Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
36 
Xocalı  haqqında  verdiyim  məlumat  eksklüziv  material  kimi  fevralın  27-də  "VaĢinqton  Post"  qəzetinin 
daxili  səhifələrində  çap  edildi.  Bu  məlumat  məndən  sonra  Avropanın  "London  Sandey  Tayms"  qəzetinin  üz 
səhifəsində yer aldı. Bu o vaxt idi ki, beynəlxalq ictimaiyyət həlak olanların sayını hesablamağa və doğrudan da, 
dəhĢətli  bir  hadisənin  baĢ  verdiyini  təsdiq  etməyə  baĢlamıĢdılar.  Qətliamın  baĢ  verdiyi  sahəyə  səfər  edərək 
ölənlər haqqında sənədlərin yoxlanılması kimi xoĢ olmayan missiyanı yerinə yetirən ilk qərbli müxbir "London 
Tayms"ın əməkdaĢı Anatoli Litvin oldu. Ona kömək edən isə "Frontayn Nyus" qəzetinin müxbiri, əziz dostum, 
peĢəkar  jurnalist  Rori  Pek  idi.  O,  indi  dünyasını  dəyiĢib.  Biz  Ağdamı  tərk  etdiyimiz  gecə  "Frans-Press" 
agentliyinin bir müxbiri Ağdama gələrək burada sakitliyin hökm sürdüyünü xəbər vermiĢdi. Digər bir nanəcib 
müxbir isə Vəfa Quluzadənin etimadından istifadə edərək onun sözlərini kobud Ģəkildə təhrif etmiĢdi, mən buna 
çox pərt olmuĢdum. Böhranın qızğın vaxtında Duqlas Kennedi - Robertin oğlu, Sankt-Peterburqdan olan DTK-
ya iĢləyən tərcüməçi Ağdamda peyda oldu və fikirləĢirdi ki, əylənmək üçün bir az cəbhə xəttində fırlana bilər. 
Lakin onu əmin etdikdən sonra ki, tərcüməçisi kütlə tərəfindən öldürülə bilər, Kennedi mənim məsləhətimlə iki 
nəfər yerli cavan oğlanı özünə köməkçi götürdü. Lakin sonradan onların pulunu verməkdən boyun qaçırdı.  
Mən artıq Xocalıdaydım. Dərələrdə, təpələrdə, qar üzərində hələ xeyli meyit qalmıĢdı. Yəqin temperatur 
yüksələndə  çürüməyə  baĢlayacaqlar.  Artıq  ruhların  dolaĢdığı,  yalqız,  yeməyin,  suyun  və  həyatın  olmadığı 
Ģəhərdə, burada bütün adamlar öldürülmüĢdü, öldürülmüĢdü, öldürülmüĢdü. Mən sadəcə, ağlamağa, ağlamağa, 
ağlamağa  baĢladım.  Bakıya  çatanda  az  qala  Prezidentin  mətbuat  katibinin  üstünə  hücum  çəkərək  hamının 
yanında onu yalançılıqda ittiham etdim. O, bundan narazı qalmıĢdı. Ona görə də mənim erməni casusu olduğum 
və  yanvarda  Xocalıya  göndərilərək  dağıdılmıĢ  Ģəhərdə  hərbi  sirrin  öyrənilməsi  tapĢırığı  aldığım  haqqında 
Ģayiələr yaydı. Bu iddialara görə məni hətta müvəqqəti saxlamıĢdılar da. Əlbəttə, əhvalım korlanmıĢdı.  
Bunlar  boĢ  Ģeylərdi,  ən  dəhĢətlisi  o  idi  ki,  Xocalıda  bir  yerdə  çörək  kəsdiyim  dostum  Əlif  Hacıyev 
ölmüĢdü.  Onun  həyat  yoldaĢı  rus  qızı  Qala  qalmıĢdı.  O,  Əlifsiz  necə  yaĢayacağını  düĢünür,  bundan  dəhĢətə 
gəlirdi. Bakıdakı hakim rejimin acgözlüyü və eybəcərliyi məni dəhĢətə gətirmiĢdi. Axı, insanların bu vəziyyətə 
düĢməsinə, sözlə ifadə edilə bilməyəcək bu faciənin yaĢanmasına səbəb onlar idi.  
Elə  bu  fikirlərlə  sabahı  gün  Əlifin  dəfnində  iĢtirak  etmək  üçün  ġəhidlər  xiyabanına  yollandım.  Mən  bu 
qəbiristanlığı əvvəllər də ziyarət etmiĢdim, amma indi fərqli ziyarət idi. Ġndi bura yas üçün gəlmiĢdim. O zaman 
mən  gələndə  burada  üçüncü  sıra  yox  idi,  sonralar  bu  sıra  böyüyəcək,  çoxalacaqdı.  Əlifin  qəbri  127-ci  idi. 
Cənazəni  yük  maĢınından düĢürdülər. Mən cənazəni çiynində  daĢıyanlara qoĢuldum  və onu  qəbirlərin sırasına 
qədər gətirdim. Adətlərinə uyğun din xadimi fatihə verdi, mən sarsılmıĢdım, artıq Əlif yox idi...  
Sonra  ġəhidlər  xiyabanında  daha  böyük  dəfn  prosesi  baĢladı.  Ġnsan  axını  Əlifin  qəbri  yanında  qazılmıĢ 
digər  qəbirlərə  də  yaxınlaĢdı.  Bu,  cərgədəki  sonuncu  yer  idi.  Sonra  yenə  cərgələr  baĢlayacaqdı,  artıq  yeni 
cərgələrin  ilk  qəbrini  Qara  Bağçadan,  Qarabağ  adlı  dəhĢətli  yerdən  gətiriləcək  meyiti  gözləmədən  qazmağa 
baĢlamıĢdılar.  Tezliklə  daha  çox  cavan  adam  burada  uzanacaq  və  onların  sayı  Xocalıda  öldürülənlərin  sayını 
ötüb  keçəcəkdir.  25  və  26  fevralda  baĢ  verənlər  isə  Qarabağın,  Qara  Bağçanın  davam  etməkdə  olan  ölüm  və 
dağıntı siyahısının qəmli statistikasında sadəcə bir detala çevriləcəkdir.  
And içdim ki, Əlifi və adlarını bilmədiyim, amma sifətləri yaddaĢıma həkk olunmuĢ baĢqa insanları heç 
vaxt unutmayacağam. Bəli, mən Xocalını unutmayacağam. Bu kiçik, uzaq bir Ģəhər idi. Ġndi ölü Ģəhərdir.  
Məqalənin ixtisarla götürüldüyü mənbə: "Xocalı soyqırımı: Milyon imza bir tələb", Bakı, 2007. 
 
Azərbaycan‖.-2010.-26 fevral.-N 45.-S.6. 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
37 
 
366-cı motoatıcı alayın Xocalı soyqırımında iĢtirak edən  
zabit və praporĢiklərinin siyahısı 
 
1.    Zarviqorov  Yuri  Yuriyeviç  -  02.03.1955-ci  ildə  Qazaxıstanın  Cambul  vilayətinin  Luqovaya 
stansiyasında anadan olub, 366-cı motoatıcı alayın komandiri; 
2.    Çitçiyan  Valeriy  Asaakoviç  -  366-cı  motoatıcı  alayın  1  saylı  batalyonunun  qərargah  rəisinin  müavini, 
mayor; 
3.  Ayriyan Vaçaqan Qriqoryeviç - mayor, alayın kəĢfiyyat rəisi; 
4.  Ohanyan Seyran MuĢeqoviç - 1961-ci ildə anadan olub, alayın 2-ci batalyonunun komandiri, mayor; 
5.  Arutyunov Aleksandr Aleksandroviç - mayor, 2-ci batalyonun komandirinin köməkçisi; 
6.  Akopyan Nerses Qrantoviç - baĢ leytenant, 1-ci batalyonun 2-ci rotasının komandiri; 
7.  Arutyunyan Vladislav Vladimiroviç - kapitan, 2-ci batalyonun komandiri; 
8.  Bəyləryan Armen Volodiyeviç - praporĢik, 1-ci rotanın texniki; 
9.  Ayrapetyan Vaçik Qurgenoviç - 3-cü rotanın starĢinası; 
10.  Mirzoyan Vaçik Qrantoviç - 3-cü rotanın starĢinası; 
11.  ġixanyan Andrey ArtyuĢeviç - 1-ci batalyonun təĢkilat üzrə komandiri; 
12.  Xaçaturyan - 6-cı rotanın starĢinası; 
13.  Abramyan V. V. - 2-ci batalyonun böyük texniki, praporĢik; 
14.  Bəyləryan Sergey Yurikoviç - 2-ci batalyonun vzvod komandiri, praporĢik; 
15.  Danilyan Armen Barinoviç - 7-ci rotanın starĢinası; 
16.  Avanesyan - 2-ci rotanın böyük texniki; 
17.  Zaxaryan - zenit vzvodunun komandiri, praporĢik; 
18.  Baqdasaryan Valeri - tank rotasının starĢinası; 
19.   Kisəbəyyan Qriqoriy Akopoviç - rabitə rotasında vzvod komandiri, praporĢik; 
20.  Arustamyan - rabitə rotasında böyük texnik; 
21.  Amelyan Qarik - yeməkxana rəisi, praporĢik; 
22.  Avenesyan Robik - ərzaq anbarının rəisi, böyük praporĢik; 
23.  Arutyunyan Kamo Rafaeloviç - təmir rotasının vzvod komandiri, praporĢik; 
24.  Musaelyan - təmir rotasının vzvod komandiri; 
25.  Sarkisyan Aleksandr - təmir rotasında böyük texnik, praporĢik; 
26.  Osipov Yuri - raket artilleriya anbarının rəisi; 
27.  Simonyan Valeri - maddi təchizat rotasının starĢinası; 
28.  Petrosyan AĢot - məxfi hissənin rəisi, praporĢik; 
29.  Nabokix Yevgeniy - mayor, 3-cü batalyonun komandiri (arvadı erməni); 
30.  Lixodey Ġqor Ġvanoviç - artilleriya divizionunun komandiri, kapitan; 
31.  MiroĢniçenko Ġqor - maddi təchizat rotasının komandiri, baĢ leytenant; 
32.  Smaqin - leytenant, tank divizionunun komandiri; 
33.  Kuznetsov Andrey - kimyəvi müdafiə rotasının komandiri, leytenant; 
34.  QarmaĢ Viktor - baĢ leytenant, tank rotasının komandiri; 
35.  Belyazin - tank rotasında vzvod komandiri, leytenant; 
36.  Mirheydərov - 3-cü rotanın komandiri, baĢ leytenant; 
37.  Fotimski - 2-ci batalyonunun 3-cü rotasının komandiri, kapitan; 
38.  Buqayenko - 2-ci batalyonun 4-cü rotasının 3-cü vzvodunun komandiri, leytenant; 
39.  Potapov - 2-ci batalyonun 4-cü rotasının komandiri, kapitan; 
40.  Krut - 2-ci batalyonun 6-cı rotasının komandiri, kapitan; 
41.  Savintsev - 2-ci batalyonun 4-cü rotasının komandiri, leytenant; 
42.  Dobranski - 2-ci batalyonun 4-cü rotasının kəĢfiyyat vzvodunun komandiri, leytenant; 
43.  Bobolev - 2-ci batalyonun qərargah rəisi, kapitan; 
44.  Minin - 2-ci batalyonun komandirinin müavini, kapitan; 
45.  Tevosyan - 2-ci batalyonun 5-ci rotasının komandiri, kapitan; 
46.  Boqaçev - 3-cü batalyonun zabiti, baĢ leytenant; 
47.  Kurçatov - 3-cü batalyonun zabiti, baĢ leytenant; 
48.  Maftullin - 3-cü batalyonun zabiti, baĢ leytenant; 
49.  Kuzmanoviç - 3-cü batalyonun zabiti, baĢ leytenant; 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə