Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir



Yüklə 26,42 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü26,42 Kb.
#7123
növüYazı


Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir 

 

Erməni-daşnak millətçiləri və onların havadarları, az qala, bir əsrə yaxındır ki, hər il 

uydurma "erməni genosidi" gününün bütün dünyada qeyd olunması üçün dəridən-qabıqdan çıxır, 

öz yalanlarını  bəşəriyyətə  sırımağa çalışırlar. Bu yaxınlarda ABŞ-da Amerika yazıçısı Samuel 

Viimsin "Ermənistan: terrorçu xristian dövlətinin sirləri" kitabı  işıq üzü görmüşdür. Uzun illər 

Londonda, Parisdə, Romada, İstanbulda, Moskvada və Vaşinqtonda aparılan tədqiqatların 

nəticəsi olan, faktlara və  sənədlərə istinadən  ərsəyə  gələn  bu kitab 400 səhifədən ibarətdir. 

Müəllif kitabında qeyd edir ki, mən erməni mənşəli amerikalıların 150 yaşlı "qədim" vətənlərini 

mükafatlandırmaq üçün türklərdən, eləcə  də, Amerika xristianlarından böyük məbləğdə pul 

vəsaiti qoparmaq məqsədilə soyqırımı  və  qətllərlə bağlı uydurma və yalanlar yaydığını subut 

edən faktlar aşkar etmişəm. 

Dinar xristian olan Samuel Viims kitabında yazır ki, 1918-ci ildə kiçik bir ərazidə erməni 

dövlətinin yarandığı vaxtdan o, qonşuları Gürcüstana, Osmanlı imperiyasına və Azərbaycana 

qarşı torpaq iddiaları irəli sürməyə başlamışdır. Kitabda eləcə  də tanınmış tarixçi alim Oqust 

Karyerin fikri verilir. O, ermənilərin yalnız Nuh peyğəmbərin gəmisinin qalıqlarının Ararat 

dağında tapıldığına görə guya ermənilər Nuh peyğəmbərin nəslindən olan Haykın törəmələri, 

Şərqi Anadolunun isə başdan-başa erməni torpaqları olması barədə iddialarını  rədd edir. 

Beləliklə, ermənilərin mənşəyi barədə  məlumatlar uydurmalara, daha dəqiq desək, ağ yalana 

əsaslanır. 

Amerika alimi kitabında Qarabağ problemi ilə bağlı qeyd edir ki, 1800-cü ildə Qafqaz 

regionunda çox az sayda erməni tapmaq olardı. Rusiya mənbələrinə istinad edilərsə, Qafqaz 

bölgəsinin Rusiyaya birləşdirildiyi dövrdə Qarabağda 90 min nəfər yaşayırdı. Orada böyük şəhər 

və 600 kənd var idi. Onların 150-də ermənilər yaşayırdılar. Ancaq dağlılar zorla köçürüldükdən 

sonra ermənilər burada üstünlük təşkil etdi. 1907-1912-ci illərdə Rusiya çarizmi yarım 

milyondan çox ermənini İrandan və Osmanlı dövlətindən, əsasən müsəlman azərbaycanlılarının 

yaşadığı Qars, İrəvan və Yelizavetpola (Gəncə) köçməsinə kömək etdi. Başqa sözlə, geosiyasi 

mənafelər naminə Qafqazda demokratik dəiyşikliklər edildi. XX əsrin əvvəllərində Qarabağdan 

çıxan bircə yol var idi. O da, Bakıya gedirdi. Ermənistana isə heç bir yol yox idi. Təkcə bu fakt 

çox şeydən xəbər verirdi. Bəlkə, elə buna görə hətta bolşeviklər də etiraf etmişdilər ki, Qarabağ 

həmişə Azərbaycan torpağı olmuşdur. 

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarından 

biri  İrəvanın, (Yerevan) siyasi mərkəzi olmayan Ermənistan Respublikasına verilməsi idi. O 

zaman yalnız İrəvan və Eçmiədzin (Üç kilsə) rayonlarından ibarət  Ermənistanda cəmi 400 min 

əhali yaşayırdı. Zaman göstərir ki, İrəvanın verilməsi gənc Azərbaycan Cümhuriyyətinin 

bağışlanılmaz səhvi idi və onun nəticələri hələ də özünü göstərməkdədir.  

Hazırda "soyqırımı" haqqında car çəkən ermənilər de-fakto vətəndaşı olmadıqları - çünki 

Vətən xainləri ölkə  vətəndaşları sayıla bilməzlər, - de-yurə  vətəndaşı hesab etdikləri Osmanlı 

imperiyasına qarşı öz qeyri-loyal və xəyanətkar münasibətləri barədə bir kəlmə də danışmırlar. 

Halbuki o vaxt Osmanlı imperiyasının özünü müdafiə etmək məqsədilə erməniləri cəbhə 

xəttindən uzağa köçürməyə qanuni haqqı var idi. Onlar açıq  şəkildə  hərbi  əməliyyatlarda rus 

orduları  tərəfində döyüşürdülər. ABŞ da bu hüquqa əsaslanaraq,  İkinci Dünya müharibəsi 

illərində ölkənin  yapon mənşəli bütün vətəndaşlarını ölkənin qərb sahillərindən köçürmüşdü. 

Stalin bu hüquqdan istifadə edərək, Sovet dövlətinin təhlükəsizliyini qorumaq üçün 

Volqaboyunda yaşayan almanları Qazaxıstana və Orta Asiyaya köçürmüşdü. Tarixdə belə 

nümunələr çox olmuşdur. Böyük Britaniyanın 1916-1922-ci illərdə baş naziri işləmiş Devid 

Lloyd Corcun qeyd etdiyinə görə, 1915-ci ildə Osmanlı imperiyasında baş verən faciəli 

hadisələrin təqsirkarları Türkiyədə beşinci dəstəni maliyyələşdirən Rusiya, eləcə  də rusları 

Osmanlı torpaqlarını tərk etməyə məcbur edən Britaniya imperiyasıdır. Həmin dövrdə sayca qat-

qat çox türk, azərbaycanlı, yəhudi və Qafqazın digər xalqlarının numayəndələrini qətlə yetirmiş 

erməni quldur dəstələrinin əməllərini də nəzərdən qaçırmaq olmaz. 

 



Kiçik Ermənistan dünyanın hər yerinə səpələnmiş həmtayfalarından istifadə edərək, uzun 

illər xristian aləmini islama və müsəlmanlara qarşı qaldırmağa çalışmışdır. Samuel Viimsin 

fikrincə, müsəlman aləmində Amerikaya "nifrətin" səbəblərindən biri də budur.  

"Ermənistan: terrorçu xristian dövlətinin sirləri" sənədli tədqiqat  əsərinin üz qabığında 

oxuculara tövsiyə edilir. "Bu kitabı  hər bir xristian və Amerikada hər bir vergi ödəyicisi 

oxumalıdır". Biz isə deyə bilərik ki, dünyanın həqiqəti əziz tutan hər bir vətəndaşı oxumalıdır. 

Erməni millətçiləri tarix boyu xalqımıza qarşı görünməmiş qətllər və vəhşiliklər etmişlər. 

Tarixi  Azərbaycan torpağı olan Zəngəzur, Göyçə və digər ərazilər sovet rəhbərliyinin əli 

ilə Ermənistana verildi. Dağlıq Qarabağ erməniləri muxtariyyət qazandı  və onların gələcəkdə 

qanunsuz  ərazi iddiaları üçün zəmin hazırlandı. Erməni daşnakları  təkcə XX əsrdə dörd dəfə 

(1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə) azərbaycanlıları indiki ermənilərin 

məskən saldığı Ermənistan  ərazisindən, tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya 

etmişlər. "Türksüz Ermənistan" adı altında mübarizəyə qalxan erməni millətçiləri, eləcə də yaxın 

və uzaq xaricdə yaşayan havadarları, etnik təmizləmə  işini 1991-ci il avqustun 8-də başa 

çatdırdılar. Meğri rayonunun son məntəqəsi Nüvədidə yaşayan azərbaycanlılar soyqırıma məruz 

qalaraq tarixi-etnik torpaqlarından deportasiya olundular. Belə demək olar ki, indi Ermənistan 

adlanan Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. 

1988-1991-ci illərdə Sovetlər Birliyi dövlətinin başçılarının köməyi sayəsində Ermənistan 

hökuməti Qərbi Azərbaycan - indiki Ermənistan torpaqlarından 250 mindən artıq azərbaycanlını 

ata-baba yurdlarından deportasiya etdi. XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki bu ərazidə 

soyqırıma, deportasiyaya məruz qaldı.  

1935-1991-ci illərdə Ermənistanda Azərbaycan yer adlarına qarşı  qərəzli siyasət 

nəticəsində minlərlə toponimlər xəritədən silinib erməniləşdirildi. Azərbaycanın tərkib hissəsi 

olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan separatçılıq 

hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin yeni 

mərhələsidir. Hazırda Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. 1 milyondan 

çox insan öz yurdundan didərgin salınıb. 18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc 

sakin yaralanıb, 5 mindən çox adam əlil olub, 4 mindən çox insan əsir və itkin düşüb, 877 şəhər, 

kənd qarət edilib, dağıdılıb. 

Erməni birləşmiş  dəstələri Rusiyanın Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı 

ilə birlikdə XX əsrin Xatın faciəsini arxada qoyan Xocalı soyqırımını  təşkil etdilər. O vaxtkı 

respublika rəhbərliyinin cinayətkar  əməlləri nəticəsində  şəhərin müdafiə  işləri pis təşkil 

olunmuşdu. 80 nəfərlik Xocalı özünümüdafiə taburu heç bir zirehli texnika ilə  təchiz 

olunmamışdı. Onlara əsas briqadanın 11-ci taburu isə 20 nəfərdən ibarət minaatanlar batalyonu 

kömək edirdi. 60 nəfərlik milis dəstələri isə təyyarə meydanını müdafiə edirdi. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnak hərbi birləşmələri və keçmiş 

SSRİ-yə məxsus 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), eləcə də, xarici 

dövlətlərdən gətirilmiş muzdur quldur dəstələri Xocalıya hücum etdilər. Onlar ilk həmləni hava 

limanına endirdilər.  Şəhərin müdafiəsinə qalxanlar azsaylı  və pis silahlanmış olsalar da, 

qəhrəmanlıqla döyüşmüşdülər. Xüsusi təyinatlı milis dəstəsinin komandiri, milis mayoru Əlif 

Hacıyev döyüş meydançasında qəhrəmanlıq göstərdi. Onun başçılığı altında olan 22 nəfərlik 

dəstə erməni-daşnak birləşmələrinin hücumlarını üç dəfə  uğurla dəf etdi. Döyüşdə qüvvələr 

bərabər deyildi. Mayor Əlif Hacıyev vəziyyətin mürəkkəb olduğunu görəndə, limanın dispetçer 

məntəqəsini partladaraq erməni birləşmiş qüvvələrinin  əlinə düşməsinə imkan vermədi. 

Döyüşlərdə qorxmaz komandir ağır yaralandı və qəhrəmancasına həlak oldu. Ölümündən sonra 

Əlif Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Düşmən tankları, zirehli maşınlarının 

artilleriya hazırlığından sonra Mehdikənd, Daşbulaq istiqamətində Xocalıya daxil oldu və şəhər 

içərisində döyüşlər başlandı. 366-cı alayın mayor Ohanyanın komandası altında ikinci, mayor 

Nabodxinin komandası altında üçüncü motoatıcı taburları eləcə  də topçu diviziyası, öz 

qəddarlığı, vəhşiliyi ilə fərqlənirdi. 

 



Tofiq Hüseynovun başçılıq etdiyi ərazi özünümüdafiə taburunun döyüşçüləri çox qüvvətli, 

yırtıcı düşmənlə  qəhrəmancasına ləyaqətlə döyüşürdülər. Tofiq son nəfəsinədək vuruşdu, 

düşmən əsgərlərini azdırıb, çoxlu insanın mühasirədən çıxmasına imkan yaratdı. Son anda özü 

mühasirəyə düşdü. O, düşmənə  təslim olmayaraq son gülləni özünə vurdu. Ölümündən sonra 

Tofiq Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Ağdam-Əsgəran istiqamətində 

yığılmış hissələr arasında əlaqə və ümumi rəhbərlik olmaması üzündən onlar erməni işğalçılarına 

qarşı hücum qura bilmədilər.  

Erməni vandalları Xocalı şəhərində soyqırım törətdilər. Şəhərə od vurub yandırdılar. Sağ 

qalanların bir hissəsi,  əsasən qadınlar, qocalar, uşaqlar  şəhərin qərb istiqamətində iki yolla 

Ağdama tərəf qaçmağa başladılar. Qarlı-şaxtalı gündə ayaqyalın meşədə qalan qaçqınların 

çoxunu şaxta vurdu, yaralıların bir hissəsi öldü. Səhərisi gün sağ qalanların bir hissəsi Xocalıdan 

6-7 kilometr aralı Qaraqaya adlanan yerdə meşədən çıxarkən, pusquda dayanmış erməni faşist 

dəstələri tərəfindən gülləbaran oldular. Xilas olaraq Abdal-Gülablı  kəndinə getməyə  səy 

göstərənlər düşmən mühasirəsinə düşüb, atəşə tutuldular. Erməni daşnakları yaralılara aman 

vermir, meyitləri eybəcər hala salır, qadın və qızları təhqir edirdilər.  

Nüfüzlu beynəlxalq qurumların, dünya birliyi ölkələrinin ikili standartlardan 

yanaşmalarının nəticəsidir ki, bu dəhşətli faciə - Xocalı soyqırımı ilə  əlaqədar heç kəs 

məsuliyyətə cəlb edilməmiş, cinayətkarlar hələ də cəzasız qalmışlar. 



 

  

Firudin CÜMŞÜDLÜ 



 

Səs.- 2011.- 25 fevral.- S. 12. 

Yüklə 26,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə