Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə9/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   5   6   7   8   9   10   11   12   ...   124

____________________Milli Kitabxana______________________

 

 



çar  məmurlarının  ədalətsizliyi  üzündən  düĢdüyü  acınacaqlı  v  əziyyət,  habelə 

ildən-ilə  sadə,  əməkçi  insanlara  yaxınlaĢıb  onlarla  həmdərd  olması  Zakiri 

zəmanəsinin barıĢmaz; dovtələb ifĢaçısına çevinmiĢdi. M.F.Axundzadə ilə ideya-

yaradıcılıq dostluğu da onun realizminin və satirasının inkiĢafına böyük müsbət 

təsir  göstərmi  Ģdi  ("Vilayətin  məğĢuĢluğu  haqqında",  "Zəmanənin  tənqidi". 

"Divanbəyiləri  h  əcv",  "Hüseyn  bəyi  həcv",  M.F.Axundzadə,  Ġ.QutqaĢınlı, 

M.P.Kolyubakinə yazdığı mənzum məktublar və s,).

 

 



Zakir  satiras  ında  sosial  bəlalar,  yerli  hakimlərin  zülmü,  çarizmin  idarə  və 

məhkəmələrindl  olan  sürundürmələr,  ölkəni  bürüyən  rüĢvətxorluq,  halsizlıq 

cəsarətlə  tənqid  olunur.  ġair  çar  məhkəmələrində  iĢləyən  məmurların  çirkin 

mənəvi  aləmini  açır,  onların  büsbütün  humanist  hisslərdən  məhrum  yalançılar, 

"həĢəratlar" olduğunu yazırdı:

 

 



Həddən aĢıb büxlü həsəd, Ģərarət, 

YoldaĢ yöldaĢına eylər x əyanət

Alimdə ə məl yox, bəydə ədalət, 

ĠĢlərimiz olub saf gərdən-bucaq.

 

 

Tənqidi-satirik  Ģerin  if  Ģa  obyektlərindən  biri  də  ikiüzlü  din  xadimləri, 



yalançı,  satq  ın  ruhanilər  -  seyid,  molla,  mərsiyəxan,  dərviĢ,  vaiz,  axund  və 

baĢqaları idi. Onlar dini təbliğat yolu ilə avam xalqı aldadır, ita ətkarlıq əhvali-

ruhiyyəsi  tərbiyə  edirdilər.  Allah,  Məh  əmməd,  Quran  adından  danıĢıb,  islam 

dinindən  öz  cibləri  üçün  istifadə  edən  ruhanilərin  qapazı,  adətən,  yoxsul  vo 

sadəlövh  kəndlinin  baĢına  dəyirdi.  Onlar  aldatmaq,  hiylə  gəlmək  və  müxtəlif 

təriqətlər  düzəltməklə  zəhmətkeĢ  küllələri  istismar  boyunduruğ  u  altında 

saxlayırdılar.  Onların  baĢlıca  hökmləri  Ģəriət  məhk  əmlərində  verilir  və  təsdiq 

olunurdu. Bu məhkəmələrin hüquqları isə hüdudsuz idi. Hətta"l846-cı ilə q ədər 

bəylərə  və  baĢqa  feodallara  məxsus  olan  torpaqların  alınıb-satılması  çar 

hökuməti  tərəfindən  qanuni  hal  hesab  olunmurdu.  Bu  iĢlər  əsasən  Ģəriət 

məhkəmələri vasitəsilə həyata keçirilirdi"

1

. ġəriət məhkəmələrinin baĢında duran 



qazilər  moizəl  ərində  doğruçuluqdan, ədalət, insaf  və  halallıqdan danıĢsalar da, 

özləri  dövrün  hakim  təb  əqələri  ilə  əlaq  əyə  girib  riyakarlıq  edir,  oğurluq, 

rüĢvətxorluq və quldurluğa rəyac verirdilər.

 

 



Bu  sifətlərinə  görə  Azərbaycan  Ģairləri  ruhanilərin  yaramazlığını  açıb  göstərir  geniĢ 

xalq  kütl  ələrində  onlara  qarĢı  nifrət  hissi  oyadırdılar.  Q.Zakir  "Qarabağ  qazisi",  "ġuĢa 

mollaları  haqqında",  "Üsuli  və  Ģeyxi  təriqət  mollalarının  həcvi"  kimi  Ģeirl  ərində 

xadimlərinin eybəcərliyini  gösrərir, M.F.Axundzadəyə  məktublarının birində sözü ilə iĢi 

düz gətirməyən vaizlərin ikiüzlülük və yalançılığını ifĢa edirdi.

 

 



 

1

Azərbaycan tarixi.1 cilddə, II cild, Bakı, 1964, s.99.



 

 

21



 


____________________Milli Kitabxana______________________

 

 



Vaiz biz ə söylər Ģəri-Mustafa; 

Hərama mürtəkib olmayın əsla! 

Özü lüm-lüm udur batində , amma 

Zahirdə dediyi mənayə bir bax!

 

 

Ġkiüzlü din xadimlərinin, məzh əb və Ģəriət baĢçılar ının, əxlaqsız mollaların, 



rüĢv ətxor qazilərin tənqidi Vazeh, Bakıxanov, Nadim, Canıoğlu, ġeyda, habelə 

aĢıq Ģeri tərzində əsərlər yazan baĢqa Ģairlərin də yaradıcılığında nıühüm yerlərd 

ən  birini  tuturdu.  ġübhəsiz,  bu  sənətkarların  əsərlərində  satirik  pafos,  ictimai 

kəsər, ifĢa gücü, hadisələrin mahiyyətinə nüfuz, həyatı tipik əks etdirmənin bədii 

dərəcəsi eyni deyildi. DünyagörüĢündən, ictimai-sosial mövqeyindən, yaradıcılıq 

metodundan  və  poetik  istedadının  gücündən  asılı  olaraq,  onlardan,  məsələn, 

Zakir,  Vazeh.  Nadim  və  ġakirin  yaradıcılığında  tənqid,  açıq  ifĢa  daha  güclü 

olduğu halda, o birilərd ə qismən zəif idi. Bu Ģairlərin tənqidi hələ onları əhatə 

edən dövrün, zamanın, bütövlükdə ictimai mühitin konkret milli problemlərin ə, 

mətləb və ziddiyyətlə rinə d ərindən nüfuz edə, cəmiyyətin ictimai əsasını sarsıda 

biləcək yüksək gülüĢ səviyyəsinə qalxa bilmirdi.

 

 



Əlbəttə, ayrı-ayrı realist-satirik  təfərrüat  "ictimai-həyat  hadisələri,  baĢ verən 

siyasi-iqtisadi dəyiĢikliklər üzərində real müĢahidələr Zakirdə (əlavə edək: ġakir, 

Misgin  və  Nadimdə  -  Z.Ə.)  çoxdur.  Amma  onları  birləĢdirən,  izah  edən 

qanunauyğunluq və proses kimi qavrayan konsepsial ictimai baxıĢ zəifdir, daha 

doğrusu, suxiya Ģəklindədir"

1

.



 

 

Üz  etiraz  v  ə  narazılıqlarında  "xalqın  mənafeyi  və  mövqeyi  ilə  ən  geniĢ 



mənada  birləĢə  bilmədiyi  üçün"  bu  Ģairlərin  həcvləri  satiraya  məxsus  geniĢ 

ictimai  vüsət  və  dərinlik  qazanmır.  Onlar  ümumiyyətlə  "bəyliyə  yox,  ayrı-ayrı 

bəylərə,  vaizliyə  yox;  islamı  "xələldar  edən"  vaizlərə  qarĢı  çıxdığ  ı  üçün  öz 

demokratizmində  və  x əlqiliyində  ardıcıl görün ə  bilmir"

2

. Bu cəhəti Q.Zakirin 



yaradıcilığında izləyən F.Qasımzadə haqlı yazır ki, ictimai ədalətsizliyi obyektiv 

surətdə  ifĢa  edən  Ģair  "çar  hakimləri  əleyhinə  mübarizə  apardığı  zaman 

mütləqiyyətin  baĢqa  siyasi  bir  quruluĢla  əvəz  edilməsi  məsələsini  əsla  fikrinə 

gətirmirdi. O da ġ akir və baĢqa müasirləri kimi güman edirdi ki, bütün ictimai 

bəlaları törədənlər ancaq ucqarlarda  iĢləyən çar hakimləridir, guya  caniĢinin  və 

padĢahın bu ədalətsiz iĢlərdən xəbəri yoxdur"

3

.

 



 

Əsrin  ikinci  yarısında  satirik  Ģeir  M.B.Nadim,  M.M.ġükuhi  və  Seyid  Əzim 

ġirvaninin  yaradıcılığında  inkiĢaf  edir.  "Dövlətlilərin  xəlvəti  iĢi",  "Sərrafiyyə", 

"Əttar", "Dər həcv ağa ƏbdüĢĢükr Marağayi vəkili-marafiə", "Marağa

 

 

1



 

YaĢar Qarayev. Realizm: sənət və həqiqət. Bakı, 1980. s.56. : 

 

 

2



 

Yenə orada, s.57. 

 

 

3



 

Feyzulla Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974. s.224. 

 

 

22



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə