Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə7/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   2   3   4   5   6   7   8   9   10   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Fikri ayd ın və təsirli ifadə etmək, oxucuda güclü emosiya yaratmaq üçüıı Ģair 

əruzun axıcı bəhrini seçməklə bərabər həm də rədiflərdən məharətlə istifadə edir:

 

 

Əhli-Kufə yetirər zülmünü itınamə, bacı, 



Bədənimd ə dəxi qoymazla qala camə, bacı. 

Mizələrd ə apararlar baĢımı ġamə, bacı, 

Bədənim yerdə qalar peykəri-üryanım ilən.

 

 



ġamdə məclisi- iĢrət quralar, söz demərəm, 

Küçəvü bamdə səf-səf duralar, söz demərəm, 

Xeyzuran çübü nə qədri vuralar, söz demərəm, 

Bəzmi-əğyardə mən bu ləbü dəndamın ilən.

 

 

BaĢqa mövzularda yazılan əsərlər kimi mərsiyə və təriqət Ģerinin yaradıcıları 



da  öz  əsərlərinin  mərkəzinə  insan,  onun  sosial  mühitdə  mövqeyi  məsələlərini 

çəkir  və  öz  dünyabaxıĢlarına  uyğun  Ģəkildə  izah  edirdilər.  Bu  Ģerin  mayasında 

dünyəvilik  və  tarixilik  motivləri  ilə  yanaĢı  bir  d  ə  humanizm  pafosu  vardı. 

Müəyyən məsələlərin bədii Ģərhində idealist səciyyə daĢı masına baxmayaraq, bu 

Ģerin lirik qəhrəmanı zülmkarlıq və qəddarlığın əleyhinə çıxır, insan azadlığı və 

xoĢbəxtliyi ideyalarını müdafiə edirdi.

 

 

* * *



 

 

XIX  əsr  Azərbaycan  ədəbiyyatında  epik  Ģeir  də  inkiĢaf  edirdi.  A.Bakıxanov, 



M.ġ.Vazeh,  M.B.Xalxali,  M.M.ġükuhi,  S.Ə.ġirvani,  M.T.Qumri  kimi  Ģairlərin  məsnəvi, 

təmsil və mənzum hekayələrində həyat, gerçəklik əhatəli, panoramlı təsvir, poetik təhkiyə 

üsulu  ilə  canlandırılır,  obrazların  xarakteri  geniĢ  əhvalatlar  və  hadisələr  fonunda  inkiĢaf 

edir və açılırdı.

 

 

Epik Ģeirdə ə xlaqi-tə rbiyəvi fikirlərin təbliği xüsusi yer tuturdu. ġairlər qoca ġərqin 



Sədi,  Nizami  və  baĢqa  qüdrətli  sözustalarının  ənənələrini  davam  etdirə  rək,  mənzum 

hekay ə və təmsillərində müasirlərini qayğıkeĢ, səmimi olma ğa, cəmiyyət iĢlə rinə ayıq 

gözlə  baxmağa,  ağıl  və  düĢüncə  ilə  hərə  kət  etməy  ə,  bəĢəriyy  ət  üçün  xeyirli  iĢlər 

görməyə  çağırırdılar.  (A.Bakıxanov  -"Hikmətin  fəziləti",  "Tədbirin  gözəlliyi",  "Yersiz 

minnət qoymaq"; Q.Zakir - "Zovci-axər", "Tərlanlar və elçilər", "DərviĢ ilə qız" və s.).

 

Bel  ə  əsərl  ərin  müəllifləri  haqqı,  ədaləti  müdafiə  edir,  insan  Ģüurunun  qüdrətinə 



yüksək  qiymət  verir,  həyatda  ən  xeyirli  Ģeyin  hünər  və  qabiliyyət,  ən  yaxĢı  Ģeyin 

xeyirxahlı  q,  ən  lazımlı  Ģeyin  isə  həqiqət  olduğunu  müasirlərinə  bildirirdilər.  Onları  n 

təbliğ etdikləri sadə əxlaq normalarına z əhmətkeĢlik, əməksevərlik; düzlük, doğruçuluq, 

mehribanlıq,  təmizlik  kimi  yüksək  insani  sifətlər  daxildi.  Yalançılıq,  firıldaq,  təkəbbür, 

lovğalıq, xudpəsəndlik kimi naqis cəhətlər isə bu əsərlərdə Ģiddətlə pislənirdi.

 

 



 

 

17



 


____________________Milli Kitabxana______________________

 

 



Klassik  poeziya  ənənələrini  davam  etdirən  XIX  əsr  Ģairlərinin  epik  yaradıcılığında 

əxlaqi-didaktik ideyalar geniĢ yer tuturdu. Orta əsr ədəbiyyat ının, xüsusilə nəsihə tamiz 

Ģerin  möhkəm  zəmini  üzərində  yetiĢən  XIX  əsrin  didaktik  poeziyası  tamamilə  yeni 

məzmun kəsb eləmiĢdi. Artıq quru nəsihətçilik, moizə və t ərbiyə öz yerini "sa ğlam ağlın 

mühakiməsinə"  (F.Engels)  tərk  edirdi.  Hətta  Seyid  Əzim,  Qasir,  Sidqi,  Hacı  Ağa  Faqir 

kimi məktəbdar Ģairlər deyil, xalis məclis ab-havasında boya-baĢa çatan Məhəmməd Səfa, 

Mirzə Ələsgər Növrəs, Molla Məhə mməd Zövi, MəĢədi Məhəmmad Bülbül və baĢqaları 

da  qəzəl,  qəsidə,  rübai  janrlarında  yazdıqları  əsərlərində  yaĢadıqları  cəmiyyətin,  onun 

əxlaqi və hüquqi qanunlarının köhnəldiyini, yeni zəmanə ilə bir yerə sığmadığını yüksək 

bədii  intonasiya  ilə  bildirir,  ağlın  qüdrəti,  elmin  və  mədəniyyətin  əhəmiyyəti  barədə 

danıĢırdılar.  M.F.Axundzadə  ideyaları  nı  poeziya  sahəsində  davam  etdirən  bu  Ģairlər 

özlərinin  ə  dəbi  mühitlərindən,  məclis  ab-havasından  tamamilə  ayrılmasalar  da,  eyni 

zamanda  yeni  tipli  məktəbin  təĢkilatçısı,  müəllim,  humanist  və  beynəlmiləlçi  kimi 

fəaliyyət  göstərirdilə  r.  Xüsusilə  80-90-cı  illərin  ə  dəbi-bədii  prosesində  maarifçi 

realizmin geniĢ vüsət  alması,  baĢda M.F.Axundzadə və H.Zərdabi olmaqla "əkinçilərin" 

irəli  sürdüyü  estetik  prinsiplərin  bə  dii  təcrübədə  getdikcə  qüvvətlə  nməsi  onların 

yaradıclığına yeni məzmun gətirir. DəyiĢən ictimai-tarixi Ģəraitin təsiri ilə qəzəl və qəsidə 

ədəbiyyatı  kimi  əxlaqi-didaktik  Ģeir  də  müasirliyin  ideya-üslub  mübarizələrində  yeni 

estetik məzmun qazanır.

 

 



Əxlaqi-didaktik Ģerin qəhrə manı dəfələrlə dünyanın isti-soyuğundan keçmiĢ müdrik, 

aqil bir insan - Atadır. Ömrunü dünya iĢlərinin gediĢatını öyrənməyə sərf edən bu insan - 

Ata  çox  hadisələr  görmüĢ,  çox  adamları  sınaqdan  keçirmiĢ,  zəngin  həyat  təcrüb  əsi 

qazanmıĢdı r. Hansı sifətlərin yaxĢı, hansıların isə pis olduğunu gözəl bilən insan - Ata öz 

övladlarına  -  gənc  nəslə  müraciətində  doğruçuluq,  səmimiyyət,  xeyirxahlıq,  böyüklərə 

hörmət,  alicənablıq  kimi  nəcib  insani  sifətləri  təbliğ  edir,  konkret  həyati  nümunələr 

əsasında  həmin  sifətlərin  fəzilətlərini  göstərirdi.  Bunun  əksinə  olaraq  o,  sərxoĢluq  və 

oğurluq etməyi, qumar oynamağı, rüĢvət yeməyi pisləyir, onların insana fayda yox, bəla 

gətirəcəyini bildirirdi.

 

 



Əxlaqi-didaktik  Ģeirdə  t  əbliğ  olunan  əsas  insani  xüsusiyyətlər  sadəlik,  təvazökarlıq, 

mehribanlıq,  vətənpə  rvərlik,  beynəlmiləlçilik  və  ə  məksevərlik  idi.  Məsələn,  Seyid  Əzimin 

öyüdlərində  zəhmət,  əmə  k  insanı  ucaldan  baĢlıca  amill  ər  kimi  göstərilir,  gənc  nəslə 

iĢsizlikdən, bikarçılıqdan uzaqlaĢıb, müəyyən bir sənətə yiyələnmək tövsiyə olunurdu:

 

 

Ey oğul, bil ki, adəmi-bikar,



 

 

XüĢk olan bir odundu, layiqi-nar.



 

Bunu bizdən deyibdilər əqdəm,

 

Sənəti olmayan deyil adəm.



 

 

 



 

 

 



 

 

 



 

18

 




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə