Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Mus.VIII.5.  Şagird  musiqi əsərlərinin təhlilində iştirak edə bilər



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   ...   10   11   12   13   14   15   16   17   18

Mus.VIII.5.  Şagird  musiqi əsərlərinin təhlilində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;



musiqi əsərlərinin janrlarını (opera, balet, simfoniya, instrumental konsert...),üslubunu



(klassik, xalq , müasir) müəyyənləşdirə bilirsə;

dinləmə zamanı musiqinin təsviredici vasitələrini xarakterizə edirsə;



ifaçıların tərkibini: instrumental (böyük və kamera orkestri, kamera ansamblı), vokal,

vokal-instrumental (böyük və kamera tərkibli) xarakterizə edə bilirsə;

dinlənilmə zamanı incəsənət-musiqi terminologiyasından istifadə etməklə danışırsa;



dinləyərkən musiqi əsərlərini tanıya bilirsə.



Mus.VIII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi

yaradıcılığını  sinif yoldaşlarına tanış edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;



musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib hazırlaya

bilirsə;

axtarılıb tapılmış informasiyanı, musiqi əsərləri barədə, bu və ya digər  musiqi barədə öz



təəssüratlarını sinif yoldaşlarına tanış edirsə;

musiqili (audio- video)materialı, lazımi aparaturanı seçə və ondan təqdimat zamanı



istifadə edirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.VIII.7. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış

nümunələrini tanıyır və onları xarakterizə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:




eyni növ janrın müxtəlif əsərlərini müqayisə edirsə, onların səciyyəvi əlamətləri barədə

söhbət edirsə;

müxtəlif dialektin eyni janrdan olan xalq mahnılarını  müqayisə edirsə;



eyni müəllifin/dövrün nümayəndələrini (xarakterik janrlar, üslub, mövzu, dəst/xətt...) bir-

biri ilə müqayisə edə bilirsə;

tanış musiqi formalarını  və bu formada yazılmış musiqi əsərlərini xarakterizə edə bilirsə;



tanış bəstəkarın, ifaçının tərcümeyi -halı, yaradıcılığı ilə əlaqədar suallara cavab verirsə.



Mus.VIII.8. Şagird musiqini informasiya və kommunikasiya vasitəsi kimi

dərk edirsə.

Nəticə göz önündədir, əgər şagird:

musiqi üslublarını mədəniyyət və dövrə əsasən fərqləndirə bilirsə;



konkret musiqi əsərləri ilə tanış olmaqla bu və ya digər mədəniyyət və dövr barəsində nə

anladığı barədə mülahizə yürüdə bilirsə;

musiqili təsvirin müxtəlif növləri vasitəsi ilə konkret musiqi əhval-ruhiyyəsinin,



bəstəkarın düşüncəsinin necə əks olunmasının mümkünlüyü barədə söhbət apara bilirsə;

incəsənətin başqa növləri üçün musiqinin rolunu müzakirə edirsə.



Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

melodiyalı davranışın sekvensik yerdəyişməsi;



öyrənilmiş şeir üçün musiqinin seçilməsi;

səsin uyğunlaşdırılması.




Mahnı:

xorda kanon tipli melodiyaların ifa olunması;



müşayiətlə və ondan kənar mahnı;

Gürcü və dünya xalq və peşəkar repertuarından ikisəsli və üçsəsli  mahnılar,



məsələn, “Çoxdan tanıyıram” (Quriyalı), “Gürcü, qılınca əl at” (Kartli-Kaxeti),

“Müqəddəs Allah” (sadə ahəngli), V.A.Mosart – “Die Nachtigall”, the Beatles –

“Can

́t Buy Me Love” və s.

Musiqili-kompüter proqramları:

Logic, Cubase, Finale;



tapşırıqların yerinə yetirilməsi;

sadə kompozisiyaların yaradılması.



Layihələrdə iştirak etmə:

nəzəri materialın axtarılması, resurs yaradılması;



layihənin hazırlanmasında, təqdimatında və qiymətləndirilməsində iştirak etmək.



Musiqi nəzəriyyəsi və tarix:

musiqi janrları (opera, balet, simfoniya, instrumental konsert...);



musiqi üslubları (klassik, xalq, müasir);

ifaçıların tərkibi: instrumental (böyük və kamera orkestri, kamera ansamblı),



vokal, vokal-instrumental (böyük və kamera tərkibi);

musiqi/incəsənət  terminologiyası.



Tövsiyə olunmuş dinlənilən material:


Xalq mahnıları; barokko, klassisizm, romantizm, XX əsr və gürcü bəstəkarlarının

populyar əsərlərindən parçalar,  məsələn, Dördsəsli acar mahnısı, “Kuçxi Bedineri”

meqrel mahnısı, Kaxetiya mahnısı “Cona”, “Sən tənəksən” kilsə xoru (Paliaşvilinin

variantı) ; Çoxsəsli Sardiniya mahnısı Actores Alidos – Chelu e mare/Tralallera,

hind mahnısı “Harikambhoji”; A.Macavariani – Skripka konserti, S.Nasidze –

“Pirosmani” simfoniyası (parçalar), M.Şuvliaşvili – Fortepiano üçün “Eksersis”;

Q.F.Hendel – “Mesia” oratoriyasından “Alleluia” xoru, F.Şopen – Ballada #1,

C.Verdi – “Aida” operasından parçalar, “Rekvium” (parçalar), R.Vaqner –

“Valkirilərin uçuşu”, “Valkiria” operasından “Nibelunqların üzüyü” –

tetralogiyası; P.Çaykovski – fortepiano və orkestr üçün konsert #1; F.Mendelson –

“Violino və orkestr üçün konsert; K.Debyus – “Pekinin rəqsi” prelyudası, “Ayın

işığı”fortepiano pyesi; İ.Stravinski “Petruşka” baletindən “Rus rəqsi” (fortepiano

versiyası); A.Şonberq – kamera sinfoniyası, D.Şostakoviç – fortepiano və orkestr

üçün konsert #1; C. Keyc – “Su oyunu”; F. Sinatra – “New York, New York”, A.

Barozzo – “Brazil”, The Beatles – “Can

́s buy my Love, J.Styne - “Funny Girl”,

“Sting – Shape of My Heart , Motley Grue – “Home sweet home” müziklindən

parçalar və s.

IX Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-

vərdişlər

Kommunikasiya,

Kontekstdə musiqi

nümunələrinin dərk




Şərh

edilməsi


Mus.VIII.1. Şagird

improvizasiya prosesində

iştirak edə bilər.

Mus.VIII.2. Şagird

mahnını sinif yoldaşları

ilə birlikdə oxuya bilər.



Mus.VIII.3. Şagird

musiqili-kompüter

proqramlarından istifadə

etməklə kompozisiyalar

yarada bilər.



Mus.VIII.4. Şagird tədris

layihəsində iştirak edə

bilər.

Mus.VIII.5. Şagird

dinlənilmiş musiqi

əsərlərini təhlil  edə bilər.

Mus.VIII.6. Şagird

musiqi incəsənətinin

nümunələrini və ya

musiqi yaradıcılığını  sinif

yoldaşlarına tanış edə

bilər.


Mus.VIII.7. Şagird gürcü

və dünya musiqi

incəsənətinin tanınmış

nümunələrini tanıyır və

onları xarakterizə edə

bilir.


Mus.IX.8. Şagird musiqi

əsərlərinin struktur və növ

cəhətlərini xarakterizə edə

bilir.


Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Mus.IX.1.  Şagird  improvizasiya prosesində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

mahnı və ifa ilə müxtəlif musiqi səslərini, ritmik fiqurları sinif yoldaşları tərəfindən ifa



olunmuş ritmik fiqurlarla, sadə akkordlu ardıcıllıqla uyğunlaşdıra bilirsə;


sinif yoldaşları ilə birlikdə səs, alət, hərəkət vasitəsi ilə musiqili-dramatik etüdləri,

kompozisiyaları yarada bilirsə.

Mus.IX.2.  Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.

Nəticə göz önündədir, əgər şagird:

Gürcü xalq və başqa xalqların  iki və üçsəsli mahnılarını  oxuya bilirsə;



musiqi əsərlərinin parçalarını/mahnıları ifa edir və not yazılarına əsaslana bilirsə.



Mus.IX.3.  Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə

kompozisiyalar  yarada  bilər.

Nəticə göz önündədir, əgər şagird:

qarşıya qoyulmuş məqsədə müvafiq olaraq  kompüter  proqramlarından (musiqi yazısını,



fakturanın, tembrin  seçilməsi,  akkordla müşayiət) istifadə edirsə;

kompozisiya yaradan zaman nəzəri bilikdən (musiqi əlifbası, forma, harmoniya



məsələləri) istifadə edə bilirsə;

musiqi kompozisiyalarını yaradırsa;



musiqili kompozisiyada bədii ədəbiyyat, təsviri və teatr incəsənəti nümunələrinin

yaratdığı təəssüratları əks etdirə bilirsə.

Mus.IX.4. Şagird tədris layihəsində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

layihənin məqsədini müəyyənləşdirirsə;



layihəni planlaşdırır və onun funksiyalarını təhlil edə bilirsə;

nəzəri material axtarırsa, resurs yaradırsa;



konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak

edirsə;



layihənin təqdimatında və qiymətləndirilməsində iştirak edirsə.



İstiqamət: kommunikasiya, şərh

Mus.IX.5.  Şagird  dinlənilmiş musiqi əsərlərini təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;



musiqi əsərlərini forma, janr, üslub və musiqili-təsvir vasitələrinə əsasən xarakterizə edə

bilirsə;

söhbət zamanı incəsənət/musiqi terminologiyasından istifadə edirsə;



musiqi əsərlərini dinləməklə tanıya bilirsə.



Mus.IX.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi

yaradıcılığını  sinif yoldaşlarına tanış edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;



musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib hazırlaya

bilirsə;

musiqi əsərləri barədə, bu və ya digər  musiqiçi barədə axtarılıb tapılmış informasiyanı,



öz təəssüratlarını məruzə/məqalə şəklində təqdim edə bilirsə;

musiqili (audio- video) materialı, lazımi aparaturanı seçə və ondan təqdimat zamanı



istifadə edirsə;

diskussiyanı idarə edə bilirsə, suallar qoya və cavab verə bilirsə;



axtarılmış materialı yaymlaya bilirsə; başqaları ilə birlikdə arxiv yaradırsa.



Mus.IX.7.  Şagird özünün və başqasının yaradıcılığını müzakirə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:




dərsdə ifa olunmuş yaradıcılıq tapşırığını, ictimai, məktəb konsertinin müzakirəsində

iştirak edirsə;

ictimai, məktəb konserti barədə rəy yaza bilirsə;



fikrin ifadə edilməsi zamanı diqqətlidirsə.



İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.IX.8. Şagird musiqi əsərlərinin struktur və növ cəhətlərini xarakterizə

edə bilir.

Nəticə göz önündədir, əgər şagird:

öyrənilmiş əsərləri bir-biri ilə müqayisə edirsə - janr, üslub, dövr, müəllif;



əsərlərin müqayisəsi əsasında müəllifin dəst-xəttini fərqləndirə bilirsə;

müxtəlif ifanı fərqləndirə və onun “interpretasiyası” barəsində söhbət edirsə;



musiqi əsərlərinin növ məzmunları (lirik, dramatik, epik, qəhrəmanlıq-dramatik,



skerzo,qrotesk və s.) üzrə söhbət edirsə;

musiqi əsərlərinin kompozisiya quruluşu barədə söhbət edirsə;



xalq mahnısının səciyyələri (dialekti, janrı, mövzusu, ifaçıların tərkibi) barədə mülahizə

yürüdə bilirsə.

Mus.IX.9. Şagird cəmiyyətin həyatında  musiqininin rolunu  dərk edir.

Nəticə göz önündədir, əgər şagird:

üslubları mədəniyyətə və dövrə əsasən xarakterizə edirsə;



xalq musiqisinin sosial təyinatı (məişətlə əlaqəsi, kollektiv ifaçılıq, şifahi ötürülmə



ənənəsi, gizlilik, daimi dəyişiklik) barədə söhbət edirsə;

peşəkar musiqinin fəaliyyət göstərməsi üçün zəruri olan komponentləri dərk edirsə:



bəstəkar, ifaçı, dinləyici;

incəsənətin başqa növlərində musiqinin rolu barədə mülahizə yürüdə bilirsə;




musiqi ilə əlaqədar ənənəvi və müasir peşələri – prodüser, rejissor, dicey, səs operatorunu

bir-birindən fərqləndirə bilirsə;

müasir texnoloji imkanları  və onların musiqi incəsənətinə təsirini xarakterizə edə bilirsə;



musiqini öyrənməklə əldə etdiyi biliyi və qabiliyyətləri müxtəlif peşələrdə necə istifadə

edə biləcəyini izah edə bilirsə;

müxtəlif tarixi dövrdə musiqinin yayılma/verilmə imkanlarını (müğənnilər ailələri, xor



məktəbləri... not köçürmənin müxtəlif sistemləri, məsələn, gürcü nevmik yazısı...) tədqiq

edirsə;


konkret nümunələr əsasında (dövlət üçün himnin rolu və əhəmiyyəti; Leninqrad blokadası



zamanı D.Şostakoviçin VII simfoniyası; Fransa inqilabi zamanı “Marselyeza”; “Şavleqo,

80-ci illərin milli hərəkatı zamanı “Mənim yaxşı ölkəm”...) musiqinin cəmiyyətin

həyatında rolu haqqında mülahizə yürüdə bilirsə.



Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

mətnin dəyişdirilməsi, melodiya üçün seçilməsi;



poetik mətn üçün musiqinin seçilməsi;

səsin uyğunlaşdırılması.



Mahnı:

xorda kanon tipli melodiyaların ifa olunması;



müşayiətlə və ondan kənar mahnı;

xorda ikisəsli və üçsəsli  mahnıların ifa olunması;



repertuarın seçilməsi;

təsviri üsulların seçilməsi;




Gürcü və dünya xalq və peşəkar repertuarından ikisəsli və üçsəsli mahnılar,

məsələn, “Aslanvari mravaljamier” (Raca), “Nanila” (Svan), “Sən tənəksən” , “La

Vie en Rose”, F.List – “Christus  ist geboren” və s.

Musiqili-kompüter proqramları:

Sibelius, Finale, Cubase, Logic;



tapşırıqların yerinə yetirilməsi;

kompozisiyaların yaradılması.



Musiqili əsərlər:

müxtəlif dövrlərin bəstəkarlarının tanınmış əsərlərindən parçalar;



Gürcü xalq və peşəkar əsərlərini dinləmək, tanımaq.



Layihələrdə iştirak etmə:

layihənin planlaşdırılması və təhlili;



layihənin hazırlanması, təqdimatı.



Musiqi nəzəriyyəsi və tarix:

janr, üslub, dövr;



bədii musiqili istiqamətlərin məşhur nümayəndələri;

musiqili əsərlərin növ məzmunu (lirik, dramatik, epik, qəhrəmanlıq-dramatik,



skerzo, qrotesk və s.);

musiqili əsərlərin kompozisiyası: instrumental formalar (üçhissəli, rondo,



variasiyalar, sonata, suita, sonaa-simfonik silsilə); vokal formalar (bənd, çatdırılma

formaları).




Xalq musiqisi:

dialekt, janr, mövzu, ifaçıların tərkibi;



xalq musiqisinin sosial təyinatı (məişətlə əlaqə, elektron ifaçılıq, şifahi ötürmə

ənənəsi, gizlilik, daimi dəyişiklik).

Tövsiyə olunmuş dinlənilən material:



Xalq mahnıları; barokko, klassisizm, romantizm, impressionizm,  XX əsr və gürcü



bəstəkarlarının populyar əsərlərindən parçalar,  məsələn, “Yaradıcı Naduri”, uzun

Kaxetiya mravaljamieri, Racanın “Uca dağ başına naməlum quş qondu”,

“Müqəddəs Allah” kilsə xoru (Z. Paliaşvilinin  variantı), Afrikalı çoxsəsli

“Yangissa”/ “Banga Banga” / “Bobangi”, nümunəsi, Avstraliya xalq mahnısı

“Mum

́s Choice”;B.Kvernadze – Mahnılar - kino musiqisi, Q.Kançeli – “Stiks”

vokal simfonik süitası (parçalar); L.Bethoven – fortepiano konserti #5, R.Ştraus –

“Don Covanni” simfonik poeması (parçalar),L.Bethoven – IX simfoniya (parçalar);

P.Çaykovski – “Qaratoxmaq qadın”, Q. Maler – V simfoniya, IV hissə - Adagietto;

K.Orf – “Karmina Burana” (parçalar),B. Bardok – “Simli, zərb alətləri və çelesta

üçün musiqi, D. Şostakoviç – simli kvartet #3, III hissə, V simfoniya, I hissə; D.

Brubek – “Take Five”, “G.Weiss –B.Thiele – “What a Wonderful  World”, J.

Herman

́s Show – “Hello Dolly”, G.Gershvin – “Porgy  and Bess”

(parçalar),L.Weber “Super Star” (parçalar), A. Cooper - School

́s  Out for this

summer və s.

Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə