Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Mus.III.9.  Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Mus.III.9.  Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

sinif tədbirlərində iştirak edə bilirsə;



məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;

teatra, konsertə, muzeyə gedirsə.



Mus.III.10.  Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq

qabiliyyəti vardır.

Nəticə göz önündədir, əgər şagird:

sinif yoldaşları tərəfindən aşkara çıxarılmış istənilən qabiliyyəti – mahnı, rəqs, şəkil



çəkmək, ritmi duymaq, yazmaq qabiliyyətini müsbət qiymətləndirirsə;

başqasının cavabını başa çatdırmasını gözləyirsə;



fikrin ifadə olunması zamanı dəqiqdirsə.



Mus.III.11.  Şagird başa düşür və nümayiş etdirə bilər ki, musiqi duyğuların

və əhval-ruhiyyələrin əks olunduğu vasitədir.

Nəticə göz önündədir, əgər şagird:

bu və ya digər musiqi əsərinin hansı əhval-ruhiyyəni yaratdığı barədə söhbət edirsə;



musiqi alətinin tembri ilə konkret əhval-ruhiyyəni əlaqələndirə bilirsə;

əhval-ruhiyyəyə müvafiq olaraq tanış melodiyanı, mahnını ifa edirsə;



konkret əsərlərdə müəllifin nəyi əks etdirmək arzusunda olduğu barədə söhbət edirsə.



İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.III.12. Şagird incəsənət sahələrini və incəsənətlə əlaqədar peşələri

fərqləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:




incəsənətin müxtəlif sahələrini – musiqini, rəssamlığı, heykəltaraşlığı, rəqsi, poeziyanı

fərqləndirirsə;

müvafiq peşələri incəsənətin sahələri ilə əlaqələndirə və onların fəaliyyətini (məsələn,



musiqi-bəstəkar-musiqi yazır) əlaqələndirə bilirsə;

incəsənətin bu və ya digər sahəsinin iki və daha çox nümunəsini və bu sahəni əks etdirən



vasitələri, materialı sadalayırsa.

Mus.III.13.  Şagird dinlədiyi əsəri gündəlik həyatla əlaqələndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:

musiqi əsərləri ilə əlaqədar suallar qoyursa;



dinlənilmiş və oxunulmuş, baxılmış əsərlər arasında paralellər apara bilirsə;

musiqi əsərlərinin  süjetlərini mətnin gündəlik hadisələri ilə (səyahət, oyun, hava...)



əlaqələndirə bilirsə;

Mus.III.14.  Şagird  öyrəndiyi musiqi alətlərini bir-birindən fərqləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:

səsləndirmə zamanı alətlərin  solosunu tanıya bilirsə;



materiala əsasən musiqi alətlərini fərqləndirə bilirsə;

musiqi alətini və ya onun hər hansı bir hissəsinin şəklini çəkə bilirsə.



Proqramın məzmunu

Melodik-ritmik məşğələlər:

musiqi dilinin elementləri: melodiya (diatonik, 4-8 takt), ritm (tam, yarı, dörddə bir



və səkkizdə bir uzunluqlu fasilə), dinamik nüanslar (Forte,Piano,Creschendo,

Diminuendo),  temp (Allegro, Adagio, Presto, Moderato), metr (iki/dörd,iki/üç ),

məlahətli, məlahətsiz  səslənmə.

Mahnı:

müşayiət ilə mahnı;




Birsəsli və ikisəsli mahnılar, uşaq, xalq mahnıları, populyar əsərlərdən melodiyalar,

məsələn, “Sanqala və qızcığaz”, Mumli Muxasa”, “Moxevi qadını Tina”, “Gözəl

qadın kimindir, kimindir”; C.Kaxidze – “Günəşin mahnısı”; M.Aroşidze –

“Konfetlər qarı”,İ.Boboxidze – “Qız Anna”; A.Basilaya – “Göyqurşaqları”, “Kənd

bənnaları”; C.Kaxidze, V.Kaxidze – “Alilo”; V.Qokieli – Qırmızıpapağın mahnısı;

Q.Sabadze – “Saat”; M.Davitaşvili – “Balaca Ququli”; Q. Hüseyinli –

“Cücələrim” (“сucаlаrim”); V.Şainski – “От улыбки”; L.Bekman – “В лесу

родилась ёлочка”; R.Rocers – “The Lonely Goatherd”; Şotlandiya mahnısı – “My

Bonnie” və s.

Əhval-ruhiyyənin verilməsi:

səslə, hərəkətlə, mimika ilə, jestlə, rəqslə, oyunla;



etüdlərin ifa olunması.



Musiqi əlifbası:

skripka açarı;



beşxətli sistemdə not işarələri;

tam, yarı, dörddə bir uzunluqlu notlar.



Musiqi terminləri:

melodiya, ritm, uzunluq, pauza, ritm, temp, tembr;



templər: Alleqro-tez, Adagio-yavaş, Presto-çox tez, Mederato-ölçü;

dinamik nüanslar: Forte-ucadan, Piano-alçaqdan, Creschendo- səsləndirilmənin



gücləndirilməsi, diminuendo- səsləndirilmənin zəifləndirilməsi ;

bəstəkar, folklor, pyes, konsert, məşq etmə, orkestr, dirijor, solist, akompanement,



balet, opera, teatr/opera/balet qrupu, pərdə/akt, antrakt, ariya, ansambl, duet;

öyrənilmiş alətlərin adları.



İş formaları:

fərdi, cüt və qrup halında.




Tədbirlər:

sinif şənliyi;



sinfin hesabat konserti.



Kontekstdə musiqi əsərlərinin dərk olunması:

musiqi əsərləri barədə informasiya: yaranma tarixi, süjet, müəllif;



əhval-ruhiyyənin tanınması, təəssüratlar barədə söhbət;

incəsənət sahələri ilə tanışlıq: musiqi, rəssamlıq, heykəltaraşlıq, poeziya,



yazıçılıq...bu sahələrin konkret peşələrlə, insanlarla əlaqələndirilməsi.

Musiqi alətləri:

formasına və səsləndirilməsinə görə xalq və klassik musiqi alətlərinin tanınması,



məsələn: ciboni, çangi, qaval, qaboy, zınqırovlar, kontrabas, üçbucaq.

Tövsiyə olunmuş dinləniləsi material:

Xalq mahnıları,gürcü və xarici əsərlərdən parçalar, uşaq  musiqili  proqram pyesləri,



tanınmış musiqi əsərlərindən parçalar, məsələnçonqurda çalmaq üçün, “Gürcü

mravaljamiyeri”si; “Tebrone bulaq üstünə gedir”,  “Araqvi şütüyür”, “Allah-tala”

kilsə xoru; “Z.Paliaşvili – “Daisi” operasından “Azadlıq” adlı xalqa müraciət və

Kiazo səhnəsi, “Abesalom və Eteri” operasından “Gürcü” rəqsi; D.Arağişvili –

“Şota Rustaveli barədə hekayət” operasından Abdul Ərəbin ariyası, Rusudan ilə

duet və rəqslər; “Saluman Axadza” (Nanina ansanbılının ifasında)abxaz mahnısı;

N.Sulxanişvili – “Mestviruli”; C.Kaxidze – “İavnananın hikməti” kinofilmindən

“İavnana”, İ.S.Bax – Brandenburq konserti # 2 III hissə - Blokfleyta, qaboy;

D.Starlat – Sonata, K.159 və Major, A.Vivaldi – “Bahar”, I hissə, “İlin fəsilləri”

konsertlər silsiləsindən; V.A.Mosart – “Fiqaronun evlənməsi” operası üçün

uvertüra; L.Bethoven – Fortepiano konserti #1, III hissə; E. Qriq – “Per-qyunt”

süitasından “Səhər” ; K.Debyus – “Oyuncaqların kek-uoku”; İ.Ştraus – “Radetski

marşı” və s.

IV Sinif


Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə