Xocali soyqirimi



Yüklə 5,01 Kb.

səhifə13/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
19 
"Ġbtidai  cəmiyyətdə  insanların  hər  Ģeyə  canlı  kimi  baxıb,  onlarda  ruhun  olmasına  dair  yaratdıqları  dini 
görüĢlər sistemi animizmin (animizm — latın sözüdür, "animika" ruh, can deməkdir) adlanır. 
DaĢa,  ağaca  və  baĢqa  əĢyaların  müqəddəsliyinə  inam  bu  gün  də  Azərbaycanda  qalmaqdadır.  Suya,  oda 
inam  da animizmin baĢqa bir təzahürüdür. Məsələn, "od  haqqı",  "isti zindan  haqqı",  "su haqqı", "ocaq  haqqı" 
kimi andiçmələr qədim azərbaycanlıların inanclarından bu günümüzə kimi gəlmiĢ və atəĢpərəstliklə əlaqədardır. 
Xocalıda  "Cahan  ocağı",  deyilən  müqəddəs  ocağın  qədim  inanclarımızın  kökünə  bağlı  olduğunu  da  qeyd 
etməliyik. 
Xocalı  abidələrinin  bir  qismini  siklop  (siklop  yunancadan  KUK-LORS  —  təpəgöz  deməkdir.  Qədim 
Yunan  əsatirlərində alnın  ortasında gözü olan nəhəng  varlıqlara deyilir. Ġri, böyük  mənasında iĢlənir) tikililəri 
təĢkil  edir.  Həmin  siklop  tikililərin  qalıqları  əsasən  Xocalı  Ģəhərinin  çayqırağı  və  yüksək  sahələrdə  qazıntılar 
zamanı  üzə  çıxmıĢdır.  Bəzən  arakəsmələrdən  ibarət  olan  uzunluğu  17—18  metr,  eni  8—10  metr  və  bu  cür 
tikililər  bir  neçə  hissəyə  bölünmüĢdür.  Bu  tikililərin  içərisində  ərzaq  saxlamaq  üçün  quyu  qazılır,  yaxud  da 
təsərrüfat  küpləri  basdırılırdı.  Divarları  yonulmuĢ  sal  daĢlardan  olan  belə  tikililərin  hündürlüyü  3—3,5  metrə 
çatırdı. 
Siklop  tikililərini  tədqiq  etmiĢ  alimlərə  məlum  olmuĢdur  ki,  bu  abidələr  əsasən  m.ə.  II  minillikdə  və  I 
minilliyin əvvəllərində olmuĢdur. 
Son  tunc  dövrü  üçün  Xocalı-Gədəbəy,  Naxçıvan,  TalıĢ-Muğan  arxeoloji  mədəniyyətləri  səciyyəvidir. 
Yastı  tiyəli  naxıĢlarla  bəzədilmiĢ  xəncərlər  Qızılvəng,  TalıĢ,  Xocalı-Gədəbəy,  Mingəçevir  və  baĢqa  yerlərdən 
tapılan xəncərlərə çox oxĢardır. Qırmızı rəngli saxsı qablar Naxçıvan, Xocalı-Gədəbəy mədəniyyətinin qabları 
ilə eynidir. 
Xocalıda  5№-li  Kurqandan  aĢkar  edilmiĢ  gil  qabın  qulpu  üzərində  buğda  dənələri  təsvir  edilmiĢdir. 
Tədqiqatlardan  məlum  olur ki, 3—4 min  il bundan əvvəl  qədim Qarabağın sakinləri — indiki azərbaycanlılar 
əkinçiliklə məĢğul olmuĢlar. 
Qədim Xocalı abidələrinin tədqiqi zamanı  məlum  olur ki, ağır-lığı 10 tona qədər olan uzun daĢlar daha 
çox  üstünlük  təĢkil  edirlər.  Xocalıda  torpaqdan  tökülmüĢ  oval  Ģəkilli,  hündürlüyü  2  metrə  qədər,  diametri  12 
metrdən  çox  olan Kurqanlar diqqəti  daha çox cəlb  edirdi. Bu Kurqanların bir  neçəsi  qum  və  daĢ  qarıĢığından 
ibarət idi. 
Xocalıdan  tapılan  qırxım  qayçıları,  ucu  ĢiĢ  itilənmiĢ  bıçaqlar  və  s.  metaldan  hazırlanmıĢ  əĢyalar  onu 
göstərir  ki,  Xocalı  Qafqaz  Albaniyasında  ən  qədim  yaĢayıĢ  məskəni  olmuĢdur  və  hələ  qədimdən  dünyanın 
mədəniyyət  mərkəzlərindən  biri  olmuĢdur.  Xocalıdan  adi  qazıntılar  zamanı  tapılan  saxsı  qabların  sayı-hesabı 
yox idi. 
Tədqiqatçılar  Xocalı-Gədəbəy  mədəniyyətinin  üç  inkiĢaf  mərhələsinin  keçdiyini  müəyyən  etmiĢlər.  Ġlk 
mərhələ m.ə. XIII—XI, ikinci mərhələ XI—IX, son mərhələ IX—VII əsrlərə aid edilir. 
Xocalı  abidələri  Azərbaycan  alimləri  tərəfindən  1920-ci  ildən  tədqiq  edilməyə  baĢlanmıĢdır. 
Ə. ƏIəkbərov  bu  abidələr  kompleksini  Azərbaycan  abidələri  haqqında  təsəvvür  əldə  etmək  üçün  açar 
adlandırmıĢdır.  Eyni  zamanda  bu  abidələr  alman  arxeoloqu  E. Resler,  rus  ĢərqĢünası  M. Xanıkov,  ingilis 
F. Beyer,  fransız  A. Berje  və  baĢqaları  tərəfindən  tədqiq  edilmiĢ,  Xocalıdan  əldə  etdikləri  tarixi  əĢyaları  öz 
ölkələrinə apararaq ayrı-ayrı muzeylərin eksponatlarını zənginləĢdirmiĢdilər. 
Əfsuslar  olsun  ki,  Xocalının  mədəni,  tarixi  tapıntıları  dünya  muzeylərini  —  (Paris,  Almaniya,  London, 
Sankt-Peterburq)  bəzədiyi  halda,  bizim  muzeylərdə  bu  əntiq  tapıntılara  rast  gəlmirik.  Sovet  dövründə  bu 
tapıntılar Ermənistana daĢınıb aparılmıĢdır. 
Bu  bizim  laqeydliyimizin,  tariximizə  biganəliyimizin  acı  nəticələridir.  Tarixi  məxəzlərə  ciddi-cəhdlə 
giriĢsək də tarixĢünaslığımızda Xocalı-Qarabağ mədəniyyət abidələri haqqında çox az mənbəyə rast gəldik. 
Belə  bir  maraqlı  sual  meydana  çıxır.  Nə  üçün  biz  tariximizə,  ulu  keçmiĢimizə  belə  laqeyd  münasibət 
bəsləmiĢik?  Nə  üçün  biz  də  sovetlər  birliyinin  tərkibində  baĢqa  xalqlar  kimi  mənəvi  dəyərləri-mizi  qoruyub 
saxlaya bilməmiĢik? Bunun ən böyük səbəblərindən biri də "beynəlmiləlçilik" azarına tutulmağımız olmuĢdur. 
Bir  də cəfəng  "Elmi ateizm"  və "Elmi kommunizm"  xülyalarına uyuyub, tarixi yaddaĢımıza laqeydliyimizdən 
irəli  gəlmiĢdir.  Bununla  da  mənəvi  dəyərlərimizə  ağır,  sarsıdıcı  zərbələr  vurulmuĢdur.  Ġndi  isə  o  zərbələrin 
ağrılarını çəkməyə məcbur olmuĢuq. 
 
Qasım Qırxqızlı . 
Əsrin faciəsi - Xocalı. Bakı: 1999, 
S.17-23. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
20 
 
Azərbaycandakı Xocalı soyqırımı 
 
1992-ci  ilin  26  fevralı...  7  mindən  çox  əhalisi  olan  Azərbaycanın  XOCALI  Ģəhərində  erməni  ordusu 
xüsusi  amansızlıqla  və  düĢünülmüĢ  Ģəkildə  qırğın  törətdi.  Ermənilərin  indiyə  qədər  törətdiyi  qətllərdən  və 
yanğınlardan fərqli olaraq, daha böyük vəhĢiliklə mülki əhalidən 613 nəfər iĢgəncə ilə öldürüldü ki, onun 63-ü 
körpələr  idi.  25  uĢaq  tam  valideynsiz  qaldı.  487  adam  yaralandı.  1275  azəri  əsir  götürüldü.  150  adam  itkin 
düĢdü. Erməni silahlı birləĢmələrinin Xocalıya hücumu və qətliamı həm də geostrateji məqsəd daĢıyırdı. 7000 
əhalisi  olan  bu  Ģəhər  Dağlıq  Qarabağın  paytaxtı  Xankəndindən  (ermənilərin  Stepanakert  adlandırdıqları 
Ģəhərdən)  10  km  cənubda  yerləĢirdi.  Qarabağ  dağlarından  AĞDAM-ġUġA  və  ƏSGƏRAN  -  XANKƏNDĠ 
yolundakı  yeganə  hava  limanı da Xocalı ərazisində  idi. Həm  də  ermənilərin  yerlə-yeksan  etdikləri bu ərazidə 
maddi-mədəni  abidələrin  qalması  sabah  bu  torpaqların  daimi  sakinlərinin  ermənilər  olduğu  fikrini  inkar  edən 
təkzibedilməz fakt olacaqdı. Bu dəhĢətli qətllərin müəllifi ermənilərdir. 
 
(ŞAHİD - Xocalı sakininin dediklərindən) 
Bu, mənim nəvəmdir. Qızımı öldürdülər, ərini öldürdülər, iki qız nəvəmi də öldürdülər. Bu iki nəvəmlə 
məni ölümdən bizimkilər güclə qurtardılar. Qızımın ərini ağaca bağlayıb hissə - hissə yandırdılar. Döyə-döyə, 
benzin  töküb  yandırırdılar.  9  yaĢlı  qız  nəvəm  erməninin  ayaqlarmı  qucaqlayıb  yalvardı  ki,  anamı,  bacılarımı 
öldürün, atamı öldürməyin. Ayağını öpdü, yalvardı... Erməni onu ayağı ilə vurub itələdi, sonra atasının baĢına 
benzin töküb tamam yandırdı. 
Bəli...  Ölənlər  azərbaycanlılar,  öldürənlər  isə  ermənilərdir.  Zaman-zaman  azərbaycanlıları  soyqırım 
edən ermənilər Azəri-türk torpaqlarında öz dövlətlərini qurmaq üçün yerli və daimi əhali olan azərbaycanlıların 
izini silərək onların yaĢadığı ərazilərə sahib çıxırdılar. Ġndi də bu üsulla QARABAĞA yiyələniblər. 
 
(ŞAHİD - Xocalı sakininin dediklərindən) 
Xocalı  hadisələrindən  sonra  biz  xocalılar...  heç  birimiz  özümüzə  gəlmirdik.  Atam  da  2  il  can  verdi. 
Axır sözü də o oldu ki, məni Xocalıya aparın. Mən onu necə apara bilərəm? 
...Üzr istəyirəm. 
Bu  insanlar  isə  Qarabağdan  qovulan,  min  bir  əziyyətdən  sonra  sağ  qalan  azərbaycanlılardır  ki,  onlar 
tək  doğmalarını  yox,  həmçinin ata-baba yurdlarını  da itiriblər. Əsrlərlə  nəsilbənəsil  yaĢadıqları ərazini  erməni 
separatistlərinin təqibi, təzyiqi, zorakılığıyla tərk edərək, müvəqqəti olaraq çadırlarda, vaqonlarda yerləĢdilər ki, 
yaxın  bir  vaxta  geri  dönəcəklər.  Və  onlar  10-15  ildir  ancaq  ümid  edirlər.  Biz  onlara  qaçqın  deyirik,  köçkün 
deyirik, didərgin deyirik. Onların yeganə ümidi vətənə dönməkdir... sonuncu ölən də elə ümiddir. 
 
(ŞAHİD - Xocalı sakininin dediklərindən) 
Torpağımızı qaytaracaqlar? Biz öz torpağımıza qayıda biləcəyik? 
 
(ŞAHİD - Xocalı sakininin dediklərindən) 
Hamıya  -  bütün  insanlara  yalvarırıq...  Allaha  yalvarırıq,  bizi  bu  bəladan  qurtarın.  Qucaqlardakı 
körpələr ağlayır, gəlinlər ağlayır, qocalar ağlayır... Bizi bu bəladan qurtarın. Allah rəhm eləsin bizə... 
 
(ŞAHİD - Xocalı sakininin dediklərindən)  
Ermənilər bizim vətənimizi darmadığın etdilər. Hər yeri yandırdılar! 
Oddadılar! Oddadılar! 
 
 (ŞAHİD - Xocalı sakininin dediklərindən) 
Hər  tərəfdən  Xocalını  mühasirəyə  almıĢdılar.  Güllə  yağıĢ  kimi  yağırdı.  Adamlar  elə  ev  paltarında, 
baĢmaqda, alt paltarında birtəhər canını götürüb meĢəyə qaçdı. Gecə idi. Göz-gözü görmürdü. Ermənilər meĢəni 
də  mühasirəyə  almıĢdılar. Tələyə  salıb  xeyli  də  orda  qırdılar.  Birtəhər,  sürünə-sürünə  canımızı  qurtardıq.  Bir 
yerə  toplaĢmıĢ  ailələrin,  körpələrin  üstündən  BTR-lər  keçib  onları  torpağa  qarıĢdırdı.  Qurtulan  çox  az  adam 
oldu.  Böyük  oğlum  elə  Xocalıda  qaldı.  Meyidini  sonra  xarici  jurnalistlər  gətirdilər.  Kiçik  oğlumu  da  orda 
itirdim. Bilmirəm, əsirdir, ya öldürüblər. 
 
(ŞAHİD - Xocalı sakininin dediklərindən) 
Tarix boyu yer üzünə hələ belə bir vəhĢi  millət  gəlməyib. Ġnanın, 18-ci ildə  etdikləri kimi,  ermənilər 
körpələri  nizəyə  keçirirdilər.  Qadınları  doğrayırdılar.  Bütün  evləri  yandırdılar.  Hamı  5  mərtəbəli  evlərin 




Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə