Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
33 
366-cı  alayın  iflası  Ģəxsi  heyətin  Tbilisiyə  köçürülməsi  ilə  reallaĢdı.  "Sovetski  voin"  qəzeti  alayın 
çıxarılması  ilə  bağlı  "366-cı  polk  nədən  ləğv  olundu"  məqaləsini  2  aprel  1992-ci  ildə  dərc  etdirdi.  Verilən 
məlumatlara  görə,  azacıq  da  olsa  həqiqətlərə  yer  ayıran  qəzetin  həmin  sayı  general-leytenant  Ġ. Ohanyanın 
göstəriĢi ilə, bütün tirajla birlikdə  yandırılıb. Qəzetin  yalnız bir  neçə  nüsxəsi salamat qalaraq əldən-ələ  keçib. 
"Xalq  ordusu"  qəzeti  isə  sözügedən  yazını  28  aprel  sayında  rus  dilində  təkrar  çap  edib.  Beləliklə  general-
leytenant Ohanyanın  niyyəti baĢ tutmayıb. Müəllifin yazdığına görə, 366-cı polkun Xankəndindən çıxarılması 
əməliyyatı yaxĢıca götür-qoy edilib, əvvəlcədən planlaĢdırılıb. Yəni hər Ģey, hərbi sursat və texnika qabaqcadan 
alınıb  satılıbmıĢ.  Əsgərlər  ermənilərlə  vida  məclisi  keçirərək,  birgə  ziyafətdə  olublar.  Polkda  komandir 
Y. Zarviqarovdan  tutmuĢ,  zabit  arvadlarının  hamısı  sərxoĢ  vəziyyətdə  alqı-satqı  əməliyyatlarını  davam 
etdiriblər.  Texnikanı  ermənilərə  verib  Xankəndindən  çıxanda  isə  gözlənilmədən  onları  müdafiəyə  gəlmiĢ 
desantçılarla  qarĢılaĢıblar.  Desantçıların  dediyinə  görə,  zabitlərin  arvadları  paçka-paçka  valyutanı  aradan 
çıxarmağa cəhd göstəriblər. Desantçılarla erməni yaraqlıları arasında atıĢma baĢ verib. Nəticədə serjant Andre 
Ruderi öldürülüb. Məqalədə belə faktlar, epizodlar kifayət qədərdir. Ancaq əsas diqqəti çəkən məsələ odur ki, 
sərxoĢluqdan ayılmayan polk komandiri Zarviqarovun əvəzinə Xocalıya hücum əmrini onun arvadı verərək rus 
əsgərlərini Xocalı üzərinə Jora adlı bir erməni aparıb. 
Zaqafqaziya  Dairə  Hərbi  Prokurorluğu  Xocalıda  törədilən  cinayətlərdə  iĢtirakına  görə  366-cı  alayın 
hərbi  rəhbərliyi  barəsində  cinayət  iĢi  qaldırdı.  Sonra  bəlli  oldu  ki,  bu
?
  formal  əməliyyatdır.  Alay  komandiri 
Zarviqarov  həbs  edilərək,  bir  neçə  gündən  sonra  təqsirsizliyi  sübuta  yetirildiyindən  azadlığa  buraxılmıĢdır. 
Lakin o, törətdiyi cinayət əməlinin masĢtabına görə vaxtından əvvəl istefaya göndərilmiĢdir. 
KeçmiĢ  Sovet  ordusunun  bu  alayının  təmsilçilərinin  dinc  əhaliyə  qarĢı  törətdikləri  beynəlxalq  cinayət 
məsuliyyəti  doğurur.  Müharibə  cinayətlərini  xocalılara  tətbiq  edən  366-cı  alay  bütün  humanitar  hüquq 
normalarını, müharibə adət və qanunlarını pozaraq beynəlxalq cinayət məsuliyyəti doğurub. 
Beləliklə,  müharibə  cinayətləri  geniĢ  bir  hüquqi  kateqoriya  olub,  həm  beynəlxalq  xarakterli,  həm  də 
qeyri-beynəlxalq  xarakterli  silahlı  münaqiĢələr  dövründə  beynəlxalq  humanitar  hüququn  ciddi  pozuntularını 
əhatə edir. Bu pozuntuların hər biri özü-özlüyündə konkret cinayət əməlidir və beynəlxalq cinayət məsuliyyəti 
doğurur. Ona görə də müharibə cinayətləri haqqında tam təsəvvür əldə etmək üçün bu kateqoriyaya daxil olan 
bütün cinayət tərkiblərini göstərmək lazım gəlir. Müharibə cinayətlərinə aĢağıdakı əməllər aiddir: 
1) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiĢ aĢağıdakı əməllərdən hər hansı biri: 
- qəsdən adamöldürmə; 
- iĢgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; 
- ağır əzab-əziyyətin və ya ciddi xəsarətin qəsdən törədilməsi; 
-  hərbi  zərurətlə  bəraət  qazandırılmayan  və  qeyri-qanuni  və  böyük  miqyasda  törədilən  dağıntılar  və 
əmlakın ələ keçirilməsi; 
- hərbi əsirin və ya mülki Ģəxsin düĢmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; 
- hərbi əsirin və  ya  mülki Ģəxsin  qərəzsiz  və  normal  məhkəmə araĢdırmasına  olan  hüququndan  qəsdən 
məhrum edilməsi; 
- girov götürülməsi. 
2)  beynəlxalq  humanitar  hüququn  pozulması  ilə  qəsdən  törədilmiĢ  və  ölümlə  nəticələnən  və  yaxud 
səhhətə ciddi zərər yetirən aĢağıdakı əməllərdən hər hansı biri: 
- mülki əhalinin və ya ayrı-ayrı mülki Ģəxslərin hücum obyekti edilməsi; 
-  Ģəxsin  kombatant  olmadığını  və  ya  artıq  sıradan  çıxdığını  ("hors  de  sombat")  bilərək,  onun  hücum 
obyekti edilməsi; 
-  qırmızı  xaç,  qırmızı  aypara  və  ya  qırmızı  Ģir  və  günəĢ  və  yaxud  digər  tanınmıĢ  fərqləndirmə 
emblemlərindən sui-istifadə edilməsi. 
3) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiĢ aĢağıdakı əməllərdən hər hansı biri: 
- iĢğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin iĢğal etdiyi əraziyə köçürülməsi; 
-  hərbi  əsirlərin  və  ya  mülki  Ģəxslərin  geri  qaytarılmasının  (reparitasiyasının)  əsas  olmadan 
yubandırılması. 
4)  beynəlxalq  humanitar  hüququn  pozulması  ilə  Ģəxsi  ləyaqətin  təhqir  edilməsi,  o  cümlədən  insan 
ləyaqətini alçaldan rəftar, zorlama, məcburi fahiĢəlik və əxlaqsız hücumun hər hansı bir forması: 
5) müharibə qanun və ədalətlərinin pozulması ilə törədilmiĢ aĢağıdakı əməllərdən hər hansı biri; 
- zəhərli silahların və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuĢ  digər silahların tətbiq 
edilməsi; 
-  Ģəhər,  qəsəbə  və  ya  kəndlərin  mənasız  dağıdılması  və  yaxud  hərbi  zərurətlə  əsaslandırılmayan 
soyğunçuluq; 
- müdafiə olunmayan Ģəhərlərin, kəndlərin, binaların və ya yaĢayıĢ evlərinin və yaxud hərbsizləĢdirilmiĢ 
zonaların istənilən vasitələrlə bombardman edilməsi; 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
34 
-  dini,  təhsil,  incəsənət  və  elm  idarələrinin,  tarixi  abidələrin  və  incəsənət  və  elm  əsərlərinin  qəsb 
edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; 
- ictimai və ya xüsusi əmlakın talan edilməsi. 
6) beynəlxalq xarakter daĢımayan silahlı münaqiĢə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn 
pozulması ilə törədilmiĢ aĢağıdakı əməllərdən hər hansı biri: 
- adamların həyatına, səhhətinə, fiziki və ya psixi durumuna qarĢı zorakı hərəkətlər, o cümlədən qəsdən 
adamöldürmə və habelə iĢgəncə, Ģikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; 
- kollektiv cəzalandırma; - girov götürülməsi; 
- terror aktları; 
- Ģəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama, məcburi fahiĢəlik 
və əxlaqsız hücumun hər hansı bir forması; 
- hərbi soyğunçuluq; 
-  məhkəmə tərəfindən bundan  qabaq elan  olunmuĢ  qərar olmadan  hökm  çıxarılması  və  hökmün  yerinə 
yetirilməsi. 
 
P.S.  Əski  sovet  ordusunun  törətdiyi  bu  cinayət  təbii  ki,  Rusiyanın  hərbi-siyasi  dairələrini  narahat 
etməyə  bilməzdi.  Əsrlər  boyu  Azərbaycan  türklərinə  qarşı  ermənilərlə  bir  cəbhədə  dayanan  keçmiş  rus  hərbi 
birləşmələri  XX  əsrdə  növbəti  vəhşiliklərini  Xocalıda,  Şuşada,  Azərbaycanın  20  faiz  torpaqlarının  işğalında 
oynadı. Xocalı soyqırımının törədilməsində 366-cı rus alayının iştirakı faktlarla, dəlillərlə təsdiq olundu. Həmin 
vaxt rus mətbuatı bu olaylarda hərbi birləşmələrinin iştirak etmədiyi xəbərlərini ardıcıl şəkildə çap etdirsə də, 
artıq  dünya  faciəsinin  miqyasında  "rus  izlərini"  qabarıq  şəkildə  təqdim  edirdilər.  Rusiyanın  Azərbaycanda 
səlahiyyətli  səfiri  Valter  Şoniya  heç  nə  olmamış  kimi  davranır,  təmkin  nümayiş  etdirirdi.  Türkcə  danışmağı 
özünün  məşğuliyyəti  hesab  edən  səfir,  Xocalı  soyqırımını  təsdiqləməklə  mətbuat  üçün  bu  məzmunda  bəyanat 
yaydı: "Bu faciə qarşısında bir insan kimi baş əyirəm. Fikrimcə, Xocalıda törədilən hadisə bəşəriyyətin adına 
silinməz  ləkədir.  Bəşər  mədəniyyətinin  XX  əsrində  belə  bir  faciə  yolverilməzdir.  Biz  hələ  bir-birimizə  aid 
davranış qaydalarını öyrənməliyik. Uşaqları, qadınları, dinc əhalini öldürmək isə bütün dövrlərdə bağışlanmaz 
cinayət sayılıb. Bu, ibrət dərsidir və bizim borcumuz bir daha belə faciələrin təkrarına yol verməməkdir. Təəssüf 
ki,  ayrı-ayrı  siyasi  xadimlər  indi  də  öz  ambisiyalarından  əl  çəkmək  istəmirlər.  Halbuki  bir  problemi  danışıq, 
sülh  yolu  ilə  həll  etmək  mümkündür.  Xocalı  faciəsində  366-cı  alayın  iştirakı  böyük  söz-söhbətə  səbəb  olub. 
Təəssüf ki, bu barədə də həqiqətləri bilmirik. Əlbəttə, ola bilər ki, alayın ayrı-ayrı zabitləri, əsgərləri ermənilər 
tərəfindən  cinayətə  cəlb  ediliblər.  Bu  cür  faktlar  təkcə  Azərbaycanda  yox,  keçmiş  SSRİ-nin  digər  qaynar 
nöqtələrində  də  ola  bilər.  Lakin  MDB-nin  366-cı  alayının  bütün  texnikası,  canlı  qüvvəsi  ilə  Xocalı  faciəsinə 
müdaxiləsini  inkar  edirəm.  Bu  gün  mən  də  Azərbaycan  xalqının  kədərinə  qoşulur,  bu faciədə  həlak  olanların 
ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 37-47. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə