Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
23 
 
ArayıĢ 
 
25 fevral 1992-ci il tarixdə saat 22 radələrində Xocalı Ģəhərinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın 
silahlı  quldur  dəstələri  ilə  MDB  qoĢunlarının  Xankəndində  yerləĢən  366-cı  motoatıcı  alayının  Ģəxsi  heyəti  və 
hərbi  texnikasının  birgə  hücumu  baĢlamıĢdır.  Xocalı  Ģəhərinə  hücumda  366-cı  alayın  mayor  Ohanyanın 
komandası  altında  2-ci  batalyonun,  mayor  Nabokixin  komandası  altında  3-cü  batalyonun  və  baĢqa  bölgələrin 
çoxsaylı ağır tankları, PDM-ləri, D-30 qaubitsası və sair iĢtirak etmiĢdir. 
Hücum  nəticəsində  Xocalı  Ģəhəri  yandırılmıĢ,  dinc  əhalinin  bir  hissəsi  qırılmıĢ,  bir  hissəsi  girov 
götürülmüĢdür.  Mühasirədən  çıxıb  qaçan  əhalini  isə  yollarda,  meĢələrdə  pusqu  quran  ermənilər  vəhĢicəsinə, 
xüsusi amansızlıqla qətlə yetirmiĢlər. Ən çox kütləvi qırğın erməni kəndi Naxçıvanik yanından Ağdam rayonu 
ərazisinə keçən yolda olmuĢdur. 
Bu  hadisələrlə  əlaqədar  27.02.92-ci  il  tarixdə  Qarabağ  üzrə  rayonlararası  prokurorluq  tərəfindən  Azərb. 
Respublikası CM-nin 70-ci mad., 4,6-cı bəndləri, 255-ci mad. "3" bəndi ilə cinayət iĢi qaldırılmıĢdır. 
366-cı  motoatıcı  alayın  komandiri  Y. Y. Zarviqorov,  digər  zabitlər  Nabokix,  Krauelə,  Lixodey  və  s. 
haqqında,  onların  azərbaycanlılara  qarĢı  Beynəlxalq  Hərbi  Tribunal  Nizamnaməsi,  1949-cu  il  Cenevrə 
Konvensiyaları  və  bir  sıra  baĢqa  beynəlxalq  müqavilələri  pozan,  insanlığa  uyğun  gəlməyən  hərbi  cinayətlər 
etməsi barədə sübutlar toplanmıĢdır. 
Zaqafqaziya  hərbi  dairəsi  prokurorluğu  tərəfindən  də  366-cı  alayın  komanda  heyəti  haqqında  cinayət  iĢi 
qaldırılmıĢdır. Xocalı hadisələrindən sonra alayın Xankəndindən köçürülməsi adı altında içərisində ağır tanklar, 
PDM və sair olan 100-dən çox hərbi texnika Dağlıq Qarabağın erməni icmasından olan silahlı quldur dəstələrə 
verilmiĢ,  alayın  Ģəxsi  heyətinin  erməni  milliyyətindən  olan  hissəsi  Dağlıq  Qarabağda  qalıb  azərbaycanlılara 
qarĢı cinayətlərini davam etdirir. Alayın Ģəxsi heyətinin qalan hissəsi isə, alay Gürcüstan Respublikası Zaziani 
stansiyasına "köçürüb" sonra da ləğv edildiyinə görə hazırda əsasən Rusiya Federasiyası ərazisində yaĢayırlar.  
366-cı  alayın  komanda  heyətinin  cinayətləri  barədə  iĢi  tamamlamaq  üçün  Rusiya  Federasiyasının  BaĢ 
prokuroru V. Q. Stepankova 14.12.92-ci il  və 28.06.93-cü ildə  iki  dəfə  məktubla  müraciət  etmiĢik. Müraciətdə 
hətta  onlara  alayın  zabitlərinin  etdikləri  cinayətləri  birgə  istintaq  etmək  barədə  təklif  də  irəli  sürülmüĢdür. 
Ancaq indiyədək bizim bu təkliflər Rusiya Federasiyası BaĢ Prokuroru tərəfindən cavabsız saxlanılmıĢdır. 
Ġstintaq qrupunun müstəntiqləri öz təĢəbbüsləri ilə Tbilisi Ģəhərinin Vaziani stansiyasına gedib orada alayın 
komandiri  Y. Y. Zarviqorovu  və  baĢqa  zabitləri  dindirməyə  cəhd  göstərmiĢlər.  Ancaq  Xankəndi  hərbi 
qarnizonunun  keçmiĢ  prokuroru  Lazutkin,  Zaqafqaziya  hərbi  dairəsi  qoĢunları  komandanının  müavini  k-n 
Ohanyan (milliyyətcə ermənidir) müstəntiqlərə maneçilik törədib, dindirmələrə imkan verməmiĢlər. 
Eləcə  də  Gəncədə  yerləĢən,  RF  yurisdiksiyasında  olan  hava-desant  diviziyasının  366-cı  alayın 
Xankəndindən çıxarılmasında iĢtirak etdiyinə görə hərbi texnikanın ermənilərə verilməsinin Ģahidi olmuĢ zabit - 
əsgərləri  dindirməyə  təĢəbbüs  göstərilmiĢ,  ancaq  diviziya  komandanlığı  Moskva  ilə  məsləhətləĢdikdən  sonra 
dindirmələrə icazə verməmiĢdir. 
Ġstintaqın ən ağır və çox vaxt aparan bu istiqaməti olmuĢdur. Bu istiqamət üzrə respublikanın 53 rayonunda 
məskunlaĢmıĢ, tez-tez yerlərini dəyiĢən 3 mindən artıq Xocalı qaçqını müəyyənləĢdirilib. AzyaĢlı uĢaqlar istisna 
olmaqla Xocalı əhalisinin əksəriyyəti dindirilmiĢdir. Bu sahədə istintaqın çətinliklərindən biri də o, olmuĢdur ki, 
Xocalı  Ģəhərinə  1988-91-ci  illərdə  Ermənistandakı  öz  dədə-baba  yurdlarından  qovulan,  Xankəndi  Ģəhəri  və 
Qarabağın  digər  kəndlərindən  ermənilər  tərəfindən  qovulmuĢ  azərbaycanlılar,  Özbəkistandan  respublikamıza 
pənah  gətirmiĢ  mesheti  türkləri  məskunlaĢmıĢdılar.  Onların  çoxunun  pasport  qeydiyyatı,  ünvanlar  bürosunda 
qeydiyyatı olmamıĢdır. Ona görə də həmin Ģəxslər demək olar ki, çox böyük çətinliklə müəyyən edilmiĢlər, din-
dirilib iĢ üzrə zərər çəkmiĢ Ģəxs kimi tanınmıĢ, əmlakları barədə məlumat toplanıb, mülki iddiaçı kimi tanınmaq 
barədə  qərarlar  çıxarılmıĢ,  ölənlər,  yaralananlar  haqqında  məhkəmə  -  tibb  ekspertizaları  təĢkil  edilib,  rəylər 
alınmıĢdır. 
Məhkəmə  -  tibb  ekspertizalarının  rəyləri,  mühasirədən  çıxmağa  müvəffəq  olmuĢ  Xocalı  sakinlərinin 
ifadələri  ilə  ermənilərin  azərbaycanlılara  qarĢı  törətdikləri  ağlasığmaz  vəhĢiliklər  faktları  müəyyən  edilmiĢdir. 
BaĢ  dərisinin  soyulması,  qulaq,  burun,  cinsiyyət  üzvlərinin  kəsilməsi,  erməni  qəbrinin  üstündə  azərbaycanlı 
baĢının qurbanlıq kimi kəsilməsi və sair vəhĢilik faktları sübuta yetirilmiĢdir. Erməni caniləri qadına, qocaya və 
uĢağa  da  fərq  qoymadan  hamıya  iĢgəncə  verirdilər.  Qadınların  döĢlərinin  kəsilməsi,  cinsiyyət  orqanına  atəĢ 
açılması adi hal olmuĢdur. 
Xocalı  Ģəhərində  yerləĢən  dövlət  və  ictimai  obyektlərin  sayı  və  dəyəri  ayrı-ayrılıqda  müəyyən  edilmiĢdir. 
Respublikanın  35  nazirlik  və  idarəsinin  Xocalı  Ģəhərində  inĢa  etdikləri,  balanslarında  olan  tikililər,  qurğular, 
dəzgahlar,  xammal  və  sair  qiymətlilər  barədə  sənədlər  toplanılmıĢ,  mütəxəssislərdən  ibarət  komissiya  təĢkil 
edilmiĢdir.  Komissiyanın  gəldiyi  nəticəyə  görə  Xocalı  Ģəhərinin  iĢğalı  nəticəsində  dövlət  idarə,  müəssisə  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə