Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
43 
 
Talıbov Səməd: 
-  Fevralın  25-dən  26-na  keçən  gecə  120-130-a  qədər  adamla  meĢəyə  qaçdıq.  Bu  müddətdə  Kətik 
meĢəsində qaldıq. Bir müddət meĢədə qaldıqdan sonra Hray kəndinə tərəf getdik. Böyüklər aclığa. saxtaya dözə 
bilirdilər.  Amma  uĢaqlarla  çox  çətin  idi.  3  gün  ac-susuz  qaldıq  meĢədə.  3-cü  gün  Naxçıvanik  istiqamətinə 
gedəndə  ermənilər  bizi  tutub  mal  tövləsinə  saldılar.  Bizdən  baĢqa  50-60  adam  da  var  idi.  Bir  az  keçmiĢ 
ermənilər  içəri  girib  kiĢiləri,  arvad-uĢaqları  avtomatın  qundağı  ilə  vurub  əzməyə,  Ģil-küt  etməyə  baĢladılar. 
Vuranda, döyəndə səsini çıxaran Ģəxsi  həmin saat güllələyirdilər. Girovluqda  gördüyüm dəhĢətləri  heç zaman 
unutmayacağam. 
 
Salmaıı Qasımov: 
-  Ermənilər  Xocalıya  girəndə  hamımız  qaçdıq  meĢəyə.  Əvvəl  300-ə  qədər  adam  idik.  Gülablı  tərəfə 
gedirdik. Orda ermənilər camaatın  qabağını  kəsdi.  AtıĢmada Abdullam  öldürdülər. Adamlar qaçıb dağılıĢdılar. 
11 adam qaldıq. Tofiqin də anası yanımızda öldü. Mən paltomu onun üstünə saldım. Sonra mühasirədən çıxmaq 
üçün irəli getdik. Amma hara gedirdiksə ermənilərin əhatəsində olduğumuzu hiss edirdik. Yediyimiz də ancaq 
qar idi. Hamımız haldan düĢmüĢdük. Keçdiyimiz yerlərdə çoxlu meyit var idi. 
GörüĢdüyüm xocalıların hamısının acı taleyinə yanıram. Onları özümə ən yaxın, doğma adam bilirəm. 
Xocalılar  hamısı  sakit,  köməksiz  adam  təsiri  bağıĢlayır  mənə.  Amma  Gülalı  kiĢinin  o  yazıq  görkəmini  heç 
unuda bilmirəm. Gülalı kiĢiyə çəkilən dağ da ağır dağdır. 
 
Gülalı Mehralıyev: 
-  Altı  günə  kimi  meĢədə  qaldıq.  Ac-susuz  meĢənin  içində  qızımla  məĢəqqətlər  çəkdik.  Gecə  meĢənin 
vahiməsi,  soyuğu,  Ģaxtası,  daima  gözlənilən  erməni  qorxusu  yazıq  qızımın  bağrını  yardı.  Nakam  balam  dözə 
bilmədi, keçindi. Gülalı kiĢi için-için ağlayır. QurumuĢ bir halda qızımın meyitinin yanında oturdum. Bədbəxt 
qızıma  baxıb  göz  yaĢı  tökürdüm.  Balamın  iyirmi  yaĢı  vardı.  Səkkiz  ay  idi  ki,  toyu  olmuĢdu.  DiĢimnən, 
dırnağımnan  yığıb  qızıma  cehiz  almıĢdım,  12  min  manatlıq  mebel  alıb  toyunu  etmiĢdim.  Ġndi  yazıq  balam 
torpağa  döĢənmiĢdi.  Halsız,  hərəkətsiz  uzanmıĢdı.  Zavallı  qızımdan  çətinliklə  də  olsa  ayrıldım.  MeĢə  ilə 
gedirdim. ġelli istiqamətinə üz tutmuĢdum. Qəfildən aralıda erməniləri gördüm. Qaçıb girdim bir körüyün içinə. 
Ermənilər xoĢbəxtlikdən görmədilər məni. Bir müddət kötüyün içində qaldım. Qorxudan çıxa bilmirdim. Sonra 
minbir  çətinliklə  Ağdama  gəlib  çıxdım.  Amma  qızımın  meyitindən  nigaranam.  Bircə  meyiti  gətirib 
basdırsaydım, rahatlanardım. Meyitin yeri yaxĢı yadımdadır. Amma ora getmək mümkün olacaqmı? 
 
Vüqar Qarayev: 
- Gecə saat 11-də evdən çıxdıq. Gəldik meĢəyə. MeĢədə çoxlu adam vardı. UĢaqlar ağlaĢır, qıĢqırırdılar. 
Arvadlar uĢaqların ağzına dəsmal tıxadılar ki, səsləri eĢidilməsin. Sonra ermənilər mühasirəyə alıb çoxunu girov 
tutdular. Babək adlı bir oğlan vardı. Yolu gedə bilmirdi, təngnəfəs olurdu. 3 kilometrə qədər onu mən apardım. 
Sonra  qüvvəm  çatmadı.  Ayaqlarımı  Ģaxta  vurmuĢdu.  Bədənim  heç  elə  bil  ki,  mənim  deyildi.  Düz  iki  gün 
sürünmüĢəm.  Mənə  elə  gəlirdi  ki,  erməninin  üstünə  gedirəm.  Amma  mənim  üçün  daha  heç  bir  fərqi  yox  idi. 
Onsuz da tam haldan düĢmüĢdüm. XoĢbəxtlikdən döyüĢçülərimizin postuna gəlib çıxdım. 
 
Salnıan Qasımov: 
Ermənilər Xocalıya hücum edəndə qaçdıq Dəhraz tərəfə. Dəhrazda bizi mühasirəyə alıb tutdular. YaĢlı 
bir  qadını  və  cavan  oğlanı  yerindəcə  güllələdilər.  Sonra  bizi  Naxçıvanikə  gətirib  mal  pəyəsinə  saldılar.  Az 
keçməmiĢ gəlib aramızdan on üç adamı seçib apardılar güllələməyə. O güllənin səsini də biz eĢitdik. Bir müddət 
pəyədə saxladıqdan sonra bir yük maĢınına mindirib bizi gətirdilər Xankəndinə. Orda bizi maĢından düĢürəndə 
bir erməni kobudluqla çeĢməyimi alıb dedi: "Gedərsən Kürün o tayında verərlər çeĢməyini!" Sonra bizi saldılar 
həbsxanaya.  Həbsxanada  hansı  iĢgəncələri  çəkmədik?  On  günə  kimi  dilimizə  heç  nə  dəymədi.  Çörək-su 
həsrətiynən gözümüzü tikirdik qapıya. Qapının nə vaxt açılacağını səbirsizliklə gözləyirdik. Amma qapını açıb 
içəri girənlər bizə nə su gətirirdi, nə də çörək. BaĢlayırdılar təpikləməyə, döyməyə, qol-qabırğamızı sındırmağa. 
Elə döyürdülər, elə hala salırdılar ki, yerdə döĢəli qalıb tərpənə bilmirdik. Düz on gündən sonra gətirib hərəmizə 
70 qram çörək, hər üç adama bir stəkan su verdilər. Bir də görürdün gecə saat 2-də, 3-də ermənilər sərxoĢ halda 
gəlib içəri girir, pis söyüĢlər söyüb, istədikləri iĢgəncəni verirdilər. Qaldığımız yer olduqca soyuq idi. Pəncərə 
soyuq olduğundan külək içəridə vıy-vıy vıyıldayırdı. Hamımız soyuqdan titrəyirdik. Yerə salmağa bir adyal da 
verməmiĢdilər. Bütün gecəni, gündüzü oyaq qalırdıq. Yanımızda Qaradağlıdan yazıq bir kiĢi vardı. Bizdən çox 
qabaq  onu  tutub  bura  salmıĢdılar.  Yazığın  susuzluqdan  ciyəri  yanırdı.  Gecənin  bir  vaxtında  halı  lap  pisləĢdi. 
"Su, su" deyib inildəməyə baĢladı. Dözə bilmədim, gedib qapını döydüm ki, bir az su versinlər yazığa. Nəzarətçi 
erməni  qapının  o  tayından  məni  söyüb  təhqir  etdi  və  təkrar  qapını  döydükdə  öldürəcəyini  bildirdi.  Yazıq  kiĢi 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
44 
"su,  su"  deyə-deyə  canını  tapĢırdı.  Bir  dəfə  xaricdən  -  Qırmızı  Aypara  Cəmiyyətindən  bir  dəstə  adam  gəlib 
vəziyyətimizlə  maraqlandı.  Halımızı,  görkəmimizi  görəndə  təəssüflə  baĢlarını  buladılar.  Ermənilər  isə  bizə 
əvvəlcədən xəbərdarlıq edirdilər ki, gələn qonaqlara Ģikayətlənməyək. Əksinə ermənilərdən razılıq edək ki, guya 
bizə  yaxĢı  baxırlar.  Əgər  belə  deməsəydik,  ermənilər  bizə  elə  iĢgəncələr  verərdi  ki...  Düz  48  gün  ermənilərin 
əsarətində əzab çəkdim. 48 gündən sonra məni bir erməni ilə dəyiĢdilər. 
 
Mirzə Allahverdiyev: 
-  Biz  həmin  gün  Horagül  istiqamətində  postda  dayanmıĢdıq.  Amma  "Finski"  evlər  yananda  geri 
çəkildik. Fevralın 26-da onların çoxu BeĢmərtəbə deyilən yerə toplaĢmıĢdı. 100-ə qədər adam vardı orda. Sonra 
çıxıb Boz Dağ  istiqamətində  irəlilədik. Fevralın 28-də ermənilər  mühasirəyə alıb tutdular bizi. Həmin saat əl-
ayağımızı bağlayıb baĢladılar döyməyə, iĢgəncə verməyə. Sonra apardılar Əsgərana. Orada milis idarəsinin həbs 
otağında  bizi  saxlayırdılar.  Bir  neçə  qızıl  diĢim  vardı.  Yerə  yıxıb  əl-ayağımı  bağladılar.  BaĢladılar  kəlbətinlə 
diĢlərimi sökməyə. Kəlbətinlə dartır, çəkiclə vururdular diĢimə. Ġnildəyir, zarıyırdım ağrıdan. Yalvarır, yaxarır, 
bu  iĢgəncəyə  son  qoymağı  xahiĢ  edirdim.  Neçə  saat  huĢsuz  qaldığımı  bilmirəm.  Amma  gözümü  açanda  hiss 
etdim  ki,  qızıl  diĢlərimi  sındırıb  götürüblər.  Ermənilərin  verdiyi  iĢgəncə  yalnız  qızıl  diĢlərimi  sındırmaqla 
bitmədi.  SöyüĢ,  təhqir,  təpiklə  vurmaq,  döymək  hər  gün  olurdu.  Girovluqda  qaldığım  18  günün  elə  bir  vaxtı 
olmadı  ki, mənə iĢgəncə verməsinlər. Yaman  vəhĢi idi  ermənilər, gözlərini qan tutmuĢdu. Ürəklərində heç  bir 
insaf,  ədalət  yox  idi.  Bizi  döyməkdən,  təpikləməkdən  ləzzət  alırdılar.  Bir  dəfə  isə  məni  çılpaq  soyundurub 
dubinka  ilə  döydülər.  Ürəkləri  soyumadığından  götürüb  ikinci  mərtəbədən  atdılar  məni  yerə.  Bütün  bədənim 
əzilmiĢdi. Necə kinli, qəzəbli idi bu ermənilər bizə qarĢı? Edik adında bir erməni vardı. Hər gün içəri girib mənə 
özünəməxsus xüsusi iĢgəncə verirdi. Ağır çəkmələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bundan ləzzət 
alırdı. Mənim  iniltim,  qıĢqırtım  ona təsir  etmirdi, əksinə  kefi açılırdı... Ermənilər tez-tez bizə  deyirdilər: "Sizi 
qıracağıq,  buralardan  tamam  qovacağıq.  Donuzlarımızı  gətirib  Kürdə  suvaracağıq".  Hər  gün  bizə  bir  parça 
çörək, bir balaca qabda da su  verirdilər. O çörəyi, suyu  verəndən sonra gəlib  möhkəm  döyürdülər. On səkkiz 
gün girovluqda qalandan sonra məni dəyiĢib Ağdama gətirdilər. Öyrəndim ki, anamı da ermənilər bir neçə gün 
girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. QardaĢım ElĢəni isə mənim günümə salıblar. Girovda iĢgəncələr 
verib qızıl diĢlərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaĢımı öldürüblər. 
 
Niftalı Ġbad oğlu Nəbiyev: 
- Fevralın 25-də gecə saat 10-da Əsgəran istiqamətində səngərdə idik. Hər tərəfi ermənilər ağır texnika 
ilə  mühasirəyə aldılar. Bir  qədər atıĢdıqdan sonra gedib  qadınları, uĢaqları da  götürüb Dəhraz tərəfə çəkildik. 
Hər tərəfi ermənilər ağır texnika ilə mühasirəyə aldılar. Bir qədər atıĢdıqdan sonra gedib qadınları, uĢaqları da 
götürüb Dəhraz tərəfə çəkildik. Hər tərəfdən mühasirədə olduğumuzu hiss edirdik və hər yandan bizə atırdılar. 
Üç  gün ac-susuz meĢədə qaldıq. Sonra ermənilər bizi  mühasirəyə alıb tutdular. Yanımızda 300-ə qədər qadın, 
uĢaq  vardı.  Hamımızı  yığıb  apardılar  donuz  fermasına.  Milli  ordu  paltarında  olanlardan  13  nəfəri  seçib 
apardılar.  Az  keçməmiĢ  güllə  səsləri  eĢitdik.  Bildik  ki,  o  yazıqları  güllələyiblər.  Üç  gün  qaldıq  donuz 
fermasında. Yeməyə heç nə vermirdilər. Elə hərdən gətirib camaata azca çiy buğda paylayırdılar. Üç gün sonra 
gəlib  aramızdan  iyirmi  adamı  seçdilər.  QıĢqırdılar  ki,  iyirminiz  də  əlləri  yuxarı  vəziyyətdə  çölə  çıxın.  Bizi 
"KamAZ"a  doldurub  gətirdilər  Stepanakertin  milis  idarəsinə.  Orda  bizi  möhkəm  döydülər.  Sonra  qeydiyyata 
aldılar.  Mənim  paltarımı  yoxlayanda  paltomun  cibindən  patron  tapdılar.  Dedilər  ki,  sən  milli  ordu  əsgərisən. 
Məni  lüt  soyundurdular.  Dubinka  ilə  baĢladılar  döyməyə.  Ermənilərdən  biri  əlində  balta  mənə  sarı  gəldi, 
qorxdum ki, balta ilə baĢımı kəsəcək. Balta ilə paltomu kəsib doğradı. Sonra da sürüyüb atdılar kameraya. Gecə 
saat 1-2 olardı. Bu dəfə baĢqa erməni "boyevikləri" içəri girib hirslə qıĢqırdılar: "Ara, bizim torpaqda siz axı nə 
edirsiniz?"  BaĢladılar  bizi  döyməyə.  Ġki  qızıl  diĢimi  vurub  sındırdılar.  Hər  gün  bu  vəziyyət  təkrar  olunurdu. 
Ermənilər gah ayıq baĢla, gah da sərxoĢ vəziyyətdə gəlib bizi Ģil-küt edirdilər. Yeməyə bir parça çörək, içməyə 
də yeddi adama bir qab su verirdilər. Yanımızda Qaradağlıdan olan girovlar vardı. Yazıqları bit basmıĢdı. Bütün 
günü  yazıqlar  qaĢınır,  dırnaqları  ilə  dərilərini  qoparırdılar.  Yanımızda  Nəbiyev  Əli  adlı  bir  kiĢi  vardı.  Yazıq 
zarıya-zarıya  öldü.  Ermənilər  yaman  zülmkar  idilər.  Qadağan  etmiĢdilər  ki,  gecələr  bir-birimizlə  danıĢmayaq. 
Qorxa-qorxa,  pıçıltı  ilə  danıĢırdıq.  Yatanda  bir-birimizə,  kürək-kürəyə  söykənib  yatırdıq.  DöĢəmə  beton 
olduğundan  daim  rütubət  vardı.  Nəzarətçilər  əlində  bıçaq  dəhlizdə  gəzinir,  səs  eĢidən  kimi  içəri  girib  bizi 
əziĢdirirdilər.  Ayaqlarımızdakı  corabları  da  tutub  çıxarmıĢdılar.  Yanımdakı  yoldaĢımın  iyirmi  min  pulunu, 
qızılını  almıĢdılar.  Sonra  minbir  çətinliklə  bizi  dəyiĢdilər.  Amma  indi  halım  getdikcə  pisləĢir.  Qabırğamı  da 
vurub batırıblar. Ciddi müalicəyə ehtiyacım var. Görək axırı nə olacaq. 
 
Əliyev Hüseyn Sarı oğlu: 
- YatmıĢdım,  həyat yoldaĢım  məni silkələyib durquzdu və  dedi ki,  ermənilər kəndə  doluĢub, camaat qaçır. 
Dedim  ki,  sən  də  qaç,  camaata  qoĢul.  QonĢumuz  Həsəngilə  gəldim.  Həsən  bayırda  idi.  Kəndin  Stepanakert 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə