Xocalı soyqırımı



Yüklə 67,86 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü67,86 Kb.
#49726


Xocalı soyqırımı

Xocalı   soyqırımı   —   1992-ci   il   fevralın   25-dən   26-na   keçən   gecə   Ermənistan   Silahlı 

Qüvvələri   tərəfindən   Rusiyanın   366-cı   motoatıcı   alayının   iştirakı   ilə   Xocalı   şəhərini   işğal 

edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Bu faciə Dağlıq Qarabağ münaqişəsi 

zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən 

Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi 

heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər 

toplardan   və   ağır   artileriyadan   şiddətli   atəşə   tutuldu.   Nəticədə,   fevralın   26-ı   səhər   saat   5 

radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər 

xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində 

yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib 

qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı 

olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki 

valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 

nəfərdən   76-sı   uşaq   idi.   1275   xocalılı   əsir,   150   xocalılı   itkin   düşdü.   Dövlətin   və   əhalinin 

əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı soyqırımı", "Xocalı faciəsi" kimi 

anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə 

olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (en. "Khojaly Massacre", fr. "Massacre de 

Khodjaly") terminindən istifadə etməyə üstünlük verir. 



Xocalı strateji hədəf kimi

 

7000 əhalisi olan Xocalı Xankəndidən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində 



və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport 

da Xocalıdadır. Ermənilərin  Xocalıya əsas  maraqları  da Xocalının bu cür strateji mövqeyə 

malik olması ilə əlaqədar idi.

Xocalı   əhalinin   tarixən   məskunlaşdığı   yerdir   və   qədim   tarixi   abidələr   indiyə   qədər 

qalmaqdadır.  Xocalının  yaxınlığında bizim  e.ə.  XIV-VII  əsrlərə aid  edilən  Xocalı-Gədəbəy 

mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn 

abidələri   –   daş   qutular,   kurqanlar   və   nekropollar   tapılmışdır.   Həmçinin   burada   arxitektur 

abidələr – dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar 

zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. 

Tapılmış   muncuq   dənələrindən   birində   Assuriya   şahı   Adadnerarinin   (bizim  e.ə.   807-788-ci 

illər) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə 

toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Son   illərdə   baş   vermiş   hadisələrlə   əlaqədar   olaraq   Fərqanədən   (Özbəkistan)   qaçqın 

düşmüş   54   məhsəti-türkü   ailəsi,   həmçinin   Ermənistandan   və   Xankəndindən   qovulmuş   bəzi 

azərbaycanlı ailələri şəhərdə məskunlaşmışdılar.

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı 

platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, 

aeroportun ələ keçirilməsi idi.

Faciənin icmalı

 

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan 



bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.

Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki 

vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə 

hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq 

öz   qəhrəmanlıqları   və   şəhər   müdafiəçilərinin   cəsurluğu   sayəsində   yaşayır   və   müdafiə 

olunurdular.   Şəhərin   müdafiəsi   əsasən   avtomat   və   ov   tüfəngləri   ilə   silahlanmış   yerli 

özünümüdafiə   dəstəsi,   yerli   milis   qüvvələri   və   Milli   Ordunun   döyüşçülərindən   təşkil 

olunmuşdu.

Fevralın   ikinci   yarısından   başlayaraq   Xocalı   erməni   silahlı   dəstələrinin   mühasirəsinə 

alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz 

qalırdı.

 

Xocalı soyqırımının qurbanlarından biri də Xocalı adlı 2 yaşlı körpə idi.



Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş 

mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit 

toplardan  2 saatlıq atəşdən  sonra başlandı.  Xocalıya üç  istiqamətdən  hücum aparıldığından 

əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli 

hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən 

kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən 

düşmüş   insanların   çox   hissəsi   məhz   Əsgəran-Naxçevanik   düzündə   erməni   silahlı   dəstələri 

tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.




Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin 

vasitəçilik   missiyası   ilə   səfəri   günlərinə   təsadüf   etmişdir.   O,   fevralın   25-də   Azərbaycanın 

hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər 

planlaşdırırdı.   Bununla   əlaqədar   olaraq   tərəflərin   razılığı   ilə   fevralın   27-dən   martın   1-dək 

üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar   vəziyyət   fevralın   12-də   Avropada   Təhlükəsizlik   və   Əməkdaşlıq   Şurasının 

missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələrinin təhlili məqsədilə 

Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiyya sonra Yerevana və Bakıya səfər etməli idi. 

Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri 

qarət edilmiş  və yandırılmışdır,  təkcə Malıbəylidə 50 nəfər öldürülmüş,  yaralanmış  və əsir 

götürülmüşdür.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta 

meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ 

geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir 

götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın   28-də   tərkibində   yerli   jurnalistlərin   də   olduğu   qrup   2   vertolyotla 

azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi 

–   düzənlik   cəsədlərlə   dolu   idi.   İkinci   vertolyotun   havadan   mühafizəsinə   baxmayaraq, 

ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və 

xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. 

Meyidlərin   skalplarının   götürülməsi,   qulaqlarının   və   digər   orqanlarının   kəsilməsi,   gözlərin 

çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar 

edilmişdir.

Xocalı soyqırımına dair dünya 

mətbuatında çıxarışlar

 

Xocalı soyqırımı barəsində Türkiyədə yayılmış qəzet reportu



Krua   l'Eveneman   jurnalı   (Paris),  25   fevral   1992-ci   il:  Ermənilər   Xocalıya   hücum  etmişlər. 

Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər 

barədə xəbər verirlər.

Sandi   Tayms   qəzeti   (London),   1   mart   1992-ci   il:   Erməni   əsgərləri   minlərlə   ailəni   məhv 

etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni 

güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və 

adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq 

başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir 

qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı 

alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

Le   Mond   qəzeti   (Paris),   14   mart   1992-ci   il:   Ağdamda   olan   xarici   jurnalistlər,   Xocalıda 

öldürülmüş   qadın   və   uşaqlar   arasında   skalpları   götürülmüş,   dırnaqları   çıxardılmış   3   nəfəri 

görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.




İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın 

meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, 

qocalar görünürdü.

Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri 

Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir  texnikaya, o cümlədən  vertolyotlara malikdirlər. 

ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən 

artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R.Patrik,   İngiltərənin   "Fant   men   nyus"   teleşirkətinin   jurnalisti   (hadisə   yerində   olmuşdur): 

Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Beynəlxalq aləmdə tanınması

 

Massaçusets şatının məclisi tərəfindən ştatın Xocalı soyqırımını rəsmən tanıması barədə qərar



 

Texas şatının Xocalı soyqırı barədə qətnaməsi

2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı 

şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.

  2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə 

qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. 



Faciəni qətliam kimi tanıyan ABŞ ştatları

2010-cu il fevralın 25-də Amerikanın Massaçusets ştatının nümayəndələr palatası 

2011-ci ildə isə Amerikanın Texas ştatı

Nyu-Cersi Ştatı 

Corciya Ştatı 

"Memorial" hüquq müdafiə 

mərkəzinin hesabatından

Xocalı   1991-ci   ilin   payızından   erməni   silahlı   dəstələri   tərəfindən   əsasən   blokadaya 

alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci 

ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi.

1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.

Hücumun iştirakçıları

Hücumda   zirehli   texnikanın   –   zirehli   maşınların,   piyadaların   döyüş   maşınlarının   və 

tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.



Bundan başqa  bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda  366-cı 

alayının hərbiçiləri də iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər.



Hücumun gedişatı

Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlamışdır. İlk növbədə 

yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə 

fevralın 26-ı saat 1- 4 arası girmişdir.

Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin gülləboranı nəticəsində dinc 

əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.



Əhalinin çıxması üçün azad dəhliz

Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 

60   nəfərlə   sorğu-sual   etmişlər.   Soruşulanlardan   ancaq   biri   söyləmişdir   ki,   dəhliz   barədə 

məlumatı olmuşdur. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə 

atəşə tutulmuşdur və nəticədə coxlu sayda insan həlak olmuşdur.

Şəhərdə qalmış əhalinin müqəddəratı

 

Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 



məshəti-türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-də 

Azərbaycan tərəfinə Xocalı şəhərində və Ağdam yolunda əsir götürülmüş 700-ə qədər Xocalı 

sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.

Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin 

saxlanılma şəraiti

Müvəqqəti   saxlanılma   izolyatorunun   rəisi   mayor   Xaçaturyan   əsirlərlə   hətta   bir   neçə 

dəqiqəlik təklikdə danışmağa icazə verməmişdir.

Xocalı sakinlərinin əmlakı

Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni 

silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər. 

Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi 

olmuşlar.   Şəhərdə   qalan   əmlak   Stepanakert   və   yaxınlıqdakı   yaşayış   məntəqələrinin   əhalisi 

tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.



Alınmış məlumatların qiymətləndirilməsi

 

Xocalının   zəbt   olunması   üzrə   həyata   keçirilmiş   hərbi   əməliyyat   zamanı   şəhərin   dinc 



əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Azad dəhliz barədə məlumat Xocalının əhalisinin 

çoxuna çatdırılmamışdır.




Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına hec bir cəhdlə 

haqq qazandırmaq olmaz.

Xocalıya   hücumda   Rusiya   ordusunun   366-cı   motoatıcı   alayının   hərbiçiləri   iştirak 

etmişdir.

Memorial hüquq müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı 

dəstələrinin   dinc   əhaliyə   qarşı   hərəkətləri   Cenevrə   konvensiyasına,   həmçinin   Ümumdünya 

İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) 

aşağıdakı maddələrinə kobud qaydada ziddir:

Maddə   2.   Hər   bir   şəxs   dilindən,   ...   dinindən,   ...   milliyyətindən   və   digər   səbəbdən,   fərq 

qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunalmazlıq hüququ vardır.

Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına 

məhrum edilməsi qadağandır.

Silahlı   dəstlərin   hərəkətləri   Fövqəladə   vəziyyətlərdə   və   hərbi   münaqişələr   zamanı 

qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.1974-cü 

ildə qəbul etmişdir) tam ziddir.



Hadisələrin şahidləri

 

Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması:



"Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini 

öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı 

adlanan   yerdə   "silos"   quyusuna   töküb,   üzərini   torpaqladılar."   "...ermənilər   kənd   sakinlərini 

güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular."

"Mənimlə   birlikdə   yüzdən   artıq   Qaradağlı   kənd   sakini   girov   götürülmüşdü.   Yolda   dəhşətli 

işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla 

öldürdülər. Bizi əvvəlcə Lingin kəndində gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri 

güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol 

boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq".

İ.Əliyev Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayıb:

"Ermənilər  fevralın  26-da Xocalını  işğal  edəndə  Xankəndidə  həbsxanada   idim.   Həmin   gün 

ermənilər   yüzdən   artıq   adamı   bu   həbsxanaya   gətirdilər.   Sonra   bildim   ki,   onlar   Xocalı 

sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı 

sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".

Qaradağlı   sakini   Oruc   Əliyev   də   kənd   işğal   olunduqdan   sonra   şahidi   olduğu   işgəncə   və 

qətliamlar haqda danışıb:

"Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki 

həbsxanada isə dişlərimi zorla çəkdilər". O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər 

gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib:

"Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı 

Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər".

"Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən 

tanıdığım ermənilər mənə demişdi".



O Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş verən qətliamlara 

Ermənistan   prezidenti   Robert   Köçəryan   rəhbərlik   edib.   O,   bunu   Əsgəranda   xəstəxanada 

yatarkən eşitdiyini söyləyib    

Ermənilərdən etiraflar

Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı – şair 

Zori   Balayan   "Ruhumuzun   dirçəlişi"   adlı   kitabında   1992-ci   ilin   26   fevralında   Xocalıda 

törətdikləri soyqırım haqqında yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə 

mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın  deyə, Xaçatur uşağın anasının kəsilmiş 

döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından 

dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum 

sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və 

bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir 

erməni  kimi  öz vəzifəmi  yerinə yetirdim.  Bilirdim ki, hər bir erməni  hərəkətlərimizlə  fəxr 

duyacaq". 

Daha   bir   erməni   müəllif,   hazirda   Livanda   məskunlaşmış   yazıçı-jurnalist   David   Xerdiyan 

Xocalıda   ermənilərin   Azərbaycan   türklərinin   başına   gətirdikləri   müsibətləri   "Xaç   uğrunda" 

kitabında   fəxrlə   xatırlayır.   "Xaç   uğrunda"   kitabının   19-76-cı   səhifələrində   Xocalı 

soyqırımından yazır:

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək  üçün ölülərdən körpü 

düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan 

mənə   işarə   etdi   ki,   qorxmayın.   Mən   ayağımı   9-11   yaşlı   qız   meyidinin   sinəsinə   basıb 

addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 

meyidin üstündən keçdim". 

"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq 

monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. 

Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız 

uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır 

yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən 

heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub 

artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan 

ağlamaq və imdad səsləri gəlirdi". 

366-cı alay

Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak 

etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi 

heyətinin   mənəvi   durumu   və   münasibətləri   haqqında   təsəvvür   yaradır.   366-ci   alayın   təcili 

surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.

Hərbi hissəni komana heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, güya əhalinin 

müqaviməti   ilə   rastlaşdıqlarına   görə   alayın   sərbəst   çıxarılmasını   təmin   edə   bilmədilər.   Bu 



məqsədlə   Gəncədə   yerləşən   desant   diviziyasının   qüvvələri   cəlb   edilməli   oldu.   Ancaq   bu 

qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş 

hərbiçı   əmrə   tabe   olmaqdan   boyun   qaçıraraq   Qarabağda   qaldılar.   Alayın   komandanlığının 

cinayət   sövdələşməsi   və   alayın   çıxarılmasına   məsul   olan   digər   şəxslərin   məsuliyyətsizliyi 

nəticsəində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan 

haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların – Cenevrə konvensiyası, Ümumdünya 

İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə 

vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıəsi Bəyannaməsinə 

məhəl qoyulmamasıdır.

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan 

etmişdir.   Hər   il   fevralın   26-da   saat   17.00-da   Azərbaycan   xalqı   Xocalı   soyqırımının 

qurbanlarının xatirəsini yad edir.

Xocalı soyqırımı qurbanlarının siyahısı

Xocalı   soyqırımı   qurbanlarının   siyahısı   1992-ci   il   fevralın   25-dən   26-na   keçən   gecə 

erməni   hərbi   birləşmələri   keçmiş   sovet   ordusunun   Xankəndi   şəhərində   yerləşən   366-cı 

motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş 

vermiş soyqırım qurbanları haqqındadır.

Bu   qanlı   aksiya   zamanı   aylarla   mühasirədə   saxlanılan   Xocalıya   edilmiş   hücum 

nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edilmişdir. Dinc əhaliyə amansızlıqla divan 

tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. 

Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri 

qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.



Yüklə 67,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə