənirdi;  Ģairlər  gözəl  qafiyələr  yaradır,  poetik  sözün  imkanlarından 

sənətkarlıqla istifadə ed ə bilirdilər. Misal üçün, "həqq yolunda v ə eĢq aləmində 

nə  qədər  ağır  cəfalara  və  böyük  bəlalara  giriftar"  (F.Köçərli)  olmağı  Ġmam 

Hüseynin  səadət  saymasını  və  bunu  öz  bacısı  Zeynəbə  fəxrlə  bildirməsini 

Əbülhəsən Raci Ģeirlərinin birində belə ifadə edirdi:

 

 



Bacı, əhdim budu bu çöldə gərək qanə batam.

 

 



Qanımı Əkbərimin qanına Ģövq ilə qatam.

 

Can verib təĢnə, gərək isti qum üstündə yatam,



 

 

Cismi-məcruhim ilə, sineyi-suzanım ilən.



 

 

16



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə