Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   ...   10   11   12   13   14   15   16   17   18

Nəticə göz önündədir, əgər şagird:

eyni melodik hərəkətin major və minorunu səsləndirə bilirsə;



major və minor üç səslilikdə ritmik və intonasiyalı modelləri quraşdıra bilirsə;

müəllim və yaxud sinif yoldaşı tərəfindən başlanmış melodiyanı mahnı ilə tamamlaya,



musiqi parçasına cavab verə bilirsə;

oktava çərçivələrində intervalları mahnı ilə oxuya bilirsə;



ona tanış olan mahnının  başlanğıc intervalını müəyyənləşdirə bilirsə;

öyrəndiyi şeirə melodiya seçə/bəstələyə bilirsə;



verilmiş melodik parçanı müxtəlif pillələrdə (diatonik sekvensiya) oxuya bilirsə;

ona tanış olan iki və ya üçdə iki strukturlu melodiyaları əl çalma/taqqıltı və mahnı ilə



təqdim edə bilirsə;

sinif yoldaşları ilə dəyişməklə əl çalmalarla ritmik kompozisiyalar yarada bilirsə;



uydurulmuş halda ifa olunan ritmik fiquru, harmonik ardıcıllığı mahnı ilə müxtəlif

melodik səsə, ritmik fiqura oxşada bilirsə.

Mus.VI.2.  Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər.

Nəticə göz önündədir, əgər şagird:

sinif yoldaşları ilə birlikdə akkordları oxuya bilirsə;



xalq və klassik repertuardan bir və ikisəsli mahnıları təkbaşına, cüt halda, xorda oxuya

bilirsə;

kanon tipli məşğələlərdə oxuya bilirsə;



musiqi əsərlərini ifa edərkən müxtəlif əksedici üsulları seçə və ondan istifadə edə bilirsə.



Mus.VI.3.  Şagird onun üçün maraqlı olan əhval-ruhiyyəni, süjeti, mövzunu

müəyyənləşdirə və çatdıra bilər.

Nəticə göz önündədir, əgər şagird:




konkret musiqi əsərlərinin  sadə səhnələrinin /fraqmentinin əhval-ruhiyyəsini əks

etdirmək məqsədi ilə başqaları ilə birlikdə oynaya bilirsə;

müəyyən əhval-ruhiyyəni pantomima ilə əks etdirə bilirsə;



özünün ifası barədə sinif yoldaşlarının fikrini dinləyirsə;

sinif yoldaşları tərəfindən ifa olunmuş teatr etüdlərini qiymətləndirirsə;



personajın xarakterini musiqi fraqmentinə uyğunlaşdıra bilirsə;

konkret hadisəni, süjeti ona tanış olan musiqi əsərləri ilə uyğunlaşdıra bilirsə və onu



mümkün qədər improvizasiyalı mətndən istifadə etməklə oynaya bilirsə;

konkret musiqi parçalarının çalınması arasında səslənmə zamanı mətn dialoqu yarada



bilirsə.

Mus.VI.4. Şagird musiqi əlifbasından istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

notları skripkanın, basın açarlarında oxuya və yaza  bilirsə;



alterasiya işarələrini oxuya və ondan istifadə edə bilirsə;

verilmiş ritmik parçanı əl çalma və taqqıltı ilə köçürə bilirsə;



əsərlərin, onun fraqmentlərinin köçürülməsi zamanı səhvlərə yol vermirsə;

kiçik formalı fortepiano əsərlərini/fraqmentlərini dinləyərkən not yazılarına göz yetirə



bilirsə;

əsərləri öyrənərkən kompüter proqramları üzərində işləyərkən not sistemi biliyindən



istifadə edirsə.

Mus.VI.5. Şagird özünün dərs fəaliyyətini idarə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

dərs üçün lazımi musiqili, ədəbi və vizual materialı seçə bilirsə;



müxtəlif məsələni həll etmək üçün yerinə yetiriləsi işin ardıcıllığını planlaşdıra bilirsə;




dərsdən, məşqdən sonra musiqi alətlərini, audio-video aparatını, diskləri dəyişə bilirsə.



Mus.VI.6. Şagird başqaları ilə əməkdaşlıq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

qrupda işi, funksiya-vəzifələri bölə bilirsə;



qrupun üzvlərinin imkanlarını nəzərə alır və bundan istifadə edirsə;

konkret məsələnin həllində başqalarına kömək edirsə və lazım gəldikdə özü də kömək



tələb edirsə;

mübahisə zamanı qrup üzvünün dəlillərini dinləyir və nəzərə alırsa;



özü və başqası tərəfindən icra olunmuş işi qiymətləndirə bilirsə.



İstiqamət: kommunikasiya və şərh

Mus.VI.7.  Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə və qiymətləndirə

bilər.

Nəticə göz önündədir, əgər şagird:

dinlənilmiş əsərləri, onların fraqmentlərini tanıyırsa;



öz təəssüratını sözlə, yazılı şəkildə verə bilirsə;

ifaçıların tərkibini xarakterizə edirsə;



dinləmə zamanı tanış musiqi formalarını tanıya bilirsə;

konkret musiqi parçasını metr, alət, səs tembrləri, ahəngə əsasən xarakterizə edirsə;



musiqi əsərlərinin ifa olunması barədə mülahizə yürüdürsə;

tədbirləri tərtib edərkən tanış musiqi materialından istifadə edirsə.



Mus.VI.8. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.


Nəticə göz önündədir, əgər şagird:

sinfin  tamaşasında, karnavalında, məclisində iştirak edə bilirsə;



məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;

görüş-axşamlara gedirsə: bəstəkarlarla, ifaçılarla;



sinif yoldaşları ilə birlikdə ictimai konsertdə, tamaşada iştirak edirsə;

sənətçilərin ev-muzeylərinə ekskursiyalara gedirsə;



viktorinada iştirak edir və onu aparırsa;

auditoriya qarşısında ifaçı, yaradıcı və ya  konferansye rolunda çıxış edirsə;



bayramın musiqi tərtibatında aşağı sinif şagirdlərinə kömək edirsə.



Mus.VI.9.  Şagird musiqinin/incəsənətin kommunikasiya vasitəsi olduğunu

başa düşür və nümayiş etdirə bilir.

Nəticə göz önündədir, əgər şagird:

dərk edir ki, musiqi insanlarla ünsiyyətdə ona kömək edir;



dərk edir ki, musiqini birlikdə dinləmək insanda oxşar duyğular oyadır;

əvvəlki dövrdə yaradılmış musiqi nömrələrinin/incəsənət nümunələrinin ona bu gün başa



düşülən olduğu barədə söhbət apara bilir;

oxşar ideyalar əks olunmuş musiqi və incəsənətin digər sahələrinin nümunələrini yadına



salır;

kinoda, teatrda, informasiya vasitələrində istifadə olunan musiqi barədə söhbət apara



bilirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.VI.10. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış

nümunələrini və nümayəndələrini tanıyır.

Nəticə göz önündədir, əgər şagird:




Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə