Xocali soyqirimi



Yüklə 5,01 Kb.

səhifə2/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 

 
Xocalı faciəsinə gedən yol 
 
1988-ci  ilin fevral ayından Stepanakertdə  ermənilərin  mitinqləri baĢlandı. Sanki sehrli  dirijor çubuğu ilə 
idarə  olunan  mitinqlər  sakit  məcrada  davam  edir,  ermənilər  müxtəlif  tələblər  irəli  sürürdülər.  Bu  tələblərin 
içərisində  isə  Dağlıq  Qarabağın  müstəqilliyi  daha  çox  səslənirdi.  Buna  baxmayaraq  Azərbaycanın  o  vaxtkı 
rəhbərliyi bu  mitinqlərin sosial-iqtisadi,  mədəni tələblərlə bağlı olduğunu bildirir, həqiqəti  ört-basdır edirdilər. 
KeçmiĢ sovet hökuməti isə Dağlıq Qarabağın sosial-iqtisadi problemlərinin  həll  edilməsi  ilə bağlı  qərar qəbul 
etməklə  kifayətlənirdi.  Qərarın  mürəkkəbi  qurumamıĢ  Azərbaycanın  var-dövləti  Stepanakertə  daĢınmağa 
baĢlandı. Ermənilərə də elə bu lazım idi... 
1988-1991-ci  illər  ərzində  Dağlıq  Qarabağ  ətrafında  çox  ziddiyyətli,  mürəkkəb  vəziyyət  yaranmıĢdı.  Öz 
dədə-baba  yurdlarından  -  Ermənistandan  zorla,  vəhĢiliklə  qovulan  azərbaycanlıların  harayını  eĢidən  yox  idi. 
Ermənilər  isə  kütləvi  Ģəkildə  silahlanır,  vilayətdə  yaĢayan  azərbaycanlılara  divan  tutur,  yurd-yuvalarından 
didərgin  salırdılar.  Dağlıq  Qarabağda  vaxtilə  azərbaycanlılar  78  kənddə,  yaĢayıblar.  Hadisələr  baĢlayandan 
sonra məlum oldu ki, orada cəmi beĢ-on Azərbaycan kəndi qalıb. Hələ hadisələrə qədər ermənidaĢnaklar 230-a 
yaxın azərbaycanlı evini, yandırmıĢ, 200-dən artıq evi isə zəbt etmiĢdilər. 
Unutqanlıq isə həmiĢə yeni faciələrə yol açır. O vaxt Yerevanda nəĢr olunan "Kommunsit" qəzeti belə bir 
informasiya  dərc  etmiĢdi  ki,  erməni  özünümüdafiə  Ģurasını  sədri  A. Arturyanın  və  həmin  Ģuranın  üzvü 
A. Mkrtıçyan  ġuĢa  rayonunun  Verdadzor  kəndinə  səfərdən  sonra  Yerevana  qayıdaraq  bütün  erməniləri  Dağlıq 
Qarabağa  səfərbərliyə  səsləyiblər.  Və  təbii  ki,  bu  çağırıĢ  cavabsız  qalmadı.  Erməni  daĢnak-könüllülərin 
Qarabağa axını baĢladı və Azərbaycanın bu regionu qaynar qazana çevrildi. 
1990-cı  ilin  iyul  ayında  Azərbaycanın  o  vaxtkı  prezidenti  A. Mütəllibov  daha  "uzaqgörən"  bir  göstəriĢ 
vermiĢdi:  "Azərbaycan  və  erməni  kəndləri  arasında  barıĢıq  müqaviləsi  bağlansın".  Bu  mənasız  göstəriĢi 
dəstəkləyən  bir  çox  ziyalılar,  əmək  qabaqcılları,  pedaqoqlar  televizorda,  qəzet  səhifələrində  çıxıĢ  edərək 
deyirdilər: "Əgər bir gün də azərbaycanlılar ermənilər kimi qoĢun düzəltsələr, onda nə baĢ verə bilər? Ġki millət 
bir qarıĢ torpaqdan ötrü bir-birini qırıb məhv etsinmi?" 
Stepanakertdə nəĢr olunan "Sovetski Karabax" qəzeti isə 1990-cı il 10 iyul tarixli sayında yazırdı: "Artsax 
iqtisadi  suverenlik  qazandı"  və  bu  münasibətlə  ermənilər  Moskvanın  Dağlıq  Qarabağdakı  Rusiya  "caniĢini" 
A. Volskinin  xidmətlərini  xüsusi  qeyd  edirdilər.  Elə  həmin  il  Ermənistan  Ali  Sovetinin  sessiyası  Dağlıq 
Qarabağın  Ermənistana  birləĢdirilməsi  haqqında  qərar  qəbul  etdi.  Bu  qərara  qədər  isə  Ermənistanda  140  min 
nəfərə  yaxın  üzvü  olan  silahlı  dəstələr  yaradılmıĢ  və  Dağlıq  Qarabağa  göndərilmiĢdi.  Azərbaycan  tərəfi  isə 
Moskvadan  kömək  umur,  nicat  gözləyirdi.  Nəhayət,  erməni-daĢnak  silahlı  qüvvələri  Azərbaycana  qarĢı  elan 
edilməmiĢ  müharibəyə baĢladılar. 1991-ci ilin  oktyabr ayında Mardaket rayonunun  Ġmarət-Qərvənd (Kərəmli) 
kəndi  erməni  silahlı  dəstələri  tərəfindən  yandırıldı,  onlarla  dinc  sakin  qətlə  yetirildi.  Bunun  ardınca  Tuğ, 
Xocavənd,  Kərkicahan,  Cəmilli,  MeĢəli,  Malıbəyli,  QuĢçular,  Qaradağlı  kəndləri  erməni  daĢnak  ordusu 
tərəfindən yandırılaraq azərbaycanlı əhaliyə divan tutuldu. 1991-ci ilin oktyabr ayından 1992-ci ilin fevral ayına 
qədər, yəni beĢ ay müddətində ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan demək olar ki, "təmizləmiĢdilər". 
1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  isə  erməni-daĢnak  silahlı  qüvvələri  və  keçmiĢ  sovet  366-cı 
motoatıcı  alayı  Xocalıya  divan  tutdu,  ən  dəhĢətli  soyqırım  törədildi.  Buna  qədər  isə  Xocalı  erməni-daĢnaklar 
tərəfindən  tam  mühasirəyə  alınmıĢdı.  Yollar  tamam  kəsilmiĢ,  Xocalı  taleyin  ümidinə  buraxılmıĢdı.  Halbuki 
xocalılar  erməni-daĢnak  hərbi  qüvvələrinə  mərdliklə  müqavimət  göstərir,  Ģəhəri  çətinliklə  də  olsa  qoruyub 
saxlayırdılar. DüĢmən elə buna görə də Xocalı sakinlərini vəhĢiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi. 
Faciənin miqyası son dərəcə böyük və dəhĢətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız 
insanların cəsədləri ilə dolmuĢdu. Yer-göy qan ağlayırdı. Ermənilər qadınlara və uĢaqlara, qocalara və xəstələrə 
rəhm  etmədən  hamını  güllələyərək  süngüdən  keçirmiĢdilər.  Xocalı  sakini  Kamil  Hüseynov  o  dəhĢətli  günləri 
belə xatırlayır: 
- Ermənilər Xocalıya girəndən sonra hər tərəfi oda qalayır, qarĢılarına çıxan azərbaycanlıları sorğu-sualsız 
güllələyirdilər. Fevralın 26-da gecə saat 10-11 radələrində meĢə ilə Abdal-Gülablı tərəfə yol aldıq. Qocalarda, 
qadınlarda, uĢaqlarda taqət qalmamıĢdı. Vahimə, soyuq və aclıq bizi heydən salmıĢdı. ġərqiyyə adlı qadın və bir 
yaralı  əsgər  gözlərimin  qarĢısında  keçindi.  Ermənilər  yaĢayan  Dəhraz  kəndi  yaxınlığında  mühasirəyə  düĢdük. 
Və bu zaman 5-6 nəfər həlak oldu. Ġki gün bizi Dəhrazda saxladılar. Girov götürülən 12 nəfər cavanı bir qədər 
aralıda  güllələdilər.  35  gün  erməni  əsirliyində  ən  dəhĢətli,  iĢgəncəli  anlar  yaĢadıqdan  sonra  Qırmızı  Xaç 
tərəfindən əsirlikdən azad oldum. 
Həmin  vaxt  15  yaĢı  olan  Salman  Qasımov  anası,  qardaĢı  və  qohumları  ilə  birlikdə  12  gün  ac-susuz 
meĢələrdə  qalmıĢ,  dəhĢətli  anlar  yaĢamıĢdır.  Xocalı  soyqırımı  zamanı  10  yaĢı  olan  Ədalət  isə  baĢlarına 
gətirilənləri belə nəql edir: 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə