Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   2   3   4   5   6   7   8   9   ...   18

Mus.I.1. Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya bilir və onlardan

ritmik-intonasiyalı məşqlərdə istifadə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:

ətraf mühitdə musiqili və qeyri-musiqili səsləri tanıyırsa;



yüksəksəsli və alçaqsəsliliyi fərqləndirə bilirsə;

səsi zümzümə, alətləri ucadan və alçaqdan, uzun və parça-parça, qısa səsləndirə bilirsə;



eyni tonda mahnı ilə sadə ritmik melodiyaları təkrar edir , səs ucalıqlarını dəyişə bilirsə;

ritmik və qeyri -ritmik taqqıltıları fərqləndirə bilirsə;



sadə ritmik parçanı əl çalmaqla və taqqıltı ilə təkrar edə bilirsə;

taktın güclü anını əl çalmaqla, ayaq zərbələri ilə ayıra bilirsə.



Mus.I.2.  Şagird mahnını tək və ya kollektivlə birgə ifa edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

səsləri, musiqi parçalarını mahnı ilə təkrar edə bilirsə;



musiqiyə, müəllimin mahnısına, akkompanementinə ritmik əl çalma ilə qoşula bilirsə;

akkompanementlə və ya müəllimlə birlikdə sadə birsəsli mahnıları ifa edə bilirsə;



sinif yoldaşları ilə birlikdə sadə birsəsli mahnıları ifa edə bilirsə;

Mahnı zamanı müəllimin işarələrinə (sakit, ucadan, tez, yavaş) düzgün reaksiya verə



bilirsə.

Mus.I.3.  Şagird müəyyən əhval-ruhiyyəni ötürmək üçün müxtəlif təsvir

formalarına müraciət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

səs, hərəkət, mimika, jest, əl çalma, səs-küy vasitəsi ilə bu və ya digər əhval-ruhiyyəni



ifadə edə bilirsə;


dinlənilmiş musiqi əsərlərini müxtəlif oyunlara (gizlənpaç, qaçdı-tutdu, dava-dava və s.)

oxşada bilirsə və müvafiq mətn yarada bilirsə;

musiqi vasitəsi ilə yaranmış emosiyanı bədən hərəkətləri ilə əks etdirə bilirsə.



İstiqamət: kommunikasiya və şərh

Mus.I.4.  Şagird dinlənilmiş musiqi əsərlərində öz münasibətini əks etdirə

bilər.

Nəticə göz önündədir, əgər şagird:

dinlənilmiş əsərlərlə əlaqəli özünün müsbət və ya mənfi münasibətlərini əks etdirə bilirsə;



tanış və tanış olmayan melodiyaları bir-birindən seçirsə;

dinləyən zaman əl çalma, mahnı və hərəkətlə, musiqiyə qoşula bilirsə;



musiqi ilə yaranmış əhval-ruhiyyəni, emosiyanı ötürə bilirsə.



Mus.I.5.  Şagird öyrəndiyi musiqi terminlərindən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

söhbət zamanı öyrəndiyi terminləri düzgün tələffüz edirsə;



lazım gəldikdə onları elementar surətdə izah edə bilirsə;

tanış olmayan termin, söz eşidərkən onların əhəmiyyətini dəqiqləşdirmək məqsədi ilə



suallar verirsə.

Mus.I.6.  Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

oyunlarda, sinif bayramında, tematik tədbirlərdə iştirak edirsə;



konsertlərə, tamaşalara gedirsə.



Mus.I.7.  Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq

qabiliyyəti vardır.

Nəticə göz önündədir, əgər şagird:




başqasının mahnısı, söhbət zamanı əxlaq qaydalarına riayət edirsə;

yaradıcılıq prosesində (mahnı, etüd, rəqs, çalğı, konsert çıxışı) öz sinif yoldaşlarını



dəstəkləyir və həvəsləndirirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərini dərk etmə.

Mus.I.8.  Şagird dinlənilmiş əsərləri gündəlik həyatla əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:

öyrədilmiş uşaq mahnılarını tanıyırsa;



bu və ya digər musiqi əsərlərini harada və hansı şəraitdə dinlədiyini yada sala bilirsə;

özünün sevimli musiqi əsərlərini yada salırsa;



musiqi əsərlərinin məzmunu ilə əlaqədar suallar verir, oxşar süjetləri, personajları yadına

sala bilirsə;

vizual materialı musiqi əsəri ilə əlaqələndirə və öz təəssuratlarını (foto, video-yazı...) yada



sala bilirsə.

Mus.I.9.  Şagird  öyrəndiyi musiqi alətlərini tanıyır.

Nəticə göz önündədir, əgər şagird:

tanış musiqi alətlərini sadalaya bilirsə;



onları formalarına görə tanıya bilirsə;

alətlərin səslənməsini fərqləndirə bilirsə.



Mus.I.10.  Şagird ətraf mühitdə eşitdiyi səsləri fərqləndirə bilir.

Nəticə göz önündədir, əgər şagird:

səsin haradan gəldiyi mənbəni (telefon zəngi, maşın əyləci..., quş civiltisi, yarpaqların



xışıltısı...) aydınlaşdıra və onlara oxşada bilirsə;

səsin əks olunmasının davamlığını (uzun müddətli, qısa müddətli) müəyyənləşdirir və onu



təkrar edə bilirsə;

səslə əlaqədar münasibətlərini (xoşlayır, xoşlamır ) bildirirsə.




Proqramın məzmunu

Melodik-ritmik məşğələlər:

Səs (qısa-uzun, musiqili-qeyri-musiqili...), səslənmənin gücü (yüksək-alçaq);



Musiqi dilinin elementləri: melodiya (diatonik); ritm (dörddə bir və səkkizdə bir

uzunluqlu, 2-4 takt), 2/4, 2/3 metr.

Mahnı:

müşayiət ilə mahnı;



fərdi və sinif yoldaşları ilə birlikdə mahnı;

Uşaq, xalq və klassik repertuardan sadə birsəsli mahnılar, məsələn: “Leysan



yağışı”, “Alabəzək kəpənək”, “Lalə”, “Evdə günəş”;M.Davitaşvili – “Çito,çito,

nasara”, “Bu yazıq dovşan”, L.İaşvili – “Krici, krici”Q.Daraxvelidze – “Qar

dənəcikləri”; İ.Qurqulia – “Açu, açu”; İ.Brams – “Nana”; V.A.Mosart – “Nana”;

C.Pierponter – “Jinngle Bells”; “Twinkle Twinkle Little Star” və s.

Əhval-ruhiyyənin ötürülməsi:

sevinc, kədər, qorxu, qəzəb və s.;



səslə, hərəkətlə, mimika ilə, jestlə.



Musiqi terminləri:

ucadan, alçaqdan, tez, yavaş;



bəstəkar, pyes, konsert, məşq etmə, orkestr, ansambl, dirijor, solist,

akkompanement;

öyrənilən alətlərin adları.



Səsin yayılma mənbəyi:

Təbiət, küçə, ev.



Tədbirlər:

Yeni il, bahar, payız mövzularında sinif bayramı.




Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə