Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   2   3   4   5   6   7   8   9   10   ...   18

edilməsi

Mus.III.1. Şagird musiqi

dili ilə öyrəndiyi

elementləri tanıya və

onlardan melodik-ritmik

məşqlərdə istifadə edə

bilər.


Mus.III.2. Şagird

mahnını tək və ya

başqaları ilə birlikdə

oxuya bilər.



Mus.III.3. Şagird

müəyyən əhval-ruhiyyəni

vermək üçün müxtəlif

təsvir formalarna müraciət

edə bilər.

Mus.III.4. Şagird musiqi

əlifbası ilə öyrədilmiş

nümunəni tanıya bilər.

Mus.III.5. Şagird özünün

tədris fəaliyyətini təşkil

edə bilər.

Mus.III.6. Şagird qrupda

işləyə bilər.



Mus.III.7. Şagird

dinlənilmiş musiqi

əsərləri barədə öz

münasibətini əks etdirə

bilər.

Mus.III.8. Şagird

öyrədilmiş musiqi

terminlərindən istifadə

edə bilər.



Mus.III.9. Şagird

müxtəlif növ tədbirdə

iştirak edə bilər.

.

Mus.III.10. Şagirdin

başqasının yaradıcılığına

və fikrinə hörmətlə

yanaşmaq qabiliyyəti

vardır.


Mus.III.11. Şagird başa

düşür və nümayiş etdirə

bilər ki, musiqi

duyğuların və əhval-

ruhiyyənin əks olunduğu

vasitədir.



Mus.III.12. Şagird

incəsənət sahələrini və

incəsənətlə əlaqədar

peşələri fərqləndirə bilər.



Mus.III.13. Şagird

dinlədiyi əsəri gündəlik

həyatla əlaqələndirə bilər.

Mus.III.14. Şagird

öyrəndiyi musiqi alətlərini

bir-birindən fərqləndirə

bilər.



İlin sonunda nail olunan nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Mus.III.1.  Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya və onlardan

melodik-ritmik məşğələlərdə istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

oxuduğu, musiqi alətində ifa etdiyi zaman musiqi səslərinin uzunluğunu fərqləndirə



bilirsə;

yavaş və tez ifanı, ucadan və alçaqdan səsləndirilən musiqi parçalarını dinləyərkən onları



fərqləndirə bilirsə;

müxtəlif yüksəklikdə səsləndirilən musiqi parçasını dinləyərkən (yüksək-aşağı) registrləri



fərqləndirə bilirsə;

rəqs, hərəkət vasitəsi ilə (vals, polka) iki və üçdə iki metri fərqləndirə bilirsə;



mahnı oxuyarkən, musiqi dinləyərkən vurğu ilə taktın güclü vaxtını ayıra bilirsə;

musiqinin ritmini ayaq taqqıltıları, əl çalmala ifa edə bilirsə;



sinif yoldaşları ilə birlikdə musiqiyə qoşulursa, müxtəlif ritmik parçaları oyuncaq

alətlərindən və gündəlik istifadə olunan əşyalardan təşkil edilmiş “ ansamblda ”,

“orkestrdə” ifa edirsə.



Mus.III.2.  Şagird mahnını tək və ya başqaları ilə birlikdə ifa edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

musiqi parçalarını, melodiyaları mahnı ilə təkrar edirsə;



sinif yoldaşları ilə birlikdə populyar  melodiyaları, birsəsli və sadə ikisəsli mahnıları

müəllimin köməyi ilə ifa edə bilirsə;

çoxsəsli mahnını bir səsə bağlı bas fonunda ifa edə bilirsə;



sadə mahnıları öyrəndiyi xarici dildə ifa edə bilirsə;




Dirijorluq jestlərinə (sakit, ucadan, yavaş, tez, birlikdə, başdan)düzgün reaksiya verirsə.



Mus.III.3.  Şagird müəyyən əhval-ruhiyyəni şərh etməklə müxtəlif təsvir

vasitələrinə müraciət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

səsin, hərəkətin, rəqsin, mimikanın, jestin, oyunun vasitəsi ilə bu və ya digər əhval-



ruhiyyəni şərh edə bilirsə;

alətə toxunarkən, səs-küy, əl çalma, şəkil vasitəsi ilə eyni əhval-ruhiyyəni ifadə edə



bilirsə;

musiqili əsərlərdən aldığı əhval-ruhiyyəni əks etdirmək üçün başqaları ilə birlikdə hər



hansı bir hadisəni oynaya bilirsə;

müvafiq improvizasiyalı mətni əlavə etməklə sadə etüdləri oynaya bilirsə;



musiqinin yaratdığı emosiyanı bədən hərəkətləri ilə ifadə edə bilirsə.



Mus.III.4. Şagird musiqi əlifbası ilə öyrədilmiş nümunəni tanıya bilər.

Nəticə göz önündədir, əgər şagird:

skripkanın açarlarını tanıya və şəklini çəkə bilirsə;



Not sisteminin xətlərini seçir və adlandıra bilirsə;

beşxətli not sistemində notları tanıya, adlarını çəkə və yaza bilirsə.



Mus.III.5. Şagird özünün tədris fəaliyyətini təşkil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

dərs üçün lazımi əşyalar gətirərsə;



dərsin gedişinə fəal qoşulubsa;

sorğularda iştirak edirsə;



suallar verirsə, tapşırığı yazırsa.




Mus.III.6. Şagird qrupda işləyə bilər.

Nəticə göz önündədir, əgər şagird:

başqaları ilə birlikdə işləyirsə;



sinif yoldaşlarına kömək edirsə;

fərqli fikrə diqqət yetirirsə;



qrup halında tamaşaya hazırlaşırsa.



İstiqamət: kommunikasiya və şərh

Mus.III.7. Şagird dinlənilmiş musiqi əsərləri haqqında öz münasibətlərini

ifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

tanış melodiyanı /musiqi nömrəsini tanıyır və adlarını deyə bilirsə;



dinləyərkən əl çalmala, mahnı ilə, hərəkətlə, rəqslə musiqiyə qoşulursa;

konkret musiqi parçasını melodiyaya, tempə, səslənmənin uzunluğuna, metrə əsasən



xarakterizə edirsə;

vokal və instrumental əsərləri fərqləndirə bilirsə;



musiqi davranışını, melodiyanı, xarakterik ritmik  parçanı təkrar edə bilirsə;

tanış və tanış olmayan melodiyaları, tanış və tanış olmayan mövzunu bir-birindən seçirsə;



dinləyərkən “dirijorluq” edirsə;

musiqi ilə yaranmış əhval-ruhiyyəni, emosiyanı şərh edə bilirsə.



Mus.III.8. Şagird öyrədilmiş musiqi terminlərindən istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

söhbət zamanı öyrəndiyi terminlərdən istifadə edir və lazım gəldikdə onları izah edirsə;



yeni terminin, sözün əhəmiyyətini dəqiqləşdirmək məqsədi ilə suallar qoyursa.




Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə