Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Kontekstdə musiqi əsərlərinin dərk olunması



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   2   3   4   5   6   7   8   9   ...   18

Kontekstdə musiqi əsərlərinin dərk olunması:

İnformasiya: mahnının mətni, süjeti, tanınmış musiqiçilərin tərcümeyi-hallarından



maraqlı epizodlar.

Xalq və klassik musiqi alətləri:

salamuri, nağara, qudastviri;



fortepiano, violino, fleyta, ksilofon.



Tövsiyə oluna biləcək dinlənilən material:

Xalq mahnıları, klassik əsərlərdən fraqmentlər, uşaq proqramı pyesləri, məsələn:



qudastvirdə “Mestviruli”, “Nana”, “İavnana”, “Alabəzək kəpənək”, “Leysan

yağışı gəldi” (üçsəsli variantda); “Ah, Lazare, Lazare”, “Evdə günəş”, “Müqəddəs

Allah” kilsə xoru, nağarada “Xorumi”, “Simdi” Osetin rəqsi, “Frere Jacques”

fransız uşaq mahnısı, “Ride the chariot” Spiri Uelsi; Z.Paliaşvili, İ.Keçağmadze –

Gürcüstanın dövlət himni; Z.Paliaşvili – “Daisi” operasından “Gürcü” rəqsi;

S.Sinsadze – “Güləşəngi”/ “Lale” /“İndi-mindi” kvartet miniatürü; R.Lağidze –

“Ana dilinə himn”, “Güləşəngi” orkestr pyesi; İ.S.Bax – “Qudastviri”, “Zarafat”

(fleytanın solosu ilə) # 2 süjetindən;K.V.Qluk – “Orfevs” operasından fleyta üçün

“Melodiya”; İ.Haydn – HOB.37,re major, I hissə;V.A.Mosart – Fa major menueti;

E.Qriq – “Per-qyunt” süjetindən “Dağ çarının mağarası”;P.Çaykovski – “Qu

gölü” baletindən “Kiçik quların rəqsi”,”Uşaq albomu”-ndan  “Kiçik əsgərlərin

marşı”;N.Rimski – Korsakov – “Arının uçuşu”;K.Sens-“Heyvanların karnavalı)

silsiləsindən “Fil”; L.Bethoven – “Dağsiçanı” və s.

II Sinif

Musiqi


Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-

vərdişlər

Kommunikasiya,

Şərh

Kontekstdə musiqi



nümunələrinin dərk

edilməsi


Mus.II.1. Şagird musiqi

dili ilə öyrəndiyi

elementləri tanıya və

onlardan melodik- ritmik

məşqlərdə istifadə edə

bilər.


Mus.II.2. Şagird mahnını

tək və ya başqaları ilə

birlikdə oxuya bilər.

Mus.II.3. Şagird

müəyyən əhval-ruhiyyəni

vermək üçün təsvirin

müxtəlif formalarına

müraciət edə bilər.

Mus.II.4. Şagird

dinlənilmiş musiqi

əsərləri barədə öz

münasibətini əks etdirə

bilər.

Mus.II.5. Şagird

öyrəndiyi musiqi

terminlərindən istifadə

edə bilər.



Mus.II.6. Şagird

müxtəlif növ tədbirlərdə

iştirak edə bilər.

Mus.II.7. Şagirdin

başqasının yaradıcılığına

və fikrinə hörmətlə

yanaşmaq qabiliyyəti

vardır.

Mus.II.8. Şagird başa

düşür və nümayiş etdirə

bilər ki, musiqi duğuların

və əhval-ruhiyyələrin əks

olunduğu vasitədir.

Mus.II.9. Şagird

yaradıcılıq peşələrini

fərqləndirə və onları

incəsənətin konkret

nümunələri ilə

əlaqələndirə bilər.



Mus.II.10. Şagird

dinlədiyi əsəri gündəlik

həyatla əlaqələndirə bilər.

Mus.II.11. Şagird

öyrəndiyi musiqi alətlərini

tanıyır.

Mus.II.12. Şagird ətraf

mühitdə eşitdiyi səsləri

fərqləndirə bilir.



Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Mus.II.1.  Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya və onlardan

melodik-ritmik məşqlərdə istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

bir tonda mahnı ilə sadə ritmik melodiyanı təkrar edir, səslərin yüksəkliyini, tempini



dəyişirsə;

yavaş və tez templəri fərqləndirə bilirsə;



melodiyanın, tempin, səslərin gücünə əsasən konkret musiqi parçasını xarakterizə edə

bilirsə;

əl çalmala, taqqıltı ilə sadə ritmik melodiyaları təkrar edirsə;



sinif yoldaşları ilə birlikdə oyun alətlərindən və ya/müxtəlif əşyalardan təşkil edilmiş

“ansamblda”, “orkestrdə” ifa edirsə.

Mus.II.2.  Şagird mahnını tək və ya başqaları ilə birlikdə ifa edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

sinif yoldaşları ilə birlikdə sadə birsəsli mahnıları ifa edə bilirsə;



musiqi parçalarını mahnı ilə təkrar edirsə;

mahnının ayrı-ayrı parçalarını ifa edərkən sinif yoldaşları ilə əvəzlənirsə;



sinif yoldaşları ilə birlikdə populyar melodiyaları və birsəsli mahnıları oxuya bilirsə;

musiqi müəlliminin göstərişlərinə (sakit, ucadan, yavaş, tez, birlikdə, başdan...) reaksiya



verirsə.


Mus.II.3.  Şagird müəyyən əhval-ruhiyyəni ötürmək üçün müxtəlif təsvir

vasitələrinə müraciət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

səsin, hərəkətin, rəqsin, mimikanın, jestin, oyunun vasitəsi ilə bu və ya digər əhval-



ruhiyyəni ifadə edə bilirsə;

alətə toxunarkən, səs-küy, əl çalma, şəkil vasitəsi ilə eyni əhval-ruhiyyəni əks edə bilirsə;



musiqi əsərlərindən alınmış əhval-ruhiyyəni ötürmək üçün başqaları ilə birlikdə müvafiq

improvizasiyalı mətnləri əlavə etməklə oynaya bilirsə;

musiqinin yaratdığı emosiyanı bədən hərəkətləri ilə əks etdirə bilirsə.



İstiqamət: kommunikasiya və şərh

Mus.II.4.  Şagird dinlənilmiş musiqi əsərləri barədə öz münasibətini əks etdirə

bilər.

Nəticə göz önündədir, əgər şagird:

dinlənilmiş əsərlərlə əlaqədar özünün müsbət və ya mənfi münasibətini əks etdirə bilirsə;



musiqi davranışını, sadə musiqi parçasını təkrar edə bilirsə;

tanış və tanış olmayan melodiyaları, tanış və tanış olmayan mövzunu bir-birindən



seçirsə;

təkrar dinləyərkən, mahnı ilə, rəqslə, musiqiyə qoşula bilirsə, dinləyərkən “dirijorluq”



edirsə;

musiqi ilə yaranmış əhval-ruhiyyəni, emosiyanı şəkildə verə bilirsə və mümkün qədər bu



şəkli canlandıra bilirsə.

Mus.II.5.  Şagird öyrəndiyi musiqi terminlərindən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

söhbət zamanı öyrəndiyi terminləri düzgün tələffüz edirsə;



lazım gəldikdə onları  izah edə bilirsə;

Ona naməlum musiqi aləti, məfhumun adını dəqiqləşdirmək məqsədi ilə suallar qoyursa.




Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə