Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
27 
xəsarəti  almıĢ,  onların  qıçları  kəsilib  ömürlük  Ģikəst  olmuĢlar,  qalanları  isə  müxtəlif  dərəcəli  bədən  xəsarəti 
almıĢlar. 
Belə bir ağır cinayət hadisəsi silahlı qüvvələrimizin nəzarəti altında olan ərazidə baĢ verməsinə baxmayaraq, 
nə  Ağdam  rayon  DĠN-də,  nə  də  Qarabağ  zonası  DĠN-də  qeydiyyatdan  keçirilməmiĢdir.  Təxribatı  törədən 
Ģəxslərin müəyyən edilməsindən ötrü əməliyyat və istintaq iĢi təĢkil edilməmiĢdir. 
23-26.02.92-ci  il tarixdə  Ağdam rayonu ərazisində  yerləĢən  Uzundərə hərbi sursat anbarının  və  mühəndis-
istehkamçı  batalyonunun  əmlakı  zəbt  edilmiĢ,  ancaq  respublika  müdafiə  nazirliyinə  təhvil  verilməsi 
gecikdirilmiĢ, döyüĢ sursatı və çox qiymətli hərbi əmlakın çox hissəsi heç bir qeydiyyatdan keçən və keçməyən 
silahlı  dəstələrə,  ətraf  rayonların  icra  hakimiyyəti  baĢçılarının  nümayəndələrinə  paylanmıĢdır.  Bu  faktlar  da 
Ağdamda hökm sürən hərc-mərcliyə, hakimiyyətsizliyə əyani sübutdur. 
Ġstintaq  zamanı  tam  sübuta  yetirilmiĢdir  ki,  15-25.02.92-ci  il  tarixlərdə  Xocalı  əhalisinin  mühasirədən 
itkisiz, hava yolu ilə vertolyotlar vasitəsilə çıxarmaq üçün daxili imkan var idi. 
Müəyyən edilmiĢdir ki, respublika müdafiə nazirini əvəz edən BaĢ qərargah rəisi ġ. Musayevin bilavasitə öz 
tabeçiliyində 8 ədəd MĠ-24 markalı hərbi vertolyot olmuĢdur. Bu vertolyotlar 01.02.92-ci ildən baĢlayaraq MDB 
qoĢunları  13-cü  hava  hücumundan  müdafiə  ordusunun  Səngəçal  qəsəbəsində  yerləĢən  hərbi  hissəsindən 
pilotlarla olan razılığa əsasən Zabrat aeroportuna gətirilmiĢdir. 15.02.92-ci il vəziyyətinə bu 8 vertolyot uçuĢa 
hazır vəziyyətdə olmuĢlar. 4 vertolyotun ekipajı Tuvayev, ġvaryev, Karlov və s. MDB qoĢunlarından respublika 
Müdafiə  Nazirliyinə  hərbi  xidmətə  qəbul  edilmiĢ  təcrübəli,  Əfqanıstan  müharibəsində  iĢtirak  etmiĢ  pilotlar 
olmuĢdur.  Onların  rəhbərliyi  altında  "Azalaero"nun  mülki  vertolyotlarını  idarə  edən  pilotlar  da  hərbi 
vertolyotlarda uçuĢ məĢqlər keçirdi. 
Ġstintaqla  müəyyən  edilmiĢdir  ki,  hərbi  vertolyotlarda  Ağdamla  Xocalı  arasında  uçuĢ  məsafəsi  az 
olduğundan yanacağı az götürmək hesabına 10-12 sərniĢin daĢımaq imkanı olmuĢdur. 
Bundan  baĢqa  müəyyən  edilmiĢdir  ki,  Xocalı  hadisələri  ərəfəsində  "Azalaero"  aviaĢirkətin  sərəncamında 
onlarla sərniĢin  daĢıyan MĠ-8  markalı  vertolyotlar uçuĢa hazır vəziyyətdə  olmuĢlar. Doğrudur 28.01.92-ci ildə 
ġuĢaya uçan vertolyotlar ermənilər tərəfindən  vurulduqdan sonra mülki  vertolyotlarla uçuĢlar dayandırılmıĢdı. 
Ancaq hərbi vertolyotların müĢayiəti ilə sərniĢin vertolyotlarının uçuĢunu təmin etmək mümkün idi. 
Belə bir imkanın olması Xocalı faciəsindən sonra öz təsdiqini tapdı. 26-28 fevral 1992-ci il tarixlərdə hərbi 
vertolyotların  müĢayiəti ilə  mülki  vertolyotlarla Xocalı Ģəhərinin ətrafından  meyitlərin, yaralıların çıxarılması, 
ermənilərin  mühasirəsində  olan  Umudlu  kəndindən  əhalinin  eyni  qayda  ilə  çıxarılması  bu  nəticəni  tamamilə 
təsdiq edir. 
Ġstintaqla  müəyyən  edilmiĢdir  ki,  Xocalı  Ģəhərinin  əhalisinin  evakuasiyası  barədə  qərar  hökumət 
səviyyəsində  qəbul  edilməli  idi.  Respublikamızda  qüvvədə  olan  keçmiĢ  SSRĠ  Mülki  Müdafiə  Qərargahının 
1986-cı il DNQO-OO14 nömrəli direktivinə görə hər hansı bir yaĢayıĢ məntəqəsinin evakuasiyası barədə qərar 
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilməli idi. 
 
Xocalı istintaq qrupunun rəhbəri 
Rəsulov A. A
 
Səriyyə Müslümqızı. Ölümdən o yandakı Xocalı.Bakı: S. 22-37. 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
28 
 
Fevralın 25-dən 26-na keçən gecə... 
 
1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  erməni  terror  təĢkilatları,  rus  hərbi  birləĢmələrinin  366-cı 
polkunun müasir silahlarla təchiz olunmuĢ muzdlularının geniĢmiqyaslı hücumu ilə Xocalı soyqırımı törədildi. 
Xocalıda  minlərlə  əliyalın,  dinc  azərbaycanlının  qətli  icra  olundu.  Xəstələrə,  ağsaqqal  və  ağbirçəklərə,  körpə 
uĢaqlara,  qadınlara  aman  verilmədi.  Azərbaycan  xalqına  qarsı  amansız  Ģəkildə  soyqırım  həyata  keçirildi.  Bu 
soyqırım siyasəti əvvəlcədən düĢünülmüĢ, ciddi planlaĢdırılmıĢ və dəqiq yerinə yetirilmiĢdi. Milli Təhlükəsizlik 
Nazirliyinin soyqırımı araĢdıran istintaq  komissiyasına təqdim  etdiyi Xocalı Ģəhərinə  hərbçilərin  danıĢıqlarının 
lent yazısı da planın əvvəlcədən hazırlandığını və bu faciədə 366-cı rus hərbi alayının iĢtirakmı təsdiqləyir. Belə 
ki, hərbçilərin telefon söhbətində Xocalıya hücuma hazırlıq getdiyi, danıĢıqların milyon rəqəmlərlə hesablanan 
pulu gözlədikləri anlaĢılır. 
1992-ci  il  fevralın  16-da,  soyqırım  planından  on  gün  əvvəl  məlum  366-cı  alayın  nəzdində  "Klukin, 
erməni cəbhəsi" deyilən "rota'" yaradılır. Sözügedən "rota"nın özəyini Livan, Amerika, Kanada, Ġran, Ġsveç və 
Hollandiyadakı  erməni  icmalarmı  təmsil  edən,  beyinlərinə  yeridilən,  baĢı  üstlərində  "Böyük  Ermənistan" 
xəritəsi  asılan  silahlı  quldur  erməni  birləĢmələri  təĢkil  edirdi.  Fevralın  17-də  qızlardan  ibarət  "ġuĢanik"  adlı 
snayperçilər dəstəsi həmin cəbhəyə qoĢuldu. DüĢüncələrinə türk düĢmənçiliyi hopdurulan, insani idrakdan uzaq 
olan  "ġuĢanik"  snayperçiləri  Livandan  gətirilmiĢdi.  "Klukin,  erməni  cəbhəsi"nə  Xaçik  Vartanyan  rəhbərlik 
edirdi. 
1992-ci  ilin  fevralın  25-dən  26-na  keçən  gecə  Xocalı  iĢğal  olundu,  yerlə-yeksan  edildi.  BəĢəriyyət 
növbəti  Xatın  faciəsi  yaĢadı.  Beynəlxalq  miqyasda  millətçi  kimi  tanınan  erməni  icmalarının,  diaspora  və 
lobbiçilərinin  birgə  hazırladıqları  "Böyük  Ermənistan"  planının  ilkin  fazası,  hərəkatın  ilk  bəndi  "Haydad"  və 
"ASALA"  terror  təĢkilatlarıyla  birgə  icra  olundu.  Bu  soyqırım  əməliyyatı  zamanı  keçmiĢ  SSRĠ  Müdafiə 
Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan 
"dairəvi"  güllələr,  digər  silahlar  sınaqdan  çıxarıldı.  Həmin  qanlı  gün,  saat  23.00  radələrində  Xocalıya  11 
istiqamətdən hücum həyata keçirildi. Qarqar çayının Həsənabad kəndi tərəfindən, təyyarə limanının Ģərqindən, 
Ġncik  təpədən,  donuzçuluq  kompleksi  istiqamətindən  -  çayın  sol  və  sağ  tərəfindən,  DaĢbulaq-Xocalı  yolu 
səmtindən,  Norgux-Xocalı  istiqamətindən,  DaĢtəpə  tərəfdən,  Bozdağ  və  nəhayət  Əsgəran  tərəfdən  Xocalı 
üzərinə qoĢun yeridildi. Ətraf aləmdən ayrı düĢmüĢ, gücü yalnız özünümüdafiə qruplarının ov tüfənglərinə çatan 
əhali  nizami  rus  ordusu  və  vəhĢi  erməni  quldurlarına  müqavimət  göstərmək  iqtidarında  deyildi.  Xocalılar 
vəhĢiliklə üz-üzə qaldı. 613 nəfər Ģəhid oldu. Onlardan 56-sı xüsusi qəddarlıq və iĢgəncələrlə öldürüldü. 27 ailə 
tamamilə  məhv  edildi.  230  ailə  öz  baĢçısını  itirdi.  1275  nəfər  əsir  düĢmüĢ  xocalılı  amansız  iĢgəncələrə  düçar 
oldu.  Bu  soyqırım  əməliyyatlarında  xüsusi  hazırlıq  keçmiĢ  366-cı  alayın  zabitlərinin  və  digər  muzdluların 
iĢtirakı tələfatın miqyasmı daha da artırdı. 
Xocalı  soyqırımında  iĢtirak  edən  hərbi  hissələrin  birinin  əks-kəĢfiyyat  Ģöbəsinin  rəisi,  polkovnik 
V. Savelyev  özünün  "Məxfi  arayıĢ"ında  erməni  terror  təĢkilatlarıyla  Rusiya  qoĢun  birləĢmələrinin  Dağlıq 
Qarabağda  keçirdikləri  hərbi  əməliyyatları  izləyərək,  fakt  və  sənədlərdə  bütün  olub-keçənlərin  Ģərhini  verib 
etiraf edirdi: "Mən bütün bunları yazmaya bilmərəm. Ġnsanların, uĢaq və qadınların, hamilə gəlinlərin güllədən 
keçmiĢ  bədənlərini  unuda  bilmərəm.  Qoy  azərbaycanlılar  məni  bağıĢlasınlar  ki,  bütün  bu  qanlı  və  amansız 
sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayıĢı həm Kremlə, həm də SSRĠ Müdafiə 
Nazirliyi BaĢ KəĢfiyyat Ġdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit Ģərəfi görün necə 
ləkələndi". 
"Rusların "zabit şərəfini ləkələyən 55 zabit və kiçik rütbəli 
hərbçilərin adları qoy tarix üçün yaddaşlara yazılsın". 
 
1.  Zarviqorov  Yuri  Yuriyeviç  -  02.03.  1955-ci  ildə  Qazaxıstanın  Cambul  vilayətinin  Luqovaya 
stansiyasında anadan olub. 366-cı motoatıcı alayın komandiri. 
2. Çitçiyan  Valcri Ġsaakoviç - 366-cı  motoatıcı alayın 1 saylı batalyonunun  qərargah rəisinin  müavini, 
mayor. 
3. Ağriyan Vaçaqan Qriqoryeviç - mayor, alayın kəĢfiyyat rəisi. 
4. Ohanyan Seyran MuĢeqoviç - 1961-ci ildə anadan olub. Mayor, alayın 2-ci batalyonunun komandiri. 
5. Arutyunov Aleksandr Aleksandroviç - mayor, 2-ci batalyon komandirinin köməkçisi. 
6. Akopyan Nerses Qrantoviç - baĢ leytenant, 1-ci batalyonun 2-ci rotasının komandiri. 
7. Arutunyan Vladislav Vladimiroviç - kapitan, 2-ci batalyonun komandiri. 
8. Bəyləryan Armen Volodiyeviç - praporĢik, 1-ci rotanın texniki. 
9. Ayrapetyan Vaçik Qurgenoviç - 3-cü rotanın starĢinası. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə